Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə275/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   271   272   273   274   275   276   277   278   ...   306

(neft üzrə - OPEC) bir sıra beynəlxalq təşkilatlar yaradılmışdır. 

 



Beynəlxalq  Ticarət  Palatası  (BTP),  Gömrük  Tariflərinin  Dərc 

Olunması  üzrə  Beynəlxalq  Büro  (BİTD  -  International  Customs  Tariffs 

Bureau), Xüsusi Hüququn Unifıkasiyası üzrə Beynəlxalq İnstitut (UNIDRİOT 

- International Institue for the Unifıcation of Private Law) mühüm rol oynayır. 

UNCITRAL-da  olduğu  kimi,  Beynəlxalq  Ticarət  Palatasında  da  tövsiyə 

xarakterli  beynəlxalq  hüquqi  aktları  hazırlamaqla,  sahibkarlar  arasında 

kommersiya və maliyyə münasibətlərini tənzimləyən milli qanunvericiliklərin 

hannonizasiyası  və  eyniləşdirilməsi  üzrə  ciddi  iş  aparılır.  BTP  tərəfindən 

hazırlanmış  Ticarət  Terminlərinin  Təfsirinin  Beynəlxalq  Qaydalarını 

(Inkotenus - 2010) buna misal göstərmək olar. 

 

Beynəlxalq  Əmək Təşkilatının  (BƏT) və onun bölmələrinin də rolu 



mühümdür.  Bu  rol  inkişaf  etmiş  ölkələrdə  zəhmətkeşlərin  real  hüquqi 

vəziyyətinin  təhlilində  və  bu  sahədə  ictimaiyyətə  geniş  informasiya 

çatdırılmasında;  insan  fəaliyyətinin  ən  müxtəlif  sahələrinin  tənzimlənməsi, 

sosial  və  başqa  hüquqlarının  qorunması  ilə  əlaqədar  olan  konkret 

konvensiyaların,  sazişlərin,  müddəaların  işlənib  hazırlanmasında  təzahür 

olunur. Hökumətlərin çoxu BƏT ilə hesablaşır. 

 

Beynəlxalq  iqtisadi  təşkilatların  ümumilikdə  pozitiv  rolunu  qeyd 



edərkən,  aydın  təsəvvür  olunmalıdır  ki,  BMT  də  daxil  olmaqla  onların  ən 

nüfuzlusu belə, müasir dövrün heç bir qlobal problemini (o cümlədən ərzaq, 

ekologiya,  yoxsulluq  və  s.)  həll  edə  bilməmişdir.  BMT  dünya  sosializm 

sisteminin  süqutundan  qlobal  siyasi  sabitliyi  obyektiv  möhkəmləndirmək, 

dünyada silahlı münaqişələrin sayını, dövlət-lərin müdafiə xərclərini və silah 

alverinin  həcmini  kəskin  azaltmaq,  yoxsul  ölkələrə  yardımı  dəfələrlə 

çoxaltmaq  üçün  imkanlarından  istifadə  etməmişdir.  Məsələn,  1990-cı  illərdə 

yoxsul ölkələrə göstərilən yardımın həcmi 1980-ci illərlə müqayisədə təqribən 

2 dəfə  azalmış,  lokal silahlı münaqişələrin  sayı  və intensivliyi  artmış, bahalı 

silah  sistemlərinin  istehsalı  üzrə  proqramlar  başlanmış,  zahirən  ən  etibarlı 

görünən müttəfiqlər və tərəfdaşlar arasında belə, beynəlxalq siyasi və iqtisadi 

münasibətlər sistemində siyasi ziddiyyətlər adi normaya çevrilmişdir. İdeoloji 

mübarizənin  kəskinliyi  zəifləməmiş,  əksinə,  beynəlxalq  təşkilatların 

fəaliyyətinə  sirayət  edərək,  onların  yerinə  yetirdiyi  nizamnamə  vəzifələrinin 

təsir gücünü azaltmışdır. 

 



Bu təşkilatlarda sayına görə nəhəng olan bürokratiyanm, həmin 

711 


idarələrin yaradılmasının xoş məramı ilə təzad təşkil edən korporativ maraqları 

meydana  çıxmışdır.  1980-ci  illərdən  təbliğ  edilən,  yalnız  bir  məqsədi  - 

varlanmağı qarşısına qoymuş «müvəffəqiyyət qazanmış insanı» ön plana çəkən 

inkişaf strategiyalarının modelləri, ənənəvi mənəvi və etik dəyərlərin, demək 

olar  ki,  tam  itirilməsinə  səbəb  olmuş,  müasir  cəmiyyətin  humanizmdən 

sapdırılması  meyillərini  yaratmışdır.  Qəddarlıq,  yaxınlarının  taleyinə 

biganəlik,  humanizm  ideyalarının  unudulması  milli  məmurların  ümumi 

cəhətinə  çevrilərək  Atlantikadan  Sakit  Okeanadək  bütün  ölkələr-dəki  dövlət 

idarələrini bürüyür, sonra isə beynəlxalq təşkilatların rahat ofislərinə süzülür. 

Ümum-  dünya  səviyyəli  məmurların  fonnalaşdırdığı  universal  korporativ 

maraqlar  və  dəyərlər  çox  vaxt  onların  qarşısında  qoyulan  rəsmi  vəzifələrlə 

uzlaşmır. 

 

Hazırki qlobal iqtisadi, sosial və siyasi səbatsızhğın səbəbləri mövcud 



olan beynəlxalq  iqtisadi  qayda-qanunun açıq-aşkar  ədalətsizliyində və qeyri- 

bərabərliyində axtarılmalıdır. Qeyd edək ki, BMT və digər nüfuzlu beynəlxalq 

təşkilatlar,  dünyanın  ən  güclü  dövlətləri,  elmi  cəmiyyətlər,  onların  yüksək 

təbəqədən  olan  dairələri  müasir  qlobal  sosial-iqtisadi  reallığı,  onun 

ədalətsizliyini  dərk  etməkdə  acizlik  göstərir.  Qlobal  böhrandan  nəticə 

çıxarılması da nəzərə çarpmır. 

 

 Yeni  qlobal  iqtisadi  rejim  konkret  və  ciddi  məhdudiyyətlər,  o 



cümlədən  səmərəli  tənzimləmə  mexanizmləri,  bütün  dövlətlər  üçün  ümumi 

olan etibarlı siyasət və eyni zamanda milli iqtisadi strategiyanın seçilməsində 

«geniş dəhliz» nəzərdə tutmalıdır. Beynəlxalq əməkdaşlıq üçün ən geniş baza 

yaradan beynəlxalq iqtisadi təşkilatların əsas vəzifəsi bundan ibarətdir. 2008- 

2010-cu illərin qlobal böhranı həm BMT sisteminin, həm də başqa, o cümlədən 

Bretton-Vuds  təşkilatlarının  (BVF,  Dünya  Bankı)  fəaliyyətində  bÖ3dik 

dəyişikliklərin aparılmasının zəruriliyini qabarıq şəkildə göstərdi. 

Yoxlama sualları 

1.

 



Beynəlxalq təşkilatlar və müasir dövrün qlobal problemləri. Bir çox 

problemlər  niyə  qlobal  adlandırılır?  Onların  mahiyyəti  və  məzmunu  nədən 

ibarətdir? 

2.

 



Be5məlxalq  təşkilatlar  və  beynəlxalq  hüquq.  Beynəlxalq  iqtisadi 

hüquq  anlayışı  və  onun  məzmunu.  Beynəlxalq  iqtisadi  hüquq  -  beynəlxalq 

iqtisadi  münasibətlərin  tənzimlənməsinin  hüquqi  bazasıdır.  Beynəlxalq 

təşkilatlar 

712 



beynəlxalq hüququn və dövlətlərin beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində 

fəaliyyətinin reqlamentləşdirilməsinin mənbəyidir. 

3.

 

Müasir  dövrdə  BMT  və  onun  ixtisaslaşdırılmış  təşkilatlarının  rolu 



nədən ibarətdir? 

4.

 



BMT sisteminə hansı iqtisadi təşkilatlar daxildir? 

5.

 



BMT-nin İqtisadi və İctimai Şurasının fəaliyyəti. 

6.

 



Regional və iqtisadi komissiyaların fəaliyyəti. 

7.

 



Ticarət və İnkişaf üzrə Konfransın (UNCTAD) fəaliyyəti. 

8.

 



BMT-nin Sənaye İnkişafı üzrə Proqramı (UNDP). 

9.

 



BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO). 

10.


 

BMT  sisteminə  daxil  olan  iqtisadi  təşkilatların  operativ  fəaliyyəti 

necə maliyyələşdirilir? 

11.


 

Regional  iqtisadi  komissiyaların  fəaliyyətinin  öncül  istiqamətləri 

hansılardır? 

12.


 

ECOSOC,  FAO,  UNDP  və  başqa  regional  komissiyaların 

yaradılmasının zəruriliyi nədən  yaranmışdır? ECOSOC-un praktiki  fəaliyyəti 

nədən ibarətdir? 

13.

 

BMT-nin iqtisadi komissiyalarının Afrika, Latın Amerikası və Asiya 



regionunun ölkələrinin inkişafında nəticələri nədən ibarətdir? 

14.


 

ATƏT-in fəaliyyətini izah edin. Təşkilat hansı məsələləri həll edir? 

15.

 

Avropa Şurası və lƏİT hansı məsələləri həll edir? 



Referatlann mövzuları 

1.

 



Beynəlxalq iqtisadi təşkilatların təsnifatı 

2.

 



Millətlər  Liqasından  Birləşmiş  Millətlər  Təşkilatmadək.  BMT-nin 

əsas vəzifələri 

3.

 

Müasir dövrün qlobal problemləri: təsnifatı, yanaşmalar, həlli yolları 



4.

 

BMT-nin iqtisadi fəaliyyəti: 



əsas istiqamətləri, qərarların 

formalaşmasının xüsusiyyətləri 



713 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə