Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə270/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   266   267   268   269   270   271   272   273   ...   306

əmək bazarlarından kənarda  yaradılması, Avropa ölkələrinin iqtisadiyyatında 

struktur  dəyişikliklərinin  sosial  və  iqtisadi  nəticələrinin  təhlili  üzrə  iş 

aparılmaqdadır. 

Son dövrlərdə 1956-cı ildə yaradılan və Avropa Şurasının maliyyə orqanı 

kimi  Sosial  İnkişaf  Fondunun  fəaliyyətində  sosial  yönüm  daha  çox  nəzərə 

çarpır.  Fond  aşağıdakı  istiqamətlərin  maliyyələşdirilməsi  üçün  investisiya 

kreditlərinin ümumi dəyərinin 40%-i həcmində vəsait ayırır; 

 



iqtisadi  baxımdan  əlverişsiz  olan  zonalardakı  kiçik  və  orta 

müəssisələrdə iş yerlərinin yaradılması; 

 

peşə hazırlığı üzrə proqramların həyata keçirilməsi



 

mənzil tikintisi və sosial infrastruktumn yaradılması; 



 

ətraf  mühitin  mühafizəsi  -  təmizləyici  qurğular,  tullantıların  yenidən 



emalı; 

 



kənd  bölgələrinin  müasirləşdirilməsi  -  baza  infrastrukturunun 

yaradılması. 

Avropa  Şurasının  fəaliyyətinin  mühüm  cəhəti  istehlakçıların 

sağlamlığının qorunması sisteminin yaradılmasıdır. Bu fəaliyyət çərçivəsində 

ərzaq məhsulları istehsal edilərkən, habelə dərmanlarda, kosmetikada, onların 

qablaşdırılmasmda  istehlakçılar  üçün  təhlükəli  olan  kimyəvi  vasitələrdən 

istifadəyə nəzarət sistemlərinin inkişafı stimullaşdınhr. 

Britaniya Millətlər Birliyi (BCN - British Commonwealth of Nations). Bu 

qrupa Britaniya imperiyasının keçmiş müstəmləkələri və dominionları daxildir. 

Hazırda  Birlik  suveren  müstəqil  dövlətlərin  könüllü  təşkilatıdır  və  məqsədi 

əməkdaşlıq  və  qarşılıqlı  yardım  göstərməkdir.  Birlik  müqavilə  əsasında 

yaradılma-mışdır,  yazılı  konstitusiya  aktı  yaxud  nizamnaməsi  yoxdur. 

Üzv-dövlətlərin  qarşılıqlı  münasibətləri  1931-ci  il  Vestminster  statutunda 

müstəqil,  bərabər  hüquqlu  və  könüllü  birləşmiş  ölkələr  kimi 

müəyyənləşdirilmişdir.  1971-ci  ildə  qəbul  olunmuş  Birliyin  prinsipləri 

haqqında Bəyannamədə geniş ümumi maraq dairəsi: sülhün və təhlükəsizliyin 

qorunması; bütün vətəndaşların bərabər hüquqları; tərəqqinin təmin olunması 

üçün  beynəlxalq  əməkdaşlığın  möhkəmləndirilməsi;  ölkələrin  maddi  rifahı 

səviyyələrindəki fərqlərin kəskinliyinin zəiflədilməsi; vətəndaşlann demokratik 

və  siyasi  proseslərdə  iştirak  hüququnun  təmin  edilməsi  -  olan  ölkələrin 

əməkdaşlığının könüllülüyü təsdiqlənir. 53 ölkə Birliyin üzvüdür. 

Birliyin fəaliyyətinin əsas istiqamətləri bunlardır: 

697 



 

siyasi və iqtisadi əməkdaşlığın dəstəklənməsi



 

üzv-dövlətlərin 



iqtisadiyyatının  dayanıqlı  inkişafına 

yardım 


göstərilməsi; 

 



məsləhətvemıə,  təmsilçilik  və  infonnasiya  funksiyalarının  yerinə 

yetirilməsi; 

 

Birliyin proqramlarının hazırlanması və yerinə yetirilməsi, iqtisadi və 



sosial  inkişaf,  texnologiya,  elm,  təhsil,  peşə  hazırlığı,  insan  hüquqları, 

demokratiya və s. məsələlər üzrə konfransların, seminarların, praktikumlarm və 

başqa tədbirlərin həyata keçirilməsi. 

Birliyin başçısı Böyük Britaniyanın Kraliçasıdır. 

Birlik  dövlətlərinin  hökumət  başçılarının  görüşləri  2  ildə  bir  dəfə 

keçirilir.  Bu  görüşlərdə  beynəlxalq  vəziyyət  məsələləri,  regional  problemlər, 

iqtisadi, sosial, mədəniyyət məsələləri. Birliyin proqramları müzakirə olunur. 

Qərarlar  konsensus  əsasında  qəbul  edilir.  Nazirlərin  məşvərət  və 

məsləhətləşmə  xarakterli  görüşləri  mütəmadi  olaraq  maliyyə,  ticarət,  təhsil, 

əmək və s. nazirlərinin iştirakı ilə keçirilir. 

Mərkəzi əlaqələndirici orqan və əsas hökumətlərarası struktur Baş katibin 

rəhbərlik etdiyi Katiblikdir. Baş katib və onun 3 müavini (siyasi məsələlər üzrə; 

iqtisadi  və  sosial  məsələlər  üzrə;  texniki  əməkdaşlıq  məsələləri  üzrə) 

hökumətlərin  başçıları  tərəfindən  təyin  olunur.  Katiblik  proqramlann 

hazırlanması  və  konfransların,  seminarların  təşkili,  müxtəlif  tədbirlərin 

keçirilməsi ilə məşğul olur. Katiblik təqribən 300 təşkilatla, o cümlədən 200 

qeyri-hökumət  təşkilatı  ilə  əlaqə  saxlayır.  Katiblik  öz  işində  üzv-dövlətlərdə 

peşəkar 


qruplar 

arasında 

əlaqələrin 

genişlənməsini 

dəstəkləyən, 

assosiasiyaların yaradılmasına, konfransların keçirilməsinə və peşə hazırlığına 

yardım göstərən Birlik Fonduna istinad edir. 

Katibliyin  fəaliyyəti  5  müxtəlif  büdcədən  (fonddan)  -  Birliyin 

büdcəsindən;  Birliyin  Elmi  Şurasının  büdcəsindən;  Texniki  Əməkdaşlıq 

Fondundan;  Birliyin  Gənclər  proqramı  xətti  ilə;  Texnologiyaların  İdarə 

Olunması  üzrə  Məşvərətçi  Qrup  -  tərəfindən  ayrılan  vəsaitlər  hesabına 

maliyyələşdirilir.  Birliyin  Texniki  Əməkdaşlıq  Fondu  hökumətlərin  ianələri 

hesabına  maliyyələşdirilir.  Bu  Fond  Katibliyin  inkişaf  sahəsində  işinin  əsas 

maliyyə  təminatçısıdır.  Fond  üzv-dövlətlərə  kömək  edir,  ekspertlərin, 

məsləhətçilərin xidmətləri, milli kadrların hazırlanması üzrə xərcləri ödəyir. 

Şimal Əməkdaşlığı (NC - Nordic Coımcil). Hazırda bu təşkilata 1952-ci 

698 



ildə təsis olunan Şimal Şurası və 1971-ci ildə yaradılan Şimal Nazirlər Şurası 

daxildir.  Onun  5  üzv-dövləti  var:  Danimarka,  Norveç,  İsveç,  Finlandiya, 

İslandiya. İqtisadi sahədə Şimal Əməkdaşlığının qarşısına qoyduğu məqsədlər 

bunlardır: 

 

transsərhəd əməkdaşlığı  dəstəkləmək və  yerli əhali üçün fayda verən 



layihələri həyata keçirmək

 



Şimal ölkələrində istehsal olunan məhsulların keyfiyyətinin və rəqabət 

qabiliyyətinin yüksəldilməsini təmin etmək; 

 

ətraf mühitin mühafizəsini və təbii resurslardan ekoloji istifadəni təmin 



etmək; 

 



məşğulluq  səviyyəsini  yüksəltmək,  əmək  şəraitini  və  sosial  təminatı 

yaxşılaşdırmaq. 

Təşkilat  EC  ilə,  xüsusilə  də  ekoloji  siyasət  və  təbii  resurslardan 

balanslaşdırılmış  istifadə  olunması,  beynəlxalq  cinayətkarlıq  və  narkotiklərin 

qeyri-qanuni dövriyyəsi, tədqiqatlar sahəsində siyasət üzrə sıx əməkdaşlıq edir. 

Şimal  Əməkdaşlığı  çərçivəsində  iqtisadi  problemlərin  həlli  ilə  aşağıdakı 

təşkilatlar məşğul olur: 

 



 Texnoloji  və  Sənaye  İnkişafının  Şimal  Fondu  (Oslo,  Norveç)  - 

texnoloji inkişafın və innovasiyaların stimullaşdırılması; 

 

Şimal  İnnovasiya  Bankı  (Helsinki,  Finlandiya)  -  Şimal  regionunun 



inkişafına  bank  şərtləri  ilə  borcların  və  zəmanətlərin  verilməsi;  layihələrin 

maliyyələşdirilməsi və Şimal ölkələrinin ixracının dəstəklənməsi; 

 

 Şimal  Layihə  Fondu  (Helsinki,  Finlandiya)  -  Şimal  ölkələrinin 



sənayesinin  və  ticarətinin  rəqabət  qabiliyyətinin  yüksəldilməsi;  regionda 

sənaye sahəsində əməkdaşlığın inkişafına yardım göstərilməsi. 

Şimal Şurasının fəaliyyəti onun nizamnaməsi ilə, 1962-ci ilin mayından 

isə Helsinki  Müqaviləsi və Şimal  Şurasının reqlamenti  ilə tənzimlənir. Onun 

vəzifəsi Şimal ölkələrinin parlamentləri və hökumətləri arasında əməkdaşlığa 

yardım göstərməkdir. Şimal Nazirlər Şurası 1971-ci ildə Helsinki Müqaviləsinə 

edilən dəyişikliklər əsasında yaradılmışdır. Onun səlahiyyətləri dairəsinə Şimal 

Şurasına təkliflər vermək yolu ilə Şimal ölkələri arasında əməkdaşlığın idarə 

olunması və Şuranın tövsiyələrinin yerinə yetirilməsi daxildir. 

Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  -  ATƏT  (OSCE  - 

Organization for Secıırity and Co-operation in Eıırope).

 

Təşkilat 1975-ci ildə 

dialoqun, danışıqların aparılması, siyasi və mədəni əməkdaşlıq (o vaxt Qərb və 

699 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə