Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə282/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   278   279   280   281   282   283   284   285   ...   306

2.

 

GATT  -  ÜTT-nin  əsas  danışıq  «meydançaları»  kimi  ticarət 



raundlarının  rolu  nədən  ibarətdir?  Ən  mühüm  beynəlxalq  ticarət  və  tarif 

qaydaları hansı raundlarda qəbul edilmişdir? Neçə raund keçirilmişdir? 

3.

 

ÜTT-nin məqsədləri və vəzifələri nədən ibarətdir? ÜTT-nin təşkilati 



quruluşu necədir? 

4.

 



2001-ci ildə Dohada (Qətər) başlamış ticarət danışıqlarının sonuncu 

raundu niyə yarımçıq qalmışdır? 

5.

 

ÜTT çərçivəsində hansı mühüm Sazişlər fəaliyyət göstərir və onlar 



hansı münasibətləri tənzimləyir? 

Referatların mövzuları 

1.

 



ÜTT-nin  (GATT-ın)  əsas  vəzifələri  və  məqsədləri,  fəaliyyətinin 

nəticələri 

2.

 

Dohada  (Qətər,  2001-ci  il)  başlayan  ticarət  raundunun 



uğursuzluğunun səbəbləri 

3.

 



Rusiyanın ÜTT üzvü olmaq səylərinin səbəbləri: mümkün nəticələr 

732 


VI

 

Bölmə 

XXI ƏSRDƏ 

BƏŞƏRİYYƏTİN 

QLOBAL PROBLEMLƏRİ 


Müasir qlobal problemlərin təsnifatı 

Terminlər  məsələsi  və  qloballaşma  probleminin  genezisi  tədqiqat 

predmeti kimi. Qlobal problemlər 1960-cı illərdə, yəni «qloballaşma» termininin 

meydana çıxmasından 20 il öncə dünya ictimaiyyətinin, müxtəlif ölkələrin siyasi 

və  elmi  dairələrinin  geniş  müzakirə  obyektinə  çevrilmişdir.  Dərsliyin  əvvəlki 

fəsillərində  aydınlaşdırdığımız  kimi,  qloballaşma  təsərrüfatçılıqda,  maliyyədə, 

siyasətdə,  sosial  sferada,  mədəniyyətdə  və  fəaliyyətin  başqa  sahələrində 

infonnasiya-kommunikasiya  texnologiyaları  əsasında  beynəlmiləlləşmənin  yeni 

mərhələsidir.  Qlobal  problemlər

 

isə  həm  insanın  planetar  miqyasda  fəaliyyəti, 

həm  də  təbiətdə  baş  verən,  insanla  mütləq  bağlılığı  olmayan  dəyişikliklər 

nəticəsində  fonnalaşan  ən  böyük  ziddiyyətlərdir.  Pedaqoji  praktika  göstərir  ki, 

tələbələr  bu  iki  anlayışın  özündə  ehtiva  etdiyi,  prinsip  baxımından  tamamilə 

müxtəlif  olan  məzmunu  çox  vaxt  qarışdırır  və  buna  görə  də  onların 

fərqləndirilməsi zəruridir. 

Qlobal  problemləri,  ilk  növbədə,  onların  universal,  ümumi  xarakteri 

birləşdirir.  Bir  qayda  kimi,  onlar  müasir  sivilizasiyanın  tipindən,  onun 

fəaliyyətinin  istehsal-təsərrüfat  formasından  və  buna  müvafiq  olaraq,  təbiət  və 

cəmiyyətlə  qarşılıqlı  əlaqəsi  sahəsində  məhsuldar  qüvvələrin  (istehsal 

amillərinin)  tipindən  irəli  gəlir.  1960-cı  illərdə  3  qlobal  problem  daha  aydın 

surətdə təsnifləşdirilmişdi. 

Bunlardan  birincisi  -  nüvə  silahı  daşıyan  raketlərin  Kubada  yerləşdiril- 

məsinə  görə  ABŞ  və  SSRİ  arasında  atom  müharibəsinin  başlanmasının  real 

təhlükəsi  idi  (1961-ci  il).  Həmin  vaxt  nüvə  fəlakətinin  baş  vennə  təhlükəsinin 

qarşısını böyük çətinliklə almaq mümkün oldu; bu zaman bəşəriyyət nüvə- raket 

müharibəsinin baş vermə təhlükəsinin aradan qaldırılması kimi qlobal problemin 

həllinin  yalnız  aparıcı  dövlətlərin  deyil,  bütün  dünya  ictimaiyyətinin  vəzifəsi 

olduğunu dərk etdi. 

İkinci  qlobal  problem  -  inkişaf  etməkdə  olan  ölkələrdə,  xüsusilə  də 

Afrikada  və  Asiyanın  əhalinin  sıx  məskunlaşdığı  regionlarında,  habelə  Latın 

Amerikası  ölkələrinin  böyük  qrupunda  sürətlə  yayılan  və  getdikcə  kəskinləşən 

aclıq təhlükəsidir. Əhalisi nəhəng, illik artım tempi isə 3,1% olan Hindistan da 

daim aclıq təhlükəsi altındadır. BMT-nin məlumatlarına görə, artıq bu gün Asiya, 

Afrika və Latın Amerikasında əhalinin 'A hissəsindən çoxu yoxsulluq və səfalət 

həddində yaşayır, ərzaq mallarının qıtlığı isə ölkələrin bu qrupunda 

735 



xroniki xarakter almışdır. 

Üçüncü qlobal problem - insan və ətraf mühit arasındakı münasibətlərdə 

böhrandır.  1972-ci  ildə  amerikalı  tədqiqatçılar,  ər-arvad  D.E.  və  C.Medouzun 

«İnkişafın  hüdudları.  Roma  klubuna  Hesabat»  əsəri  nəşr  olunmuşdur.  Bu  əsər 

bütün  dünyada  böyük  əks-səda  doğurdu;  müəlliflər  ilk  dəfə  olaraq  insanla 

təbiətin  təmasda  olmasının  dağıdıcı  təsirini  göstərmişdilər.  Nəticə  belə  idi: 

bəşəriyyət ətraf mühiti son 200 ildə olduğu kimi intensivliklə dağıdacaqsa, özü 

məhv  etdiyi  təbiətin  dağıntıları  altında  həlak  olacaq.  Bu  dövrdən  başlayaraq, 

qlobal ekoloji problem aktuallığa çevrildi. 



Qlobal problemlərin müasir təfsiri. Son onilliklərdə qlobal problemlərin 

sayı  durmadan  artaraq  ümumbəşəri  xarakter  daşıyan,  çətin  həll  olunan 

məsələlərin  və  ziddiyyətlərin  yaranmasının  dinamikasını  əks  etdirir.  Qlobal 

problemləri müəyyən qruplar üzrə bölmək olar. 

Problemlərin  birinci  qrupu

 

dünyanın  sosial-iqtisadi,  mədəni  və  siyasi 

inkişafı  sahəsindədir;  ikincisi

 

-  ekoloji  xarakterli  problemlərdir;  üçüncüsü  - 

dünyada  nüvə  müharibəsinin  baş  vemıəsi,  müharibələr,  silahlı  münaqişələrin 

yayılması ilə bağlı problemlərdir. Buna uyğun olaraq, XXI əsrin aşağıdakı qlobal 

problemlərini sadalamaq olar: 

 



əhalinin böyük hissəsinin onillikdən-onilliyə «süzülərək», qlobal qeyri- 

sabitliyin  getdikcə şiddətlənən təhlükəli meyillərini fonualaşdıran  yoxsulluq və 

səfillik; 

 



planetimizin bir çox bölgələrində və dünyanın onlarca ölkəsində ərzaq 

böhranı  -  gah  dünya  ictimaiyyətinin  nəzərindən  yayınan,  gah  da  real  faktların 

qarşısıalınmaz təsiri nəticəsində yenidən diqqət mərkəzinə çevrilən problem

 



cəmiyyət  və  təbiət  arasındakı  münasibətlərdə  planetar  miqyaslı 

problemin - qlobal ekoloji böhranın genişlənməsi

 

bərpa  olunmayan  təbii  ehtiyatların  tükənməsi  ehtimalı  nəticəsində 



gələcəkdə xammal böhranının baş verməsinin mümkünlüyü

 



enerji böhranı - bizim dövrün reallığı. Bu problem enerji mənbələrinin 

(ilk  növbədə,  neft  və  qaz)  azsaylı  ölkələrin  ərazisində  cəmləşməsi  nəticəsində 

yaranmışdır; 

 



əhalinin beynəlxalq miqrasiyası (əmək, siyasi, məcburi və s.); 

 



insanın  təhlükəsizliyinin,  demokratik  dövlətdə  onun  hüquq  və 

azadlıqlarının təmin olunması; 

 

sülhün qorunması, nüvə müharibəsinin, regional silahlı münaqişələrin 



736 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə