Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə267/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   263   264   265   266   267   268   269   270   ...   306

dəyişir. G-20 ölkələri 5 qrupa bölünmüşdür, onlardan hər birindən sədr 5 ildə bir 

dəfə seçilir. 

G-20-nin əvvəlki, cari və gələcək sədrlərindən ibarət olan «Üçlüyünün» 

təsisi barədə qərar 2002-ci ildə qəbul edilmişdir. 

«Üçlüyə» iclasların gündəliyinin tərtibi, məruzəçilərin seçilməsi (G-20- 

nin üzvləri ilə məsləhətləşmələrdən sonra), iclasların təşkili məsələləri həvalə 

edilmişdir.  Hazırda  «Üçlük»  Braziliya,  Böyük  Britaniya  və  Koreya 

Respublikasından ibarətdir. 



G-20-nin Vaşinqton (15 noyabr 2008-ci il) vo London (2 aprel 2009-cu 

il)  Sammitləri.  Qlobal  böhranın  ən  güclü  tüğyan  etdiyi  dövrdə,  15  noyabr 

2008-ci ildə ABŞ-ın Prezidenti C.Buş Vaşinqtonda 2 qrupun - G-8 və G-20- nin 

sammitini  çağırdı  və  onları  dünyada  baş  verən  iqtisadi  böhranın  aradan 

qaldırılması üzrə əlaqə-ləndirilmiş tədbirlərin həyata keçirilməsinin vacibliyinə 

inandırmağa çalışdı. Bir çox təhlilçilərin rəyinə görə, dünyanın aparıcı iqtisadi 

gücləri  gündəliyə  daxil  edilən  məsələlərin  heç  biri  üzrə  ümumi  rəyə  gələ 

bilmədi. Amma həyati əhəmiyyət kəsb etdiyinə görə, razılaşma nəyin bahasına 

olursa-olsun,  əldə  olunmalı  idi:  G-20  ölkələri  dünya  üzrə  istehsal  olunan 

ümumi məhsulun 90%-ni cəmləşdirirdi və onların qəbul edəcəyi qərar qlobal 

böhranın dinamikasını mühüm dərəcədə müəyyənləşdirirdi. 

Əslində,  G-20-nin  tarixində  ilk  olan  bu  sammit  bütövlükdə  beynəlxalq 

iqtisadi  münasibətlər  sistemi  üçün  mühüm  mərhələ  olmuşdur.  Zahirən 

dünyanın  aparıcı  iqtisadiyyatlarının  rəhbərlərinin  bu  görüşünün  praktiki 

baxımdan heç bir əhəmiyyətli nəticə verməməsi təəssüratı yaransa da, əslində 

belə deyildi. Məsələn, onun Yekun sənədində ən iri maliyyə qurumları üzərində 

maliyyə  nəzarətçiləri  kollegiyalarının  və  mühasibat  hesabatının  vahid 

ümumdünya  standartlarının  yaradılması  diqqətəlayiqdir.  Sammitdə  dünya 

maliyyəsinin idarə olunması prinsiplərinin dəyişdirilməsinin. Maliyyə Sabitliyi 

Forumunun  (maliyyə  nəzarətinin  texniki  tərəfini  tənzimləyən  və  mərkəzi 

banklardan ibarət olan təşkilat) tərkibinin genişləndirilməsinin, BVF və Dünya 

Bankının əsaslı yenidən qurulmasının vacibliyi qeyd olunmuşdu. 

Bununla yanaşı, Sammitin ən mühüm nəticələrindən biri qismində, G-20- 

nin  dünyadakı  rolunun  dəyişməsini  və  aparıcı  ölkələrin  «səkkizlik»  kimi 

nüfuzlu  klubunun  təsir  gücünün  zəifləməsini  (bunu  əminliklə  demək  olar) 

göstərmək olar. 

G-20-nin London Sammiti.

 

Belə görünürdü ki, «iyinniliyin» London 



689 


görüşü  qlobal  xarakterli  qərarların  qəbulunun  yeni  mühüm  mərkəzinin 

formalaşmasının  ifadəsidir.  Bir  sıra  mühüm  qərarların  qəbul  olunmasına 

aşağıda göstərilən 2 məqam təsirini göstənnişdir. 

Birincisi,  onların  Vaşinqton  görüşü  dövründə  bəzi  (bəlkə  də  əksər) 

ölkələr  2009-cu  ildə  böhranın  genişlənməsinin  dayanacağını,  zəifləyəcəyini, 

payızın əvvəlində isə canlanma fazasının başlanacağını ehtimal edirdi. Bir çox 

ekspert-təhlilçilər  və  beynəlxalq  təşkilatlar  qlobal  böhranın  məhz  bu  cür 

keçəcəyini təsvir edirdi. Əslində isə, tamamilə əks hal yarandı: böhran daha da 

dərinləşdi,  investisiyalar  ixtisar  olundu,  işsizlik  artdı,  sosial  və  əmək  şəraiti 

pisləşdi.  Bu  cür  inamsızlıq  və  qeyri-sabitlik  vəziyyətində  qlobal  iqtisadi 

siyasətin bir sıra prinsipal  müddəalarına (hərçənd hamısına  yox), beynəlxalq 

maliyyə-iqtisadi  təşkilatlann  (BVF,  G-8)  fəaliyyəti  məsələlərinə  toxunan 

ümumi  anti-böhran  tədbirləri  üzrə  razılığın  əldə  olunması  üçün  nisbətən 

əlverişli siyasi fon yarandı. 

Bununla əlaqədar qeyd olunmalıdır: 2009-cu il London sammiti Avropa 

qitəsində iqtisadiyyatın tənzimlənməsi modelinin yaradılmasında

 

böyük uğur 

olmuşdur. Sammitin  yekun Bəyanatında Almaniya və Fransanın, demək olar 

ki,  bütün  tələbləri  nəzərə  alınmışdı.  «Böyük  yeddilik»  nəzdindəki  Maliyyə 

Sabitliyi  Forumu  (MSF)  Maliyyə  Sabitliyi  Komitəsinə  (Financial  Stabilility 

Board)  çevrilmişdir,  MSF-nin  Beynəlxalq  Flesablaşmalar  Bankı  nəzdində 

Bazeldə  fəaliyyət  göstərən  azsaylı  Katibliyi  isə  qlobal  maliyyə  vəziyyətinə 

daha  böyük  səmərə  ilə  nəzarət  edə  biləcək  ciddi  orqanla  əvəz  olunmuşdur. 

Bütün  tərəflər  sistem  baxımından  mühüm  olan  hecinq  fondları  üzərində 

nəzarətin sərtləşdirilməsinin vacibliyi ilə razılaşdı. Hecinq fondlarının 52%-nin 

ofşor zonalarının, qalanlarının 65%-nin ABŞ-ın, 16%-nin Böyük Britaniyanın 

və  yalnız  15%-nin  avrozona  ölkələrinin  payına  düşdüyü  nəzərə  alınarsa,  bu, 

son dərəcə mühüm, sıçrayış əhəmiyyəti olan qərar olmuşdu. Beləliklə, maliyyə 

sahəsinin  cəmi  7%-nə  nəzarət  edən,  amma  bunun  ciddi  tənzimlənməsi 

tərəfdarları olan ölkələr qalan iştirakçıların fəaliyyətinə «göz qoymaq» hüququ 

qazandı. 

Lakin dünyanın inkişaf etməkdə olan ölkələri (Çin, Hindistan, Braziliya, 

CAR,  Rusiya  və  başqaları)  ümumilikdə  öz  təkliflərini  reallaşdıra  bilmədi. 

Sammitdən  əvvəl  Rusiya  tərəfi  «qərarların  qəbulunda  demokratiyanı  və 

nəticələrinə  görə  bərabər  məsuliyyəti»,  «risklərin  ədalətli  bölgüsünü»,  BVF 

kvotalarının «düzgün» bölgüsünü və «hamıya bəlli olan qaydaları əsasında 

690 



fəaliyyət  göstərən  beynəlxalq  valyuta-maliyyə  sisteminin  əvvəlcədən 

proqnozlaşdırılması  imkanının  olmasını»  nəzərdə  tutan  tədbirlərin  uzun 

siyahısını təqdim etmişdi. Rusiya tərəfi hesab edirdi ki, «ölkələrin əksəriyyəti 

öz  ehtiyatlarını  xarici  valyutada  saxladığına  görə  onların  etibarlılığına  əmin 

olmalıdır» və buna «ehtiyat valyutaların emitenti olan ölkələr tərəfindən mütləq 

qaydada  riayət  edilməli  olan  beynəlxalq  makroiqtisadi  və  büdcə  siyasəti 

standartları»  kömək  edə  bilər.  Rusiya  nümayəndələrinin  «ehtiyat  qismində 

istifadə  olunan  valyutaların  siyahısının  genişləndirilməsi»  tələbinə  Çin  də 

qoşulmuşdu.  Amma  bu  məsələ,  ölkələrin  əksəriyyətinin  ABŞ-a  qarşı  tənqidi 

münasibətinə baxmayaraq, dolların alternativini görməməsi səbəbindən geniş 

müzakirə olunmadı. 

Avropalılar  (ilk  növbədə,  Fransa  Prezidenti  N.Sarkozi  və  Almaniya 

Kansleri  A.Merkel)  Maliyyə  Sabitliyi  Komitəsinə  ali  menecerlərin  müka- 

fatlandırılmasmm  beynəlxalq  standartlarını  müəyyənləşdirmək  səlahiyyətinin 

verilməsinə nail oldular’. 

Yeri  gəlmişkən,  Rusiyanın  iri  korporasiyalarında  ali  menecerlərin 

mükafatı  avropalılarla  müqayisədə  çoxdur  və  amerikalıların  həddən  artıq 

şişirdilmiş mükafatlandırma formalarına uyğundur. Təzad bundadır ki, Rusiya 

korporasiyalarının,  demək  olar  ki,  hamısı  və  onların  idarəçiliyi  son  dərəcə 

səmərəsizdir, nə müasir şirkətlərin, nə də menecerlərin iş standartlarına uyğun 

deyil. Amma bu menecerlərlə adi işçilərin əmək haqqındakı fərq Avropadakı və 

Amerikadakı ilə müqayisə 40-50 dəfə çoxdur. 

İndi bütün ölkələr öz bank sektorunun vəziyyəti barədə tam informasiya 

venuəyə borcludur (2002-ci ilədək ABŞ bundan imtina edirdi). 

London sammitinin ən mühüm qərarlarından biri də ofşorların sayının və 

orada hərəkət sərbəstliyinin məhdudlaşdırılmasıdır. Bu zaman dörd əsrdən artıq 

müddətdə öz müştərilərinin bank sirrini qoruyan İsveçrənin güclü müqaviməti 

qarşıya çıxdı. Amma bu ölkə ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın 

birgə  təzyiqinə  davam  gətinnədi.  Mühasibat  hesabatlığının  vahid  sisteminin 

vacibliyi  hamı  tərəfindən  qəbul  olunmuşdur  və  onun  ABŞ-ın  GAAP  deyil, 

Avropanın IFRS əsasında yaradılacağı ehtimalı daha çoxdur. Nəhayət, reytinq 

agentlikləri ciddi beynəlxalq nəzarət altında yenidən qeydiyyatdan keçməlidir. 

^ 2007-ci ilin yekunlarına görə, avrozonanın 50 iri korporasiyasının rəhbər şirkətlərinin mənfəəti ABŞ 

şirkətləri ilə müqayisədə cəmi 15% az olmasına baxmayaraq, 14,8 dəfə aşağı bonus və əmək haqqı almışdı. 



691 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə