Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə260/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   256   257   258   259   260   261   262   263   ...   306

Agentliyin  üzvü  olan  dövlətlər  Konfransın  iştirakçısı  ola  bilər.  2004-cü  ilin 

əvvəlində UNCTAD-ın tərkibinə 194 dövlət, o cümlədən MDB-nin 12 ölkəsi 

daxil idi. Konfrans öz əsas funksiyaları kimi bunları müəyyənləşdirmişdir: 

 



beynəlxalq,  o  cümlədən  inkişafı  fərqli  olan  ölkələr  arasında  ticarətin 

dəstəklənməsi; 

 

beynəlxalq  ticarət  və  iqtisadi  inkişafın  müvafiq  problemləri  ilə  bağlı 



olan idarələrin BMT çərçivəsində fəaliyyətinin əlaqələndirilməsi

 



hökumətlərin  və  regional  iqtisadi  qruplaşmaların  ticarət  sahəsində 

siyasətinin əlaqələndirilməsi. 

Konfransda təmsil olunan hər dövlət 1 səs hüququna malikdir. Qərarlar 

səsvennədə iştirak edən nümayəndələrin Ys hissəsinin çoxluğu ilə qəbul olunur. 

UNCTAD-m illik büdcəsi təqribən 50 milyon ABŞ dolları məbləğindədir 

və  mütəmadi  olaraq  Birləşmiş  Millətlər  Təşkilatının  büdcəsindən  ayrılır. 

Texniki  əməkdaşlıq  sahəsində  fəaliyyət  donorlar  və  benefisiar-dövlətlər 

tərəfindən  ayrılan  büdcədənkənar  vəsaitlərdən,  habelə  müxtəlif  təşkilatlar 

tərəfindən ildə təxminən 25 milyon ABŞ dolları məbləğində maliyyələşdirilir. 

UNCTAD  BMT-nin  İqtisadi  və  İctimai  Şurası  (ECOSOC),  Birləşmiş 

Millətlər Təşkilatının  İnkişaf Proqramı (UNDP), Beynəlxalq Ticarət Mərkəzi 

(ITC), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Dünya Bankı (DB), Beynəlxalq 

Valyuta Fondu (BVF) və başqa təşkilatlarla birgə fəaliyyət göstərir. Mindrantda 

(1996),  Banqkokda  (2001),  San-Pauluda  (2004)  keçirilən  sessiyalarında 

əsrimizin 

əvvəlində 

UNCTAD-m 

fəaliyyətinin 

əsas 

istiqamətləri 



müəyyənləşdirilmişdir. Onlardan ən əsasları aşağıdakı göstərilir. 

Qloballaşma  və  inkişaf  sahəsində  strategiya.  UNCTAD  dünya 

iqtisadiyyatının inkişafının əsas meyillərini, o cümlədən qloballaşmanı öyrənir, 

ölkələrin  müxtəlif  qruplarının  iqtisadiyyatının  inkişafına  onun  təsirini 

qiymətləndirir. İnkişafın konkret problemləri və bu sahədə inkişaf etməkdə olan 

və  keçid  iqtisadİ3^ath  ölkələrdə  istifadə  oluna  biləcək  müsbət  təcrübə  təhlil 

olunur. Maliyyə axınları və borclarla bağlı məsələlər öyrənilir. İnkişaf etməkdə 

olan ölkələrə borclann tənzimlənməsində yardım göstərilir. Ticarət və inkişafa 

aid məlumatlar bazası genişləndirilir. 



Mallar  və  xidmətlərlə  beynəlxalq  ticarət  və  xammal  məsələləri. 

UNCTAD aşağıdakı istiqamətlərə yönəlmiş siyasəti işləyib hazırlayır: 

 

tələb və təklifə toxunan disproporsiyaların azaldılması yolu ilə xammal 



bazarlarının fəaliyyətinin yaxşılaşdırılmasına; 

671 


 

inkişaf  etmiş  ölkələrin  emal  olunmamış  xammal  ixracından  həddən 



ziyadə asılılığının istehsalın və ixracın şaquli və üfüqi diversifıkasiyası, habelə 

kənd  təsərrüfatı  məhsullarının  əvəz  olunması  vasitəsilə  tədricən  aradan 

qaldırılmasının təmin edilməsinə

 



xammal sahəsində ticarət maneələrinin tədricən aradan qaldırılmasına; 

 



xammalın  qiymətlərinin  dəyişməsi  ilə  bağlı  risklərin  qiymətlərin 

hecinqi mexanizmindən (əmtəə fyuçersləri, opsionlar, svoplar) istifadə etməklə 

minimuma endirilməsinə; 

 



ixracdan daxilolmaların kompensasiya əsasında maliyyələşdirilməsinə. 

investisiyalar, texnologiyalar və sahibkarlığın inkişafı. UNCTAD xarici 

birbaşa  investisiya  (XBİ)  axınlarında  qlobal  meyilləri,  onların  ticarətlə, 

texnologiya-larla  və  inkişafla  əlaqəsini  öyrənir.  Konfransın  fəaliyyəti 

çərçivəsində  kiçik  və  orta  sahibkarlığın  dəstəklənməsi  mexanizmləri  işlənib 

hazırlanır.  Bununla  inkişaf  etməkdə  olan  ölkələrdə  texnoloji  potensialın  və 

innovasiya  fəaliyyətinin  inkişafının  dəstəklənməsinə  yönəlmiş  siyasət 

müəyyən  olunur.  Konfrans  inkişaf  etməkdə  olan  ölkələrə  investisiya 

axınlarının 

stimullaşdırılmasında 

və 


investisiya 

mühitinin 

yaxşı-laşdırılmasmda  kömək  edir.  Onun  ixtisaslı  kadrların  hazırlanması, 

ticarətin  səmərəli  təşkili  üçün  xidmətlər  infrastrukturunun  yaradılması 

proqramlarının  hazırlanmasında  və  həyata  keçirilməsində  rolu  böyükdür. 

Ümumilikdə,  UNCTAD  xidmətlər  infrastrukturunun  inkişafı  sahəsində  milli 

siyasətin  işlənib  hazırlanmasında  böyük  iş  aparır,  inkişaf  etməkdə  olan 

ölkələrdə  informasiya  texnologiyalarının  əlçatanlığınm  asanlaşdırılması 

sayəsində qlobal elektron ticarətin genişlənməsini dəstəkləyir. 

UNCTAD  və  zəif  inkişaf  etmiş,  dənizə  çıxışı  olmayan  və  adalarda 

yerləşən inkişaf etməkdə olan ölkələr. UNCTAD zəif inkişaf etmiş ölkələrin 

problemləri, o cümlədən ölkələr üzrə kompleks proqramlar fonuasmda texniki 

yardım göstərilməsi üzrə işləri əlaqələndirir. Konfrans zəif inkişaf etmiş ölkələr 

üçün fəaliyyət proqramlarının həyata keçirilməsində, inkişaf etməkdə olan ada 

dövlətlərinin dayanıqlı inkişafı üzrə Barbados fəaliyyət proqramında və dənizə 

çıxışı  olmayan  inkişaf  etməkdə  olan  ölkələr  arasında  tranzit  daşımaları 

sahəsində Qlobal  əməkdaşlıq planında iştirak edir. Zəif inkişaf  etmiş  ölkələr 

üçün məqsədli fondların idarəçiliyi həyata keçirilir. 



Yoxsulluqla  mübarizə.  UNCTAD  yoxsulluqla  mübarizəyə  kompleks 

yanaşmadan istifadə olunmasının tərəfdarıdır. Konfrans öz səylərini insan 



672 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə