Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə283/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   279   280   281   282   283   284   285   286   ...   306

baş verməsinin qarşısının alınması, silahların ixtisar olunması; 

• beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizə. 

Təsnifatdan göründüyü kimi, qlobal problemlərin böyük hissəsi nisbətən 

yaxın dövrdə fonnalaşmış, qalanları isə «köhnələrdən», ənənəyə çevrilmişlərdən 

«cücərmişdir».  Dünya  ictimaiyyəti  bu  problemlərin  həllində  öz  acizliyini 

göstərdikcə,  onlar  qar  uçqunu  şəklində  artmaq  və  dərinləşmək  xüsusiyyətinə 

malikdir.  Problem-lərin  digər  özəlliyi,  aralarında  sıx  əlaqələrin  və  asılılığın 

olması və bu səbəbdən birinin həll edilməməsi nəinki onun dərinləşməsi, həm də 

yenilərinin meydana çıxması  yaxud başqasının (başqalarının) mürəkkəbləşməsi 

ilə nəticələnməsidir. 

Biz sadalanan qlobal problemlərin hamısını nəzərdən keçirməyib (onların 

çoxuna  əvvəlki  fəsillərdə  müəyyən  dərəcədə  toxunulmuşdur),  fənnimizin 

məntiqinə  daha  uyğun  olanların  üzərində  dayanacağıq;  özü  də,  burada  qlobal 

iqtisadi problemlərin məhz iqtisadi cəhətləri araşdırılacaq. 

Mövcud  beynəlxalq  iqtisadi  münasibətlər  sisteminin

 

modernləşdirilməsi 

və yeni beynəlxalq iqtisadi qayda-qanunun bərqərar olması (bunun özü də qlobal 

problemdir) bilavasitə qlobal problemlərlə həmsərhəddir. Bir tərəfdən, onun özü 

müstəqil problemdir, digər tərəfdən isə, bəşəriyyətin həll etməyə çalışdığı əsas 

qlobal problemlərin hər birinə sirayət etmişdir. 

Qlobal iqtisadi problemlərin (yoxsulluq, dayanıqlı artım və s.) həlli üçün 

onların prioritetliyini müəyyənləşdirən ilkin şərtləri fərqləndirmək lazımdır. 

Birincisi, aydındır ki, dünya iqtisadiyyatının inkişafı üçün müəyyən şərait 

olmalıdır.  Bu  mənada  hərbi  hazırlıq  xərclərinin  azaldılması  mühüm  ilkin  şərt 

kimi  görünür.  Məsələn,  1990-cı  illərdə  silahlanmaya  hər  il  trilyon  dollar 

xərclənirdisə,  sonuncu  onillikdə  bu  rəqəm  1,5  trilyon  dollara  çatmışdır.  Bütün 

ETTKİ-nin 'A hissəsi hərbi məqsədlərlə aparılır. 

İkincisi,  cəmİ3^ətlərdə  iqtisadi  sabitlik,  bərabərlik  və  ədalət  təmin 

olunmalı,  ilk  növbədə  isə,  sosial  fərqlər  azaldılmalıdır.  Dünya  iqtisadiyyatının 

beynəlmiləlləşməsi  və  qloballaşması  prosesi  sürətləndiyindən,  siyasi  inkişafın 

etibarlı yolunun seçimi beynəlxalq iqtisadi əməkdaşlıq sisteminin özündə köklü 

dəyişikliklərin aparılmasına istinad etməlidir. Ticarət, maliyyə, energetika, ətraf 

mühit bir-biri ilə ən sıx surətdə əlaqəli olan, hər birinin a}Tilıqda və birlikdə həlli 

təhlükəsizlik  baxımından  kompleks  yanaşma  tələb  edən  sahələrdir.  Qarşıdakı 

onillik  üçün  özündə  aşağıdakı  elementləri  ehtiva  edən  qlobal  iqtisadi 

strategiyanın işlənib hazırlanması zəruridir: 



737 


 

etibarlı  və  dayanıqlı  iqtisadi  artıma,  işsizliyi  ixtisar  etməyə  şərait 



yaradan siyasət; 

 



sabit tiearət dövriyyəsini və dünya bazarlarına daha sərbəst çıxış təmin 

edən tədbirlər

 

malların  rəqabət  əsasında  deyil,  xəre  amillərinə  istinadən  ədalətli 



qiymətinin müəyyənləşdirilməsinə və saxlanmasına yönəlmiş tədbirlər; 

 



Avrasiya  ölkələrinin  iqtisadiyyatının  diversifıkasiyasınm  stimullaş- 

dırılması; 

 

Asiyanın,  Afrikanın  və  Latın  Amerikasının  iqtisadi  cəhətdən  geridə 



qalmış ölkələrinin inkişafı məqsədlərinə ayrılan yardımın həcminin artırılmasını 

və əməkdaşlığın  genişləndirilməsi; Avrasiya və inkişaf etməkdə olan ölkələrin 

xarici borc yükünün yüngülləşdirilməsi tədbirlər. 

Üçüncüsü, ekoloji problemlər sahəsində məsələlərin hərtərəfli həlli təmin 

olunmalıdır.  Bəşəriyyət  insanın  fəaliyyəti  ilə  ətraf  mühitin  məhdud  imkanları 

arasında  güclü  ziddİ3^ətlərin  mövcudluğunun  dərk  edildiyi  tarixi  dövrü 

yaşamaqdadır. Nəzərə alınmalıdır ki, ətraf mühitin qorunmasına yönəlmiş təsirli 

tədbirlərin çoxu əsrimizin ikinci onilliyində həyata keçirilməlidir və bəşəriyyətin 

bu  sahədə  ayrı-ayrı  ölkələrin  milli  eqoizminə  qalib  gəlməsi  həyati  əhəmiyyət 

kəsb edir. İlk növbədə 3 aktual məsələ həll olunmalıdır: 

1)

 

ekoloji  təfəkkür  dövlət  hakimiyyətinin  ən  yuxarı  təbəqələrinə  və 



hökumətlə sənaye dairələri arasındakı münasibətlərə, şirkətlərin menecmentinə 

nüfiız etməlidir; 

2)

 

«reaksiya  verib  müalicə  etmək»  prinsipi  «əvvəlcədən  görmək  və 



qarşısını alınaq» strategiyası ilə əvəz olunmalıdır; 

3)

 



xüsusilə ciddi ekoloji problemlərin: silahlı münaqişələrin nəticələrinin, 

ərzaq  qıtlığının,  planetimizdə  iqlim  dəyişməsinin  həlli  üçün  təxirəsalınmaz 

tədbirlər  görülməlidir.  Sonuncu  problemin  həlli  energetika,  xüsusilə  də 

təhlükəsiz  alternativ  enerji  mənbələrinin  tapılması  sahəsində  uğurların  əldə 

olunmasından  əhəmiyyətli  dərəcədə  asılıdır.  Meşələrin  məhvi  məsələsi 

kəskindir: kəsilən 10 ağac əvəzinə bu gün cəmi 1 ağac əkilir. 

Dünya  sosializm  sisteminin  və  SSRİ-nin  süqutundan  sonra  beynəlxalq 

aləmdə fəaliyyət göstərən amillərin və qüvvələrin sayı daim artmaqdadır. Dünya 

birliyinin sabahkı günü təkcə iri dövlətlərin  - ABŞ, Yaponiya, Almaniya, Çin, 

MDB  ölkələri  və  s.  deyil,  həmçinin,  sürətlə  artan  YSÖ-nin,  TMK-nm  və 

beynəlxalq iqtisadi münasibətlərin başqa iştirakçılarının 

738 



qərarlarından, regional səviyyədə həyata keçirilən və qəflətən qlobal miqyas alan 

siyasi və başqa tədbirlərdən asılıdır. Öz növbəsində elm və texnika bu prosesləri 

dəfələrlə sürətləndirir. Bütün bunlar dünya birliyində bütün ölkələrin maraqlarına 

cavab  verən  müəyyən  nonualarm  bərqərar  olunması  ilə  yanaşı  etikanın, 

mənəviyyatın və bəşəriyyətin mədəni dəyərlərinin nəzərə alınmasını tələb edir. 

Buna görə elmi-texniki inqilab dövründə yeni, son dərəcə vacib amilə çevrilən, 

şəxsi və ictimai maraqları milli sərhədlərdən kənara çıxaran fərd amilinə diqqətin 

artırılması  labüdləşir.  Problemlər  yalnız  dünya  birliyinin  hər  bir  üzvünün 

maraqlarının  özəlliyi  nəzərə  alınmaqla,  kapitalın  möhtəkir  təbiəti  tərəfindən 

ilahiləşdirilmiş  bazarı  ümumi  tənləşdirici  kimi  təfsir'  edən  dağıdıcı-doqmatik 

konsepsiyalar  olmadan  həll  edilə  bilər.  Məsələn,  beynəlxalq  iqtisadi 

münasibətlər sahəsində milli qanunvericiliklərin beynəlxalq hüquq normalarına 

yaxmiaşdırılması  zəruridir.  Bu  cür  yanaşma,  inkişaf  etmiş  ölkələrdə  belə 

zəifləməsi hiss olunan sosial müdafiə məsələsinə diqqətin artırılmasını tələb edir. 

Dünyanın  və  onun  tərkib  hissələrinin  vəhdətinin,  bütün  sosial-iqtisadi 

problemlərin  həllinin  eyni  məqsəd  daşıdığının  subyektiv  amil  tərəfindən 

dərkolunma  səviyyəsi,  yaşadığımız  dövrdə  bu  cür  yanaşmaların  və  amalların 

reallaşması şansını daha da artırır. 

Dünyada  strateji  tarazlığın  pozulması  ilə  müşayiət  olunan  qlobal  hərbi- 

siyasi balansın dəyişməsi ilə bağlı problem xüsusi diqqət tələb edir. Bu kəskin 

strateji sıçrayış dünya sosializm sisteminin «kənara atılması» və əsas geosiyasi 

mərkəzlərin,  «qeyri-sabitlik  qövsü»  məkanının  Balkanlardan  Qafqaz  vasitəsilə 

Orta Asiyaya, oradan isə Monqolustana, Çinə, Sibirə, Rusiyanın  Uzaq Şərqinə 

köçürülməsi  nəticəsində  baş  venuişdir.  Bu  vəziyyətin  tədqiqi  heç  bir  əsası 

olmadan  yubadılaraq,  Rusiyanın,  Ukraynanın,  Qazaxıstanın,  Orta  Asiya 

dövlətlərinin  və  başqa  ölkələrin  xarici  siyasətində  nəzərə  alınmır.  Qlobal 

tarazlığın  pozulmasının  mümkün  nəticələrindən  biri,  hüdudu  görünməyən 

«böhranlar qövsündə» Balkanlardan Çinə və Sibirədək, habelə başqa qitələrdə və 

ölkələrdə, 0 cümlədən Avropa və ABŞ-da etnik və subetnik münaqişələrin dini 

müharibə elementləri ilə birləşməsidir. 



739 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə