Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə259/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   255   256   257   258   259   260   261   262   ...   306

qərargahı Romada yerləşir. FAO inkişaf etməkdə olan ölkələrə kənd təsərrüfatı, 

meşə və balıqçılıq  təsərrüfatları sahələrində  yardım göstərir.  Bu  yardım həm 

maddi, həm də qeyri-maddi fonnada göstərilir. İnkişaf etməkdə olan ölkələrə 

ərzaq göndərilir, onlara kənd təsərrüfatı istehsalının inkişafında texniki yardım 

göstərilir, bu sahədə ixtisaslı kadrlar hazırlanır, yardım alan üzv-dövlətlər üçün 

tövsiyələr hazırlanır və s. FAO-nun himayədarlığı altında 1996-cı və 2002-ci 

illərdə ərzaq problemi üzrə ümumdünya forumları keçirilmişdir. 

ECOSOC-un  qərarı  ilə  təsis  olunan  və  onun  tərəfindən  əlaqələndirilən 

regional iqtisadi komissiyalar da BMT-nin strukturuna ayrıca blokla daxil olur. 

BMT-nin  Avropa  iqtisadi  Komissiyası  (UNECE  -  United  Nations 

Economic  Commissions  for  Europe).  Komissiya  1947-ci  ildə  müharibədən 

sonrakı  Avropanın  bərpası  məqsədilə  BMT-nin  5  illik  səlahiyyəti  olan 

müvəqqəti  orqanı  qismində  yaradılmışdı.  1951-ci  ildən  UNECE  BMT-nin 

daimi orqanı statusu qazanmışdır. UNECE-in rəhbər orqanı hər il Cenevrədə 

keçirilən  Sessiyadır.  UNECE  ölkələr  arasında  ticarətin,  elmi-texniki 

əməkdaşlığın  inkişafına  yardım  göstərir.  UNECE-in  tərkibinə  kimya,  kənd 

təsərrüfatı və s., cəmi 15-ə yaxın müxtəlif ixtisaslaşmış komissiya daxildir. Son 

illərdə  UNECE  öz  fəaliyyətini  əsasən  ekologiya,  enerjidən  səmərəli  istifadə, 

nəqliyyat (ətraf mühitin işlənmiş qazlarla çirkləndirilməsi) və meşə resursları 

məsələləri üzərində cəmləşdinuişdir. 



BMT-nin Afrika üçün iqtisadi Komissiyası (UNECA - United Nations 

Economic  Commission  for  Africa).  Komissiya  Afrika  xalqlarının  inkişafına 

lazımi kömək göstərilməsi, ümumilikdə Afrika qitəsinin inkişaf problemlərinin 

öyrənilməsi  və  təhlili  məqsədi  ilə  1958-ci  ildə  yaradılmışdır.  Təşkilatın  ali 

orqanı  Komissiyanın  hər  il  keçirilən  Sessiyasıdır.  Sessiyalar  arasındakı 

müddətdə rəhbərlik İcraiyyə Komitəsi tərəfindən həyata keçirilir. ECA-nm 4 

subregional  şöbəsi  var;  Şimali  Afrika  üçün  (Tanjer,  Mərakeş),  Qərbi  Afrika 

üçün  (Niamma,  Niger),  Şərqi  Afrika  üçün  (Lusaka,  Zambiya)  və  Mərkəzi 

Afrika üçün (Kinşasa, Zair). 

ECA-nm  əsas  vəzifəsi  regionun  iqtisadi  inkişafı  üçün  tədbirlər  işləyib 

hazırlamaq, üzv-dövlətlərin sorğuları əsasında tövsiyələr verməkdir. 

Son  illərdə  ECA  səlahiyyətinə  aid  olan  məsələlər  dairəsini  bir  qədər 

genişləndirmişdir.  Məsələn,  məsləhət  və  texniki  yardım  göstərilməsi 

çərçivəsində quraqlıqla mübarizə, irriqasiya, kadrların hazırlanması sahəsində 

668 



yardımlar etmişdir. Son illər ECA-mn büdcəsi başqa komissiyalarla müqayisədə 

artmışdır. 



Latın  Amerikası  və  Karib  dənizi  hövzəsi  ölkələri  üçün  iqtisadi 

Komissiya  (ECLAC  -  Economic  Commission  for  Latin  America  and 

Caribbean).  Komissiya  1948-ci  ildə  yaradılmışdır.  Ali  orqanı  2  ildə  bir  dəfə 

çağırılan Sessiyadır. Sessiyalar arasındakı müddətdə Komissiyanın işinə Latın 

Amerikasından  olan  40  üzv-dövlət,  habelə  ABŞ,  Kanada,  Böyük  Britaniya, 

Fransa, İspaniya və Niderlandın daxil olduğu Komitə rəhbərlik edir. ECLAC-m 

tərkibində daimi orqanlar - Mərkəzi Amerika ölkələrinin iqtisadi əməkdaşlığı 

üzrə Komitə, Karib dənizi hövzəsi ölkələrinin inkişafı və iqtisadi əməkdaşlığı 

üzrə Komitə, Ticarət üzrə Komitə, Elökumət ekspertlərinin Komitəsi fəaliyyət 

göstərir.  ECLAC-m  fəaliyyətinin  əsas  istiqamətləri  yuxarıda  göstərdiyimiz 

komitələrə bənzəyir. ECLAC-ın və ECA-mn büdcələri təxminən eynidir. 

Asiya  və  Sakit  Okean  Ölkələri  üçün  iqtisadi  və  Sosial  Komissiya 

(ESCAP  - Economic and Social Commission for  Asia  and the Pacific).  Bu 

Komissiya  BMT-nin  regional  orqanı  kimi  1947-ci  ildə  yaradılmışdır.  Ali 

orqanı  hər  il  keçirilən  Sessiyadır.  ESCAP-ın  Katibliyi  Banqkokda  yerləşir. 

Regionun  əksər  ölkələri,  habelə  ABŞ,  Niderland,  Böyük  Britaniya,  Fransa 

ESCAP-ın üzvləridir. 

Komissiyanın  1994-cü  ildə  Dehlidə  keçirilən  50-ci  sessiyasında  XXI 

əsrin  astanasında  Asiya-Sakit  Okean  regionunda  iqtisadi  əməkdaşlığın 

möhkəmləndiril-məsi  haqqında  Bəyanat  qəbul  olunmuşdur  və  təşkilat  bu 

sənədə  uyğun  olaraq  inkişaf  edir.  İnkişafın  mümkün  istiqamətləri  işlənib 

hazırlanarkən, regionun xüsusiyyətləri nəzərə alınmışdır. 



Qərbi  Asiya  üçün  İqtisadi  və  Sosial  Komissiya  (ESCWA  -  Economic 

and  Social  Commission  for  Western  Asia).  Komissiya  1974-cü  ildə 

yaradılmışdır  və  onun  tərkibinə  regionun  14  dövləti  daxildir.  Təşkilatın  ali 

orqanı  2  ildə  bir  dəfə  çağırılan  Plenar  Sessiyadır.  ESCWA-nın  Katibliyi 

planlaşdırma,  sənaye,  kənd  təsərrüfatı  və  s.  şöbələrdən  ibarətdir,  Bağdadda 

yerləşir. 

Qeyd  olunmalıdır  ki,  regionda  iqtisadi  inkişaf  buradakı  siyasi 

vəziyyətdən  əhəmiyyətli  dərəcədə  asılıdır.  ESCWA-nın  qarşıya  qoyduğu 

vəzifələr,  ilk  növbədə,  regionda  iqtisadi  inkişaf  üçün  əlverişli  şərait 

yaratmaqdan,  iqtisadi  əlaqələri  möhkəmlətməkdən,  texniki  xarakterli 

tədqiqatlar aparmaqdan və s. ibarətdir. 



669 


1994-cü  ildə  Komissiya  Əmmanda  icra  olunmaq  üçün  5  mövzu  üzrə 

proqram qəbul etmiş və onlara sonradan dəfələrlə əlavələr olunmuşdur (1998, 

2000, 2008-ci illərdə): 

 



təbii resurslardan səmərəli istifadə

 



regionda həyat səviyyəsinin yüksəldilməsi

 



üzv-dövlətlər arasında iqtisadi əməkdaşlığa yardım göstərilməsi; 

 



regional əhəmiyyətli hadisələrə nəzarət, inkişafın müasir mərhələsində 

qlobal dəyişikliklərin öyrənilməsi

 

inkişafın  başqa  regionlar  üçün  səciyyəvi  olmayan,  konkret  bölgənin 



xüsusiyyətlərindən irəli gələn çətinliklərini əks edən xüsusi problemlər. 

Qeyd etməliyik  ki,  son illərdə ESCWA-nm  büdcəsi  yuxarıda nəzərdən 

keçirdiyimiz başqa təşkilatlarmkı ilə müqayisədə təqribən 40-50% azalmışdır. 

2003-


 

2004-cü illərdə müəyyən artım - cəmi 7% əldə olmuşdu. 



22.8.

 

BMT-nin Ticarət və İnkişaf 

üzrə Konfransı (UNCTAD) 

Qeyd  etdiyimiz  kimi,  UNCTAD  BMT-nin  Baş  Məclisinin  ticarət  və 

inkişaf  üzrə  əsas  orqanı,  ticari-iqtisadi  siyasətin  dövlətlərarası  çoxtərəfli 

tənzimlənməsinin  mühüm  alətidir.  Dünya  müstəmləkə  sisteminin  dağıldığı 

şəraitdə  UNCTAD-m  təsis  edilməsi  inkişaf  etməkdə  olan  ölkələrin  dünya 

ticarətinə  «ədalətli  şərtlərlə»  inteq-rasiya  olunması  səylərini  əks  etdirirdi. 

Həmin  dövrdə  yaradılan  başqa  beynəlxalq  təşkilatlar,  o  cümlədən  GATT, 

iqtisadiyyatı  zəif  inkişaf  etmiş  ölkələrin  maraqlarını  kifayət  dərəcədə  ifadə 

etmirdi.  Buna  görə  də  BMT-nin  Baş  Məclisi  əsas  ideyası  (məqsədi)  dünya 

iqtisadiyyatında  və  ticarətində  əsas  meyillərin  təhlili,  inkişaf  etmək-də  olan 

ölkələrin iqtisadi artımına şərait yaradan ticarət siyasətinin fomıalaşdırılması 

və həyata keçirilməsi olan daimi təşkilatın yaradılması barədə qərar qəbul etdi. 

UNCTAD-m  Nizamnaməsi  yoxdur.  Onun  məqsədləri,  funksiyaları 

təşkilati strukturu, fəaliyyəti ilə bağlı bütün prosedurlar BMT Baş Məclisinin 

1995 №-li Qətnaməsində ifadə olunmuşdur’. Bu Qətnaməyə əsasən, BMT-nin, 

onun ixtisaslaşmış idarələrinin yaxud Atom Enerjisi üzrə Beynəlxalq 

^  Резолюция  №  1995  (XXI)  ГА  ООН  от  30  декабря  1964  г.  «Учреждение  Конференции 

Организации  Объединенных  Наций  по  торговле  и  развитию  в  качестве  органа  Генеральной 

Ассамблеи». 

670 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə