Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə293/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   289   290   291   292   293   294   295   296   ...   306

inkişaf  etməkdə  olan  ölkələrin  kənd  təsərrüfatında  əmək  məhsuldarlığı 

primitiv səviyyədə qalaraq, inkişaf etmiş ölkələrin müvafiq göstəricisindən 20- 

25  dəfə  aşağıdır.  Bu  cəhət  əkinçiliyin  istehsal  mədəniyyətində  -  aşağı 

məhsuldarlıqda,  yeni  torpaq  sahələrinin  fasiləsiz  surətdə  dövriyyəyə  cəlb 

olunaraq, vəhşiliklə istismar olunmasına  əsaslanan ekstensiv  inkişaf tipində öz 

izini qoyur. «Yaşıl inqilab» çərçivəsində həyata keçirilən aqrar proqramlara hətta 

kiçik  kapital  qoyuluşları  belə,  Meksika,  Hindistan,  Filippin  və  «orta  inkişaf» 

səviyyəli bir sıra ölkələrə ərzaq təminatını xeyli yaxşılaşdırmağa, bəzi hallarda 

isə  qida  məhsullarının  idxalını  dayandınnağa  imkan  vennişdir.  İnkişaf  etmiş 

ölkələrdə tərəvəz və taxıl anbarlarının, kənd təsərrüfatı məhsullarının ilkin emalı 

müəssisələrinin  və  s.  inşa  olunması  ərzaq  təminatını  xeyli  yaxşılaşdıra  bilər. 

Onların yoxluğu yaxud vəziyyətinin pisliyi səbəbindən yığılan məhsulun yarıya 

qədəri  məhv  olur.  Bu  məsələnin  həlli  inkişaf  edən  ölkələrdə  beynəlxalq  ərzaq 

yardımlarının  ümumi  həcmindən  də  çox  məhsulu  qorumağa,  habelə  qida 

məhsullarının idxalını dayandınnağa şərait yaradardı. 

Ərzaq  probleminin  kökündən  həlli  sülh  uğrunda  mübarizə,  tərk-silah 

olunma və silahların ixtisarı, beynəlxalq iqtisadi təhlükəsizliyin bərqərar edilməsi 

ilə sıx əlaqədardır. Dünyanın bütün bölgələrində silahlanma yarışının səngiməsi 

qeyri-məhsuldar məqsədlərə israf olunan vəsaitlərin bir hissəsini aclığın aradan 

qaldırılmasına və bəşəriyyətin həyati əhəmiyyət kəsb edən başqa problemlərinin 

həllinə yönəltməyə imkan verərdi. Mütəxəssislərin rəyinə görə, inkişaf etməkdə 

olan ölkələrin özünü ərzaqla təmin etməsinə nail olmaq üçün dünya üzrə müdafiə 

məqsədlərinə yönəldilən vəsaitlərin cari həcminin cəmi 3%-i kifayətdir. 

Amma  təcrübə  inkişaf  etməkdə  olan  ölkələrin  xalqlarının  ərzaq 

təhlükəsizliyi  qlobal  probleminin  qəti  surətdə  həlli  üçün  təkcə  obyektiv  ilkin 

şərtlərin mövcudluğunun kifayət olmadığım göstərdi. Bunun üçün bir sıra varlı 

ölkələrin  mərhəməti  əsasında  deyil,  planetin  bütün  xalqlarının  ümumi 

maraqlarım nəzərə almaqla qurulan qlobal siyasət də lazımdır. 

Geridə  qalmış  aqrotexniki  metodlarının  tətbiqi,  əmək  məhsuldarlığının 

aşağı  səviyyədə  olması  nəticəsində  yaranan  vəziyyətdə  inkişaf  etməkdə  olan 

ölkənin  kənd  təsərrüfatında  məşğul  olan  bir  nəfər  özünü  və  ailəsini  çətinliklə 

dolandırdığı halda, bir fermer ABŞ-da 75, Qərbi Avropada 50, Yaponiyada isə 35 

nəfərin tələbatını ödəyir. 

Alimlərin proqnozlarına əsasən, 2025-ci ildə planetimizin əhalisi 8,5 



763 


milyard  nəfərə  çatacaq,  onun  83%-i  isə  inkişaf  etməkdə  olan  ölkələrdə 

yaşayacaq. Bu məqam ərzaqla təminat problemini getdikcə mürəkkəbləşdirəcək. 

BMT-nin Ətraf Mühit və İnkişaf Konfransının hesabatının «Kənd təsərrüfatının 

dayanıqlı fəaliyyətinə və kənd bölgələrinin inkişafına yardım» bölməsində də bu 

sayda  əhalinin  mövcud  resurslar  hesabına  ərzaqla  və  başqa  kənd  təsərrüfatı 

məhsulları ilə təmin edilməsinin mümkünlüyü məsələsinin açıq qalması dəfələrlə 

qeyd olunur. 

Ərzaq  təhlükəsizliyini,  sadəcə  olaraq,  qida  məhsullarının  istehsalını 

çoxaltmaqla  təmin  etmək  mümkün  deyil.  Kənd  təsərrüfatına  yönəldilən 

investisiyalar əhalinin ən zəif qrupları arasında aclığı aradan qaldırmağa imkan 

yaradan  sosial  müdafiə  tədbirləri  ilə  dolğunlaşdırılmahdır.  Məsələn,  inkişaf 

etməkdə  olan  ölkələrin  çoxunda  qadınlar  ərzaq  istehsalında,  qidalanmada  və 

ailələrin gəlirlərində mühüm rol oynayır. Məhz buna görə də ərzaq təhlükəsizliyi 

sahəsində proqramların işlənib hazırlanmsı və həyata keçirilməsində qadınların 

sağlamlığı,  təhsili  və  məşğulluğu  ilə  bağlı  olan  məsələlər  başhea  amillərdən 

birinə çevrilir. 

Ən  yoxsul  ölkələrdə  aclıq  çox  hallarda  ərzaq  qıtlığı  ilə  deyil,  onu  əldə 

etməyin qeyri-mümkünlüyü ilə əlaqədardır. Bu cür vəziyyət mürəkkəb amillərin 

qarşılıqlı  təsirinin  nəticəsidir.  Aztəminatlı  şəxslərin  qida  məhsullarını  almaq 

imkanından məhrum olması ilə yanaşı, kənd təsərrüfatı və ərzaq mallarının bir 

çox növləri gömrük tariflərinin yüksək olması  yaxud infrastruktur və nəqliyyat 

sistemlərinin yoxluğu ucbatından ölkələr arasında mübadilə edilə bilmir. Əmlak 

hüquqlarının  dəqiq  müəyyən  olunmaması  onları  torpaqdan  kreditlərin  təminatı 

kimi istifadə etmək imkanından (xırda fenner təsərrüfatının bu kreditlərə ehtiyacı 

var)  məhrum  etdiyinə  görə,  çətinliklə  dolanan  kəndlilər  natural  təsərrüfat 

hüdudlarından kənara çıxa bilmir. Ərzaq təhlükəsizliyi sistemi lazımi səviyyədə 

təşkil edilmədiyinə görə ölkələrin bir çoxu mallarının artıq qalan hissəsini sata 

bilmir.  Meşələrin  qırılması,  göl  və  çaylann  çirklənməsi,  əkin  sahələrinin 

amansızcasına istismarı əhalinin sürətli artımı şəraitində torpağın məhsuldarlığını 

azaldır, onun üzərinə düşən «yükü» ağırlaşdırır. 



Xülasə 

• XXI əsrin ikinci onilliyinin əvvəlində dünya əhalisinin böyük hissəsinin 

yoxsulluğu, əsrlər öncə olduğu kimi, indi də bəşəriyyətin qlobal 

764 



problemlərindən  biridir.  Müstəmləkəçilik  dövrünün  başa  çatmasından  sonra 

(1960-cı illər) ciddi siyasi amillər, məsələn, beynəlxalq gərginliyin zəifləməsi, iki 

qlobal sistem (kapitalizm və sosializm) arasında dinc yanaşı yaşama prinsipinin 

tanınması və s. meydana çıxdıqdan sonra dünyanın ictimai rəyi yoxsul ölkələrin 

iqtisadi və sosial problemlərinin tezliklə həll olunacağı barədə romantik xəyallara 

köklənmişdi. Həmin illərdə BMT çərçivəsində qəbul olunan qərarda inkişaf etmiş 

ölkələrin  öz  illik  ÜDM-nin  1%-ni  yoxsul  ölkələrin  inkişafına  yardım 

məqsədlərinə  ayırması  nəzərdə  tutulurdu.  BMT-nin  yardım  göstərilməsi  üzrə 

təşkilatları, o cümlədən UNDP fəaliyyətə başladı. 

 



Yarım əsr keçdikdən sonra dünyada  yoxsulluğun vəziyyəti dəyişsə də, 

onun tam sovuşduğunu demək olmaz. İnkişaf etmiş ölkələr qrupunda (33 dövlət) 

yoxsulların  sayı  əhalinin  12-13%-i,  10  ölkədə  isə  3%-dən  aşağıdırsa,  inkişaf 

etməkdə  olan  təqribən  80  ölkədə  əhalinin  yarısından  çoxu,  40-da  isə  əhalinin 

60%-dən  çoxu  yoxsullardan  ibarətdir.  Yoxsulluq  keçmiş  SSRİ-nin  əhalisinin 

böyük  qismi  hesabına  da  artır  (300  milyon  əhalinin  40%-i  bu  kateqoriyaya 

daxildir). Yoxsulluğun regional-qitə bölgüsü də bərabər deyil: 49 ən yoxsul ölkə 

əsasən  Afrika  (Böyük  Səhranın  Cənubu),  Asiya,  Latın  Amerikası,  habelə 

Mərkəzi Asiyada (keçmiş SSRİ-yə aid olan hissə) yerləşir. 

 



Elmin,  texnikanın,  təhsilin  tərəqqisinə  baxmayaraq,  yoxsulluq  və 

qeyri-bərabərlik bəşəriyyətin qlobal problemi kimi qalmaqdadır. Yoxsul əhalinin 

əksər  hissəsi  Asiyanın,  Afrikanın  və  Latın  Amerikasının  inkişaf  etməkdə  olan 

ölkələrində yaşayır. Bu problemin həllində əhəmiyyətli irəliləyiş əsasən Çində və 

Hindistanda baş verir və əhalisinin sayı (6,6 milyard dünya əhalisinin 2,5 milyard 

nəfəri) nəzərə alınarsa, həmin ölkələrin böyük nailiyyəti hesab edilməlidir. 

 

Yer əhalisinin əsas kütləsi inkişaf etməkdə olan ölkələrdə cəmləşmişdir 



və  yaxın  perspektivdə  müxtəlif  səbəblərdən,  o  cümlədən  yeni  iş  yerlərinin 

açılması  gözlənilmədiyinə  görə  onların  məşğulluq  səviyyəsinin  yüksələcəyinə 

ümid azdır. Bu mühitdə ən radikal baxışlar, mövcud iqtisadi və siyasi quruluşun 

dəyişdirilməsi, qlobal ictimai məhsulun yenidən bölgüsü tələbləri baş qaldırır. 

 

Artımın mövcud modelləri, «mərkəz» və «əyalət» arasında münasibətlər 



sistemi  indiki  vəziyyətdə  saxlandığı  halda,  inkişaf  etməkdə  olan  ölkələrin 

əksəriyyəti geriliyi, yoxsulluğu, səfaləti və aclığı aradan qaldırmağa imkan verən 

iqtisadi inkişafa nail ola bilməyəcək. 

765 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə