Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə291/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   287   288   289   290   291   292   293   294   ...   306

səbəbindən (o cümlədən 

1992-1993-cü illərdə Rusiya hakimiyyətin 

məsuliyyətsizliyi  üzündən  ölkənin  Şimal  rayonlarına  ərzaq  mallarının 

göndərilməməsi)  kütləvi  aclıq  hallarının  yaranması  fomıalannda  təzahür  etdiyi 

nəzərə alınmalıdır. Birinci fonua - səfalət və bununla bağlı olaraq əhalinin alıcılıq 

qabiliyyətinin  son  dərəcə  aşağı  düşməsi  nəticəsində  baş  verən  xroniki  aclıq 

inkişaf  etməkdə  olan  ölkələrin  əhalisinin  elementar  yaşayış  vasitələrindən 

məhrum olan böyük hissəsinin həyat tərzinə çevrilən, milyonlarla insanın daimi 

fiziki məhrumiyyətlərinə gətirib çıxaran  «gözəgörünməz» böhran kimi  təzahür 

edir.  Təzad  bundadır  ki,  aclıqdan  və  doyunca  yeməməzlikdən  məhz  qida 

məhsullarının istehsalçıları - aztorpaqlı və torpaqsız kəndlilər, icarədarlar, kənd 

təsərrüfatı  fəhlələri  əziyyət  çəkir.  Ehtiyac  altında  sıxılaraq,  onlar  qida 

məhsullarını özlərini və ailələrini dolandınuaq üçün kifayət edən həcmdə istehsal 

etmək və almaq iqtidarında deyil. Ümumilikdə isə inkişaf etməkdə olan ölkələrdə 

xroniki aclıqdan əzab çəkənlərin 80%-i kənd yerlərində yaşayır. 

Xroniki  aclıq  azadlığa  çıxmış  ölkələrin  xalqlanna  əmək  resurslarının 

təkrar  istehsalında  əvəzolunmaz  zərər  vurur,  ömür  müddətini  qısaldır,  ölüm 

göstəricisini yüksək səviyyədə saxlayır. Aclığın yığılan məhsulun həcmindən və 

milli ərzaq fondunun vəziyyətindən asılı olmayan «gizli» formasında bu fəlakətin 

sosial mənşəyi aşkar görünür. 



Problemin  sosial-iqtisadi  cəhətləri.  İnkişaf  etməkdə  olan  ölkələrin 

əhalisinin  əksər  qismi  aqrar  sektorda  məşğul  olduğuna  görə,  burada  başlıca 

problem  kəndlilərin  torpaqlarının  azlığıdır.  Artıq  1960-cı  ildə  becərilən 

torpaqların əhalinin hər nəfərinə düşən sahəsi kiçik idi. BMT-nin ərzaq və kənd 

təsərrüfatı  təşkilatı  olan  FAO-nun  siyahıyaalmasma  görə,  həmin  vaxt  bu  sahə 

Asiyada  0,35  hektar,  Afrikada  0,9  hektar.  Cənubi  Amerikada  1,14  hektar  idi. 

Bunun  nəticəsində  işsiz  kəndlilərin  sayı  sürətlə  artırdı.  Məsələn,  1961-1971-ci 

illəri  əhatə  edən  dövrdə  onlann  xüsusi  çəkisi  24%-dən  38%-dək  artmış,  1972- 

1991-ci  illərdə  artım  templərinin  xeyli  zəifləməsinə  baxmayaraq  14-17%, 

onilliyin sonunda isə cüzi azalaraq 13-15% olmuşdur. Bu səviyyə 2001-2010- cu 

illər  ərzində  də  qalmışdır.  Buna  baxmayaraq,  inkişaf  etməkdə  olan  ölkələrin 

çoxunda  torpaq  sahələrindən,  sadəcə,  istifadə  olunmur.  İş  bundadır  ki,  həmin 

torpaqlar  əsasən  onun  kənd  təsərrüfatı  dövriyyəsinə  buraxılmasında  marağı 

olmayan  şəxslərin  -  latifundistlərin,  qəbilə  başçılarının,  iri  aqrosənaye 

şirkətlərinin,  avtoritar  rejimlərin  zabitlərinin  və  məmurlarının  özəl 

mülkiyyətindədir. 



759 


Belə  vəziyyət  böyük  sosial  dəyişikliklərin,  o  cümlədən  həqiqətən 

demokratik  torpaq  islahatının  keçirilməsinin  zəruriliyini  bir  daha  sübut  edir. 

FAO-nun  məlumatlarına  görə,  inkişaf  etməkdə  olan  ölkələrdə  becərilən 

torpaqların sahəsi 784 milyon hektar, inkişaf etmiş ölkələrdə olduğundan 1,8 dəfə 

çoxdur. 

Təsadüfi deyil ki, ümumi əhalisi 1,4 milyard nəfər təşkil edən 50-dən çox 

inkişaf etməkdə olan ölkədə ərzaqla təchizatın mütləq azalması müşahidə edilir. 

Bununla əlaqədar, ədəbiyyatda «ərzaq təhlükəsizliyi» anlayışı peyda olmuşdur. 

FAO-nun açıqlamasına əsasən,  «ev təsərrüfatı ailənin bütün üzvləri üçün ərzaq 

məhsulları həm fiziki, həm də iqtisadi cəhətdən kifayət dərəcədə əlçatan olduğu 

və ona bu əlçatanlığı itirmək təhdidi olmadığı halda ərzaqla təminat baxımından 

təhlükəsiz hesab oluna bilər». 

Burada  «ev  təsərrüfatı»  deyildikdə,  ailə  təsərrüfatı,  ayrı  yaşayan 

vətəndaşların iqtisadi imkanları nəzərdə tutulur. Aclığın təzahürünün göstərilən 

açıqlamasına ciddi riayət etsək, bir çox ölkələrin, o cümlədən MDB ölkələrinin 

buna düçar olduğunu görürük. Ərzaq təhlükəsizliyi ilə qidalanma arasında əlaqə 

bundan  ibarətdir  ki,  «ərzaq  təhlükəsizliyi»  insanlann  lazımi  qədər  qidalanması 

üçün  zəruri,  amma  kifayət  olmayan  şərtidir.  İnsanların  qidalanmasının  tam 

dəyərliliyi  ev  təsərrüfatının  (ailənin)  qida  rasionu,  xəstəliklərin  qarşısının 

alınması və sağlamlıq üçün əlverişli  mühit  yaradılması, habelə ev təsərrüfatını 

idarə etmək bacarığı kimi amillərlə müəyyənləşdirilir. 

Problemin  kompleks  xarakteri:  nəzəri-metodoloji  cəhətlər.  Gerilik  və 

asılılıq  amillərinin  qarşılıqlı  təsiri.  İnkişaf  etməkdə  olan  ölkələrdəki  ərzaq 

problemi  həm  daxili,  həm  də  xarici  şərtlər  və  səbəblər  kompleksinin  qarşılıqlı 

təsiri  nəticəsində  yaranmışdır.  Daxili  səbəblərdən  ən  mühümləri  onların 

iqtisadiyyatının  ümumilikdə,  xüsusilə  də  kənd  təsərrüfatının  birtərəfliliyi  və 

geriliyi,  bu  sahədə  arxaik  aqrar  münasibətlərinin  qalmasıdır.  Ərzağa  ictimai 

tələbatın  dəyişən  strukturu  ilə  bu  ehtiyacları  ödəməli  olan  qida  məhsullarının 

yerli istehsalı sektorunun arasındakı uyğunsuzluq da məhz bundan irəli gəlir. 

Problemdə  bir  sıra:  sosial,  iqtisadi,  siyasi,  demoqrafik,  aqrar-texnoloji, 

iqlim, resurs, ekoloji, mədəni-etnik amillər bir-birinə güclü təsir göstərir. 

Problemin şərhi. Tədqiqatçıların çoxunun irəli sürdüyü konsepsiyalarda 

aclığın əsas səbəbləri kimi bioloji və başqa təbii amillər göstərilir. Kifayət qədər 

geniş  yayılmış  bu  nəzəriyyələrdə  aclığın  mənbəyi  demoqrafik  determinizmin 

neomaltusçu mövqelərindən izah olunur. T.Maltusun müasir 



760 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə