Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə280/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   276   277   278   279   280   281   282   283   ...   306

günahlandırırdısa, indi sonuncular inkişaf etmiş ölkələrdən bu məqsədlərə ayrılan 

dövlət vəsaitlərinin ixtisarını tələb edir. 



İnvestisiyalar üzrə sazişlər.

 

Bu məsələdə əsas ziddiyyətlərdən biri inkişaf 

etmiş və inkişaf etməkdə olan ölkələrin maraqları arasında balansın, prinsipcə, 

mümkün  olmamasıdır.  Çünki  inkişaf  etməkdə  olan  ölkələrə  investisiyaların 

böyük hissəsi inkişaf etmiş ölkələrdən daxil olur. İnkişaf etməkdə olan ölkələr 

iddia edir ki, investisiyalar üzrə sazişlərin layihələri varlı ölkələrin korporativ 

investorlarına  onların  sərbəst  iqtisadi  siyasət  həyata  keçirmək  imkanlarını 

məhdudlaşdırır.  Buna  görə  də  onlar  inkişaf  etmiş  ölkələrdən  daxil  olan 

investisiyalar  üçün  resipiyent  ölkənin  özəllikləri  nəzərə  alınmaqla  xüsusi 

şərtlərin  tətbiqində  israrlıdır.  Başqa  sözlə,  onlar  bu  sahədə  öz  nəzarətini 

gücləndirmək  niyyətindədir,  bu  isə,  ÜTT-nin  yaratmağa  səy  göstərdiyi 

universal sazişin ruhuna ziddir. 



Gömrük siyasəti.

 

Yoxsul ölkələrdən idxal inkişaf etmiş ölkələrin ümumi 

idxalının 'A hissəsindən azdır və bunun da Ys hissəsi həmin ölkələrin bazarlara 

«daxil olarkən»  çox  yüksək (15%-dən  artıq)  gömrük rüsumları ilə qarşılaşır. 

ABŞ  və  Kanadada  ən  yüksək  gömrük  rüsumları  toxuculuq  mallarına  və 

paltarlara,  Aİ-də  isə  kənd  təsərrüfatı  məhsullarına  tətbiq  edilir.  İnkişaf  etmiş 

ölkələrin  tez-tez  istifadə  etdiyi  müdafiə  mexanizmlərindən  biri  də  malın 

istehsalı artdıqca, idxal rüsumlarının yüksəldilməsidir. Qlobal böhran dünyanın 

müxtəlif ölkələrində proteksionizm meyillərinin güclənməsinə səbəb olmuş, bu 

isə, inkişaf etməkdə olan ölkələr qrupuna ciddi təsir göstərmişdir. Bu məqam 

ÜTT-nin Doha raundunun məhsuldarlıqla başa çatdırılmasının zəruriliyini bir 

daha göstərir. 



ÜTT-nin  Honkonqda  keçirilən  VI  Nazirlər  Konfransı  (13-18  dekabr 

2005-ci il) Doha raundunun tammiqyash razılaşmalarının işlənib hazırlanması 

yolunda aralıq mərhələ olmuşdur. Danışıq aparan tərəflər kövrək kompromis 

əldə  etməklə,  uğursuzluqdan  yaxa  qurtara  və  danışıqlar  prosesini  davam 

etdirmək  şansını  qoruyub  saxlamağa  müvəffəq  oldu.  Honkonq  konfransında 

qəbul  olunan  nazirlər  bəyannaməsi  2004-cü  ildən  sonrakı  dövrdə  keçirilən 

çoxtərəfli  ticarət  danışıqlarının  yekunlarını  əks  etdirdi  və  2006-cı  il  Doha 

raundunun başa çatdırılması üzrə işlərin istiqamətlərini müəyyənləşdirdi. Lakin 

bu baş vermədi. 

2005-2008-ci illər ərzində raundun başa çatdırılması müddətləri dəfələrlə 

dəyişdirilmişdi. 2006-cı ilin iyuluna yaxın danışıqlann praktiki olaraq dalana 

727 



dirəndiyi aydınlaşdı. Danışıq aparan əsas tərəflərin mövqelərində əhəmiyyətli, 

əsasən  də  kənd  təsərrüfatı  məsələləri  üzrə  fərqlər  qalırdı.  Tərəflərdən  heç 

birinin güzəştə getmədiyini nəzərə alaraq, ÜTT-nin Baş Katibi P.Lami Doha 

raundunun  danışıqlarının  dayandırılması  barədə  qərar  qəbul  etmək 

məcburiyyəti 

qarşısında 

qaldı. 

ÜTT-nin 


Cenevrədə 

keçirilən 

mini-konfransında  (2008-ci  il)  dünya  ticarətinin  7  aparıcı  ölkəsi  (Avstraliya, 

Braziliya, Çin, Avropa ittifaqı, Hindistan, Yaponiya və ABŞ) əsas məsələlərin 

həlli üçün ümumi məqbul olan variant təklif etdi. Amma aparılan müzakirələr 

nəticəsində  yeni  kəskin  ziddiyyətlər  aşkar  olundu.  Bu  dəfə  danışıqlardakı 

uğursuzluğun səbəbi, bir tərəfdən, ABŞ, digər tərəfdən isə, Hindistan, Çin və 

İndoneziya  arasında kənd təsərrüfatı məhsullarının idxalı şərtlərinə dair fikir 

ayrılığı  oldu.  Vaşinqton  həmin  ölkələrin  kənd  təsərrüfatı  məhsullarının  milli 

istehsal-çılarmı Qərb idxalçılarının ucuz idxalından müdafiə etmək məqsədilə 

tədbirlər  görülməsini  nəzərdə  tutan  mövqeyi  ilə  razılaşmadı.  Amma  ABŞ-ın 

ticarət  damşıq-larmdakı  nümayəndəsinin  bəyanatına  görə,  iştirakçı  ölkələr 

razılıq  əldə  olunmasına  çox  yaxınlaşmışdı.  Nəticədə  ABŞ,  Al  və  inkişaf 

etməkdə  olan  ölkələr  arasındakı  həlledici  məsələlər  üzrə,  o  cümlədən  kənd 

təsərrüfatı, əqli mülkiyyət sahələrində ziddiyyətlər çox kəskin olduğuna görə 

ÜTT-nin raundu «dondurulmuşdur». 



23.5.

 

Beynəlxalq ticarət sistemi 

Dünya  iqtisadiyyatı  və  beynəlxalq  iqtisadi  əlaqələr  inkişaf  etdikcə, 

burada həlledici rol oynayan beynəlxalq ticarət tədricən dayanıqlı bir sistemə 

çevrildi.  Onu  bu  cür  ifadə  etmək  olar:  beynəlxalq  ticarət  sistemi



 

dövlətlərin 

mallarının və xidmətlərinin xarici ticarət axınlarının, fiziki və hüquqi şəxslərin 

xarici  ticarət  fəaliyyətinin,  bu  çoxşaxəli  fəaliyyəti  birbaşa  yaxud  dolayısı  ilə 

tənzimləyən beynəlxalq təşkilatların və qurumların məcmusudur. 

Dünya ticarət sisteminin strukturu və quruluşu.

 

Dünya ticarəti tərkib və 

struktur  baxımından  müxtəlif  iyerarxiya  səviyyələrindən  və  bunun 

tənzimlənməsi  mexanizmlərinin  məcmusundan  ibarətdir.  Bunlar  aşağıda 

göstərilən həlqələr, təsisatlar və başqa alətlərdir (mexanizmlərdir): 

 



ölkənin xarici ticarəti

 



beynəlxalq şirkətlərin xarici ticarəti

 



ölkələrin  inteqrasiya  qrupları  arasında  ticarət  (Al  ölkələri  arasında 

ticarət buna klassik nümunədir); 



728 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə