Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə263/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   259   260   261   262   263   264   265   266   ...   306

təqib  olunan  təqribən  25  milyon  qaçqın  və  30  milyon  məcburi  köçkünün 

köməyə  ehtiyacı  var.  2009-2010-cu  illərdə  BMT-nin  Qaçqınlar  üzrə  Ali 

Komissarlığı  tərəfindən  bu  məqsədlərə  2800  milyon  ABŞ  dolları  sərf 

olunmuşdur. 

BMT sisteminin ixtisaslaşmış təşkilatlarının öz nizamnamələri, büdcələri 

və  rəhbər  orqanları  var.  Onlar  birlikdə  xalis  şəkildə  güzəştli  şərtlərlə  9,3 

milyard  ABŞ  dolları  məbləğində  borc  və  onlarla  əlaqədar  olan  12,3  milyard 

ABŞ  dolları  məbləğində  kreditlər  verir.  İxtisaslaşmış  təşkilatların  operativ 

vəsaitlərinin təqribən 40%-i BMT-nin proqramlarından və fondlarından daxil 

olur. Üzv-dövlətlər də onlara konkret layihələrin yerinə yetirilməsi üçün vəsait 

ayırmalıdır.  Yeni  təzahürlər  də  meydana  çıxır.  Xeyli  müddət  ərzində  DB  və 

BVF əsasən makroiqtisadi sabitliyin və iqtisadi artımın konkret problemləri ilə 

məşğul  olan  təşkilatlar  kimi  nəzərdən  keçirilirdi  və  hesab  olunurdu  ki, 

uzunmüddətli  sosial  inkişaf  məsələləri  BMT-nin  başqa  təşkilatlarının 

səlahiyyətindədir.  Qlobal  inkişafın  yönümündə  və  xarakterində  baş  verən 

dəyişikliklər  bu  dixotomiyanın  başqa  tərzdə  dərk  olunmasını  tələb  edir. 

Birincisi, «ilkin» və «törəmə» məsələlər arasındakı fərq çözülür. Belə ki, indi 

Bretton-Vuds  idarələri  sosial  inkişaf  və  struktur  yenidənqurması  proqramları 

ilə əlaqədə sosial müdafiə sistemlərinin yaradılması məsələləri ilə məşğul olur. 

BVF məsləhətvermə yardımının göstərilməsinə daha çox cəlb edilir və yüksək 

səmərəliliklə  inkişaf  məqsədləri  üçün  orta  müddətə  vəsaitlər  ayırır.  Dünya 

Bankı  borc  verərkən  ekoloji  nəticələrə  diqqət  yetirir  və  struktur  yenidən- 

qunnalarmm  sosial  cəhətlərinin  maliyyələşdirilməsinə  vəsait  ayırır.  İkincisi, 

beynəlxalq  kreditlərin  və  investisiyaların  miqyasının  artdığı  şəraitdə  DB-nin 

kreditləri bilavasitə öz mülahizələri əsasında verməsi artıq əvvəlki kimi böyük 

rol  oynamır,  bunun  əvəzində  isə  özəl  kapital  bazarları  üçün  ölkənin  kredit 

qabiliyyəti  göstəricisi  kimi  böyük  çəkiyə  malikdir.  Üçüncüsü,  kreditlərin 

şərtləri  hökumətlərin  siyasət  məsələlərində hərəkət  azadlığını məhdudlaşdırır 

və  bununla  da,  daxili  qeyri-sabitlik  riskini  yüksəldir.  Bütün  bu  təzahürlər 

Bretton-Vuds  təşkilatlarının  siyasi  məsələlər  üzrə  məsləhətlərinin  və  onların 

əməliyyatlarının inkişaf subyektlərinin yanaşmaları və təcrübəsi ilə daha güclü 

əlaqələndirilməsinin zəruriliyini sübut edir. 

Regional  sazişlər  və  təşkilatlar  dünyada  getdikcə  daha  nəzərəçarpan 

təzahürə  çevrilir  və  hər  il  inkişaf  məqsədlərinə  təqribən  5,5  milyard  dollar 

ayrılır. Regionçuluq BMT-də təcəssüm olunan beynəlmiləlçiliyin alternativi və 

679 



ona zidd deyil. Regional əməkdaşlıq hərtərəfli inkişafın zəruri şərtlərindəndir. 

Regional  ticari  birliklər  milli  müəssisələrin  məhsullarının  satış  bazarlarını 

genişləndirir  və  ticarət  üçün  imkanlar  açan  regionlararası  müqavilələrin 

bağlanmasını  stimullaşdırır.  Regional  səviyyədə  göstərilən  yardım  sayəsində 

bütün region miqyasında inkişaf problemlərini həll etmək və harada meydana 

çıxmasından asılı olmayaraq, praktiki ehtiyacları həll etmək mümkündür. Su 

resursları, elektrikləşmə, nəqliyyat, rabitə və səhiyyə sistemləri kimi sahələrdə 

ümumregional  yanaşmaların  tətbiqi  müsbət  nəticələr  verir.  Regional 

əlaqələndirmə transmilli səviyyədə qəbul edilən qərarların tarazlaşdırılmasmı, 

nisbətən  aşağı  bürokratik  strukturlar  arasında  rəqabət  nəticəsində  meydana 

çıxan  problemlərin  həllini  təmin  edir.  Ancaq  regionçuluq  özündə 

proteksionizm və yeni bürokratik təbəqələrin yaranması təhlükəsini də daşıyır. 

Hərtərəfli  inkişaf  zərurətindən  yaranan  regionçuluğun  daha  yüksək 

əlaqələndinnəyə  təsir  göstərməsi  üçün  bu  prosesin  diqqətlə  idarə  olunması 

gərəkdir. 

Qeyri-hökumət təşkilatları (QHT) həyata keçirilməsinə hər il 10 milyard 

ABŞ dolları xərclənən layihələri həyata keçirir. Münaqişələr yarandıqda, artıq 

uzun  illər  ərzində  sülhün  bərpasında  fəal  rol  oynayan  QHT-lər  həmin  yerə 

birincilər sırasında gəlir, zərər çəkmiş əhaliyə təcili fövqəladə yardım göstərir, 

müharibə nəticəsində parçalanmış cəmiyyətin bərpasının təməlini qoyur. Çevik 

struktura,  özəl  maliyyə  vəsaitlərini  səfərbər  etmək  imkanlarına  və  fədakar 

heyətə  malik  olan  QHT-lər  inkişaf  məqsədlərinə  xidmət  edə  bilən  böyük 

potensiala malikdir. Son onilliklərdə qeyri-hökumət təşkilatlarının sayının və 

nüfuzunun  fenomenal  artımı  müşahidə  edilir.  Onlar  yeni  qlobal  şəbəkələr 

yaradır  və  böyük  beynəlxalq  konfransların  iştirakçıları  kimi,  müstəsna 

dərəcədə  mühüm  rol  oynayırlar.  Qeyri-hökumət  təşkilatları  ilə  BMT-nin 

səylərinin  birləşdirilməsi,  onlar  arasında  məsləhətvermə  və  əməkdaşlıq 

sahəsində daha məhsuldar münasibətlərin qurulması zamanı yetişmişdir. 

Beynəlxalq  özəl  investisiya  axınlarının  yüz  milyard  dollar  həcminə 

çatması  əhalinin  məşğulluğunun  artması,  texnologiyaların  ötürülməsi, 

kadrların hazırlanması, ticarətin inkişafının dəstəklənməsi üçün geniş imkanlar 

açır.  Bu  proses  nəticəsində  yaranan  dinamizm  ölkələrin  durğunluq  keçirən 

iqtisadiyyatını canlandırır, onların dünya iqtisadi sisteminə inteqrasiyası üçün 

imkanlar açır. Xarici birbaşa investisi-yalar ölkələrin öz inkişafında istifadə edə 

biləcəyi texnoloji imkanların sayma pozitiv təsir göstərə bilər. Özəl 

680 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə