Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə242/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   238   239   240   241   242   243   244   245   ...   306

istiqrazlar  sosial  infrastruktur,  şəhər  təsərrüfatı  obyektlərinin  və  başqa 

bələdiyyə proqramlarının maliyyələşdirilməsi məqsədləri üçün yerli hakimiyyət 

orqanları tərəfindən də buraxıla bilər. Bunlar bələdiyyə istiqrazları adlandırılır. 

Bu cür qiymətli kağızların investorlar üçün faydası, vergi güzəştlərinin olmasıdır. 

Federal  quruluşlu  inkişaf  etmiş  ölkələrdə  bu  istiqrazlar  fond  bazarının  böyük 

hissə-sini təşkil edir. Məsələn, ABŞ-da göstərilən istiqrazlar dövlət və bələdiyyə 

qiymətli  kağızlarının  ümumu  həcminin  25%-ni,  Almaniyada  isə  yarısından 

çoxunu təşkil edir. 



Korporativ  istiqrazlar.  İstiqrazlar  iri  şirkətlər  tərəfindən  istehsalın 

genişləndirilməsi  və  modernləşdirilməsi  məqsədi  ilə  əlavə  kapital  cəlb  etmək 

üçün də buraxılır. Qiymətli kağızlara müəssisənin əmlakı ilə zəmanət verildiyinə 

görə,  bunlar  korporativ  istiqraz



 

adlanır.  Yalnız  iri  və  məşhur  finnalar  əhali 

tərəfindən  etimad  göstəriləcəyinə  ümid  bəsləyə  bilər.  İstiqrazlar  bazarına 

çıxmazdan  əvvəl  şirkət  ixtisaslaşmış  agentlikdən  krediti  qaytanna  qabiliyyəti 

barədə  rəy  almalıdır.  İstiqrazın  taleyi  və  ödəniləcək  faizin  dərəcəsi  bu 

qiymətləndirmədən  asılıdır.  İstiqraz  üzrə  borcun  verilməsinin  investorlar  üçün 

cəlbediciliyini  artınnaq  məqsədilə,  korporativ  istiqrazlar  müxtəlif  xassələrlə 

buraxılır: 

 

indeksləşdirilmiş istiqrazlar; 



 

mənfəətdə iştirak hüququ verən istiqrazlar



 

başqa  qiymətli  kağızlara,  ilk  növbədə,  səhmlərə  dəyişdirilə  bilən 



istiqrazlar; 

 



geri qaytarılan (müddət başa çatanadək geri alınan) istiqrazlar; 

 



faizi üzən istiqrazlar və s.' 

Müştəriyə  təklif  olunan  geniş  seçim  istiqraz  buraxan  iri  şirkətə  öz 

fəaliyyətinin məqsədyönlü strateji planlaşdırılmasını həyata keçinnəyə, işlədiyi 

sahədə ümumi sabit mühit yaratmağa imkan verir. 

Xarici  istiqrazlarla  ticarətin  əsas  mərkəzləri  Nyu-Yorkda,  Sürixdə, 

Tokioda, Londonda, Amsterdamda, Frankfurt-Maynda yerləşir. 



Fond qiymətli kağızlarının emissiyası

 

onların sayı, hər bir qiymətli kağızın 

(səhmin,  istiqrazın)  nominal  qiyməti  və  buraxıldığı  məbləğ  göstərilməklə, 

kütləvi xarakterdə olması ilə fərqlənir. Eyni buraxılışdan olan qiymətli kağızlar 

bir-birinə  bərabərdir  və  kapitalda  yaxud  istiqraz  fondunda  olan  müəyyən  payı 

ehtiva edir. Fond qiymətli kağızlarının buraxılışı müvafiq 



PeeuHCKuO H.A. V

KƏS


.

 COM


.

 

C. 289. 



621 


dövlət  orqanında  qeydiyyatdan  keçməlidir  və  burada  qiymətli  kağızın  hər  bir 

buraxılışına kod verilir. 

Fond birjalarının əsrlərlə fəaliyyət göstərdiyi ölkələrdə, onların yaranma 

dövründən  başlayaraq,  emitentlər  və  əmanətçilər  üçün  hüquqi  nonnalar  işlənib 

hazırlanmışdır,  qiymətli  kağızların  buraxılışını  və  satışını  tənzimləyən  ciddi 

qanunlar mövcuddur. Qiymətli kağızların buraxılışının, ilkin  yerləşdirilməsinin 

və təkrar satışının qanunvericiliklə tənzimlənməsinin zəruriliyi baş vermiş birja 

böhranları, o cümlədən 1929-1933-cü illərin dünyada ən böyük birja böhranı ilə 

təsdiqlənmişdir.  Onun  nəticəsində  bir  çox  ölkələrdə  qiymətli  kağızların 

buraxılışını  və  dövriyyəsini  tənzimləyən  qanunlar  qəbul  olunmuşdu.  ABŞ-da 

buraxılış  proseduru  1933-cü  il  «Qiymətli  Kağızlar  haqqında»  Qanunu  ilə 

reqlamentləşdirilir. Emitent-şirkət özünün fəaliyyəti və səhmin yaxud istiqrazın 

buraxılması ilə bağlı olan bütün məlumatları; işlərin cari vəziyyəti, gəlirlərin əldə 

olunması  perspektivləri,  son  illər  ərzində  bağladığı  əqdlər,  qiymətli  kağızların 

əvvəlki  buraxılışlarının  təsviri  barədə  və  sair  informasiyanı  təqdim  etməyə 

borcludur. Bu məlumatlar xüsusi federal (dövlət) orqanları tərəfindən yoxlanılır, 

tam  və  dürüst  hesab  edildikdə,  yeni  səhmlərin  yaxud  istiqrazların  buraxılışına 

icazə  verilir.  Buraxılış  barədə  məlumatlar  xüsusi  cədvəldə  ümumiləşdirilir  və 

prospektlərdə dərc olunur. 

21.2.

 

Birjalar 

Birja  anlayışı.  Birja  -  xüsusi  mülkiyyətə  malik  olan,  birbaşa  hüquqi 

məsuliyyət daşıyan, iştirakçıları qarşısında müvafiq hərəkətləri yerinə yetirmək 

səlahiyyəti verilən və müəyyənləşdirilmiş tələblərə cavab verən hüquqi şəxsdir. 

Tarixən  birja  əmtəə  bazarlarını  formalaşdıran  klassik  iqtisadi  qurum  kimi 

nəzərdən keçirilir. Onun fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsasları vardır. 

Fəaliyyətinin  təşkil  olunması  baxımından  birja,  müvafiq  avadanlıqla  təchiz 

olunaraq, üzvlərinin istifadəsinə verilən «ticarət yeridir». 

İqtisadi  baxımdan  birja,  qanunlar  və  digər  nonnativ  aktlar,  öz  qaydaları 

əsasında  fəaliyyət  göstərən,  tələb  və  təklif  nəticəsində  yaranan  qiymətlərlə 

mallar, qiymətli kağızlar, valyuta və s. ilə ticarət aparılan topdansatış bazarıdır. 



Valyuta  və  fond  birjalarının  təkamülü:  tarixi  baxış.  Müasir  birjaların 

sələfi olan ilk birjalar XV-XVI əsrlərin qovuşduğu dövrdə meydana çıxmışdır. 

Bunlar əmtəə birjaları idi və tezliklə fond, sonra isə valyuta, fyuçers və opsion 

birjaları yarandı. 1611-ci ildə təşkil olunan Amsterdam birjası indiyədək 

622 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə