Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə255/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   251   252   253   254   255   256   257   258   ...   306

edilməsinin sübutu idi. BMT-nin Nizamnaməsi rəsmi olaraq 24 oktyabr 1945- ci 

ildə qüvvəyə mindi və bu tarix onun ad günü hesab olunur. 

BMT bəşəriyyətin üzləşdiyi problemlərin həllinin mərkəzi sayılır. BMT- 

nin fəaliyyəti onunla bağlı olan və sistemini yaradan 30-dan artıq təşkilatla birgə 

həyata keçirilir. 

BMT  ümumdünya  hökuməti  deyil  və  qanunlar  qəbul  etmir,  amma 

beynəlxalq  münaqişələrin  həllinə  və  bütün  bəşəriyyətin  mənafelərinə  toxunan 

məsələlər  üzrə  siyasətin  işlənib  hazırlanmasına  imkan  yaradan  vəsaitləri  verir. 

BMT-də  bütün  -  həm  kiçik  və  böyük,  həm  də  varlı  və  yoxsul  üzv-dövlətlərin 

müxtəlif  siyasi  baxışları  və  sosial  sistemləri  var:  onlar  öz  rəyini  bildirə  və  bu 

prosesdəki səsvennədə iştirak edə bilər. 

Birləşmiş Millətlər Təşkilatında 6 əsas orqan vardır. Bunlardan 5-i - Baş 

Məclis,  Təhlükəsizlik  Şurası,  İqtisadi  və  Sosial  Şura,  Qəyyumluq  Şurası  və 

Katiblik BMT-nin  Nyu-Yorkdakı  mərkəzi  idarələrində  yerləşir. Altıncı  orqan  - 

Beynəlxalq Məhkəmə Haaqadadır (Niderland). 

BMT-nin  fəaliyyətində  ümumdünya  siyasi  məsələlərin  həlli  ilə  yanaşı, 

iqtisadi  aspektlər  də  mühüm  yer  tutur  və  bu,  onun  iqtisadi  funksiyalarının 

genişlənməsində  təzahür  olunur.  Dünya  təsərrüfatının,  beynəlxalq  iqtisadi 

münasibətlərin getdikcə daha çox sahəsi onun öyrənilmə, təhlil, problemlərin həll 

yollarının və vasitələrinin axtarılması, müvafiq tövsiyələrin işlənib hazırlanması 

predmetinə çevrilir. Ümumdünya iqtisadi münasibətlərində və beynəlxalq əmək 

bölgüsündə  baş  verən  proseslər  mürəkkəbləşdikcə,  dünya  iqtisadiyyatının 

problemləri  dərinləşdikcə,  beynəlxalq  iqtisadi  əməkdaşlıq  genişləndikcə, 

BMT-nin iqtisadi fəaliyyətinin əhəmiyyəti də artır. 

Beynəlxalq, o cümlədən iqtisadi sahədə əməkdaşlığın məqsədləri BMT- 

nin  Nizamnaməsinin  1-ci  maddəsində  yığcam  şəkildə  ifadə  olunmuşdur; 

«...iqtisadi, sosial xarakterli beynəlxalq problemlərin həlli sahəsində beynəlxalq 

əməkdaşlığı  həyata  keçinnək...».  Nizamnamənin  IX  və  X  fəsilləri  bütövlükdə 

iqtisadi  və  sosial  əməkdaşlıq  məsələlərinə  həsr  olunmuşdur.  Belə  ki,  55-ci 

maddədə BMT çərçivəsində iqtisadi əməkdaşlığın konkret məqsədləri göstərilir: 

«...sülh  və  dostluq  münasibətlərinin  bərqərar  olması  üçün  sabitlik  və 

əmin-amanlıq  şəraiti  yaratmaq»,  «...əhalinin‘həyat  səviyyəsini  yüksəltmək  və 

tam  məşğulluğuna  nail  olmaq»,  «...iqtisadi,  sosial  tərəqqi  və  inkişaf  şəraitinin 

yaradılmasını  dəstəkləmək».  BMT  çərçivəsində  beynəlxalq  əməkdaşlığın  2-ci 

maddədə təsbit olunan ümumi prinsipləri bütövlüklə iqtisadi problemlər 

656 



sahəsində əməkdaşlığa da şamil olunur. 

BMT-nin əsas vəzifələrindən biri daha yüksək həyat standartlarının, tam 

məşğulluğun  təmin  olunmasına  yardım  göstərilməsi,  sosial-iqtisadi  tərəqqi  və 

inkişaf üçün şərait yaradılmasıdır. BMT sisteminin fəaliyyətinin 70%-i məhz bu 

məsələlərlə  əlaqədardır.  Bu  fəaliyyətin  əsasında,  yoxsulluğun  aradan 

qaldırılmasının  və  insanların  rifahının  yüksəldilməsinin  bütün  dünyada  sülhün 

bərqərar  olunmasına  şərait  yaradacağına  doğru  zəruri  addım  olduğuna  inam 

durur. 


BMT  inkişaf  məqsədlərinə  istiqamətlənmiş  hərəkətlərə  dair  beynəlxalq 

konsensusun hazırlanmasında həlledici rol oynayır. 1960-cı ildən başlayaraq. Baş 

Assambleya  10  illik  beynəlxalq  inkişaf  strategiyaları  seriyası  çərçivəsində 

prioritetlərin  müəyyənləşdirilməsi  və  məsələlərin  qarşıya  qoyulmasını 

dəstəkləyir.  Konkret  məsələlərin  həllinə  yönəlmiş  bu  proqramlarda  sosial- 

iqtisadi inkişafın bütün istiqamətlərində tərəqqi əldə olunmasının vacibliyi daim 

qeyd  edilir.  BMT  dayanıqlı  inkişafın  təmin  olunması,  qadınların  vəziyyətinin 

yaxşılaşdırılması,  insan  hüquqlarına  riayət  olunması,  ətraf  mühitin  mühafizəsi 

kimi  həlledici  sahələrdə  yeni  vəzifələrin  müəyyən  olunması  və  onların  həlli 

proqramlarının işlənib hazırlanması üzrə işini davam etdirir. 

2000-

 

ci  ildə  keçirilən  Minilliyin  Sammitində  dünya  liderlərinin 



təsdiqlədiyi  Minilliyin  Bəyannaməsində  son  dərəcə  yoxsulluğun  və  aclığın 

ləğvi;  ümumi  ibtidai  təhsilin  təmin  edilməsi;  cinslər  arasında  bərabərliyin 

dəstəklənməsi və qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi; uşaq 

ölümü  səviyyəsinin  aşağı  salınması;  analığın  qorunması  sahəsində  vəziyyətin 

yaxşılaşdırılması;  HİV/QİÇS,  malyariya  və  başqa  xəstəliklərlə  mübarizənin 

gücləndirilməsi,  2015-ci  ilədək  kəmiyyətcə  ifadə  oluna  bilən  bir  sıra 

göstəricilərin əldə olunması sayəsində ekoloji dayanıqlığın təmin olunması və s. 

kimi  əsas  vəzifələr  formalaşdırılmışdır.  Məsələn,  gündəlik  gəliri  1  dollardan 

aşağı olanların sayının 2 dəfə azaldılması; ümumi ibtidai təhsilin təmin edilməsi; 

təhsilin  bütün  səviyyələrində  cinslər  arasında  qeyri-  bərabərliyin  aradan 

qaldırılması; analığın qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması yolu ilə 

uşaq ölümünün kəskin aşağı salınması nəzərdə tutulmuşdur. 

BMT  sistemi  sosial-iqtisadi  məqsədlərə  nail  olunmasının  dəstəklənməsi 

sahəsində  çoxtərəfli  fəaliyyət  göstərir.  İxtisaslaşmış  təşkilatların  mandatları 

sosial-iqtisadi  fəaliyyətin  praktiki  olaraq,  bütün  sahələrini  əhatə  edir.  Bu 

təşkilatlar dünyanın bütün ölkələrinə texniki və başqa fonualarda praktiki 



657 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə