Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə265/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   261   262   263   264   265   266   267   268   ...   306

Dini  icmalar,  yerli  assosiasiyalar  və  özünəyardım  qrupları  kimi  aşağı 

təşkilatlar  inkişafın  iqtisadi,  sosial,  insani  və  ekoloji  cəhətlərinin  qarşılıqlı 

əlaqəsini  dərk  edir.  Onlar,  kiçik  olduğu  üçün  diqqətdən  yayma  biləcək 

icmaların  ehtiyacları  ilə  təmasda  olduğuna  görə,  inkişaf  sahəsində  biliklərin 

toplanılması prosesinə qarşılıqlı istiqa-mətlənmə xarakteri verir. Aşağı və yerli 

təşkilatların  fəaliyyəti  maliyyə  çətinlikləri  ilə  qarşılaşdığına  görə,  bir  çox 

hallarda onların texniki yardıma ehtiyacı var. Vəsaitlərin əsasən yerli səviyyədə 

səfərbər  olunması  tələbinin  qoyulmasına  baxmayaraq.  Birləşmiş  Millətlər 

Təşkilatı  aşağı  təşkilatlara  yardım  göstərməklə,  mikro-səviyyədə  keçirilən 

tədbirləri  dəstəkləyə  bilir.  Müasir  dövrdə  inkişaf  prosesində  iştirak  edən 

şəxslərin sayı, onların fəaliyyətində əks olunan qlobal meyillər, problemlərin 

və  onların  həlli  mexanizmlərinin  qarşılıqlı  asılılığı  inkişaf  problematikasmm 

daha dərindən dərk olunması və inkişaf məqsədlərinə nail olunma-sında daha 

qətiyyətli addımların atılmasının vacibliyini əyani surətdə sübut edir. 



22.9.

 

BMT sisteminin tərkibinə daxil olmayan 

beynəlxalq təşkilatların fəaliyyəti 

İƏİT vaxtilə 1947-ci ildə ABŞ-m dövlət katibi A.Marşall tərəfindən təklif 

edilmiş və «Marşall planı» adı ilə məşhurlaşmış Avropanın Bərpası Proqramı 

(European  Recovery  Programmer)  bazasında  yaradılan  Avropa  İqtisadi 

Əməkdaşlıq Təşkilatının, İƏT-in xələfidir. 1948-ei ildə 16 Avropa dövlətinin 

bərpasını nəzərdə tutan bu proqramın əlaqələndirilməsi üçün İƏT yaradılmışdı. 

Təşkilatın  üzvləri  Avstriya,  Belçika,  Danimarka,  Fransa,  Yunanıstan, 

İslandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, İsveç, İsveçrə, 

Türkiyə,  Böyük  Britaniya,  Almaniyanın  ingilis-amerikan  və  fransız  işğal 

zonaları idi. 1949-cu ildə Almaniya təşkilatın tam hüquqlu üzvü oldu, 1950-ei 

ildə  isə  Kanada  və  ABŞ  assosiasiya  olunmuş  üzv  kimi  qəbul  edildi.  İlkin 

dövrdə  təşkilatın  fəaliyyəti  əsasən  Avropanın  Bərpası  Proqramının  həyata 

keçirilməsi  ilə  məhdudlaşırdısa,  sonradan  onun  çərçivəsində  üzv-dövlətlər 

arasında  ticarətin  liberallaşdırılması  və  çoxtərəfli  hesablaşmalar  sisteminin 

yaradılması yolu ilə iqtisadi əməkdaşlığın stimullaşdırılmasma istiqamətlənmiş 

proqramlar həyata keçirilmişdi. 

1960-cı ildə Parisdə İƏT iştirakçıları və bir sıra ölkələr arasında İƏİT-in 

683 



təsis  olunması  haqqında  Konvensiya  imzalandı  və  onların  parlamentləri 

tərəfindən ratifikasiya olunduqdan sonra 1961-ci ildə qüvvəyə mindi. İƏİT-ə 

31 dövlət daxildir: Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Maearıstan, 

Almaniya,  Yunanıstan,  Danimarka,  İrlandiya,  İslandiya,  İspaniya,  İtaliya, 

Kanada,  Lüksemburq,  Meksika,  Niderland,  Yeni  Zelandiya,  Norveç,  Polşa, 

Portuqaliya, Koreya Respublikası, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Çexiya, 

İsveçrə, İsveç, Yaponiya, Sloveniya, Slovakiya. 

İƏİT-in əsas vəzifələri və funksiyaları: 

 



üzv-dövlətlərdə  iqtisadi  artımın  stimullaşdırılması  və  maliyyə 

sabitliyinin 

saxlanmasına 

yönəlmiş 

siyasətin 

formalaşdırılması, 

əlaqələndirilməsi və həyata keçirilməsi; 

 



üzv-dövlətlərin  inkişaf  etməkdə  olan  ölkələrə  maliyyə  və  texniki 

yardımın 

göstərilməsi 

sahəsində 

səylərinin 

stimullaşdırılması 

və 

əlaqələndirilməsi; 



 

ayrı-seçkilik  tədbirlərini  istisna  edən  beynəlxalq  ticarətin 



genişlənməsini dəstəkləmək; 

İƏİT-in sadələşdirilmiş sxemi: 

 



Baş orqan - Şura (Baş Katiblik); 

 



Direktorluqlar; 

 



icra direktorluğu; 

 



maliyyə, büdcə-vergi siyasəti və sahibkarlıq üzrə direktorluq

 



ərzaq məhsulları, kənd təsərrüfatı və balıqçılıq üzrə direktorluq; 

 



ictimai}^ət və kütləvi infonuasiya vasitələri ilə iş üzrə direktorluq

 



inkişaf məsələlərində əməkdaşlıq üzrə direktorluq; 

 



İƏİT-ə daxil olmayan ölkələrlə əməkdaşlıq üzrə direktorluq; 

 



ticarət üzrə direktorluq; 

 



ətraf mühitin mühafizəsi üzrə direktorluq

 



iqtisadiyyat məsələləri üzrə direktorluq; 

 



statistika üzrə direktorluq; 

 



dövlət sektorunun idarəçiliyi üzrə xidmət

 



təhsil, məşğulluq, əmək və sosial məsələlər üzrə direktorluq

 



elm, texnologiyalar və sənaye üzrə direktorluq. 

Təşkilatı bütün üzv-dövlətlərin təmsil olunduğu Şura idarə edir. İƏİT-in 

fəaliyyəti  beynəlxalq  katibliklə  birlikdə  konkret  problemləri  tədqiq  edən  və 

siyasi, 0 cümlədən iqtisadi inkişaf, texniki əməkdaşlıq, beynəlxalq ticarət. 



684 


energetika və ətraf mühitin mühafizəsi sahələrində tövsiyələr hazırlayan 100- 

dən çox ixtisaslaşmış komitə və işçi qrupları tərəfindən həyata keçirilir. Şura 

1974-cü ildə təsis olunmuşdur. 

İƏİT-in  rəhbərliyi  altında  hazırlanan  sənədlər  sırasında  TMK-nın 

Davranış Məcəlləsini (BMT tərəfindən 1970-ci illərdə qəbul edilmişdir), habelə 

TMK-nın  maliyyə  hesabatlarının  hazırlanması  qaydalarına  həsr  olunmuş 

rəhbərlik  qaydalarını  xatırlatmaq  lazımdır.  İƏİT-in  idarələri  müasir  dövrün 

siyasi,  iqtisadi,  mədəni  və  başqa  qlobal  və  regional  problemlərinin  müzakirə 

olunduğu beynəlxalq forumları dəstəkləməklə, böyük faydalı iş görür. 

İƏİT-in təşkilatları: 

 

Beynəlxalq Enerji Agentliyi (lEA - International Energy Agency); 



 

Nüvə Enerjisi üzrə Agentlik (NEA - Nuclear Energy Agency); 



 

Təhsil Sahəsində Tədqiqatlar və Yeniliklər Mərkəzi (CERI - Centre for 



Education Research and Innovation); 

 



İnkişaf Mərkəzi (DC - Development Center); 

 



Ərazilərin  İnkişafı  Xidməti  -  (SDT  -  Service  of  Development  of 

Territories). 



Beynəlxalq  Nüvə  Enerjisi  Agentliyinin

 

məqsədi  energetika  sahəsində 

beynəlxalq  əməkdaşlığı  stimullaşdırmaq  və  üzv-dövlətlərin  neft  idxalından 

asılılığını azaltmaqdır. 1974-cü ildən fəaliyyət göstərir. 



Nüvə  Enerjisi  üzrə  Agentlik

 

İƏİT  üzvü  olan  dövlətlər  arasında  atom 

enerjisindən  sülh  məqsədləri  üçün  istifadənin  inkişafı  sahəsində  beynəlxalq 

əməkdaşlığın genişləndirilməsinə xidmət edir. 



Təhsil  Sahəsində  Tədqiqatlar  və  Yeniliklər  Mərkəzi

 

1968-ci  ildə  təhsil 

sahəsində tədqiqat fəaliyyətinin inkişafının həvəsləndirilməsi və dəstəklənməsi 

məq-sədilə  təsis  olunmuşdur.  İƏİT-in  üzvü  olan  bütün  dövlətlər  CERI-nin 

iştirakçısıdır. 

İƏİT-in İnkişaf Mərkəzi

 

təşkilatın Şurasının qərarı ilə 1962-ci ildə, üzv- 

dövlətlərin  iqtisadi  inkişaf,  habelə  iqtisadi  yardım  göstərilməsi  üzrə  ümumi 

siyasətinin  işlənməsi  və  yeridilməsi  təcrübəsi  sahəsində  biliklərini  və 

təcrübəsini  birləşdirmək  məqsədilə  yaradılmışdır.  İƏİT-in  üzvü  olan  bütün 

dövlətlər Mərkəzin fəaliyyətində iştirak edir. 

İƏİT-in işində ixtisaslaşmış orqan o\ar\ İnkişafa Yardım Komitəsi

 

(DAC - 


Development Assistance Committe) mühüm rol oynayır. Üzv-dövlətlərə, 

685 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə