Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə240/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   236   237   238   239   240   241   242   243   ...   306

Fəsil 21 

DÜNYA QİYMƏTLİ KAĞIZLAR BAZARI: 

FOND VƏ VALYUTA BİRJALARI 

21.1.

 

Dünya qiymətli kağızlar bazarı 

valyuta bazarının bir hissəsi kimi 

Qiymətli  kağızlar  bazan  anlayışı. Əvvəlcə qeyd  edək ki,  valyuta bazarı 

həcminə  görə  dünyanın  ən  böyük  maliyyə  bazarı  olmaqla,  onun  müxtəlif 

alətlərinin (tərkib hissələrinin) qarşılıqlı əlaqədə fəalij^ət göstəmıəsində həlledici 

rol oynayır. Valyuta və bütövlükdə maliyyə bazarlarının əsasını qiymətli kağızlar 



bazan  təşkil  edir.  Dünya  qiymətli  kağızlar  bazarı  pul  vəsaitlərinin  sahibləri  ilə 

istehlakçıları arasında əqdlərin yerinə yetirilməsinə imkan yaradan mexanizmdir. 

Bu bazarda qısamüddətli qiymətli kağızlarla (bu, pul bazarıdır) və uzunmüddətli 

qiymətli kağızlarla, məsələn, istiqrazlar və səhmlər formasında ticarət aparılır. 

Dünya  iqtisadiyyatı  üçün  kapitallar  bazarı  daha  səciyyəvidir.  Dünya 

kredit  bazarının  dünya  fond  bazarı  ilə  sıx  əlaqədə  fəaliyyət  göstənuəsi 

uzunmüddətli  kapitalların  hərəkəti  ilə  bağlıdır.  Xarici  ölkələrə  uzunmüddətli 

bank  kreditlərinin  (10  ilədək)  verilməsi  uzunmüddətli  kapitalların  hərəkət 

formalarından biridir. Amma beynəlxalq kreditin formaları dollarla, avrovalyuta 

ilə  və  başqa  valyutalarla  (bazarlardan  və  əməliyyatlardan  asılı  olaraq)  verilən 

ssudalarla  məhdudlaşmır.  Pul  vəsaitlərinin  səfərbər  olunmasının  mühüm 

vasitələrindən  biri  də  qiymətli  kağızların  buraxılmasıdır.  Onların  vasitəsilə 

investor qismində çıxış edən həm nəhəng TMK-nm, həm də öz səhər yeməyinin 

bir hissəsini qiymətli kağızlara çevirən adi qulluqçunun pul vəsaiti birbaşa olaraq 

əldə edilir'. 

Pul (valyuta) bazarlarının və kapitallar bazarlarının təsnifatı. Pul 

bazannm  özəlliyi  burada  keçirilən  qısamüddətli  əməliyyatların  1  gündən  365 

günədək,  kapitallar  bazarında  isə  1  ildən  çox  müddətdə  həyata  keçirilməsidir. 

Dövr edən və dövr etməyən alətlər bazarları fərqləndirilir. Dövr edən aktivlər 



^ Schryer R. A Simple Effective Method to Collect Your Money // Opportunity World. 2000. September. 

P. 67. 


616 


borc  (veksellər,  notlar,  istiqrazlar)  və  pay  (mülkiyyət  titulları  yaxud  səhmlər) 

qiymətli kağızlarından ibarətdir. 

Emitentin buraxdığı kağızlar ilkin bazarda

 

yerləşdirilir və bundan sonra 



təkrar  bazarda  (birjada)

 

dövr  edir.  Fond  birjalarında  ticarət  listinqə  (ticarətə 



buraxılış)

 

daxil  edilmiş  birinci  dərəcəli  adi  səhmlərlə  və  dönərli  istiqrazlarla 

aparılır.  Məsələn,  Nyu-York  Fond  Birjasının  (New  York  Stock  Exchange) 

listinqinə  2200  adi  imtiyazlı  səhm  və  səhmə  çevrilən  950  istiqraz  daxil 

edilmişdir.  Qlobal  böhranadək  elektron  bazarda  {over  the  coımter  -  piştaxta 

üzərindən) nisbətən kiçik şirkətlərin səhmləri, korporativ istiqrazlar və imtiyazlı 

səhmlər,  xəzinədarlığın  və  bələdiyyələrin  qiymətli  kağızları,  pul  bazarının 

müxtəlif  alətləri,  o  cümlədən  diskontlu,  faizli  qiymətli  kağızlar,  banklararası 

kreditlər və depozitlər, xariei valyuta bazarının alətləri (spot, forvard, opsionlar 

və svoplar) satılırdı. Elektron bazar iri şirkətləri cəlb etməklə, sürətlə inkişaf edir. 



Dövr  etməyən  kreditlər  (depozitlər)  bazarı  banklararası

 

və  müştəri 

hissələrinə bölünür. Bundan əlavə, beynəlxalq pul bazarları və kapital bazarları 

əqdin  yerinə  yetirildiyi  valyutadan  və  tərəflər  arasındakı  əqdin  qeydiyyat 

yerindən (rezidentlik prinsipi) asılı olaraq təsnifləşdirilir. 

Müvafiq olaraq, aşağıdakı bazarları fərqləndirə bilərik: 

1)

 

daxili valyuta bazarı; 



2)

 

xarici, 0 cümlədən ofşor bazar



3)

 

maliyyə bazarları. 



Beynəlxalq bazarların tərkibi və quruluşu 21.1-ei şəkildə göstərilmişdir. 

Qiymətli  kağızlar.  Qiymətli  kağız  sahibinin  gəlir  yaxud  əmlak  üzərində 

hüquqlarını təsdiq edən hüquqi sənəddir (mülkiyyət tituludur). 

Qiymətli  kağızlar  emitentlə  (qiymətli  kağızı  buraxan  şəxs)  həmin 

kağızlann  sahibləri  arasında,  adətən  divident  yaxud  faiz  şəklində  gəlir 

ödənilməsini, habelə bu sənədlərdən irəli gələn pul və ya digər hüquqların başqa 

şəxslərə  ötürülməsi  imkanını  nəzərdə  tutan  qarşılıqlı  münasibətləri 

müəyyənləşdirir. Hazırda avroistiqrazlar, avrosəhmlər

 

və avroveksellər



 

də borc 


vəsaitlərinin cəlb olunmasına xidmət edən əsas fond qiymətli kağızları qismində 

çıxış edir. 

Sahiblik hüququnun xarakterinə görə qiymətli kağızlann aşağıdakı növləri 

fərqləndirilir: 

• təqdim edənə. Bu qiymətli kağız üzərində sahiblik hüququnun reallaş 

617 



dırılması və təsdiqi üçün onun təqdim edilməsi kifayətdir; bunlara təqdim edənə 

səhmlər  və  istiqrazlar,  təqdim  edənə  çeklər  və  daxilolma  şəhadətnamələri,  adi 

anbar şəhadətnamələri (varrantlar), təqdim edənə kono- sament (yükün nəqletmə 

üçün qəbulunu təsdiq edən sənəd) və s. aiddir. 

 

adlı  qiymətli  kağızlar.  Onları  saxlayanın  hüquqları  qiymətli  kağızın 



mətninə və qiymətli kağızın qeydiyyat kitabına daxil edilmiş sahibinin adı yaxud 

emitentin  qanunvericiliyə  uyğun  olaraq  aparmalı  olduğu  elektron  qeydiyyat 

əsasında  müəyyənləşdirilir.  Adlı  qiymətli  kağızlar  arasında,  ilk  növbədə,  adlı 

səhmlər, istiqrazlar və sertifikatlar fərqləndirilir. 

 

order  qiymətli  kağızları.  Onları  saxlayanın  hüquqları  qiymətli  kağızı 



təqdim  edən  və  bu  kağızın  üzərində  imzalanmış  və  möhürlənmiş  ötünnə 

qeydlərinin  olması  ilə  təsdiqlənir;  bunların  arasında  veksellər  mühüm  rol 

oynayır. 

 

Şəkil 21.1.



 Beynəlxalq pul bazarlarının və kapital 

bazarlarının təsnifatı və strukturu 

618 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə