Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə264/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   260   261   262   263   264   265   266   267   ...   306

sahibkarlıq, əvvəl müstəsna olaraq dövlət orqanlarının səlahi}q/ətinə aid edilən 

problemlərin həlli işində pozitiv amil kimi getdikcə daha çox qəbul olunur. Bəzi 

ölkələrdə  özəl  şirkətlər  kommunal  xidmətlər  sahəsində,  məsələn, 

telekommunikasiyada, nəqliyyatda, energetikada, tullantıların emalında və su 

təchizatında  səmərəli  fəaliyyət  göstərir.  Bir  sıra  hallarda  dövlət  şirkətlərinə 

verilən  subsidiyaları  məqsədli  subsidiyalarla  əvəz  etmək  yolu  ilə  bəzi 

istehlakçılardan  xidmətlərin  real  dəyərini  almaq,  dövlət  vəsaitlərini  isə  daha 

geniş,  ilk  növbədə,  sosial-mədəni  xarakterli  ehtiyacların  ödənilməsinə 

yönəltmək düzgün olardı. 

Akademik və elmi cəmiyyətlər hələ bir neçə əsr öncə elmi axtarışların və 

tədqiqatların qlobal sistemini yaratmağa başlamışdır. İndi planetimizdə nəzəri 

biliklərlə,  araşdırmalarla  və  yaradıcılıqla  məşğul  olan  minlərlə  tədqiqat 

mərkəzinə malik olan, ideyalar və təcrübə ilə mübadiləni bir an ərzində təmin 

edən  təşkilatlar  var.  Bu  təşkilatlar  əsasən  fənlərarası,  habelə  millətlərarası 

xarakter daşıyan işləri ilə köhnə kateqoriyaları yenidən təşkil edir, onları yeni, 

sosial  baxımdan  faydalı  modellərə  inteqrasiya  edir.  Müəyyən  təməl 

maraqlarını, dəyərləri və nonuaları  bölüşdürərək, elmi  cəmiyyət  ümumdünya 

əlaqələr  şəbəkəsini  təşkil  edir.  Bu  cəmiyyət  uzun  müddət  ərzində  toplanılan 

elmi  və  humanitar  nailiyyətlərindən  cari  problemlərin  həlli,  elmi-texniki 

tərəqqinin  sürətləndirilməsi,  insan  hüquqlarının  müdafiəsi,  beynəlxalq 

ictimaiyyətin diqqətinin inkişaf üzərində cəmləşdirilməsi üçün istifadə edir. 

İqtisadi  siyasətin  işlənib  hazırlanması  hərtərəfli,  etibarlı  infonuasiya 

bazasının  qurulmasını  tələb  edir.  Hökumət  və  özəl  qurumlar  tərəfindən 

planlaşdırma  və  qərarların  qəbulu  prosesləri  yalnız  dəqiq  və  ən  yeni 

məlumatlara  istinad  etdikdə,  səmərəli  ola  bilər.  Əhalinin  iqtisadi,  sosial  və 

siyasi həyatda iştirakı, onun yaxşı məlumatlandırıldığı halda fəallaşa bilər. 

Adekvat  məlumat  bazasına  malik  olmayan  ölkə  apardığı  ikitərəfli  və 

çoxtərəfli  danışıqlarında  əlverişsiz  vəziyyətə  düşür.  Onların  beynəlxalq 

iqtisadi,  demoqrafik,  sosial  və  ekoloji  proseslər  barədə  məlumat  əldə  etmək 

imkanı  təkcə  düşünülmüş  qərarların  qəbul  olunması  üçün  deyil,  beynəlxalq 

bazarlarda  həyata  keçirdikləri  əməliyyatların  rəqabət  qabiliyyətinin  və 

səmərəliliyinin  təmin  olunması  üçün  də  vacibdir.  Məlumatları  və  statistik 

göstəriciləri  fəal  surətdə  toplamaq  yolu  ilə  BMT  sistemi  üzv-dövlətlər  üçün 

mühüm, amma hələ də lazımi qədər istifadə olunmayan informasiya kapitalıdır. 

BMT informasiya və kommunikasiya infrastrukturlarının yaradılması və 

681 



təkmilləşdirilməsi  sahəsində  texniki  əməkdaşlığın  ön  cərgəsindədir.  Bu 

səylərin  əhəmiyyəti  hamı  tərəfindən  bəyənilsə  də,  üzv-dövlətlər  tərəfindən 

daha fəal dəstəklənməlidir. 

BMT məlumatların toplanması və sistemləşdirilməsi məsələlərinə ümumi 

və  müqayisəli  yanaşmaları  işləyib  hazırlayır,  rabitə  vasitələri  üçün  vahid 

standartlar  tətbiq  edir,  məlumatların  toplanması  metodlarını  təkmilləşdirir, 

beynəlxalq  səviyyədə  səmərəli  informasiya  mübadiləsinə  yardım  göstərir, 

məlumatların təhlilində və qiymətləndirilməsində, kadrların hazırlanmasında, 

infonnasiyadan istifadə olunmasında yardım göstərir. 

BMT  sistemi  demoqrafik  planlaşdırma,  səhiyyə,  dövlət  idarəçiliyi  və 

dövlətin inzibati fəaliyyəti, sosial təminat məsələlərinin həlli üçün məşğulluq, 

əməyin  ödənilməsi  və  gəlirlər  barədə  məlumatların  toplanması,  təhlili  və 

istifadəsi  sahələrində  beynəlxalq  əməkdaşlığın  təşkilinin  təşəbbüskarıdır.  Bu 

fəaliyyətin  məqsədi  xalqlara  və  hökumətlərə  düşünülmüş  qərarlar  qəbul 

etməkdə  yardım  göstənnəkdir.  Birləşmiş  Millətlər  Təşkilatı  bəşərijryətin 

tərəqqisinin  kəmiyyətcə  qiymətləndirilmə-sinə  yeni  mövqedən  yanaşaraq, 

insan  inkişafının  yalnız  ÜDM-in  əhalinin  hər  nəfərinə  düşən  məbləği 

göstəricisi  ilə  məhdudlaşdırılmayan  statistik  təsvirini  verməyə  səy  göstərir. 

UNDP  tərəfindən  dərc  olunmuş  «İnsan  resurslarının  inkişafı  haqqında 

Hesabat»  inkişafın  qiymətləndirildiyi  parametrlərə  yenidən  baxılmasının 

başlanğıcını qoymuşdur. 

Ölkələrdə  iqtisadi  fəallığı  nəzarətdə  saxlamaq  yaxud  iqtisadi,  sosial  və 

ekoloji dəyişiklikləri müşahidə etməyə imkan verən dürüst statistik göstəricilər 

düşünülmüş  qərarların  qəbul  olunmasının  ilkin  şərtidir  və  milli  inkişafda 

irəliləyişlərin  əldə  olunmasında  uğurların  zəminidir.  Ölkələrin  öz  iqtisadi 

statistikası  barədə  dolğun  təsəvvürlər  əldə  etməsi  üçün  yeni  milli  hesablar 

sistemi  çox  vacibdir.  Elm  ailə  planlaşdırılmasmm  yeni,  təhlükəsiz,  sadə  və 

səmərəli  metodlarının  işlənib  hazırlanması,  ekoloji  təhlükəsiz  enerji 

mənbələrinin  aşkarlanması,  aqrotexnikanm  təkmilləşdirilməsi,  epidemioloji 

şəraitin  yaxşılaşdırılması  və  bir  sıra  başqa  tədqiqatlar  sayəsində  inkişaf 

variantlarının  seçim  dairəsini  genişləndirə  bilər.  O  qədər  də  açıq  bəyan 

olunmasa  da,  sosial  araşdırmalar,  humanitar  elmlər  və  sənətşünaslıq 

sahələrində aparılan tədqiqatlar da mühüm əhəmiyyətə malikdir. Çoxdan etiraf 

olunduğu kimi, onlar insan həyatını rəngarəngləşdirməklə yanaşı, cəmiyyətin 

çoxsaylı  fonnada  təzahür  olunan  əsas  xüsusiyyətlərinə  və  ehtiyaclarına  yeni 

mövqedən nəzər yetinnəyə imkan verir. 



682 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə