Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə269/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   265   266   267   268   269   270   271   272   ...   306

xalqlar arasında əməkdaşlığın dəstəklənməsini nəzərdə tutur. IPU-nun qərarları 

üzv-dövlətlərin parlamentləri tərəfindən tövsiyə kimi qəbul olunur. 



Beynəlxalq  Kooperasiya  Alyansı  (ICA  -  International  Co-operative 

Alliance)  -  istehlak,  kənd  təsərrüfatı,  kredit  və  s.  kooperativlərin  milli  və 

regional ittifaqlarını və federasiyalarını birləşdirən beynəlxalq qeyri-hökumət 

təşkilatıdır. 1895-ci ildə yaradılmışdır, 60-dan çox ölkənin milli təşkilatlarını 

və  7  beynəlxalq  kooperasiya  təşkilatını  birləşdirir.  ICA-nın  əsas  məqsədləri 

kooperasiya  hərəkatının  inkişafını  dəstəkləmək,  müxtəlif  ölkələrin 

kooperasiyaları arasında əməkdaşlıq əlaqələri qunnaq, sülhü və təhlükəsizliyi 

möhkəmlətməkdir. ICA-nın konqreslərində SSRİ «Sentrosoyuzunun» və başqa 

ölkələrin  mütərəqqi  kooperasiya  təşkilatlarının  təşəbbüsü  ilə  kooperasiya  və 

həmkarlar  ittifaqı  hərəkatlarının  fəaliyyətinin  birləşməsinə,  transmilli 



korporasiyalar

 

əleyhinə  mübarizənin  gücləndirilməsinə,  Avropa  ölkələri 

arasında əməkdaşlığın  genişlənməsinə istiqamətlənmiş bir sıra qərarlar qəbul 

olunmuşdur.  BMT-nin  İqtisadi  və  İctimai  Şurası  və  UNESCO  yanında 

məşvərət statusuna malikdir. ICA-nın Ali orqanı Konqresdir. Mənzil-qərargahı 

Cenevrədə (İsveçrə) yerləşir. 



Beynəlxalq  Qırmızı  Xaç  (IRC  -  International  Red

 

Cross)  -  məqsədi 

yaralılara, hərbi əsirlərə və müharibənin digər qurbanlanna, xəstələrə və təbii 

fəlakətdən  zərər  çəkənlərə  yardım  göstərmək  olan  milli  və  beynəlxalq 

təşkilatların  birliyidir.  IRC-ə  Qınmzı  Xaç  və  Qızıl  Aypara  (müsəlman 

ölkələrində).  Qırmızı  Şir  və  Günəş  (İran)  milli  cəmiyyətləri.  Qırmızı  Xaç 

Cəmiyyətləri  Liqası  (LRCS  -  League  of  Red  Cross  Societies)

 

və  Beynəlxalq 

Qırmızı  Xaç  Komitəsi  (ICRC  -  International

 

Committee  of  the  Red



 

Cross) 


daxildir.  IRC-ə  daxil  olan  milli  və  beynəlxalq  təşkilatlar  hüquqi  cəhətdən 

müstəqildir.  IRC-in  Ali  orqanı  Beynəlxalq  Konfransdır.  IRC-in  rəhbər 

orqanları Cenevrədə (İsveçrə) yerləşir. 

Beynəlxalq Olimpiya Komitəsi (lOC

 - 

International Oiympic Committee) 

-  müasir  olimpiya  hərəkatının  ali  orqanıdır.  1894-cü  ildə  Parisdə  keçirilən 

Beynəlxalq  konqresdə  yaradılmışdır.  lOC-un  vəzifəsi  mütəmadi  olaraq 

Olimpiya Oyunlarını keçirmək və onların təkmilləşdirmək, həvəskar idmanın 

inkişafını  dəstəkləmək,  bütün  ölkələrin  idmançıları  arasında  dostluğu 

möhkəmləndirməkdir. lOC milli olimpiya komitələrinin (NOC) və beynəlxalq 

federasiyaların  tanınması  haqqında  qərarlar  qəbul  edir  (lOC  tərəfindən  160 

NOC, 30 beynəlxalq federasiya tanınmışdır). Olimpiya Oyunlarının proqramını 

694 



və  keçirilmə  yerini  müəyyənləşdirir.  lOC  qeyri-olimpiya  idman  növləri  üzrə 

federasiyaların fəaliyyətini də dəstəkləyir. lOC-un İcra Komitəsi 8 il müddətinə 

seçilən  prezidentdən,  onun  3  müavinindən  və  5  üzvdən  ibarətdir.  lOC-un 

mənzil-qərargahı Lozannada (İsveçrə) yerləşir. 



22.10.

 

Avropa Şurasının, Britaniya Millətlər Birliyi (BCN), Şimal 

Əməkdaşlığı (NC), Avropada Təhlükəsizlik və Əməkdaşlıq 

Təşkilatının (OSCE), «İslam Konfransı» Təşkilatının (QIC) 

fəaliyyətinin xüsusiyyətləri 

Avropa  Şurası  (CE  -  Coımcil  of  Europe)  -  1949-cu  ildə  yaradılmış 

genişprofilli  hökumətlərarası  təşkilatdır.  Onun  mənzil-qərargahı  Strasburqda 

(Fransa)  yerləşir.  Avropa  Şurasının  üzvləri  Avropanın  40  ölkəsidir  (Rusiya 

1996-cı ildə qəbul edilmişdir). 

Avropa Şurası öz səylərini aşağıdakı fəaliyyət istiqamətlərinə yönəldir

 



insan hüquqları; 

 



kütləvi informasiya vasitələri

 



hüquqi sahədə əməkdaşlıq; 

 



sosial və iqtisadi məsələlər

 



səhiyyə, təhsil, mədəniyyət, irs, idman, gənclərin problemləri, yerli və 

regional idarəetmə

 

ətraf mühit. 



Avropa  Şurasının  fəaliyyəti  konvensiya  və  sazişlərin  işlənib 

hazırlanmasına 

yönəlmişdir 

və 


üzv-dövlətlər 

onların 


əsasında 

qanunvericiliklərini eyniləşdirir və orada dəyişikliklər aparır. Avropa Şurasının 

rəhbər və direktiv orqanı Nazirlər Komitəsidir.

 

Onun tərkibinə 40 üzv-dövlətin 

xarici işlər nazirləri yaxud daimi nümayəndələri daxildir. 

Avropa  Şurasının  Parlament  Assambleyası  -  AŞPA  (PACE

  - 

Parliamentary  AssembIy  of  the  Coımcil  of  Europe)

 

Avropa  Şurasının 

məşvərətçi  orqanıdır  və  40  milli  parlamentin  nümayəndələrindən  ibarətdir. 

Parlament Assambleyası çərçivəsində aşağıdakı iqtisadi və sosial istiqamətlərə 

rəhbərlik edən xüsusi komitələr yaradılmışdır: 

 



iqtisadi məsələlər və inkişaf məsələləri

 



kənd təsərrüfatı və kənd yerlərinin inkişafı; 

 



elm və texnika; 

695 


 

sosial məsələlər



 

ətraf mühit. 



Avropa Şurası ümumavropa qanunvericiliyinin işlənib hazırlanmasında, 0 

cümlədən  elmi-texniki  tərəqqinin  nailiyyətləri  ilə  əlaqədar  meydana  çıxan 

hüquqi  və  etik  xarakterli  problemlərin  həllində  mühüm  rol  oynayır.  CE 

tərəfindən  hazırlanan  konvensiyalar,  onları  ratifikasiya  edən  dövlətlər  üçün 

məcburi  qüvvəyə  malik  olan  hökumətlərarası  hüquqi  əməkdaşlığın  əsas 

elementləridir.  Sahibkarlıq  fəaliyyətinin  hüquqi  təminatı  konvensiyalan 

sırasına  cinayətkarlıq  fəaliyyətindən  əldə  edilmiş  gəlirlərin  yuyulması,  aşkar 

olunması,  götürülməsi  və  müsadirəsi  haqqında  konvensiya  daxildir.  Nazirlər 

səviyyəsində əməkdaşlığın fənlərarası orqanı olmaqla (28 üzv-dövlət daxildir), 

«Pompidou  Group»  narkomaniya  və  narkotik  vasitələrin  qeyri-qanuni 

dövriyyəsi ilə mübarizə məsələləri ilə məşğul olur. 

CE  ətraf  mühit  və  regional  planlaşdırma  sahəsində  Avropada  ətraf 

mühitin  mühafizəsinə  və  ərazilərin  kompleks  abadlaşdıniması  və  inkişafının 

planlaşdırılması  üzrə  bir  sıra  normativ  aktlar  hazırlamışdır.  Avropada  canlı 

təbiətin və ətraf mühitin mühafizəsi üzrə Bern Konvensiyası kimi məlum olan 

sənəd təbiətin mühafizəsinin bütün cəhətlərini əhatə edir. Bu Konvensiya 1982- 

ci ildə qüvvəyə minmiş və Avropa Şurasının üzvü olan 28 dövlət, bir sıra başqa 

ölkələr,  o  cümlədən  Afrikanın  Seneqal  və  Burkina-Faso  ölkələri  tərəfindən 

ratifikasiya olunmuşdur. 1970-ci ildən mütəmadi çağırılan Nazirlərin Regional 

Planlaşdırma  Məsələləri  üzrə  Avropa  Konfransı  (CEMAT  -  Conference  of 

Ministers  Responsible  for  Spatial/Regional  Planning)  qarşısında  birləşmiş 

Avropada  fasiləsiz  iqtisadi  və  sosial  inkişafı,  ətraf  mühitin  mühafizəsini 

nəzərdə  tutan  regional  planlaşdımıa  siyasətinin  həyata  keçirilməsi  məqsədini 

qoyur. 


Avropa Regional Planlaşdırma Xartiyası regional planlaşdırmanın qlobal, 

funksional  və uzunmüddətli  konsepsiyasını işləyib hazırlamış  və burada əsas 

prioritetlər  müəyyənləşdirilmişdir:  regionların  harmonik  sosial-iqtisadi 

inkişafı; ətraf mühitin qorunması və torpaqdan səmərəli istifadə olunması. 

Sosial sahədə Avropa Şurası sosial müdafiə səviyyəsinin yüksəldilməsini 

və  məşğulluğa  yardım  göstərilməsini,  peşə  hazırlığını  və  zəhmətkeşlərin 

hüquqlarının  qorunmasını  təmin  etmək  niyyətindədir.  1997-ci  ildə  2  tövsiyə 

qəbul  olunmuşdur:  məşğulluq  üzrə  dövlət  xidmətlərinin  təşkili,  fəaliyyəti  və 

rolu haqqında; kiçik və orta müəssisələrin inkişafı haqqında. İş yerlərinin əsas 

696 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə