Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə266/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   262   263   264   265   266   267   268   269   ...   306

habelə inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi; inkişaf etməkdə olan 

ölkələrə  verilə  biləcək  resursların  lazımi  həcmdə  təmin  olunması;  ölkələrə 

dayanıqlı  inkişafın  təmin  olunmasında,  dünya  iqtisadiyyatında  iştirak 

potensialının  yaradılmasında  yardım  göstərilməsi  kimi  məsələlərə  baxılma 

onun funksiyalarına aiddir. 1993-cü ildən DAC inkişaf üçün rəsmi yardım alan 

ölkələrin siyahısına yenidən baxmışdır və buraya Mərkəzi və Şərqi Avropanın 

dövlətləri  daxil  edilmişdir.  1995-ci  ildə  qəbul  olunan  «Dəyişmiş  dünyada 

inkişaf sahəsində əməkdaşlıq» adlı sənəddə üzv-dövlətlərin dayanıqlı iqtisadi 

və sosial inkişafın təmin edilməsinə yönəlmiş səylərinin dəstəklənməsinin əsas 

istiqamətləri göstərilir. 1990-cı ildə İƏİT çərçivəsində təşkilatla Şərqi Avropa 

ölkələri  arasında  əlaqələrin  tənzimlənməsi  məqsədilə  Avropanın  keçid 

iqtisadiyyatlı ölkələri ilə əməkdaşlıq Mərkəzi təsis olunmuşdur. Bu Mərkəzdə 

aşağıdakı  istiqamətlər  üzrə  kadr  hazırlığı  da  aparılır:  iqtisadi  inkişaf  və 

strukturun  yenidən  qurması;  rəqabət;  əmək  bazarı;  banklar  və  sosial  siyasət; 

bank işi və maliyyə və s. 

İƏİT üzv-dövlətlər üçün açıq olan «İnvestisiyalar üzrə Çoxtərəfli Saziş» 

işləyib hazırlamışdır. Komitələr qrupu sənayedə və kənd təsərrüfatında iqtisadi 

resurslardan səmərəli istifadə olunmasına yardım məsələləri ilə də məşğul olur. 

İƏİT-in  fəaliyyəti  təşkilatın  üzvü  olan  dövlətlərin  ödədiyi  üzvlük  haqları 

hesabına  maliyyələşdirilir.  İƏİT-in  bir  sıra  beynəlxalq  təşkilatlarla  -  BƏT, 

UNESCO, BVF, UNCTAD və s. ilə rəsmi münasibətləri var. 

G-7  və  G-8.  «Group-7»  (G-7)  1975-ci  ildə  Fransa  Prezidenti  Jiskar 

d’Estenin  təşəbbüsü  əsasında  dünyanın  aparıcı  dövlətlərinin  rəhbərlər 

tərəfindən  iqtisadiyyatın  ən  mühüm  məsələlərinin  hər  il  müzakirə  edilməsi 

məqsədilə  yaradılmışdır.  Bu  qrupa  ABŞ,  Yaponiya,  Almaniya,  Böyük 

Britaniya, Fransa, İtaliya və Kanada daxil idi. 

Qeyd etməliyik ki, bu ölkələrin liderləri daim, xüsusilə də 1990-cı illərdə 

dünya  sosializm  sistemi  dağıldıqdan  və  kapitalizm  dəyərlərini  seçən  yeni 

ölkələr  üçün  köklü  dəyişikliklər  dövrü  başlandıqdan  sonra  dünya 

iqtisadiyyatının aktual problemlərinə diqqət yetirmişdir. 1997-ci ildə Rusiyanın 

G-7-yə daxil olması barədə təklifin verilməsi də məhz həvəsləndirici qrant kimi 

qəbul olunmalıdır. 

Ancaq  2003-cü  ilədək  Rusiyanın  tam  hüquqla  «yeddiliyin»  tərkibinə 

daxil  .olması  baş  verməmişdi  və  əsas  iqtisadi  məsələlərə  liderlər  tərəfindən 

əvvəlki kimi bu çərçivədə baxılırdı. Rusiyanın iqtisadi vəziyyətinin, xüsusilə 



686 


də neft-qaz sektorundakı mövqelərinin möhkəmlənməsi və ölkə prezidentinin 

müstəqil xarici siyasət yeritməsi, Qərbin «kiçik tərəfdaşı» statusundan imtina 

etməsi onunla münasibətlərə yenidən baxılmasına təkan venuiş oldu. Ehtimal 

ki, məhz bu amillər həmin məsələdə həlledici rol oynamışdır. Rusiyanın ÜDM- 

nin  həm  ümumi  həcmi,  həm  də  əhalinin  hər  nəfərinə  düşən  məbləği 

göstəricilərinin təkcə inkişaf etmiş ölkələrdən deyil, həmçinin, inkişaf etməkdə 

olan  ölkələrin  böyük  qrupundan  geridə  qalmasına  baxmayaraq,  G-7-nin 

liderləri beynəlxalq iqtisadi münasibətlərə ciddi təsir göstərən (qeyri-rəsmi olsa 

da)  bu  təşkilatda  Rusiyaya  bərabərhüquqlu  status  vennişdir.  Xatırladaq  ki, 

2005-ci  ildə  Şotlandiyada  keçirilmiş  sammitdə  «səkkizliyin»  liderləri  zəif 

inkişaf  etmiş  ölkələrə  (yoxsulluq  səviyyəsinə  görə  inkişaf  etməkdə  olan 

ölkələrin siyahısını qapayan) 50 milyard dollar həcmində yardım göstərilməsi, 

habelə inkişaf etməkdə olan ölkələrin borclarının silinməsi barədə qərar qəbul 

etmişdilər.  Faktiki  qiymətləndinnəyə  əsasən,  Rusiya  2005-ci  ildə  silinən 

borcların məbləğinə (15 milyard dollar) görə aparıcı yerlərdən birindədir. 

«Group-77»  -  İnkişaf  etməkdə  olan  ölkələrə  iqtisadiyyatın  inkişafı 

planlarının  fonualaşdırılmasında  və  be3məlxalq  ticarətdə  UNCTAD 

çərçivəsində  yardım  göstərilməsi  məqsədilə  yaradılmışdır.  Hazırda  bu  qrupa 

122 ölkə daxildir. 



«Group-10»  -  BVF  çərçivəsində  yaradılan  qrupdur  və  Belçika,  Böyük 

Britaniya,  İtaliya,  Kanada,  Niderland,  ABŞ,  AFR,  Fransa,  İsveç,  Yaponiya 

onun üzvləridir. BVF üzvü olmayan İsveçrə assosiasiya olunmuş üzvdür. 

«Group-5»-3  -  ABŞ,  Fransa,  Yaponiya,  Almaniya  və  Böyük  Britaniya 

daxildir.  Adətən  maliyyə  nazirləri  və  ya  mərkəzi  bankların  direktorları 

səviyyəsində  təmsil  olunan  bu  ölkələr  ildə  bir  dəfə  iqtisadi  məsələlər  üzrə 

müşavirə keçirir. 

«Group-5» 2005-ci ildə ÜTT çərçivəsində keçirilən danışıqların sonuncu 

raundu (Doha, Qətər, 2001-ci il) zamanı inkişaf etmiş ölkələrlə kompromis əldə 

edilməsi məqsədilə yaradılmışdır. Buraya Braziliya, Çin, Hindistan, Meksika 

və  CAR  daxildir.  Həmin  dövrdən  «beşlik»  G-8  ilə  əməkdaşlıq  edir  və  bu 

münasibətlər 2008-2010-cu illərin  qlobal böhranı dövründə xüsusilə intensiv 

olmuşdu. 



«Group-20».  G-20  sənayesi  inkişaf  etmiş  və  bazarları  formalaşmaqda 

olan ölkələrin dövlət və hökumət başçılarını birləşdirən qeyri-rəsmi beynəlxalq 

forumdur. G-20-nin üzvləri; Argentina, Avstraliya, Braziliyä, Böyük Britaniya, 

687 



Almaniya,  İndoneziya,  Hindistan,  İtaliya,  Kanada,  ÇXR,  Meksika,  Rusiya 

Federasiyası,  Səudiyyə  Ərəbistanı,  Türkiyə,  Fransa,  CAR,  Cənubi  Koreya, 

Yaponiya,  Avropa  İttifaqı  (Aİ),  BVF  və  DB-dir.  BVF  və  DB  tərəfindən 

forumda  BVF-in  sərəncamçı  direktoru  və  DB-nin  prezidenti,  habelə  bu 

təşkilatların  komitələrinin  -  Beynəlxalq  Valyuta-Maliyyə  Komitəsinin 

(International  Monetary  and  Financial  Committee),  İnkişaf  üzrə  Komitənin 

(Development  Committee)  sədrləri  iştirak  edir.  Dünya  üzrə  ÜDM-in  90%-i, 

ticarətin 80%-i (Aİ daxilində ticarət daxil olmaqla), habelə əhalinin Ya hissəsi 

G-20 ölkələrinin payına düşür. 

Qlobal iqtisadi böhran zamanı G-8-in nüfuzunun azalması, G-20-nin isə 

artması meyilləri açıq-aşkar görünməyə başladı. Mahiyyətcə, son sammitlərin 

ən vacib qərarları artıq G-20 çərçivəsində qəbul olunur. 



Nazirlər  qrupıı-20.

 

«Group-20»  (G-20)  beynəlxalq  forumunun 

yaradılması  haqqında  qərar  «yeddilər»  ölkələrinin

 

maliyyə  nazirlərinin  və 

mərkəzi  bank  rəhbərlərinin  25  sentyabr  1999-cu  ildə  Vaşinqtonda

 

keçirilən 

görüşündə  qəbul  edilmişdir.  G-20-ni  yaradılması  ideyası  «Group-7»-nin 

liderlərinin  Kölndəki  (iyun,  1999-cu  il)  görüşündə  «...sistemyaradıcı  ölkələr 

arasında Bretton-Vuds sistemi çərçivəsində dialoq üçün qeyri-rəsmi mexanizm 

işləyib hazırlamaq» barədə birgə öhdəliyindən irəli gəlmişdir. Bu ideya görüş 

haqqında rəsmi məlumatda inkişaf etdirilmiş və «dünyanın sistem yaradan əsas 

dövlətləri  arasında  iqtisadi  və  maliyyə  siyasətinin  həlledici  məsələləri  üzrə 

dialoqun  genişləndirilməsi,  dünya  iqtisadiyyatı-nın  bütün  ölkələrin  mənafeyi 

naminə  sabit  və  dayanıqlı  inkişafına  nail  olmaq  məq-sədilə  əməkdaşlığın 

gücləndirilməsi» G-20-nin məqsədi kimi müəyyən olunmuşdur. 

Maliyyə  nazirlərinin  və  mərkəzi  bankların  rəhbərlərinin  G-20-nin  təsis 

olunması üzrə Konfransı 15-16 dekabr 1999-cu ildə Berlində keçirilmişdir. G- 

20-nin  özünün  əməkdaşlar  ştatı  yoxdur.  Sədr-ölkə  öz  sədrliyi  müddətində 

qrupun  işini  əlaqələndirən  və  görüşləri  təşkil  edən  müvəqqəti  Katiblik  təyin 

edir. G-20-nin sədri rotasiya əsasında 1 il müddətinə seçilir və üzv-dövlətlərin 

maliyyə  nazirlərinin,  mərkəzi  banklarının  rəhbərlərinin  və  onların 

müavinlərinin  (Rusiya  Bankının  sədri  daimi  əsasda  iştirak  edir)  görüşünün 

(görüşlərinin)  keçirilməsini  təmin  edir;  üzv-dövlətlərin  «nazirlər»  görüşünün 

yekun  sənədində  toxunulacaq  əsas  məsələlərin  müzakirəsi  üçün  seminarları 

təşkil edir. 

Təsis olunduğu vaxtdan etibarən ilk 3 il ərzində G-20-yə Kanada sədrlik 

etmişdir. 2009-cu ildən sədr rolunu Böyük Britaniya icra edir. Sədrlər hər il 

688 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə