Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə245/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   241   242   243   244   245   246   247   248   ...   306

formasının seçilməsini müəyyənləşdirir'. İkiqat hərracın 2 fonnası vardır: onkol 

və fasiləsiz. 



Onkol

 

hərracda birjanın  müvəkkili qiymətli kağızların alınması və satışı 

üçün  sifarişləri  cəmləşdirir  və  sonra  birja  dövriyyəsini  maksimuma  çatdıran 

qiymət müəyyən edir. Beləliklə, alıcıların və satıcıların bağladığı əqdin klirinq 

qiyməti  müəyyən  edilir.  Müəyyən  müddətdən,  kifayət  miqdarda  sifariş  daxil 

olduqdan  sonra  birja  müvəkkili  birja  dövriyyəsini  maksimuma  çatdıran  yeni 

qiymət təyin edir. Bunun nəticəsində hər bir «yaylım atəşi» bazarı mümkün qədər 

çox  sifarişdən  təmizləyir;  bu  cür  «yaylım  atəşi»  ilə  işləyən  ən  böjdik  bazarlar 

Avstriya,  Belçika,  Almaniyadadır  və  bu,  ticarəti  aparılan  aktiv  üzrə  daimi 

tələbatın  və  təklifin  olmasını,  bazarın  likvidliyini  göstərir,  fasiləsiz  hərraca



 

keçməyə imkan yaradır. 



Fond  birjalarında  əqdlər.

 

Qiymətli  kağızlarla  birja  əməliyyatları  yaxud 

birja əqdləri deyildikdə, əməliyyat iştirakçılarının birja qiymətləndirilməsinə və 

dövriyyəsinə  buraxılmış  qiymətli  kağızlara  münasibətdə  hüquqlarının  təyin 

olunmasına,  ləğvinə  yaxud  hüquq  və  vəzifələrinin  dəyişdirilməsinə  yönəlmiş, 

birjanın  iş  vaxtı  ərzində  onun  sahəsində  bağlanılan  ticarət  müqavilələri  başa 

düşülür.  «Qiymətləndirməyə  və  dövriyyəyə  buraxılmış  qiyıuətli  kağızlara 

münasibətdə»  ifadəsi  listinq  prosedurunu



 

-  qiymətli  kağızın  ticarət  aparılanlar 

siyahısına daxil edilməsini nəzərdə tutur. Hər bir şirkətin öz qiymətli kağızlarını 

müvafiq  birjanın  listinə  (siyahısına)  daxil  etməsi  onların  ticarətə  buraxılması 

üçün əsas şərtdir. 

Listinq

 

- təşkil olunmuş bazar üçün əlverişli şərait yaradan, ən etibarlı və 

keyfiyyətli  kağızları  müəyyənləşdirməyə  imkan  verən,  onların  likvidliyini 

yüksəldən, bazarın dəstəklənməsi sistemidir. Hesab edilir ki, listinqə dair ən ciddi 

şərtlər  Nyu-York  birjasmdadır.  Burada  kotirovkaya  buraxılmaq  üçün  şirkət 

aşağıdakı tələblərə cavab verməlidir: 

 

sonuncu  ildə  vergilər  ödənilənədək  gəliri  ən  azı  2,5  milyon  dollar 



olmalıdır; 

 



əvvəlki 2 il ərzində mənfəəti 2 milyon dollardan az olmamalıdır; 

 



öz mülkiyyətindəki maddi aktivlərin xalis dəyəri ən azı 18 milyon dollar 

olmalıdır; 

 

ən  azı  1,1  milyon  dollar  dəyərində  ictimaiyyətin  sərəncamında  olan 



səhmlərə sahiblik etməlidir

^ Биржевая деятельность / под. ред. А.Г.Грязновой, Р.В.Корнеевой, В.М.Галанова. М., 1996. 

627 



 

dəyəri ən azı 18 milyon dollar olan səhmlər zərfinə nəzarət etməlidir



 

100 səhm saxlayan ən azı 2000 nəfər səhmdarı olmalıdır; 



 

son 6 ay ərzində bu emitentin səhmləri ilə ticarətin orta aylıq məbləği 100 



min dollardan az olmamalıdır. 

Yalnız məhdud sayda ən iri korporasiyalar bu cür yüksək tələblərə cavab 

verə  bilər.  Qiymətli  kağızlarla  birja  münasibətlərinin  obyektləri  səhmlər, 

istiqrazlar  (dövlət,  bələdiyyə,  korporativ),  veksellər  (dövlət,  bələdiyyə, 

korporativ  depozit  sertifıkatlan,  ABŞ-m  depozitar  qəbzləri),  törəmə  qiymətli 

kağızlar (qiymətli kağızlar üzrə fyuçerslər və opsionlar), varrantlar ola bilər. 



Fyuçers  əqdləri.

 

Fyuçers  əqdləri  (futures  transactions)  -  əmtəə  və  fond 

birjalarında həyata keçirilən səhmin verilməsini, ona görə pul ödənişlərinin isə 

razılaşdırılmış müddətdə, adətən bir ay ərzində yerinə yetirilməsini nəzərdə tutan 

əməliyyatlardır. Dünyada buğda, qarğıdalı, sair dənli bitkilər, qəhvə, şəkər, bal, 

mazut, faner, pul vəsaitləri, xəzinədarlıq biletləri, istiqrazların bəzi növləri və s. 

gələcək  göndərişləri  üzrə  təşkil  olunmuş  bazarları  fəalİ5^ət  göstərir. 

Göstərilənlərin qiymətləri əhəmiyyətli dəyişikliklərə məruz qalır. Buna görə də 

marağı olan şəxslərə gələcəkdə yarana biləcək qiymətlərin qeyri- müəyyənliyi ilə 

bağlı olan riskin səviyyəsini aşağı salmağa imkan verən xüsusi fyuçers bazarları 

yaranmışdır. 

Fyuçers bazarında müəyyən malın, məsələn, buğdanın gələcəkdə (adətən 

18 ayadək) göndərilməsinin qiyməti elan olunur. Buğdanın göndərilməsinə dair 

standart  müqavilədə  onun  həcmi  və  gələcəkdə  göndərilməsinin  tarixi 

müəyyənləşdirilir. Kiçik istisnalar edilməklə, fyuçers əqdlərinin öhdəlikləri real 

malın göndərilməsi ilə deyil, qiymət fərqinin alınması yaxud ödənilməsi ilə başa 

çatır. 

Valyuta  sərvətləri  ilə  aparılan  birja  əməliyyatları  yaxud  birja  əqdləri 

dedikdə, birjanın iş vaxtında onun sahəsində, birjada ticarəti aparılan valyutalar 

üzrə  bağlanılan  birja  əqdləri  nəzərdə  tutulur.  Qiymətli  kağızlarla  aparılan 

əməliyyatlar  kimi,  birjanın  valyuta  əməliyyatları  da  kassa



 

və  müddətli



 

növlərə 


bölünür. Qiymətli kağızlarla hesablaşmaları 7 gün müddətinədək aparılan kassa 

əməliyyatlarından  fərqli  olaraq,  valyutalar  üzrə  kassa  əməliyyatlannm  yerinə 

yetirilmə müddəti dəqiq müəyyənləşdirilir. Bu əməliyyatlar üzrə hesablaşmalar 

əqd  bağlandıqdan  sonrakı  2  gün  ərzində  aparılmalıdır.  Nəzəri  baxımdan  kassa 

əməliyyatlarının 3 növündən istifadə edilir

 



«bu gün» - val}aıtalaşdırmamn (hesablaşmaların) əqdin bağlandığı gün 

628 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə