Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə287/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   283   284   285   286   287   288   289   290   ...   306

 



Şəkil 24.4. 

Cini əmsalı 

Cini  əmsalı  sıfırdan  (mütləq  bərabərlik)  vahidədək  (mütləq  qeyri- 

bərabərlik)  dəyişə  bilən  aqreqatlaşdırılmış  göstəricidir.  Bu  əmsal  aşağıdakı 

düstürla da hesablana bilər: 



1 

G   -   1 + - -

 

■ [yı + 2 ■ У2 + 3 ■ Уз + ••• + n ■ y„]

 



n^y 

Burada:  yı,  ....  y„  -  azalma  qaydasında  fərdi  gəlirlər,  y  -  orta  gəlir,  n  - 

fərdlərin sayıdır.' 

Cini əmsalı nisbi göstəricidir. Bundan əlavə, əmsal 2 diapazon üçün eyni 

olduğu halda, onlardan birindəki bölgü digəri ilə müqayisədə daha bərabər ola 

bilər.  Beləliklə,  bu  düstur  tamamilə  dəqiq  nəticə  alınması  üçün  təyin 

olunmayaraq,  müəyyən  ümumi  kəmiyyətin  əldə  olunmasına  imkan  verdiyinə 

görə, cəlbedicidir. Məsələn, Rusiya və Latın Amerikası ölkələri üçün Cini əmsalı 

eyni,  0,35  diapazonunda  (yüksək  qeyri-bərabərlik)  tərəddüd  etdiyi  halda, 

ABŞ-da  0,48,  Aİ  ölkələrində  0,30  (burada  isə  İsveç,  Danimarka,  Norveç  və 

Finlandiyada  -  0,26,  yəni  Cini  əmsalı  minimal  səviyyədədir)  səviyyəsində 

bərqərar olmuşdur. 

^ Словарь современной экономической теории / под общ. ред. Д.У.Пирса, М., 1997, С. 204. 

749 



Gəlirin funksional bölgüsü.

 

Milli gəlirin istehsal amillərindən hər birinin 

(əmək,  kapital,  toıpaq,  təhsil,  texnologiya)  payına  düşən  hissəsinin  müəyyən 

olunması  üçün  gəlirin  funksional  yaxud  gəlirlərin  əldə  olunma  mənbələri  üzrə 

bölgüsü metodundan da istifadə olunur. Amilin qiymətinin təyin edilməsi üçün 

baza göstəriciləri qismində tələb və təklif əyrilərindən istifadə olunur. Bu halda 

inkişafın  tipi  (modeli)  çox  mühüm  rola  malikdir:  inkişaf  etmiş  sahələrdə 

iqtisadiyyat  texnoloji  cəhətdən ümumilikdə eynicinslidir; inkişaf etməkdə olan 

və  keçid  iqtisadiyyatlı  ölkə-lərdə  isə  hər  bir  sektorun  müxtəlif  gəlir  verdiyi 

«dual» iqtisadiyyat nəzərdə tutulur. 



Dual  inkişaf  modeli.  Dual  inkişaf  prinsipi  iqtisadi  nəzəriyyədə  yeni 

olmayaraq,  2  müxtəlif  səviyyəli  (müasir  və  keçid)  münasibətlərin  «birgə 

mövcudluğuna»  əsaslanır.  İnkişafın  bu  tipinin  özünün  də  müxtəlif  növlərinin 

mövcudluğunu inkişaf etməkdə olan ölkələrin təcrübəsi əyani sübut edir. H.Filds 

tədqiqatında dual inkişafın bu növlərini fərqləndirmişdir: 

 



Luisin  modelində  təsvir  olunmuş  inkişaf  tipi:  əmək  haqqı  sabit 

saxlanmaqla, müasir sektorun genişləndirilməsi hesabına artım. Bu növ inikşaf 

etmiş  ölkələrin  inkişaf  modelinə  təqribən  uyğundur  və  Yaponiya,  Tayvan  və 

Cənubi Koreyanın inkişaf modelindən bir qədər fərqlənir

 

müasir  sektorda  istehsalın  artımının  orada  məşğulluq  səviyyəsinin 



artması  ilə  müşayiət  olunmadığı  inkişaf  tipi.  Burada  gəlirlərin  çoxalması 

fomıasmda  artımın  nəticələri  əhalinin  dar  təbəqəsinin  arasında  bölüşdürülür. 

Göstərilən  tip  (model)  Latın  Amerikasının  və  Afrikanın  bir  çox  ölkələri  üçün 

səciyyəvi olmuşdur

 

ənənəvi  sektor  hesabına  inkişaf  tipi  (modeli).  Burada  tərəqqinin  əsas 



nəticələri həmin sektorda məşğul olan işçilər arasında bölüşdürülür. Fildsə görə, 

bu  model  öz  klassik  foraıasında  maoçu  Çin  və  digər  sosialist  ölkələri  üçün 

səciyyəvi idi. 

Buna  baxmayaraq,  iqtisadçılar  gəlirlərin  bölgüsünə  təsir  göstərən 

mənbələrə  münasibət  göstərilməsi  məsələsində  müxtəlif  ölkələrdə  bu  prosesə 

hansı  iqtisadi  və  sosial  amillərin  təsir  etdiyinə  dair  müəyyən  fikir  söyləyə 

bilməmişdir və burada əlavə tədqiqatlar tələb olunur. 

Lorens  əyrisi,  ÜDM-in  dinamikası  və  «Argentina  fenomeni». 

Mütəxəssislər  yuxarıda  göstərdiyimiz  Lorens  əyrisindən  iqtisadi  inkişafın 

müəyyən mərhələsində ÜDM-in təhlili zamanı gəlirlərin bölgüsünün ölçülməsi 

üçün istifadə edir. Bu halda tsiklik enmənin qısamüddətli dövrləri nəzərə 



750 


alınmazsa, tədqiq olunan zamanın ayrıca götürülən mərhələsində ÜDM-in artdığı 

nəzərdə tutulur. XX əsrin ilk onilliklərində iqtisadi geriləmənin (əlbəttə ki, sülh 

dövründə)  yalnız  bir  dəfə  -  1929-1933-cü  illərin  Böyük  böhranı  dövründə, 

ABŞ-da  və  Qərbi  Avropada  ÜDM-in  dayanmadan  və  sürətlə  aşağı  düşdüyü 

zaman baş verməsinə  görə, bu, çox məntiqi görünürdü.  İqtisadi  tarixdə diqqəti 

cəlb edən və öyrənilməsi tələb olunan ən azı 2 belə hadisə olmuşdur. Bunlardan 

birincisi, Argentina iqtisadiyyatında bir sıra daxili və xarici amillərin qovuşması 

əsasında  meydana  çıxmışdır.  1870-ci  ildə  bu  ölkə  əhalinin  hər  nəfərinə  düşən 

milli  gəlirin  məbləğinə  görə  Almaniyanı  qabaqlayaraq,  dünyada  11-ci  yeri 

tuturdu.  İndi  isə  Argentina  bu  göstərici  üzrə  hətta  50  ölkə  siyahısına  da  daxil 

deyil. 

Göstərilən fenomeni tədqiq edərkən, amerikalı alim U.Rostou buna istinad 



edirdi  ki,  iqtisadiyyatın  inkişafının  müəyyən  mərhələsində  həlledici  göstərici 

milli  gəlirin  əhalinin  hər  nəfərinə  düşən  məbləği  deyil,  texnologiyanın 

səviyyəsidir.

 

Buradan belə nəticə çıxarılır ki, Argentinada uzun müddət ərzində 

(1914-cü  ilədək)  iqtisadi  sıçrayış  üçün  şərait  fonualaşmışdır.  Bu  cür  məntiqi 

konstruksiyanın qurulması Rostouya belə bir nəticə çıxarmağa əsas verdi ki, «bu 

ölkə sıçrayış mərhələsinə Birinci Dünya müharibəsi dövründə daxil olmuş və ... 

1930-cu  illərin  ortasında  həqiqətən  də  baş  verən  uzunmüddətli  sıçrayışı  indiki 

dövrədək (1960-cı il) ümumilikdə uğurlu hesab etmək olar»’. 

Argentinanın uzunmüddətli artım dövrünə Luis, Kuznets, Lorens və Cini 

metodikalarının  əhalinin  müxtəlif  sosial  stratları  ilə  onharın  gəlirlərinin  həcmi 

arasında  əlaqələrin  və  qarşılıqlı  asılılığın  aşkar  olunması  mövqeyindən 

yanaşılması,  iqtisadi  artımı  ləngidən  daxili  amilləri  eyniləşdimıəyə  imkan 

yaratmışdır.  Bunlara  nümunə  kimi,  XIX  əsrin  ikinci  yarısından  Argentinanın 

öncül  hesab  edilən  sənaye  sahələrində  dinamik  yüksəlişin  istehsalda 

məşğulluğun  artımı  ilə  müşayiət  edilməsini  göstəmıək  olar.  Bu  cür  inkişafın 

nəticələri ölkə əhalisinin məhdud stratı arasında bölüşdürülür və qalan hissəsinin 

gəlirlərinin və  yığımlarının  çoxalmasına səbəb olmurdu;  buna müvafiq  olaraq, 

yığımlar artım üçün zəmin yaradan uzunmüddətli amilə çevrilmirdi. 

Amma  Rostounun  istinad  etdiyi  Argentina  təerübəsi,  onun  işləyib 

hazırladığı artım mərhələləri konsepsiyasının bu ölkəyə münasibətdə tətbiq 

Pocmoy 

y.

 

Стадии экономического роста. Претер. Нью-Йорк, 1961. ' 

Тодаро М. Экономическое развитие. С. 124. 

751 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə