Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə256/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   252   253   254   255   256   257   258   259   ...   306

yardım göstərir. BMT və onun ixtisaslaşmış təşkilatları arasında əlaqələndirilmə 

Birləşmiş  Millətlər  Təşkilatı  Sistemi  Rəhbərlərinin  Əlaqələndirilmə  Şurası

 

vasitəsilə  təmin  olunur.  Onun  tərkibinə  Baş  Katib,  ixtisaslaşmış  təşkilatların, 

fondların, proqramların. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və ÜTT-nin 

rəhbərləri daxildir. 

60-cı  yubiley  sessiyasının  (sentyabr  2005-ci  il)  dövlət  və  hökumət  başçılarının 

iştirak  etdiyi  Assambleyasının  plenar  iclasında  Minilliyin  Bəyannaməsində 

nəzərdə  tutulan  öhdəliklərin  yerinə  yetirilməsi  sahəsində  BMT-nin  əldə  etdiyi 

nailiyyətlərin  hərtərəfli  icmalı  verilmişdir.  Sessiyada  milli,  regional  və  qlobal 

səviyyələrdə  tərəqqinin  təmin  olunması  üçün  inkişaf  və  qlobal  əməkdaşlıq 

münasibətlərinin  beynəlxalq  səviyyədə  razılaşdırılmış  məqsədlərinə  nail 

olunmasının vacibliyinə xüsusi diqqət yetirilmişdir; BMT səviyyəsində keçirilən 

konfranslarda və görüşlərdə iqtisadi, sosial və əlaqədar sahələrdə əldə olunmuş 

razılaşmaların yerinə yetirilməsi məsələləri xüsusilə qeyd olunmuşdur. BMT-nin 

idarələrinin ümumi strukturu və təşkili 22.3-cü şəkildə verilmişdir. 

BMT idarələrinin təşkili sistemi çox mürəkkəbdir. Ümumilikdə isə BMT- 

nin həyata keçirdiyi iqtisadi fəaliyyəti 4 istiqamət üzrə fərqləndirmək olar

 

bütün ölkələr üçün ümumi olan qlobal iqtisadi problemlərin həlli



 

sosial-iqtisadi inkişaf səviyyəsi fərqlənən dövlətlər arasında iqtisadi 



əməkdaşlığın dəstəklənməsi

 



inkişaf etməkdə olan ölkələrin iqtisadi artımının dəstəklənməsi; 

 



regional iqtisadi inkişaf problemlərinin həlli. 

Təcrübədə  göstərilən  istiqamətlər  üzrə  iş  informasiya,  texniki- 

məsləhətvennə, maliyyə kimi fəaliyyət formalarından istifadə olunmaqla yerinə 

yetirilir. 

BMT-nin  işinin  informasiya

 

cəhəti, həm Katibliyin, həm də bütün digər 

idarələrin  ən  geniş  fəaliyyət  sahəsidir.  Daha  böyük  əhəmİ5^ət  kəsb  edən 

məsələlər  siyasi  müzakirələrin  gündəliyinə  daxil  edilir,  yazılı  hesabatlar  və 

arayışlar  tərtib  olunur.  Bütün  materiallar  idarələrin  müxtəlif  bölmələrində 

diqqətlə  nəzərdən  keçirilir  və  yalnız  əsaslı  hazırlıq  işindən  (o  cümlədən 

hesabatlar  və  məruzələr  dərc  olunduqdan)  sonra  BMT  sisteminin  müvafiq 

idarələrində açıq müzakirəyə çıxarılır. 



658 


 

Şəkil 22.3

 Birləşmiş Millətlər Təşkilatının sistemi (strukturu) 

659 


Bu fəaliyyətin məqsədi üzv-dövlətlərin iqtisadi siyasətinin istiqamətlərinə 

ümumi  təsir  göstərməkdir.  Əslində,  bu  iş  gələcək  üçün  yerinə  yetirilir.  Dərc 

olunan müxtəlif məlumatlar, statistik göstəricilər mütəxəssislər arasında yüksək 

qiymətləndirilir.  İlkin  statistik  məlumatların  eyniləşdirilməsi,  toplanması  və 

işlənilməsi üzrə iş Statistika Komissiyası və Statistika Departamenti tərəfindən 

yerinə yetirilir. Uçot və statistika sahəsində fəaliyyət zəif inkişaf etmiş ölkələr 

üçün  çox  əhəmiyyətlidir;  bir  tərəfdən,  çox  vaxt  onların  özünün  iqtisadi 

əsaslandırılmış  statistika  metodları  olmur,  digər  tərəfdən  isə,  həmin  ölkələrin 

bazarlarına  girmək  istəyən  xarici  təsərrüfat  subyektləri  üçün  real  infonnasiya 

əldə etməyin yeganə yolu bu məlumatlardan istifadə etməkdir. 



BMT-nin  texniki-məsləhətvermə  fəaliyyəti

 

buna  ehtiyacı  olan  dövlətlərə 

texniki  yardım  şəklində  həyata  keçirilir.  Bu  cür  yardımın  göstərilməsinin 

prinsipləri hələ 1946-cı ildə müəyyən olunmuşdur: 

 

ölkənin tərəqqisini təmin etməli, amma dövlətin daxili işlərinə xaricdən 



iqtisadi və siyasi müdaxilə vasitəsinə çevrilməməlidir; 

 



yalnız həmin ölkənin hökuməti vasitəsilə göstərilməli və yalnız həmin 

ölkə üçün təyin olunmalıdır; 

 

mümkün  olduğu  qədər  ölkənin  özünün  arzuladığı  fonnada 



göstərilməlidir; 

 



konkret  xarakter  daşımalı,  texniki  cəhətdən  3diksək  keyfiyyət 

tələblərinə cavab verməlidir. 



Valyuta-maliyyə  və  kredit  fəaliyyəti

 

əsasən  BMT  ilə  əlaqədar  olan 

beynəlxalq  təşkilatlar: BVF, BYİB,  BMK, BİA  vasitəsilə həyata keçirilir. Bu 

strukturlar rəsmi cəhətdən BMT-nin  ixtisaslaşmış təşkilatları olsa da, əslində, 

ondan  asılılığı  zəifdir  və  özlərinin  çox  zaman  ÜTT  və  ECOSOC-un 

hesabatlarında dərc olunan tövsiyələrə zidd olan müstəqil konseptual ideyaları 

ilə çıxış edir. 

BMT çərçivəsində iqtisadi əməkdaşlıq orqanları sisteminin əsas struktur 

bölmələri qismində onun Nizamnaməsində göstərilən 6 əsas orqandan üçü: Baş 

Assambleya, İqtisadi və İctimai Şura və Katiblik çıxış edir. 



660 


22.6.

 

BMT Baş Məclisi (BMT BM) 

və onun əsas qurumları 

Nizamnaməyə  uyğun  olaraq,  BMT  Baş  Məclisi  BMT-nin  beynəlxalq 

əməkdaşlıq sahəsində funksiyalarının yerinə yetirilməsinə görə məsuldur və bu 

sahədə  konkret  fəaliyyətə  rəhbərliyi  İqtisadi  və  İctimai  Şura  (ECOSOC) 

vasitəsilə  həyata  keçirir.  Assambleyanın  əsas  vəzifəsi  iqtisadi  xarakterli  ən 

mühüm, həlledici problemlərin müzakirəsi üçün BMT çərçivəsində ali forum 

qismində  çıxış  etməkdir.  Assambleya  nəzərdən  keçirilən  sahədə  öz 

funksiyalarını  əsasən  ikinci  komitə  (iqtisadi  və  maliyyə  məsələləri  üzrə) 

vasitəsilə  yerinə  yetirir.  Bu,  Assambleyanın  əsas  komitələrindən  biridir. 

Assambleya beynəlxalq əməkdaşlıq sahəsində BMT-nin Ticarət və İnkişaf üzrə 

Konfransını (UNCTAD) yaxud BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) 

kimi idarələrini təsis edir. 



İqtisadi  və  İctimai  Şura  (ECOSOC).  Bu  təşkilat  BMT-nin  iqtisadi 

mexanizmi sistemi iyerarxiyasında ikincidir. 1946-cı ildə yaradılan ECOSOC 

BMT-nin  sosial-iqtisadi  sahədəki  fəaliyyətini  əlaqələndirir.  ECOSOC-un  54 

üzv-dövləti  BMT-nin  Baş  Məslisi  tərəfindən  seçilir,  özü  də  Təhlükəsizlik 

Şurasının 5 daimi üzvü onun da dəyişməyən üzvləridir. ECOSOC-un Ali orqanı 

- Şuranın sessiyasıdır. Hər il 3 sessiya keçirilir: 

 

yaz sessiyası - sosial-hüquqi və humanitar məsələlər üzrə



 

yay sessiyası - iqtisadi və sosial məsələlər üzrə



 

xüsusi sessiya - təşkilati məsələlər üzrə. 



ECOSOC-un fəaliyyətində 3 əsas funksiya fərqləndirilir: 

 



beynəlxalq iqtisadi və sosial problemlərin yüksək səvi)^ədə müzakirəsi 

və  prinsipal  siyasi  xəttin  işlənib  hazırlanması  üçün  məsul  ixtisaslaşmış 

forumdur; 

 



BMT-nin  iqtisadi  və  sosial  məsələlər  üzrə  bütün  fəaliyyətini,  onun 

ixtisaslaşmış idarələrinin fəaliyyətini əlaqələndirir

 

iqtisadi və sosial inkişafın, beynəlxalq əməkdaşlığın ümumi və xüsusi 



problemləri  üzrə  ixtisaslaşmış  tədqiqatların  aparır,  əldə  edilən  nəticələrin 

ümumirir. 

ECOSOC bunların fəaliyyətini əlaqələndirir: 

 



daimi komitələrin (iqtisadi, sosial və s.); 

661 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə