Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə284/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   280   281   282   283   284   285   286   287   ...   306

Fəsil 24 

QLOBAL YOXSULLUQ VƏ DÜNYADA 

ƏRZAQ BÖHRANI 

24.1.

 

Qlobal yoxsulluq probleminin anlayışı, 

mahiyyəti və məzmunu 

Məlumdur  ki,  yoxsulluq  ilk  növbədə  və  əsasən  həyati  zərurət  olan  qida 

məhsullarının  kəmiyyəti  və  keyfiyyəti  ilə  ifadə  olunur.  Ərzaq  böhranı,  onun 

daimi  müşayiətçisi  olan  yoxsulluq  və  səfalət  inkişaf  etməkdə  olan  ölkələr 

regionlarında:  Asiya,  Afrika  və  Latın  Amerikasında  (şərti  olaraq  «Yoxsul 

Cənub») cəmləşmişdir. Dünya əhalisinin 80%-i yaxud 4,6 milyard adam burada 

cəmləşmişdir və onların  təxminən 90%-i  lazımi qidalanmadan, elementar tibbi 

xidmətdən  məhrumdur,  daxmalarda,  xarabalıqlarda  yaşayır.  Onların  peşə 

hazırlığı  yoxdur,  qaneedici  sayda  iş  yerləri  ilə  təmin  olunmamışlar,  əmək 

qabiliyyətli  hər  3  nəfərdən  biri  tam,  gizli  yaxud  qismən  işsizdir;  onların 

əksəriyyəti sosial müavinətlərdən məhrumdur. Bunu da qeyd edək ki, beynəlxalq 

ekstremizm məhz bu cür şəraitdə formalaşmış, sonradan isə fəallaşmışdır. 

Məhz  «Yoxsul  Cənubdan»  milyonlarla  qaçqın  bütün  dünya  üzrə 

səpələnib,  əsasən  «Varlı  Şimal»  ölkələrində  cəmləşərək,  burada  külli  sayda 

ziddiyyətlər  yarat-mış,  ümumilikdə  isə  qlobal  miqrasiya  problemini 

formalaşdırmışdır.  Eyni  zamanda  daha  bir  qlobal  problemin  -  demoqrafiyanın 

neqativ təsiri özünü göstənnəkdədir. 

Əks qütbdə, yəni «Varlı Şimal»m inkişaf etmiş ölkələrində yaşayan 20%- 

dən az əhali isə öz sosial-iqtisadi problemlərini ümumilikdə uğurla həll etmişdir. 

Bəzi  tədqiqatçılar  tərəfindən  bu  vəziyyət  «Cənub  -  Şimal»  qlobal  problemi 

şəklində  ifadə  olunsa  da,  bizim  fikrimizcə,  məsələ  yoxsul  ölkələrin  üzləşdiyi 

çətinliklərin  həllinin  dünyada  dayanıqlı  iqtisadi  inkişafa,  yəni  müasir  dövrün 

başqa qlobal probleminə açıq-aşkar tabe edildiyinə görə siyasi xarakter daşıyır. 

Beləliklə, sosial təzahür kimi, yoxsulluq müasir dövrün ən mühüm qlobal 

problemlərindəndir.  Dünya  təcrübəsində  yoxsulluğun  3  əsas  konsepsiyası 

fərqlənir: mütləq, nisbi və subyektiv. 



740 


Mütləq yoxsulluq - fiziki mövcudluq üçün zəruri olan minimum təminat 

və şərait nöqteyi-nəzərindən müəyyənləşdirilən  yoxsulluq səviyyəsidir. Mütləq 

yoxsulluq  konsepsiyası  əsas  ehtiyacların  (yaşayış  minimumunun)  müəyyən 

olunması  təməlində  qurulmuşdur  və  xronologiyaya  görə  birinci  yaranmışdır. 

Yoxsulluğun XIX əsrin sonu - XX əsrin əvvəlində Böyük Britaniyada aparılan 

empirik tədqiqatları məhz buna istinad edirdi. Mütləq yoxsulluq öyrənilərkən 2 

məsələni həll etmək lazımdır: 

 



yoxsulluq həddi qismində istifadə edilə bilən göstərici hazırlanmalıdır; 

 



yoxsulluq  həddinin  müqayisəsi  üçün  göstəricilər  sistemi  müəyyən 

edilməlidir. 

Dünya  Bankı  tərəfindən  mütləq  yoxsulluq  həddi  göstəricisi  gündə  1,25 

dollar (məzənnə VAQP üzrə hesablanır) dolanışıq xərci müəyyən edilmişdir. 



Nisbi yoxsulluq - müəyyən cəmiyyətdə vətəndaşların əksərİ3^ətinin həyat 

standartına nisbətən müəyyən edilən yoxsulluq səviyyəsidir. Dünya təcrübəsində 

həyat səviyyəsinin və keyfiyyətinin qiymətləndirilməsi üçün sosial indikatorlar 

sistemindən: ÜDM-in əhalinin hər nəfərinə düşən məbləği; yoxsulluq həddindən 

aşağı səviyyədə yaşayanların sayı və xüsusi çəkisi; istehlak qiymətləri indeksi; 

uşaq  və  ana  ölümünün  səviyyələri;  ömür  müddəti;  ÜDM-də  sosial  xərclərin 

xüsusi çəkisi; yoxsulluğun bir sıra başqa göstəriciləri (sosial ehtiyaclara xərclər, 

ibtidai təhsil, səhiyyə xidmətləri almağın mümkünlüyü, içməli su ilə təminat və 

s.) istifadə edilir. 

Əhalinin həyat səviyyəsinin keyfiyyətini əks edən göstəricilər sistemi ilk 

dəfə 1960-cı ildə BMT-nin tədqiqatları əsasında yaradılmışdır. Bu sistemin son 

variantına 12 əsas göstəricilər qrupu daxildir: 

1)

 

əhalinin  demoqrafik  xarakteristikaları  (doğum,  ölüm,  xəstəlik,  ömür 



müddəti və s.); 

2)

 



həyatın sanitar-gigiyena şəraiti; 

3)

 



ərzaq məhsullarının istehlakı; 

4)

 



yaşayış  şəraiti  və  uzun  müddət  istifadə  edilən  istehlak  malları 

(avtomobil, soyuducu, televizor və s.); 

5)

 

təhsil və mədəniyyət; 



6)

 

məşğulluq və əmək şəraiti; 



7)

 

əhalinin gəlirləri və xərcləri



8)

 

yaşayışın dəyəri və istehlak qiymətləri; 



9)

 

nəqli}^at vasitələri



741 


10)

 

istirahətin, bədən tərbiyəsi və idmanın təşkili; 



11)

 

sosial təminat; 



12)

 

insan azadlığı. 



Sadalanan  qruplardan  başqa,  BMT-nin  Statistika  Komitəsi  həyat 

keyfiyyətinin qiymətləndirilməsi üçün vacib, amma BMT ekspertlərinin rəyinə 

görə onu birbaşa xarakterizə etməyən göstəricilərin daxil olduğu ümumi bölmə 

fərqləndirir. Bura aşağıdakılar aid edilmişdir; 

1)

 

milli gəlir; 



2)

 

ÜDM-in  əhalinin  hər  nəfərinə  düşən  məbləği  və  onun  orta  illik  artım 



əmsalı; 

3)

 



sosial xidmətlərin həcmi və növləri

4)

 



əhalinin  fərdi  istehlaka  yönələn  xərcləri,  onun  strukturu  və  orta  illik 

artım əmsalı, əhalinin sıxlığı; 

5)

 

əhaliyə göstərilən nəqliyyat xidmətləri; 



6)

 

rabitə vasitələrinin, nəşriyyatın işi və sair. 



Ölkə  əhalisinin  həyat  səviyyəsi  ÜDM-dən  istifadənin  strukturu  ilə  də 

xarakterizə olunur. Fərdi son istehlakm (fərdi istehlak xərclərinin) strukturunun 

təhlili  xüsusilə  vacibdir.  İstehlakda  uzun  müddət  istifadə  edilən  malların  və 

xidmətlərin  payının  çox  olması  əhalinin  həyat  səviyyəsinin,  ölkənin  iqtisadi 

inkişafının nisbətən yüksək olduğunu göstərir. 

Həyat  səviyyəsini  təkcə  ərzaq  mallarının  deyil,  həmçinin,  qeyri-ərzaq 

mallarının: parça, paltar, ayaqqabı, trikotaj və s. istehsalının əhalinin hər nəfərinə 

düşən həcmi də səciyyələndirir. Əhalinin hər 1000 nəfərinə yaxud orta statistik 

ailəyə  düşən  bir  sıra  uzun  müddət  istifadə  olunan  malların;  soyuducu, 

paltaryuyan  maşın,  televizor,  minik  avtomobilləri,  video  aparatları,  fərdi 

kompüterlər və s. mövcudluğu (yaxud ölkədə istehsalı) göstəriciləri də bunların 

analoqudur. 

Əhalinin  həyat  səviyyəsinin  təhlili  adətən  qarşılıqlı  bağlılığı  olan  2 

göstəricinin: istehlak səbətinin və yaşayış minimumunun müəyyənləşdirilməsi ilə 

müşayiət olunur. 

İstehlak  səbəti  (İS)  -  insan  üçün  həyati  zəruriliyi  olan  əmtəə  qrupunun 

toplusudur. Yaşayış minimumu - insanların cəmiyyətdə maddi təminatının rəsmi 

tanınılan,  pul  vəsaitlərinin  həcmi  ilə  ifadə  edilən  səviyyəsidir.  Bu  göstəricidə, 

birincisi,  inkişaf  etməkdə  olan  və  postsosialist  ölkələrinin  yoxsulluq 

göstəricisinin yaxınlaşması prosesi və 1990-cı illərdə kifayət qədər 3diksək 

742 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə