Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə261/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   257   258   259   260   261   262   263   264   ...   306

resurslarının  və  sosial  infrastrukturun  inkişafı;  iş  yerlərinin  yaradılması  və 

əhalinin yoxsul təbəqələrinin əmək məhsuldarlığının yüksəldilməsi; gəlirlərin 

və  sosial  nemətlərin  bölgüsü  üzərində  cəmləşdirir.  Ticarətin  genişlənməsinin 

yoxsulluqla mübarizəyə təsiri öyrənilir. 



inkişaf  etməkdə  olan  ölkələr  arasında  əməkdaşlığın  genişləndirilməsi. 

UNCTAD  inkişaf  etməkdə  olan  ölkələr  arasında  subregional,  regional  və 

regionlararası  iqtisadi  əməkdaşlıq  təcrübəsini  öyrənir;  zəif  inkişaf  etmiş 

ölkələrdə iqtisadi geriliyin aradan qaldırılması üzrə dünya birliyinin fəaliyyət 

proqramlarını işləyib hazırlayır. 

Mövcudluğunun  40  ili  ərzində  UNCTAD-ın  fəaliyyətinin  bəzi 

yekunları. 11-ci sessiyasının keçirilməsi nəticəsində UNCTAD tərəfindən bir 

sıra mühüm beynəlxalq sazişlər bağlanmışdır, o cümlədən: 



ticarət sahəsində: 

 



ümumi  preferensiyalar  sistemi  (1971).  Bu  sistem  sayəsində  inkişaf 

etməkdə  olan  ölkələr  tərəfindən  ixrac  olunan  mallar  inkişaf  etmiş  ölkələrin 

bazarlarında preferensial (güzəştli) rejim altına düşür; 

 



inkişaf etməkdə olan ölkələr arasında ticarət preferensiyalarmm qlobal 

sistemi haqqında saziş (1989); 

 

məhdudlaşdırıcı  işgüzar  təcrübə  üzərində  nəzarət  üçün  çoxtərəfli 



əsasda razılaşdırılmış ədalətli prinsiplər və qaydalar kompleksi (1980); 

 



BMT-nin 

ticarətin  səmərəliliyi  üzrə  keçirdiyi  Beynəlxalq 

Simpoziumun  işinin  yekunları  əsasında  Ticarət  Məsələləri  üzrə  Qlobal 

şəbəkənin yaradılması (1994); 



xammal sahəsində: 

 



kakao,  şəkər,  təbii  kauçuk,  cut  və  cut  məmulatları,  tropik  oduncaq, 

qalay, zeytun yağı və buğda üzrə beynəlxalq əmtəə müqavilələri

 

beynəlxalq  ehtiyatların  saxlanmasının  və  xammal  sahəsində  ETTKİ 



layihələrinin həyata keçirilməsinin maliyyə dəstəklənməsi məqsədilə xammal 

üçün ümumi fondun yaradılması (1989); 



borclar və inkişaf sahəsində: 

 



Şura  tərəfindən  gəlirləri  aşağı  səviyyədə  olan  inkişaf  etməkdə  olan 

ölkələr  üçün  borclanma  şərtlərində  retroaktiv  düzəlişlərin  aparılması  barədə 

Qətnamə  qəbul  edildikdən  sonra  (1978)  50-dən  artıq  inkişaf  etməkdə  olan 

yoxsul  ölkənin  borc  yükü  6,5  milyard  ABŞ  dollarından  çox  məbləğdə 

azaldılmışdı; 

673 



 

borcların  restruktizasiyası  sahəsində  beynəlxalq  tədbirlərin  rəhbər 



prinsipləri (1980); 

zəif inkişaf etmiş və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin 

və inkişaf etməkdə olan tranzit ölkələrinin dəstəklənməsi sahəsində: 

 



dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə 

olan tranzit ölkələri ilə donorlar birliyi arasında əməkdaşlığın qlobal çərçivəsi 

haqqında (1995); 

 



zəif inkişaf etmiş ölkələr üçün fəaliyyət proqramı (1990-cı illər); 

 



zəif  inkişaf  etmiş  ölkələr  üçün  2001-2003-cü  illərdə  fəaliyyət 

proqramı; 



nəqliyyat sahəsində: 

 



BMT-nin xətti konfranslarının keçirilməsi haqqında Məcəllə (1974); 

 



yüklərin dəniz daşımaları haqqında BMT-nin Konvensiyası (1978); 

 



yüklərin  qarışıq  beynəlxalq  daşımaları  haqqında  BMT-nin 

Konvensiyası (1980); 

 

gəmilərin qeydiyyatı şərtləri haqqında BMT-nin Konvensiyası (1986); 



 

dəniz girovları və ipotekaları haqqında BMT-nin Konvensiyası (1993). 



UNCTAD-m gərgin fəaliyyəti nəticəsində beynəlxalq təşkilatlar və 

hökumətlər tərəfindən aşağıdakı mühüm qərarlar qəbul edilmişdir: 

 

inkişafın hədəf göstəricilərinin müəyyən olunması, o cümlədən ÜDM- 



in  0,7%-nin  inkişaf  etməkdə  olan  ölkələrə  və  0,15%-nin  zəif  inkişaf  etmiş 

ölkələrə ayrılması barədə razılaşma; 

 

ixracdan 



daxilolmaların 

kompensasiya 

əsasında 

maliyyələşdirilməsinin Beynəlxalq Valyuta Fondu tərəfindən müəyyən edilmiş 

mexanizminin təkmilləşdirilməsi

 



borcu yüksək olan zəif inkişaf etmiş ölkələrin beynəlxalq kommersiya 

bankları qarşısındakı borclarının azaldılması. 

Konfransın fəaliyyətinin mühüm funksiyalarından biri ticarət və inkişaf 

haqqında illik hesabatların dərc olunmasıdır. Bu hesabatlarda meydana çıxan 

beynəlxalq  və  regional  meyillər,  ticari,  investisiya  və  maliyyə  axınlarının 

qarşılıqlı  təsiri  təhlil  edilir.  Məsələn,  dünyada  investisiyalar  haqqında 

Hesabatda  xarici  birbaşa  investisiyalar  (XBİ)  və  TMK-nm  fəaliyyəti 

sahəsindəki meyillər təqdim olunur; zəif inkişaf etmiş ölkələr üzrə hesabatda 

onların  əsas  problemləri,  beynəlxalq  səviyyədə  dəstəklənməsi  tədbirləri  şərh 

olunur. UNCTAD tərəfindən dərc olunan beynəlxalq ticarət və inkişaf üzrə 



674 


Statistik  məcmuədə  ümumdünya  və  regional  inkişafın  əsas  göstəriciləri: 

əhalinin hər nəfərinə düşən ÜDM, artım templəri, tədiyyə balansının vəzİ5^əti, 

XBİ, maliyyə resurslarının axını və borclar haqqında məlumatlar verilir, dəniz 

daşımalar sahəsində meyillər şərh olunur. UNCTAD-m nəşrləri əsasında tərtib 

olunan Sorğu kitabında ölkələr, habelə milli və beynəlxalq qanun yaradıcılığı 

sahəsində  fəaliyyət  üçün  əhəmiyyət  kəsb  edən  digər  dövri  və  birdəfəlik 

tədqiqatların nəticələri əks olunur. 

Konfrans 4 ildə bir dəfədən az olmayaraq nazirlər səviyyəsində çağırılır. 

Konfransın  sessiyalarının  keçirilməsinin  vaxtı  və  yeri  BMT-nin  Baş 

Assambleyası  tərəfindən,  Konfransın  və  Ticarət  və  İnkişaf  üzrə  Şuranın 

tövsiyələri nəzərə ahn-maqla müəyyən olunur. Sessiyalar arasında UNCTAD- 

ın daimi fəaliyyət  göstərən icra orqanı  Ticarət  və İnkişaf üzrə Şuradır.



 

Şura, 


lazım  olduqda,  adətən  ildə  2  dəfə  toplaşır.  Bundan  başqa.  Şuranın  qlobal 

siyasət,  dünya  ölkələrinin  iqtisadiyyatının  qarşılıqlı  əlaqələri,  ticarət  və 

valyuta-kredit  münasibətləri,  struktur  yenidənqurmaları  və  iqtisadi  islahatlar 

üzrə xüsusi sessiyaları və iclasları keçirilir. 1997-ci ildən Şuranın işçi orqanları 

3 komissiyadır: 

mallar və xidmətlərlə ticarət üzrə; investisiya-lar

texnologiyalar  və  maliyyə  məsələləri  üzrə;  sahibkarlıq  və  biznes  məsələləri 

üzrə.  Şura  hər  il  Konfransa  və  BMT-nin  Baş  Məclisinə  fəaliyyəti  haqqında 

hesabatlar təqdim edir. 1964-cü-2004-cü illərdə 11 sessiya keçirilmişdir: 

 



birinci - 1964-cü ildə (Cenevrə, İsveçrə); 

 



ikinci - 1968-ci ildə (Dehli, Hindistan); 

 



üçüncü - 1972-ci ildə (Santyaqo, Çili); 

 



dördüncü - 1976-cı ildə (Nayrobi, Keniya); 

 



beşinci - 1979-cu ildə (Manila, Filippin); 

 



altıncı - 1983-cü ildə (Belqrad, Yuqoslaviya); 

 



yeddinci - 1987-ci ildə (Cenevrə, İsveçrə); 

 



səkkizinci - 1992-ci ildə (Kartahena, Kolumbiya); 

 



doqquzuncu - 1996-cı ildə (Midrand, CAR); 

 



onuncu - 2000-ci ildə (Banqkok, Tailand); 

 



on birinci - 2004-cü ildə (San-Paulu, Braziliya). 

UNCTAD-m  sessiyaları  beynəlxalq  ticarətin  ən  aktual  problemlərinin 

inkişaf  etməkdə  olan  ölkələrin  iqtisadi  geriliyinin  aradan  qaldırılması 

baxımından  müzakirə-sinə  həsr  edilmiş  dövlətlərarası  iqtisadi  forumlardır. 

Sessiyanın yekununda müxtəlif hüquqi qüvvəsi olan qətnamələr. 

675 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə