Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə27/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   23   24   25   26   27   28   29   30   ...   306

3.2.

 

Xarici iqtisadi əlaqələrin nəzəri aspektləri 

Xarici  iqtisadi  əlaqələr  (XİƏ)  anlayışı.  Ayrı-ayrı  dövlətlərin  ticari- 

iqtisadi yaxud xarici iqtisadi əlaqələri, adətən, beynəlxalq iqtisadi münasibətlərin 

bir  hissəsi  kimi  nəzərdən  keçirilir.  Xarici  iqtisadi  əlaqələrin  özəl  xüsusiyyəti 

onların  milli  iqtisadiyyatı  dünya  iqtisadiyyatı  ilə,  milli  iqtisadi  münasibətləri 

beynəlxalq iqtisadi münasibətlərlə birbaşa bağlamasıdır. Bununla da, onlar milli 

xariei iqtisadi əlaqələrdən yüksəkdə qurulan BİM-in bütün mürəkkəb sisteminin 

«əsas özəyi» kimi çıxış edir və onun tərkibinə daxil olurlar. 

Beləliklə, iqtisadi kateqoriya kimi, xariei iqtisadi əlaqələr resursların bir 



dövlətdən  başqa  milli  təsərrüfatçılıq  subyektlərinə  hərəkəti  zamanı  meydana 

çıxan  təsərrüfat  münasibətləri  sistemidir.  «Bir  ölkə  -  başqa  ölkə  (ölkələr)» 

münasibəti kimi möveud olduğuna görə, onlar fonnaea ikitərəfli münasibətlərdir. 

Münasibətlərin məğzi baxımından, burada ticari-iqtisadi əməkdaşlığın neçə ölkə 

ilə aparıldığının heç bir prinsipal fərqi yoxdur. Bu ikitərəfli münasibətlər ölkənin 

iqtisadi həyatının bütün sahələrini, başlıca olaraq, onun istehsal, ticarət, maliyyə 

bölmələrini,  habelə  investisiya  qoyuluşları,  işçi  qüvvəsinin  miqrasiyası  və  sair 

aspektlərini  əhatə  edir.  Əlbəttə,  hər  bir  ölkə  öz  xarici  iqtisadi  əlaqələrinin 

şaxələnməsində, yəni təsərrüfat əlaqələrinin bir yaxud iki tərəfdaş ölkə ilə deyil, 

mümkün qədər çox dövlətlə qurulmasında maraqlıdır. 

Xarici iqtisadi əlaqələrin mahiyyəti, onların funksiyaları. Xarici iqtisadi 

əlaqələrin şərti qaydada iki funksiyasını fərqləndirmək olar: 

1)

 

beynəlxalq  əmək  bölgüsünün  məhsulu  qismində  çıxış  edən  təbii 



sərvətlər və əmək fəaliyyətinin maddiləşmiş (hazır məmulatlar, xammal, yarım- 

fabrikatlar) və dəyər formaları ilə beynəlxalq mübadilənin təşkili və ona xidmət 

göstərilməsi.  Bu  funksiyanın  məzmunu,  milli  məhsulun  xariedə  satılmaq  üçün 

əşya və dəyər fonnalannda konkret istehlakçıya çatdırılmasından ibarətdir

2)

 

xarici  iqtisadi  əməliyyatların  həyata  keçirilməsi  prosesində  milli  pul 



tədavülünün bir hissəsinin beynəlxalq formalara transformasiya olunması. Xariei 

maliyyə  sektorunun  bir  hissəsi  (ticarətə  xidmət  göstərilməsi  və  s.)  bunun 

nəticəsində  formalaşır.  İkinci  funksiyanın  məzmun  tərəfi  kimi,  əmtəə-pul 

münasibətləri  və  pulun  BƏB  məhsuluna  dəyişdirilməsi  proseslərinin  tam  başa 

çatmasıdır. Bu proses nəticəsində məhsulda təcəssüm olunmuş istehlak dəyəri 

76 



beynəlxalq  miqyasda  tanınır  (beynəlxalq  qiymət  ekvivalenti)  və  müəyyən 

qiymətlə satılır. 

Malların,  xidmətlərin  və  insan  fəaliyyətinin  başqa  məhsullarının  bir 

ölkədən  başqa  ölkəyə  (ölkələrə)  fasiləsiz  hərəkətini  təmin  edən  dayanıqlı 



xarici-iqtisadi (və maliyyə) mexanizmi yaxud kompleksi belə fonnalaşır. Əlbəttə, 

bu  yalnız  ümumi  sxemdir,  bu  prosesə  çoxlu  «bloklar»  -  xarici  bazarların, 

alıcıların tələbatlarının öyrənilməsi, danışıqların aparılması, müqavilə şərtlərinin 

yerinə yetirilməsi, valyuta (pul) əməliyyatları və s. cəlb olunmuşdur. 

Bir  tərəfdən,  ölkənin  xarici  iqtisadi  əlaqələri  başqa  dövlətlərlə  və 

beynəlxalq  təşkilatlarla  əməkdaşlığın  müxtəlif  fonnalarmı  əhatə  edən  bütöv 

istiqamətdir.  Buna  müvafiq  olaraq,  beynəlxalq  əməkdaşlığın  fonnaları  da  çox 

müxtəlifdir.  Bunlar,  ilk  növbədə,  fiziki  və  hüquqi  şəxslərin  əməkdaşlığı  (bir 

yaxud  bir  neçə  əcnəbi  tərəfdaşla),  konkret  ölkənin  BMT,  GATT,  ÜTT  kimi 

universal təşkilatlarla qarşılıqlı münasibətləridir. Əməkdaşlığın bu fonnaları eyni 

zamanda  birgə  fəaliyyətin  konkret  sahələrinin  xarici  iqtisadi  tənzimlənməsinin 

formaları kimi də çıxış edə bilər. 

Digər  tərəfdən,  dünya  bazarının  mallara,  xidmətlərə,  innovasiyalara, 

investisiya resurslarına olan tələbatı xarici iqtisadi əlaqələr mexanizmi vasitəsilə 

başqa ölkənin (ölkələr qrupunun) daxili bazarına köçürülür. Beləliklə məhsuldar 

qüvvələrin  artımına  tələbat,  buradan  isə,  öz  növbəsində,  sənayenin,  kənd 

təsərrüfatının, ticarətin, xidmətlər sahəsinin və maliyyə qurumlarının inkişafına 

şərait  yaranır.  Belə  vəziyyətdə  daxili  bazarının  inkişafı  ölkə  daxilində  təklif 

həcminin  tələbat  həcmini  üstələməsi,  bu  isə,  öz  növbəsində,  xarici  ticarət 

əməliyyatlarının  genişlənməsi,  kapitalın  dəyərinin  ucuzlaşması,  istehsal  və 

tədavül xərclərinin azalması ilə nəticələnir. 



XlƏ-nin  təsnifatı.  XlƏ-nin  və  onun  idarə  olunması  mexanizminin 

təşkilinin səmərəliliyi bir çox cəhətdən onun təsnifatı ilə müə^/yən olunur. XİƏ- 



nin təsnifatı dedikdə, onun qarşıya qoyulan məqsədlərə uyğun olaraq, müəyyən 

əlamətlər  üzrə  konkı~et  qruplara  bölgüsü  nəzərdə  tutulur.  Xarici  iqtisadi 

əlaqələrin təsnifat sistemi əlaqələrin növlərindən və formalarından ibarətdir. 



XlƏ-nin  növləri.  Xarici  iqtisadi  əlaqələrin  növü  -  bir  ümumi  əlamət, 

məsələn, əmtəə axınının istiqaməti və öz strukturuna əsasən birləşmiş təsərrüfat 

əlaqələrinin məcmusudur. Bu əlamətə görə xarici iqtisadi əlaqələr aşağıdakılara 

bölünür: 



77 


1)

 

malların satılması və ölkədən çıxarılması ilə əlaqədar olan ixrac



2)

 

malların alınması və ölkəyə gətirilməsi ilə əlaqədar olan idxal. 



Xarici iqtisadi əlaqələrin struktur əlaməti üzrə təsnifatı onların qrup 

tərkibini  müəyyən  edir.  O,  iqtisadi  maraqlar  sahəsi  və  dövlətin  xarici  iqtisadi 

fəaliyyətinin  əsas  məqsədi  ilə  bağlıdır.  Struktur  əlaməti  üzrə  xarici  iqtisadi 

əlaqələr aşağıdakılara bölünür: 

1)

 

xarici ticarət; 



2)

 

maliyyə; 



3)

 

istehsal; 



4)

 

investisiya. 



Xarici  əlaqəbrin  formaları.  Xarici  əlaqələrin  formaları  dedikdə,  həmin 

əlaqə növünün mövcudluq üsulu, hər hansı konkret əlaqənin mahiyyətinin zahiri 

təzahürü (tərtib olunması) nəzərdə tutulur. Xarici iqtisadi əlaqələrin fonualarına: 

ticarət, barter, turizm, injinirinq, françayzinq, lizinq və başqaları aid edilir, (şəkil 

3.1) 

Göstərilən sxemdə xariei iqtisadi əlaqələrin çoxsaylı formaları ən ümumi 



şəkildə  verilmişdir.  Ticari-iqtisadi  əlaqələr  inkişaf  etdikeə  və  dərinləşdikeə, 

ənənəvi  fonualar  və  istiqamətlər  parçalanır  (şaxələnir),  yeni  formalar,  növlər, 

hətta istiqamətlər meydana çıxır. 

Məlum  olduğu  kimi,  xariei  tiearət  milli  qanunvericilik  və  beynəlxalq 

qaydalar  nəzərə  alınmaqla,  ticarətin  başlıca  məqsədi  olan  qazanca  əsaslanaraq 

aparılan  konkret  əməliyyatlar  vasitəsilə  həyata  keçirilir.  Bu  zaman  işgüzar 

mübadilənin adətləri mühüm rol oynayır. 

3.3.

 

Xarici iqtisadi əməiiyyatlar: 

anlayışiarın kateqoriyaları, təsnifatı 

işgüzar mübadilə adəti hüquqi cəhətdən məcburi olan beynəlxalq-hüquqi 

adətlərdən  fərqli  olaraq,  xarici  ticarət  kontraktına  yalnız  tərəflərin  müqavilə 

bağlayarkən razılığa gəldiyi hallarda tətbiq olunur. 1980-ci ildə Vyanada BMT- 

nin beynəlxalq alqı-satqı müqavilələri haqqında Konvensiyası qəbul edilmişdir 

(Rusiya Federasiyası Vyana Konvensiyasına 1991-ci ildən qoşulmuşdur). Vyana 

Konvensiyasının 9-cu maddəsində aşağıdakılar nəzərdə tutulur: 

 

tərəflər razılığa gəldikləri istənilən adətlə və öz qarşılıqlı əlaqələrində 



müəyyən etdikləri praktika ilə bağlıdır; 

 



başqa hal nəzərdə tutulmadıqda, tərəflərin müqaviləyə və ya onun 

78 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə