Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə29/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   25   26   27   28   29   30   31   32   ...   306

xidmətlərlə əlaqəlidir və onun satılması çoxsaylı satıcıların olmasını tələb edir. 

Tender  (tender  -  təklif,  podrat  üçün  ərizə)  -  podrat  müzaidələrinin 

müsabiqə  yolu  ilə  keçirilməsinin  formasıdır.  Onun  mahiyyəti  iddiaçılar 

tərəfindən  irəli  sürülən  təkliflərin  tender  sənədlərində  əks  olunan  meyarlara 

uyğunluq nöqteyi-nəzərindən seçilməsindədir. 



Lizinq  (lease  -  icarə)  -  torpaq  sahələri  və  başqa  təbii  obyektlər  istisna 

edilməklə,  avadanlığın,  nəqliyyat  vasitələrinin,  digər  daşınmaz  və  daşmar 

əmlakın istifadəyə verilməsi ilə bağlı olan uzunmüddətli icarə formasıdır. Lizinq, 

maddi-texniki təchizatın kreditləşmə və icarəyə vermə ilə eyni zamanda müşayiət 

olunan fonnasıdır. Lizinqdə həmişə iki tərəf iştirak edir: 

1)

 



lizinq verən - lizinq fəaliyyətini, yəni lizinq müqaviləsi əsasında bunun 

üçün  xüsusi  alınmış  əmlakın  lizinqə  verilməsini  həyata  keçirən  təsərrüfatçılıq 

subyekti yaxud fərdi sahibkardır; 

2)

 



lizinq  alan  -  əmlakı  lizinq  müqaviləsi  əsasında  alan  təsərrüfatçılıq 

subyekti yaxud fərdi sahibkardır. 



Nou-hau (know how - bilirəm necə) - texniki biliklər və kommersiya sirləri 

kompleksidir.  Nou-haunun  əsas  əlaməti  konfidensiallıqdır.  Adətən,  texniki  və 

kommersiya  xarakterli  nou-hau  fərqləndirilir.  Texniki  xarakterli  nou-  hauya 

bunlar daxildir: 

1)

 

məmulatların təcrübə və qeydiyyatdan keçirilməmiş nümunələri, maşın 



və aparatlar, ayrı-ayrı detallar, alətlər, emal cihazlan və s.; 

2)

 



texniki sənədlər - düsturlar, hesablamalar, planlar, çertyojlar, sınaqların 

nəticələri, yerinə yetirilmiş elmi-tədqiqat işlərinin məzmunu və onların nəticələri, 

müəyyən  istehsala  yaxud  texnologiyaya  tətbiq  oluna  bilən  hesablamalar, 

materialların keyfiyyəti barədə məlumatlar; işçi heyətin hazırlanması üçün tədris 

planları; 

3)

 



məmulatın  konstruksiyası,  hazırlanması  yaxud  istifadəsi  barədə 

məlumatlar olan təlimatlar; istehsalat təcrübəsi, texnologiyalann təsviri; dizayn 

üzrə  praktiki  göstərişlər;  texniki  qaydalar,  istehsalın  planlaşdıniması  və  idarə 

olunması üzrə məlumatlar və s. 



Kommersiya xarakterli nou-hauda aşağıdakılar göstərilir: 

1)

 



məlumat banklarının ünvanları; 

2)

 



müştərilərin kartotekası; 

3)

 



malgöndərənlqrin kartotekası; 

4)

 



istehsalın təşkili və səmərəliliyi, məhsul buraxılışının həcmi barədə 

83 


məlumatlar və s. 

Nou-haunun  satılmasının  bir  sıra  özəllikləri  vardır:  belə  ki,  nou-haunu 

qiymətləndirmək üçün alıcı, az da olsa, onun mahij^əti ilə tanış olmalıdır və bu 

halda onun sahibi nou-haunu satmadan, üzərində inhisarı itirmək riski ilə üzləşir. 

Nou-haunun  qiyməti  müəyyənləşdirilərkən  yadda  saxlanmalıdır  ki,  ona 

çəkilən  xərclər  istifadəçinin  gələcək  gəlirləri  ilə  əvəzlənəcək;  əks  halda,  onun 

mənfəəti  az  yaxud  ümumiyyətlə,  olmayacaq.  Nou-haunun  dəyərinin 

ödənilməsinin bir neçə üsulu var: 

 

royalti  (royalty  -  yeraltı  sərvətlərə  görə  ödəniş,  müəllif  qonorarı)  - 



nou-haudan  istifadə  zamanı  müəyyən  göstəricilərə  əsasən  tədricən  ödəmələr. 

Royalti  hazır  məhsulun  buraxılışına  başlama  anından  etibarən,  lisenziya 

müqaviləsinin  qüvvədə  olduğu  hər  ilin  sonunda  ödənilir.  Real  mənfəəti 

müə5^ənləşdirmək  çətin  olduğu  hallarda  satış  həcminə  nisbətən  hesablama 

formasından istifadə edilir. Dünya bazarlarında qiymətlərin tərəddüdü royaltinin 

təsbit olunmuş məbləğdə ödənilməsini kifayət dərəcədə çətinləşdirir. Buna görə 

də  uzunmüddətli  müqavilələrdə  illər  üzrə  diferensiallaşdırılmış  dərəcələrdən 

istifadə edilir. 

 

panşal ödəniş (almanca pauchal - bütövlüklə götürülmüş) - əvvəlcədən 



razılaşdırılmış  birdəfəlik  ödənişdir.  Pauşal  ödənişlər  nou-haunun  təsirindən 

səmərəni proqnozlaşdırmaq çətin olduqda yaxud lisenziyanın dəyəri ucuz olduğu 

hallarda  tətbiq  edilir.  Pauşal  ödənişlərdən  əsasən  qeyri-istehsal  sahələrində 

istifadə  olunur.  Mahiyyətcə,  onlar  lisenziyanın  faktiki  qiymətini  ifadə  edir. 

Pauşal  ödəniş  şəklində  mükafatlandırma  royaltinin  kapitallaş-  dırılması,  yəni 

onun vaxtından əvvəl birdəfəlik qaydada ödənilməsidir. 

 

kost  plas  (cost  plus  -  qiymət  üstəgəl)  -  əlavə  xidmətlərə  görə 



razılaşdırılmış  tarif  üzrə  müqavilədə  göstərilən  qiymətdən  əlavə  ödənişlər. 

Ödənişlərin qarışıq formaları da tətbiq oluna bilər. 

Nou-hau  lisenziya  razılaşmalarının  (pulsuz  lisenziyaların)  müstəqil 

obyektidir.  Bir  sıra  şirkətlər  yeni  ixtiraları,  prosesləri  və  metodları  patentləş- 

dirmək əvəzinə lisenziya əsasında nou-hau qismində vennəyi üstün tutur. 

84 



3.4.

 

Xarici iqtisadi əlaqələrin tənzimləyiciləri: 

xarici iqtisadi siyasət 

Xarici iqtisadi əlaqələr müxtəlif tənzimləyicilər, yəni əlaqələrin meydana 

çıxmasına,  onları  dövlətin  maraqlarını  müdafiə  edən  vahid  və  səmərəli  siyasi- 

iqtisadi  sistemə  yönəldən  alətlərin  təsiri  altında  fonnalaşır.  Xarici  iqtisadi 

əlaqələrin tənzimləyiciləri iqtisadi və təşkilati-sərəncamverici ola bilər. 

İqtisadi  tənzimləyicilər  ictimai  istehsalda  müxtəlif  əlaqələr  meydana 

çıxdıqca və reallaşdıqca iqtisadi maraqlara təsir göstərir. Bunlara: tələb və təklif 

arasında nisbət; dünya və daxili (ölkə) bazarlarında qiymətlər, rüsum və tariflər, 

val)oıta  məzənnələri,  bankların  faiz  dərəcələri  arasında  nisbətlər;  dünyada  və 

ölkədə malların (işlərin, xidmətlərin) istehsal səviyyələrinin həcmə, keyfiyyətə 

və səmərəliliyə görə nisbətləri; iqtisadi stimullar; proqnozlar, planlar, proqramlar 

və  sair  aiddir.  Nəzərə  alınmalıdır  ki,  plan  kapitalist  bazar  iqtisadiyyatında 

direktiv  xarakter  daşımır.  Ondan  yalnız  inkişafın  perspektiv  məqsədlərinin 

müəyyənləşdirilməsində  və  dövlət  (hökumət)  tərəfindən  ən  mühüm 

makroiqtisadi tənasüblərin aşkar olunmasında istifadə edilir. 



Təşkilati-sərəncamverici  tənzimləyicilər  tamamilə  olmasa  da,  adətən 

avtokratik dövlətlərdə istifadə edilən amiranə-inzibati xarakterli alətlərdir. Buna 

baxmayaraq,  həmin  tənzimləyicilərin  bir  çoxu  universal  xarakterdədir.  Həmin 

alətlərlə  tənzimləmə  dövlətin  və  onun  orqanlarının  xarici  iqtisadi  əlaqələrin 

formalaşmasına  və  inkişafına  müxtəlif  direktiv  aktlar  vasitəsi  ilə  birbaşa 

müdaxiləsini nəzərdə tutur. Bunlara: malların (işlərin, xidmətlərin) ixracının və 

idxalının kvotalaşdırılması və lisenziyalaşdırılması; ayn-ayrı fəaliyyət növlərinin 

lisenziyalaşdırılması;  malların  (işlərin,  xidmətlərin)  ixracından  əldə  edilən 

valyuta  mədaxillərinin  bir  hissəsinin  məcburi  qaydada  satılması;  gömrük 

rejimləri;  malların  ölkəyə  gətirilməsinin  və  ölkədən  çıxarılmasının  gömrük 

rəsmiləşdirilməsi;  valyuta  nəzarəti;  gömrük  nəzarəti;  ixrac  nəzarəti;  idxala 

nəzarət  və  s.  aiddir.  Xarici  iqtisadi  əlaqələrin  dövlət  tərəfindən  fəal 

tənzimlənməsi dövlətin xarici iqtisadi siyasətinin əsas məqsədidir. 

Dövlətin  xarici  iqtisadi  siyasəti  -  onun  öz  potensialını  (siyasi,  iqtisadi, 

hərbi, sosial, ekoloji və s.) möhkəmləndirmək və dünya iqtisadiyyatında səmərəli 

iştirak  etmək  məqsədi  ilə  xarici  iqtisadi  əlaqələrin  formalaşmasına  və  bundan 

yararlanmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətidir. Dövlətin 



85 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə