Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə274/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   270   271   272   273   274   275   276   277   ...   306

əməkdaşlığı  ECOSOC,  ixtisaslaşmış  idarələr  və  BMT  ilə  əlaqəli  muxtar 

qurumlar  vasitəsilə  təmin  edir.  Burada  iqtisadi  sahədə  əməkdaşlıq  edən  və 

buradakı  inteqrasiya  proseslərini  stimullaşdıran  regional  təşkilatlar,  habelə 

regional fondlar və banklar böyük rol oynayır. İqtisadi əməkdaşlığın ən vacib 

vəzifələrindən  biri  inkişaf  etməkdə  olan  ölkələrə  iqtisadi  artımın  təmin 

olunmasında,  təsərrüfatın  baza  sahələrinin  genişləndirilməsində,  ən  əsası  isə, 

insanların  rifahının  və  sosial  vəziyyətinin  yaxşılaşdırılmasında  yardım 

göstərməkdir. 

 

Sənaye  sahəsində  hökumətlərarası  əməkdaşlığın  başlıca  vəzifəsi 



istehsal  üzrə  birbaşa  kooperasiya  əlaqələrini  inkişaf  etdirmək,  bu  sahədə 

müştərək fəaliyyəti genişləndirmək, sənayeyə xarici investisiyalar cəlb etmək, 

müxtəlif növ texniki yardımlar göstərməkdir. Bu məsələnin həlli, habelə inkişaf 

etməkdə  olan  ölkələrə  texniki  yardım  göstərmək,  BMT  idarələrinin  sənaye 

əməkdaşlığı  sahəsində  fəalİ5^ətini  əlaqələndinnək  üçün  BMT  çərçivəsində 

UNIDO və UNDP kimi ixtisaslaşmış təşkilatlar yaradılmışdır. 

 

Valyuta-maliyyə 



sahəsində  beynəlxalq  əməkdaşlıq  BMT-nin 

ixtisaslaşmış idarələri olan BVF, BYİB, habelə AYİB, BHB (Bazel) və regional 

banklar  çərçivəsində  həyata  keçirilir.  Amma  qeyd  edək  ki,  bu  maliyyə-bank 

idarələrinin  BMT-dən  asılılığı  zəifdir  və  çox  vaxt  onların  siyasəti  onun 

ECOSOC  və  UNCTAD  kimi  idarələrinin  hesabatlarının  müddəaları  ilə 

bütünlüklə ziddir. Bu maliyyə-bank idarələrinin əsas vəzifəsi qarşılıqlı valyuta 

hesablaşmaları, ödəmələr, kreditləşmə üçün şərait yaratmaqdır. BVF və BYİB 

qlobal səviyyədə beynəlxalq  valyuta-maliyyə əməkdaşlığını faktiki  olaraq öz 

əlində  cəmləşdirmişdir  və  çoxsaylı  ölkələrin  milli  iqtisadi  siyasətinin 

fonualaşmasına  çox  güclü  təsir  göstərir.  Dünya  Bankının  baş  təşkilatı  olan 

BYİB, ilk növbədə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının inkişafına, 

orada  istehsalın  və  infrastrukturun  yaradılması  üçün  vəsaitlərin  səfərbər 

olunmasına  kömək  edir.  BVF  dünya  valyuta  sistemini  araşdırmaqla,  onun 

sabitliyini  təmin  edir;  beynəlxalq  valyuta  siyasətinə  və  mübadilə 

məzənnələrinə, üzv-dövlətlərin beynəlxalq valyuta əməliyyatlarında iştirakına 

nəzarət edir, qısamüddətli və uzunmüddətli kreditlər verir. 2008-2010-cu illərin 

ümumdünya böhranı həm BVF-in, həm də Dünya Bankının fəaliyyətinin son 

dərəcə səmərəsizliyini, onun əsaslı «təmirə» ehtiyacının olduğunu göstərdi. 

 

BMT  çərçivəsində  nəqliyyat  sahəsində  dövlətlərarası  əməkdaşlıq 



ixtisaslaşmış təşkilatlar: mülki aviasiya üzrə - ICAO, dəniz nəqliyyatı üzrə - 

709 


IMO fəaliyyət  göstərir.  Dəmir  yolu  daşımaları  sahəsində beynəlxalq  sərnişin 

daşımalarının  inkişafını  dəstəkləmək  üçün  vahid  tarif  siyasətinin  həyata 

keçirilməsi  məqsədi  daşıyan  Sərnişin  daşımaları  üzrə  Avropa  Konvensiyası 

(1975)  qüvvədədir.  Dəmir  yolu  daşımaları  məsələləri  ilə  1884-cü  ildə  əsası 

qoyulmuş Dəmir Yolu Konqreslərinin Beynəlxalq Assosiasiyası da məşğuldur. 

Onun əsas funksiyası elmi-texniki, iqtisadi və inzibati problemlərin müzakirəsi 

üçün  beynəlxalq  konqreslərin  hazırlanması  və  keçirilməsidir.  Avtomobil 

nəqliyyatı  məsələləri  ilə  1948-ci  ildə  yaradılmış  Beynəlxalq  Avtomobil 

Nəqliyyatı  İttifaqı  məşğuldur.  Bu  İttifaq  «Avtomobil  nəqliyyatı  ilə  yüklərin 

daşınması  haqqında»  Gömrük  Konvensiyasının  (1975),  «Beynəlxalq  yük 

daşımaları müqaviləsi haqqında» Konvensiyanın (1956) və ona əlavə edilmiş 

Protokolun  (1978),  habelə  avtomobil  nəqliyyatına  dair  digər  konvensiyaların 

hazırlamuasmda iştirak etmişdir. 

• Dünya ticarəti sahəsində beynəlxalq tənzimləmə BMT çərçivəsində bu 

təşkilatlar  tərəfindən  yerinə  yetirilir:  ÜTT,  UNCTAD,  Beynəlxalq  Ticarət 

Mərkəzi  UNCTAD/ÜTT,  habelə  UNCITRAL.  Mallar  və  xidmətlərlə 

beynəlxalq ticarət UNCTAD və ÜTT tərəfindən tənzimlənir. UNCTAD-m əsas 

məqsədi  xammal,  sənaye  malları,  habelə  «gözəgörünməz»  məhsullarla 

(texnologiyaların  verilməsi,  turizm  və  s.)  ticarəti  dəstəkləmək,  ticarətin 

maliyyələşdirilməsi  məsələlərini  həll  etməkdir.  UNCTAD-m  fəaliyyətində 

inkişaf  etməkdə  olan  ölkələrin  Beynəlxalq  Ticarət  Mərkəzi  ilə  əməkdaşlığı 

problemləri  diqqət  mərkəzindədir.  Statusuna  görə  BMT-nin  Baş  Məclisinin 

köməkçi  orqanı  olan  Beynəlxalq  Ticarət  Hüquqları  üzrə  Komissiya 

(UNCITRAL  -  United  Nations  Commission  on  International  Trade  Law) 

həlledici  rol  oynayır.  Bu  təşkilat  1966-cı  ildə  beynəlxalq  ticarət  hüququnun 

inkişafı  (o  cümlədən  beynəlxalq  konvensiyaların  və  sənədlərin  layihələrinin 

hazırlanması  yolu  ilə)  məqsədilə  yaradılmışdır.  UNCITRAL  tərəfindən 

«Malların beynəlxalq alqı-satqısmda iddia müddətləri haqqında» Konvensiya 

(1974) və ona düzəlişlərin edilməsi haqqında Protokol (1980), «Yüklərin dəniz 

yolu  ilə  daşınması  haqqında»  Konvensiya  (1974),  BMT-nin  «Malların 

beynəlxalq  alqı-satqısma  dair  müqavilələr  haqqında»  Konvensiyası  və  s. 

hazırlanmışdır.  Xammalın  müxtəlif  növləri  ilə  beynəlxalq  ticarətin 

tənzimlənməsi  üçün  çoxtərəfli  sazişlər  imzalanmış,  ixracatçı  və  idxalçı 

dövlətlərin iştirakı ilə (qalay, buğda, kakao, şəkər, təbii kauçuk, qəhvə, zeytun 

yağı, pambıq, cut, qurğuşun və sink) yaxud yalnız ixracatçıların daxil olduğu 

710 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə