Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə290/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   286   287   288   289   290   291   292   293   ...   306

bölgələri qəti olaraq müəyyənləşmişdir. 

Birincisi, Qərbi və Şimali Avropa, Şimali Amerika, Avstraliya, Yaponiya 

daxil olmaqla, dünyanın sənaye bölgələridir və bu regionlar yüksək keyfiyyətli 

ərzağın qıtlığı ilə deyil, artıqlığı ilə qarşılaşır. Amma inkişaf etmiş ölkələrin ərzaq 

təhlükəsizliyinin  məhz  inkişaf  etməkdə  olan  ölkələrdəki  aclığa  əsaslanması 

tədqiqatçıların  diqqətindən  yayınır;  inkişaf  etməkdə  olan  ölkələrdə  TMK-nm 

nəzarəti altında olan, məhsulları inkişaf etmiş ölkələrin bazarları üçün nəzərdə 

tutulan  böyük  aqrar  anklavlar  yaradılmasaydı,  aqrar  sektorun  yüksək 

məhsuldarlığına baxmayaraq həmin dövlətlərin öz resursları bunun üçün çətin ki, 

kifayət edərdi. 

İkincisi,  bu  bölgələr  ərzaqla  təminat  səviyyəsi  BMT  ÜST-in  tələbləri 

baxımından  müəyyən  olunmuş  nonnalara  yaxınlaşan  Avropanın  Cənubunda,  o 

cümlədən  Yunanıstan,  Portuqaliya,  Türkiyə  və  Ön  Asiyada,  Latın  Amerikası 

dövlətlərinin əksəriyyətində, Məqrib və ASEAN ölkələrində yerləşir. 

Üçüncüsü,  ərzaq  təminatı  BMT  ÜST-in  standartlarından  «yol  verilən 

kənarlaşma» hüdudlarında olan Şərqi Avropa, MDB və Baltikyanı ölkələr, habelə 

Hindistan, Misir, İndoneziyadır. 

Dördüncüsü,  əhalisinin  əksər  hissəsi  ərzaq  böhranının  bütün  ağırlığını 

çəkən inkişaf etməkdə olan ölkələrdir (bunlara parlaq nümunə Böyük Səhranın 

Cənubunda yerləşən dövlətlərdir). 

Elmi-texniki  tərəqqinin  qüdrətinə  inam  artıq  1960-1970-ci  illərdə 

təsdiqlənməyə  başladı  və  dünyanın  inkişaf  etməkdə  olan  bölgələrində  «yaşıl 

inqilab»  yayıldı.  Bu  tenuin  kənd  təsərrüfatı  istehsalının  məhsuldarlığını 

əhəmiyyətli  dərəcədə  yüksəldən  aqrotexniki,  texnoloji  və  istehsal-təşkilati 

tədbirlərin məcmusunu ifadə edir. Burada yüksək məhsuldarlıqlı və xəstəliklərə 

qarşı davamlı toxumların, ilk növbədə isə dÜ5m və buğda növlərinin tətbiqinə 

xüsusi  diqqət  yetirilir.  Müvəf-fəqiyyətin  zəruri  şərtlərindən  biri  su  və  mineral 

gübrələrlə təchizatdır. Bütün bunlar inkişaf etməkdə olan bəzi ölkələrə ildə bir 

neçə  dəfə  məhsul  yığmaq  imkanı  verdi.  Start  götürdüyü  ilk  onillikdən  sonra 

«yaşıl  inqilab»  heyrətamiz  nəticələr  nümayiş  etdirdi  (xüsusilə  də  «yaşıl 

inqilabın»  vətəni  olan  Hindistanda);  əhalisinin  yüksək  templərlə  artmasına 

baxmayaraq  (Çindən  fərqli  olaraq,  «ailə  planlaşdırılması»  siyasəti  Hindistan 

cəmiyyəti tərəfindən qəbul edilmədi. Raciv Qandinin öldürülməsi-nin də məhz 

bu  siyasəti  həyata  keçirməkdə  israrlı  olması  ilə  əlaqələndirilir),  ölkə  tez  bir 

zamanda özünü ərzaqla tam təminetmə yoluna qədəm qoydu. 

756 



Amma 1980-ci illərin əvvəlində potensialı tamamilə tükəndiyindən, «yaşıl 

inqilab»  boğulmağa  başladı.  Bunun  səbəbi  isə  kənd  təsərrüfatı  istehsalının 

fasiləsiz artımı üçün hər il böyük məbləğdə investisiyalar, Qərbi Avropa ölkələri 

və  ABŞ-ın  səviyyəsinə  uyğun  olan  güclü  texnoloji  baza  yaradılması  zəruri 

olduğu halda, onun məhdud tədbirlər kompleksinə istinad etməsi idi. Bəs yoxsul 

ölkələr bu qədər böyük məbləğdə vəsaiti haradan əldə etməli idi? Təcrübə buğda 

və düyünün yüksək məhsuldarlıqlı, xəstəliklərə qarşı davamlı növlərinin tətbiqi 

kimi  tədbirlərin  yalnız  müvəqqəti  uğur  qazandırdığını  göstərdi.  Buna  görə  də 

növbəti  onilliklərdə  Çin  və  Hindistan  «yaşıl  inqilabın»  məhdud  nəticələrini 

nəzərə  alaraq  aqrar  sektorun  texnoloji  bazasının  dunnadan  genişləndirilməsi 

yolunu seçdi. 

Ərzaq  böhranından  çıxış  yolu  gen  mühəndisliyinin  geniş  yayılmasında 

görünürdü və tezliklə onun məhsulları mağazaların piştaxtalarında peyda oldu. 

Ancaq  mütəxəssislər,  o  cümlədən  tibb  alimləri  həyəcan  təbili  vururlar;  geni 

modifıkasiya olunmuş məhsullar (qarsıdah, buğda, soya, quş və heyvanların əti, 

süd)  insanın  sağlamlığına,  ilk  növbədə  isə,  onun  həyata  sağlam  uşaq  gətinnək 

qabiliyyətinə son dərəcədə mənfi təsir göstərir; bu məhsullarla qidalanan uşaqlar 

zəif,  xəstə  böyüyürlər.  Ərzaq  qıtlığı  probleminin  həllinin  bu  istiqamətinin 

perspektiv  olması  ağlasığmazdır.  Bu,  daha  çox  kütləvi  alıcıların  maraqlarına 

zərər  gətirməklə,  aqrofırmalarm  əlavə  gəlir  əldəetmə  mənbəyidir  (aydındır  ki, 

varlı sosial stratlar təbii mənşəli, ekoloji təmiz qida məhsulları ahr). 

Dünyada  ərzağın  istehsalında  açıq-aşkar  neqativ  meyil  XXI  əsrin  ötən 

onilliyində, sahibkarlar bir sıra ölkələrdə və qitələrdə böyük, məhsuldar torpaq 

sahələrini ərzaq və yem (heyvanlar üçün) taxılının yetişdirilməsi üçün istifadədən 

çıxararaq,  qarğıdalıdan,  soyadan,  başqa  yağlı  bitkilərdən  bioloji  yanacağın 

istehsalı layihələrini maliyyələşdirməyə başladıqda yarandı. Əlbəttə, onların bu 

addımı atmasına ötən onillik ərzində neftin ağlasığmaz dərəcədə yüksək qiyməti 

öz güclü təsirini göstənnişdir. Belə vəziyyətdə neft hasil edən onlarca ölkə əldə 

etdikləri  gəlirləri  hara  xərcləyəcəklərini  bilmirsə,  100-ə  yaxın  ölkə  yanacağın 

qiymətinin  bahalaşması  nəticəsində  ağır  yük  altına  düşərək,  yoxsuluğa  daha 

sürətlə yuvarlanır. 

Nəzərdən keçirdiyimiz problemin həllinin daha bir istiqaməti, məhsuldar 

torpaqları  az,  maliyyə  resursları  isə  çox  olan  bəzi  ölkələrin  (Qərbi  Afrika, 

Cənub-Şərqi Asiya ölkələri, Çin, Avropanın kiçik dövlətləri) öz ehtiyaclarını 



757 


ödəmək üçün son illərdə intensiv surətdə Afrika, Latın Amerikasın və Rusiyada 

torpaqları  satın  almağa,  orada  ixtisaslaşmış  fenner  təsərrüfatları  yaratmağa 

başlamasıdır. 

Qeyd  etməliyik  ki,  dünya  ərzaq  probleminin  həllində  özünü  qida 

məhsulları ilə təmin etməyə nail olmuş Çin böyük rol oynamışdır (dünyanın 6,6 

milyard əhalisinin 1,3 milyard nəfəri onun payına düşür). Amma uzunmüddətli 

perspektivdə  ərzaq  təminatı  sahəsində  onun  (habelə  əhalisi  1,1  milyard  nəfər 

təşkil edən Hindistanın) mövqeyi hansı dərəcədə dayanıqlıdır? Aydındır ki, bu 

suala cavab venuək üçün xüsusi tədqiqatların aparılması gərəkdir. 

Bununla  belə,  dünya  aqrar  sektorunun  bir  sıra  dənli  və  başqa  qida 

məhsullarının,  texniki  bitkilərin  qiymətləri  dayanmadan  artaraq,  ümumilikdə 

ərzaq mallarının qiymətlərinin bahalaşmasının sabit meylini yaradır. Bu problem 

inkişaf  etmiş  ölkələrdə  nəzərəçarpan  surətdə  ifadə  olunmasa  da  (ailələrin 

gəlirlərinin  çoxlu-ğuna  görə),  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı 

ölkələrdə ərzaq mallarının qiymətlərinin bahalaşması ailələrin əksəriyyəti üçün 

başağrısına çevrilmişdir. 



Aclıq anlayışı və onun təbiəti. FAO-nun qiymətləndirməsinə görə, kəskin 

aclıqdan  əziyyət  çəkən  insanların  ümumi  sayı  1970-ci  illərin  əvvəlində  400 

milyon  nəfər  olmuş,  1980-ci  ildə  500  milyon  nəfərə  yaxınlaşmış,  sonradan 

(1990-cı  illərin  əvvəlində)  isə  Afrikada  yaranan  böhranlı  vəziyyətlə  əlaqədar 

600-700  milyon  nəfər  arasında  tərəddüd  etmiş,  2011-ci  ilin  başlanğıcında  1 

milyard nəfəri ötüb keçmişdir’. 

Qeyd  etməliyik  ki,  həmin  qiymətləndinnədə  yalnız  orqanizmin  salamat 

qalması üçün kifayət edən enerji ehtiyaclarının təmin olunmasını nəzərdə tutan, 

aclığın  son  həddə  çatan  «kritik  səviyyəsi»  qəbul  edilmişdir.  Aclığın 

müəyyənləşdiril-məsi üçün daha sərt  yanaşma tətbiq olunarsa, inkişaf etməkdə 

olan  ölkələrdə  aclıq-dan  əziyyət  çəkənlərin  sayı  daha  da  çoxalacaq.  Ərzaqla 

əlaqədar  vəziyyətin  drama-tizmi  bundadır  ki,  müstəmləkədən  azad  olmuş 

ölkələrdə  bu  hadisə  nəinki  kütləvi,  həm  də  daimi,  əhalinin  geniş  təbəqələrinin 

həyatını müşayiət edən xarakter daşıyır. 

Aclığın  təbiətini  ictimai  hadisə  kimi  dərk  etmək  üçün  onun  «gizli» 

(xroniki) və «aşkar»- məhsulsuzluq yaxud təbii fəlakətlər, hərbi münaqişələr 

^  Обзор  мирового  экономического  проложения  ООН.  Экономический  и  Социальный  Совет. 

Женева, 2009. С. 309. 



758 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə