Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı


  ÜTT-də  üzvlükdən  əldə  olunan  üstünlükləri



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə278/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   274   275   276   277   278   279   280   281   ...   306

 

720 


ÜTT-də  üzvlükdən  əldə  olunan  üstünlükləri  aşağıdakı  kimi 

cəmləşdirmək olar: 

 

ÜTT  üzvü  olan  dövlətlərlə  ticarət  münasibətlərinin  əvvəlcədən 



müəj^ənləşdirməyin mümkünlüyü və inkişafının sabitliyi, o cümlədən onların 

xarici  iqtisadi  siyasətinin  aşkarlığı  əsasında  dünyanın  mallar  və  xidmətlər 

bazarlarına çıxış üçün əlverişli imkanların əldə olunması; 

 



ticarət üzrə müqabil tərəfdən milli maraqlanna zərər vurulduğu halda 

ÜTT-nin  mübahisələrin  həlli  mexanizmindən istifadə etməklə, ticarətdə ayrı- 

seçkiliyi aradan qaldımağın mümkünlüyü

 



beynəlxalq  ticarətin  yeni  qaydaları  işlənib  hazırlanarkən  çoxtərəfli 

ticarət danışıqlarında fəal iştirak etməklə özünün cari və strateji ticari-iqtisadi 

maraqlarının müdafiə olunmasının mümkünlüyü. 

ÜTT-nin  bütün  üzv-dövlətləri  «Çoxtərəfli  Ticarət  Sazişləri»  termini  ilə 

birləşdirilmiş  əsas  razılaşmaların  və  hüquqi  sənədlərin  yerinə  yetiriləcəyinə 

dair öhdəlik qəbul edir. 



23.3.1994-cü il Tariflər və Ticarət 

üzrə Baş Saziş - Uruqvay raundu 

1994-cü  il  Tariflər  və  Ticarət  üzrə  Baş  Saziş  (GATT-94)  beynəlxalq 

ticarətin  inkişafında  xüsusilə  mühüm  rol  oynamışdır.  Bu  sənəd  danışıqların 

Uruqvay  raundu  nəticəsində  qəbul  olunmuş,  mallarla  ticarəti  tənzimləyən 

beynəlxalq müqavilədir. GATT-94 və 1947-ci ilin Tariflər və Ticarət üzrə Baş 

Sazişi  (GATT-47)  tamamilə  müxtəlif  sənədlərdir.  GATT-94  özündə  bunları 

ehtiva edir: GATT-47 (müvəqqəti tətbiqi haqqında Protokol istisna edilməklə); 

Uruqvay  raundunda  GATT-47-nin  bəzi  maddələrinin  təfsiri  barədə  əldə 

edilmiş  razılaşmalar;  mallarla  ticarəti  tənzimləyən  12  müqavilə  (GATT  ilə 

əlaqədar  sənədlər  adlandırılır).  GATT-94  ÜTT  üzvləri  üçün  məcburi  olduğu 

halda,  GATT-47-dən  üzv-dövlətlərin  qanunvericiliyi  ilə  maksimum  uyğun 

olduğu  dərəcədə  (GATT-47-nin  müvəqqəti  tətbiqi  barədə  Protokola  əsasən) 

istifadə edilirdi. Beləliklə, GATT-94-də GATT-47-nin əsas qüsurlarından biri 

aradan qaldırılmışdı. 

GATT ilə əlaqəli olan müqavilələr GATT-94-ə ayrılmaz tərkib hissə kimi 

daxil edilmişdir. Bu müqavilələr ÜTT üzvlərinin hamısı üçün məcburi xarakter 

daşıyır. Bununla da, Uruqvay raundunadək əldə olunmuş müqavilələrin bəzi 

721 



mühüm maddələrinin yalnız danışıqlarda iştirak edən dövlətlərə şamil olunması 

təcrübəsinə  son  qoyuldu.  Məsələn,  «Gömrük  dəyəri  haqqında»  Sazişdə 

(«Gömrük dəyəri Məcəlləsi» adlanır) 12 dövlət, Subsidiyalar üzrə Məcəllədə 

isə 13 dövlət iştirak edirdi. 

Çoxtərəfli  ticarət  sisteminin  qarşısında  müxtəlif  ölkələrin  istehsal 

sahələri  və  sahibkarlıq  subyektləri  üçün  sabitlik  və  müəyyənlik  şəraitinin, 

ölkələrin  bir-  biri  ilə  ədalətli  rəqabət  şərtləri  əsasında  ticarət  apara  biləcəyi 

mühitin yaradılması məqsədi qoyulmuşdu. 

Ticarətdə daha əlverişli şərtlərin əsas düsturu, hər bir ölkənin «müqavilə 

iştirakçısı  olan  bütün  ölkələrə  təxirə  salınmadan  və  heç  bir  şərt  qoyulmadan 

ticarətdə  eyni  münasibət  göstərilməsindən  ibarətdir».  Amma  bəzi  xidmət 

növləri üzrə ticarətdə daha əlverişli şərait rejiminin tətbiqi mümkün olmadığına 

görə tərəflərin bu düsturdan istisnalar etmək hüququ nəzərdə tutulmuşdur. Bu 

istisnaların  tətbiqinin  şərtləri  Sazişə  əlavədə  göstərilmişdir  və  onlara  nonnal 

şəraitdə 5 ildən sonra yenidən baxılması və 10 ildən sonra qüvvədən salınması 

mümkündür. 

Bazarlara  çıxış  məsələsinə  gəldikdə  isə,  hər  bir  iştirakçı  «başqa 

iştirakçıların  xidmətlərinə  və  xidmət  istehsalçılarına  öz  qanunvericiliyində 

razılaşdırılmış  və  konkretləşdirilmiş  məhdudiyyətlərdən  və  şərtlərdən  pis 

olmayan davranış təmin etməlidir». Bazarlara çıxış barədə müddəanın məqsədi 

xidmətlərin  istehsalçılarının  sayı,  sazişlərin  ümumi  məbləği,  əməliyyatların 

yaxud  cəlb  olunmuş  heyətin  ümumi  sayına  münasibətdə  məhdudiyyətləri 

tədricən aradan qaldırmaqdır. Xidmət göstərən müəssisələrin hüquqi formaları, 

xarici  kapitalın  yaxud  xidmətlərin  xarici  istehsalçılannm  iştirakı  barədə 

məhdudiyyətlərin sayı da ixtisar olunmalıdır. 

Xidmət  sahələrinin  və  mallarla  ticarətin  keçmişdə  GATT-da  qəbul 

olunmuş  sxemlər  əsasında  bir-birinə  bərabərləşdirilməsi,  GATT-ın 

mövcudluğu  dövründə  əmtəə  bazarının  formalaşmasını  çətinləşdirən 

ziddiyyətlərin və nöqsanların yenidən təkrar olunması ilə nəticələnmişdir. 

Ticarətlə  əlaqədar  olan  investisiya  tədbirləri  üzrə  Saziş  (TRIMs  - 

Agreement on Trade Related İnvestment Measures). Ticarətlə əlaqədar olan 

investisiya  tədbirləri  üzrə  Saziş  şərti  olaraq  2  hissəyə  bölünür.  Bu  Sazişin 

birinci  hissəsində  ÜTT-nin  üzv-dövlətlərinin  üzərinə  xarici  investisiyaların 

tənzimlənməsi zamanı beynəlxalq ticarətin inkişafına mane olan tədbirlər tətbiq 

etməmək öhdəliyi qoyulur, ikinci hissədə isə fıkrimizcə, praktiki baxımdan ən 

722 



vacib  olan  məqam,  həmin  konkret  təkliflərin  özü  göstərilir.  Saziş  yalnız 

mallarla  ticarətlə  əlaqəsi  olan  investisiya  tədbirlərinə  şamil  olunur  (yuxarıda 

qeyd etdiyimiz kimi, xidmətlər sahəsində xarici investisiyaların tənzimlənməsi 

GATT yolu ilə həyata keçirilir). 

TRIMs-i  ÜTT-nin  başqa  Sazişlərindən  fərqləndirən  əsas  cəhət  onun 

normalarının ÜTT üzvü olan ölkələrin ərazisində birbaşa təsir qüvvəsinə malik 

olmasıdır.  Başqa  sazişlərin  müddəaları  isə  həmin  ölkələrin  milli 

qanunvericiliyinə daxil edilməlidir. Sazişin preambulasmda göstərilir ki, onun 

məramı  «bütün  ticarət  tərəfdaşlarının,  xüsusilə  də  inkişaf  etməkdə  olan 

ölkələrin iqtisadi artımını sürətlən-dirmək və rəqabət sərbəstliyini təmin etmək 

yolu  ilə  dünya  ticarətinin  genişlənmə-sinə  və  tədricən  liberallaşdırılmasına 

şərait  yaratmaqdır».  Başqa  sözlə,  bu  sənəddə  xarici  investisiyaların 

genişlənməsi və azad rəqabətin təmin olunmasının zəruriliyi vurğulanır. Bu isə, 

ilk növbədə, inkişaf etmiş ölkələrin maraqlarına cavab verir (inkişaf etməkdə 

olan ölkələrin faydasının rəsmən önə çəkilməsinə baxmayaraq). 

İnkişaf  etmiş  ölkələr  ticarətlə  əlaqəli  olan,  ümumi  və  başqa  istisnalar 

altına düşməyən bütün investisiya tədbirləri haqqında ÜTT-nin Katibliyinə 90 

gün ərzində məlumat verməli və hazırda tətbiq etdikləri tədbirləri ÜTT ilə Saziş 

bağlanıldığı gündən sonrakı 2 il ərzində dayandırmalıdır. İnkişaf etməkdə olan 

ölkələr qadağan olunmuş bu cür tədbirləri 5 il müddətində, ən zəif inkişaf etmiş 

ölkələr isə 8 il müddətində, bu vaxtın uzadılması imkanı ilə (keçid iqtisadiyyatlı 

ölkələr üçün bu güzəşt nəzərdə tutulmamışdır) dayandırmalıdır. 

Keçid  müddəti  ərzində  ÜTT üzvü olan ölkələr ticarətlə  əlaqəli olan və 

Katibliyə  məlumat  verdikləri  investisiya  tədbirlərinin  tətbiqi  şərtlərini 

sərtləşmə istiqamətində dəyişdirə bilməz. 

TRlMs-in gələcək təkamülü nəzərdə tutur ki. Saziş qüvvəyə mindikdən 

sonrakı  5  il  ərzində  Mallarla  Ticarət  üzrə  Şura  onun  tələblərinin  yerinə 

yetirilməsinə nəzarət edəcək və lazımi hallarda nazirlər Konfransına düzəlişlər 

barədə təkliflər verəcəkdir. 

Qarşıya  qoyulan  məqsədə  uyğun  olaraq,  ÜTT-nin  üzv-dövlətləri  milli 

rejimdə  və  ticarətdə  kəmiyyət  məhdudiyyətlərinin  tətbiqində  GATT-94-ün 

müddəalarına uyğun olmayan tədbirlərdən çəkinməlidir. Burada xarici kapitallı 

müəssisələrə qarşı milli qanunlar yaxud inzibati əmrlər əsasında tətbiq edilən 

məcburetmə  tədbirləri  nəzərdə  tutulur.  Sazişə  əlavədə  ticarətlə  əlaqəli  olan, 

GATT-ın yuxarıda göstərilən normaları ilə uzlaşmayan kimi nəzərdən keçirilən 

723 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə