Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə289/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   285   286   287   288   289   290   291   292   ...   306

XXI

 

əsrin birinci onilliyində inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr 



üçün  bir  qaydaya  çevrilməsi  nəticəsində  onların  cəmiyyətlərində  stratifıkasiya 

fərqləri dərinləşmiş, mövcud sosial-siyasi gərginlik güclənmişdir. 



Rusiyada «Argentina fenomeni». 1990-cı illərdə «Argentina fenomeni» 

Rusiyada böyük inandırıcılıqla təkrar olundu. Reqress və səngiyən artım reallığa 

çevrilmişdir və ölkənin yaxın dövrdə bu cür qüsurlu inkişafdan kənara çıxacağına 

ümid bəsləmək üçün əsas yoxdur. İqtisadi siyasətin əsasını xammal sahələrinin 

(neft, qaz, əlvan metallar, oduncaq) ixraca yönəlməsi təşkil etdiyini nəzərə alsaq, 

isbat etmək olar ki, Rusiya hələ onilliklər ərzində müvafiq nəticələrlə (yoxsulluq 

və  səfalətin  yayılması,  bir  tərəfdən,  varlanan  komprador  sahibkarların 

(alverçilərin) dar stratı, digər tərəfdən isə, əhalilin əksəriyyəti arasında uçurumun 

dərinləşməsi)'  «Argentina  modelinin»  məngənəsində  qalacaqdır.  2001-2010-ci 

illərdə ölkəyə külli məbləğdə neft dollarlarmm axını nəzərə alınaraq, onlardan 

səmərəli  istifadə  olunduğu  təqdirdə  vəziyyətin  dəyişəcəyi  ehtimal  edilirdi. 

Hələlik  isə  bu  iki  amildə  irəliləyişlər  cüzidir,  tarifləri  və  qiymətləri  dəfələrlə 

artıraraq,  sosial  sahələrin  (səhiyyə,  təhsil,  mənzil-kom-  munal  təsərrüfatı) 

özəlləşdirilməsi cəhdləri isə cəmiyyətdə böyük gərginlik yaradır. 



Qloballaşma  şəraitində  yoxsulluğun  artması.  1990-cı  illərdə  qlobal 

liberallaşma tərəfdarları dünya ictimaiyyətini yoxsulluq və səfalətin yalnız bütün 

ölkələr  «başdan-başa  özəlləşdinnəni»,  milli  iqtisadiyyatların  açılmasını,  onun 

sektorlarının dövlət tərəfindən dəstəklənməsinin dayandırılmasını, ticarətin tam 

sərbəstləşdirilməsi  tədbirlərinin  həyata  keçirilməsini  nəzərdə  tutan  liberal 

islahatlar yoluna qədəm qoyduqdan sonra aradan qaldırılaeağına, demək olar ki, 

inandıra  bilmişdilər.  Güman  edilirdi  ki,  bu  cür  islahatlar  qloballaşmanın 

tələblərinə  cavab  verir,  sonuncu  isə  onun  proseslərinə  maneçilik  törədilməsə, 

bütün ölkələrin xeyrinə olacaqdır. Dünyanın, demək olar ki, bütün ölkələrinin bu 

cür siyasət  yeritdiyi ötən onillikdəki inkişafın bəzi  yekunlan UNCTAD-m Baş 

Katibi R.Rikupero tərəfindən təşkilatın iclaslarından birində səsləndirilmişdir. O, 

azad  ticarət  və  sərbəst  maliyyə  axınları  tərəfdarlarının  qloballaşmanın  iqtisadi 

inkişafa, məşğulluğun artmasına, əmək haqqının və rifahın yüksəlməsinə müsbət 

təsir  göstərəcəyi  barədə  ümidlərinin  doğrulmadığını  bəyan  etmişdir.  Dünya 

iqtisadiyyatının  ləng  və  pərakəndə  artımı  şəraitində  qloballaşmanın 

üstünlüklərindən heç də bütün dövlətlər və ayrı-ayrı ölkələr hüdu- 



^ Хасбулатов Р.И. Мировая экономика. Теория, принципы, политика. Т. 1. С. 340. 

754 



dunda  regionlar  istifadə  edə  bilməmişdir.  Varlılarla  yoxsullar  arasındakı  fərq 

artmışdır.  İnkişaf  etməkdə  olan  ölkələrjn  çoxunda  yoxsulluğun  miqyası 

genişlənmişdir. 1990-cı illərin əvvəlində inkişaf etmiş ölkələrdə ÜDM-in əhalinin 

hər nəfərinə düşən orta həcmi inkişaf etməkdə olan ölkələrdən 17 dəfə çox idisə, 

2010-cu ildə bu nisbət 20:1 olmuşdur. Aparılan islahatların nəticəsi budur. 

1997-ci ildə Baş Katibinin tövsiyəsi ilə BMT yoxsulluqla mübarizə üzrə 



birinci onilliyə keçidin başlandığını

 

bəyan etdi. Bir çox beynəlxalq təşkilatlar, 0 

cümlədən  İnkişafa  Yardım  Komitəsi  (İYK),  «İnkişaf  məqsədləri  üçün 

tərəfdaşlıq»  Hesabatını  hazırlamış  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı 

(İƏİT)  bu  ideyanı  dəstəklədiklərini  bildirdi.  Qarşıya  qoyulan  vəzifə  2015-ci 

ilədək  yoxsulların  sayını  yarıbayarı  (800  milyondan  400  milyonadək) 

azaltmaqdır. Sonra bu müddəa BMT-nin başqa təşkilatları, habelə DB tərəfindən 

də əsas məqsəd kimi qəbul edilmişdi. Amma XXI əsrin birinci onilliyinin sonuna 

yaxın dünyada aclıqdan əziyyət çəkənlərin sayı azalmamış, yoxsul ölkələrin sayı 

isə  bəzi  keçmiş  sosialist  ölkələrinin,  o  cümlədən  Mərkəzi  Asiya  dövlətlərinin 

hesabına çoxalmışdır. 

24.4.

 

Qlobal yoxsulluq probleminin 

anlayışı, mahiyyəti və məzmunu 

Dünyada əhalinin ərzaqla təminatının ümumi vəziyyəti. Ərzaq problemi.

 

Müharibədən sonrakı onilliklərdə bəşəriyyət Yer əhalisinin əksər hissəsinin ərzaq 

təminatının  ənənəvi  probleminin  həll  edilməsinə  nail  ola  bilməmişdir.  Bu 

problem yalnız inkişaf etmiş ölkələr qrupu üçün aktuallığını itirmişdir; təqribən 

30 ölkədə problem qismən, ümumilikdə isə BMT-nin üzvü olan 200 dövlətdən 

60-65-də  həll  olunmuşdur.  Müharibədən  sonrakı  onillikdə  ərzaq  mallarının 

istehlakı  ümumilikdə  bütün  regionlarda  çoxalsa  da,  bu  göstərici  qitələr  və 

ayrı-ayrı ölkələr üzrə fərqlənir. Bununla yanaşı, istehsalın artımı əhalinin müvafiq 

çoxalması  ilə  tarazlaşır.  Belə  ki,  son  30  il  ərzində  taxıl  yığımı  2  dəfə.  Yer 

əhalisinin  sayı  isə  1,8  dəfə  çoxalmışdır.  Tədqiqatçıların  fikrincə,  gələcəkdə  bu 

meyil  daha  neqativ  hal  ala  bilər:  əhalinin  artımı  fonunda  torpağın 

məhsuldarlığının aşağı düşməsi dünyadakı tarazlığa əlavə yük deməkdir. 



Problemin  regional-iqtisadi  cəhətləri.  Müharibədən  sonrakı  onilliklərdə 

Yerin ərzaqla təminat baxımından müəyyən cəhətlərlə səciyyələnən coğrafi 



755 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə