Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə271/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   267   268   269   270   271   272   273   274   ...   306

SSRİ arasında), habelə üzv-dövlətlərin siyasi iradəsinin ifadə olunması məqsədilə 

yaradılmışdır. 

ATƏT-in  iqtisadi  sahədə  funksiyaları  aşağıdakı  müddəalarla 

müəyyənləşdirilir: 

 

bütün Avropanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi; 



 

beynəlxalq  təşkilatlarla  təmasların  və  praktiki  əməkdaşlığın 



möhkəmləndin İməsi; 

 



ətraf mühitin mühafizəsi sahəsində real əməkdaşlıq; 

 



Avropada sülhün və təhlükəsizliyin, habelə insan hüquqlarının, bütün 

Avropa xalqlarının iqtisadi və sosial tərəqqisinin, rifahının təmin olunması. 

ATƏT hər bir vətəndaşın hüquqlarını, o cümlədən mülkiyyətə sahiblik və 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququnu  təyin  etməklə,  onların  öz 

iqtisadi, sosial və mədəni hüquqlarından istifadə etmək hüquqlarını təsdiqləyir. 

ATƏT-in  55  üzvü  var.  Onun  strukturuna  daxil  olan  Ali  vəzifəli  şəxslər 

Komitəsi iqtisadi forum qismində ildə bir dəfə sessiya keçirir. Qeyd edək ki, 

ATƏT-in 1996-cı ildə Praqada keçirilən dördüncü iqtisadi forumunda Biznes 

üzrə Avropa Şurasının yaradılması haqqında qərar qəbul edilmişdi. 

1991-ci  ildə  qəbul  olunan  Sülh  və  Əməkdaşlıq  haqqında  Roma 

Bəyannaməsində ATƏT bütün Avropa ölkələrinin, habelə ABŞ və Kanadanın 

insan  hüquqları,  əsas  hüquqlar,  demokratiya,  qanunçuluq,  təhlükəsizlik  və 

iqtisadi  azadlıq  sahələrində  ümumi  normaların  müzakirəsi  üçün  toplaşdığı 

yeganə Avropa forumu kimi nəzərdən keçirilir. 

ATƏT-in  BMT  ilə  münasibətləri  BMT-nin  Katibliyi  ilə  bağlanılmış 

çərçivə  müqaviləsinə  və  BMT-nin  Baş  Məclisində  müşahidəçi  statusuna 

əsaslanır. BMT-nin Nizamnaməsinə uyğun olaraq, ATƏT Avropada baş verən 

münaqişələrin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılanadək sülh yolu ilə 

həllinə səy göstənnəli olan regional təşkilatdır. 

«İslam  Konfransı»  Təşkilatı  (OIC  -  Organisation  of  İslamic  Coope- 

ration)  1969-cu  ildə  müsəlman  ölkələrinin  dövlət  və  hökumət  başçılarının 

Rabatda (Mərakeş) keçirilən Konfransında yaradılmışdır. Onun Nizamnaməsi 

1972-ci  ildə  qəbul  edilmişdir.  OIC  regional  təşkilat  deyil  və  müxtəlif 

bölgələrdə  yerləşən  müsəlman  dövlətlərini  birləşdirir.  OlC-in  üzvü  yalnız 

müsəlman dövlətləri ola bilsə də, bu cəhət onu dini təşkilata çevirmir. OIC  - 

qarşısına  ən  mühüm  beynəlxalq  problemlər  üzrə  müsəlman  dövlətlərinin 

mövqelərinin yaxmiaşdırılması, siyasətlərinin əlaqələndirilməsi məqsədi qoyan 

700 



tipik  beynəlxalq  təşkilatdır.  OlC-ə  50  müsəlman  dövləti,  o  cümlədən 

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir. Rusiya 2005-ci ildən 

təşkilatda müşahidəçi kimi iştirak edir. 

OlC-in məqsədləri: 

 

iqtisadi, sosial, mədəni, elmi sahələrdə əməkdaşlığın inkişafı; 



 

üzv-dövlətlər  arasında  beynəlxalq  təşkilatlarda  məsləhətləşmələr 



keçirilməsi; 

 



müsəlman həmrəyliyinin möhkəmləndirilməsi; 

 



müsəlman  xalqlarının  milli  istiqlaliyyət  uğrunda  mübarizədə 

birləşdirilməsi; 

 

irqçiliyin  və  müstəmləkəçiliyin  bütün  fonnalarınm  və  təzahürlərinin 



aradan qaldırılmasının dəstəklənməsi; 

 



torpaqlarının azad olunması uğrunda mübarizə aparan Fələstin xalqına 

yardım göstərilməsi. 

OlC-in Ali orqanı - İslam dünyasının ən mühüm siyasi, iqtisadi, sosial və 

dini  problemlərini  müzakirə  etmək  və  bu  istiqamətlərdəki  siyasətləri 

əlaqələndirmək  məqsədilə  3  ildə  bir  dəfə  çağırılan  dövlət  və  hökumət 

başçılarının  Konfransıdır.  Üzv-dövlətlərin  nazirlərinin  Konfransı  OlC-in  cari 

məsələlərini  müzakirə  etmək  üçün  hər  il  çağırılır.  1980-ci  ildə  nazirlər 

Konfransı  tərəfindən  İKT-nin  Baş  Katibliyinin  11  nazirinin  daxil  edildiyi, 

daimi fəaliyyət göstərən nazirlər Komitəsi yaradılmışdır. OIC çərçivəsində bir 

sıra daimi komitə və komissiya fəaliyyət göstərir. Baş Katibliyə 2 il müddətinə 

seçilən  Baş  Katib  rəhbərlik  edir.  OIC  BMT-də  daimi  müşahidəçi  statusuna 

malikdir. 



22.11.

 

Beynəlxalq Əmək Təşkilatı 

Beynəlxalq Əmək Təşkilatı (ILO - International Labour Organization) - 

dünyanın  müxtəlif  ölkələrini  təmsil  edən  hökumətləri,  sahibkarları  və 

zəhmətkeşləri bərabər hüquq əsasında birləşdirən beynəlxalq təşkilatdır. 



Məqsədləri  və  vəzifələri.  BƏT  əmək  münasibətlərinin  beynəlxalq 

normalarını  və  onlara  riayət  olunmasına  nəzarət  prosedurlarını  işləyib 

hazırlayır.  Təşkilat  1919-cu  ildə  Versal  müqaviləsi  əsasında.  Millətlər 

Liqasının tərkib hissəsi kimi yara-dılmışdır. İkinci Dünya müharibəsi dövründə 

BƏT-in mənzil-qərargahı Monrealda (Kanada) yerləşirdi. 1944-cü ilin mayında 

Filadelfiyada keçirilən Baş Konfransda müharibədən sonrakı dövrdə BƏT-in 

701 



məqsədlərini müəyyən edən Bəyannamə qəbul edilmişdi. 1946-cı ildə BMT- 

nin  Baş  Məclisi  BƏT  və  BMT  arasında  müqaviləni  təsdiq  etmiş  və  BƏT-i 

BMT-nin ixtisaslaşmış təşkilatı qismində tanımışdır. 

Cenevrədə  (İsveçrə)  yerləşir.  Üzv-dövlətlərinin  sayı  206-dır  (2006-cı 

ildə). SSRİ 1934-1940-cı illərdə BƏT-in üzvü olmuşdur. 1954-cü ildə təşkilata 

yenidən qəbul edilmişdir, Rusiya 1969-cu ildən BƏT-in üzvüdür. BƏT Nobel 

mükafatına layiq gömlmüşdür. 

BƏT-in fundamental prinsipləri bunlardır: 

 

əmək əmtəə deyil



 

söz azadlığı və birləşmək azadlığı - daimi tərəqqinin zəruri şərtləridir; 



 

yoxsulluq istənilən yerdə ümumi ictimai rifah üçün təhlükə yaradır; 



 

əmək qabiliyyətli hər bir insan işləmək və ona görə layiqli həyat tərzi 



keçinnəyə imkan verən mükafat almaq hüququna malikdir. 

Nizamnaməsinə uyğun olaraq, BƏT-in məqsədləri



 

sosial ədalət əsasında 

ümumi  və  möhkəm  sülhün  əldə  edilməsi,  bütün  insanların  irqindən, 

əqidəsindən, cinsindən asılı olmayaraq, öz maddi rifahına və mənəvi inkişafına 

azadlıq və ləyaqətinə hörmət, iqtisadi dayanıqlıq və bərabər imkanlar şəraitində 

nail olmasına imkanlar açmaqdır. 

BƏT  tam  məşğulluğun  təmin  olunmasına,  həyat  səviyyəsinin 

yüksəldilməsinə,  zəhmətkeşlərin  əməyinin  təhlükəsizliyinə  və  sağlamlığına, 

insanın  əsas  hüquqlarına  riayət  olunmasına  çalışır,  iqtisadi  və  sosial 

proqramların yerinə yetirilməsinə, sahibkarlar və işçilər arasında əməkdaşlığın 

güclənməsinə yardım göstərir. 

Bu  məqsədlə  BƏT  əmək  və  həyat  şəraitinin  yaxşılaşdırılmasının 

beynəlxalq  siyasətini  və  proqramlarını  işləyib  hazırlayır,  əmək 

münasibətlərinin  aşağıda  göstərilən  sahələrində  beynəlxalq  standartlan 

müəyyənləşdirən konvensiyaları və tövsiyələri qəbul edir: 

 



birləşmək sərbəstliyi və təşkilatlanma hüquqlarının müdafiəsi

 



məcburi əməyin qadağan olunması, əmək fəaliyyəti ilə məşğuliyyətdə 

ayrı-seçkiliyə yol verilməməsi; 

 

əməyin ödənilməsində bərabər hüquqlar



 

əmək haqqına zəmanət; 



 

sosial təminatın minimum normaları; 



 

əmək şəraitinin yoxlanılması; 



 

analığın qorunması; 



702 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə