Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə294/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   290   291   292   293   294   295   296   297   ...   306

 

Əhalinin  təminatlı  hissəsinin  («qızıl  milyard»)  inkişaf  etmiş  ölkələrdə 



cəmləşməsinə  baxmayaraq  burada  da  cəmiyyət  təbəqələşmiş,  güclü 

yenidənbölgü mexanizmləri yoxsulluğu aradan qaldırmamışdır. İnkişaf etməkdə 

olan  ölkələrin  çoxunda  işsizliyin  yüksək  səviyyədə  olması  və  hətta  yavaş 

templərlə aşağı düşməsi belə (əhalinin artımı şəraitində) təkcə həmin ölkələr üçün 

deyil,  siyasi  qeyri-sabitlik  müşahidə  edilən  bütün  regionlar  üçün  də  potensial 

təhlükə  yaradır,  sosial-iqtisadi  vəziyyətin  pisləşməsi  isə  ümumi  təşvişi 

gücləndirir. 

 



XXI əsrin ikinci onilliyi ərəfəsində inkişaf etmiş, keçid iqtisadiyyatlı və 

inkişaf etməkdə olan ölkələr arasındakı fərqi əks etdirən nisbət bu cürdür - 

1

 : 


8

 : 


20

.

 



 

Yer əhalisinin durmadan artdığı  şəraitdə insanların  keyfiyyətli  qida ilə 



təmin  olunması  getdikcə  çətinləşir.  Bu  problemi  «yaşıl  inqilab»  vasitəsilə  həll 

etmək cəhdləri nəzərəçarpan nəticə vennəmişdir. Müasir texnologiyalar əsasında 

yenidən  qurulması  tələb  olunan  çətin  sahələrə  vəsait  qoyulması  üçün  yoxsul 

ölkələr  böyük  məbləğdə  maliyyə  resurslarına  möhtacdır.  Səmərəli  beynəlxalq 

əməkdaşlıq  və  irihəcmli  yardım  olmadan,  yoxsul  ölkələr  özünün  ərzaq 

təhlükəsizliyini təmin edə bilməz. 

 

Mütləq  yoxsulİLiğun  miqyasının  azaldılması  işində  əhəmiyyətli 



irəliləyiş  əldə  edildiyinə  baxmayaraq,  çox  güman  ki,  bəşəriyyət  Minilliyin 

Bəyannaməsində məqsəd kimi qoyulan  «2015-ci ilədək yoxsulluğun son həddi 

miqyasının  2  dəfə  azaldılmasına»  nail  olmayacaq.  DB-nin  məlumatlarına  görə 

inkişaf  etməkdə  olan  ölkələrin  gündə  1,25  dollardan  az  məbləğinə  yaşayan 

əhalisinin  sayı  1981-ci  ildəki  1,9  milyard  nəfərdən  2005-ci  ildəki  1,4  milyard 

nəfərədək  azalmışdır  (2005-ci  ilin  VAQP  üzrə  hesablandıqda).  İlkin 

hesablamalara görə, 2011-ci ilin əvvəlində bu rəqəm yenidən 1,5 milyard nəfərə 

çatmışdır.  Yoxsulların  sayının  mütləq  göstəricisi  Afrikada  Böyük  Səhranın 

Cənubunda  yerləşən ölkələrdə.  Latın Amerikası, Yaxın Şərq və Şimali Afrika, 

habelə Mərkəzi Asiya dövlətlərində yüksəlmişdir. 

 

Bu meyillər nəzərə alınmaqla, belə bir sual meydana çıxır: yoxsulluğun 



miqyasının ixtisar olunması  üzrə qlobal səylər önəmli  hesab edilə bilərmi? Bu 

cəhdlər Çində və Hindistanda uğurlu hesab edilə bilsə də, bunu inkişaf etməkdə 

olan  başqa,  xüsusilə  də  ən  zəifləri  barədə  demək  mümkün  deyil.  Həmin 

ölkələrdəki  artım  yoxsulluğun  miqyasını  ixtisar  etməmiş,  kənd  təsərrüfatında 

məhsuldarlıq isə aşağı səviyyədə qalmaqdadır. Çox ehtimal ki, mövcud 

766 



beynəlxalq  iqtisadi  və  siyasi  quruluşla  əlaqədar  ən  radikal  baxışlar  burada 

meydana  çıxır,  qeyri-bərabərlik  və  ictimai  məhsulun  yenidən  bölgüsünün 

zəruriliyi ideyaları bu mühitdə yaranır. 

 



Gəlirlərlə  yoxsulluq  arasındakı  əlaqələrin  dərəcəsi  müxtəlif  illərdə 

K.Lorens,  S.Kuznets  kimi  iqtisadçı-alimlər  tərəfindən  təklif  olunan  düsturlar, 

habelə  Cini  əmsalı  və  s.  ilə  ifadə  olunur.  Amma  praktiki  cəhətdən  müxtəlif 

alətlərdən istifadə edən beynəlxalq ictimaiyyət dünya əhalisinin yoxsul (və əksər) 

hissəsi  ilə  inkişaf  etmiş  ölkələrin  əhalisi  arasındakı  fərqlərin  azaldılması  üzrə 

ümumi siyasəti işləyib hazırlaya bilməmişdir. 

 

Əhalinin təmin olunmuş hissəsi («qızıl milyard») dünyanın inkişaf etmiş 



dövlətlərində  cəmləşmişdir.  Amma  burada  da  cəmiyyətdə  təbəqələşmə  baş 

vennişdir,  güclü  yenidənbölgü  mexanizmlərinin  mövcudluğuna  baxmayaraq, 

yoxsulluq aradan qalxmır. 

 



İnkişaf etməkdə olan ölkələrdə işsizliyin sabit yüksək səvi}^ədə qalması 

və hətta tədricən azalması (əhalinin sayının artması şəraitində) belə, təkcə həmin 

ölkələrin  özü  üçün  deyil,  siyasi  qeyri-sabitliyin  saxlandığı  regionlar  üçün  də 

böyük təhlükə yaradır, sosial-iqtisadi vəziyyətin pisləşməsi isə ümumi həyəcanı 

gücləndirir. 

 



Aydındır  ki,  hökumətlər  iqtisadi  inkişaf  prosesi  çərçivəsində  əhalinin 

həyat  səviyyəsinin  yaxşılaşdırılması  üçün  məqsədyönlü  səylər  göstərməlidir. 

1993-2007-ci  illərdə  dünya  iqtisadiyyatının  4-4,5%  hüdudunda  ümumi  artımı 

Afrikanın və Latın Amerikasının bir çox ölkələrində aclıqdan əziyyət çəkənlərin 

ərzaqla təchizat probleminin həllinə, sosial və ekoloji gərginliyin zəifləməsinə az 

təsir göstərmiş, dünya əhalisinin rifahının nəzərəçarpan dərəcədə yüksəlməsinə 

səbəb  olmamışdır.  İnsanların  xəstələnmə  səviyyəsi  aşağı  düşməmiş,  dünyanın 

təqribən 70 ölkəsində işsizlik əvvəlki kimi qalmış və hətta artmışdır. Görünür ki

bu məsələlər təkcə obyektiv şəraitlə deyil, həmçinin, inkişafın 1990-cı illərdə bir 

sıra beynəlxalq təşkilatlar, ilk növbədə, BVF, dünyanın iri dövlətləri tərəfindən 

tətbiq olunmağa başlamış qlobal nəzəri konsepsiyaları ilə bağlıdır. 

Yoxlama sualları 

1.

 



Bəşəriyyətin əsas qlobal problemlərini sadalayın. 

2.

 



Yoxsulluq  və  ərzaq  qıtlığı  problemləri  hansı  səbəbdən  qlobal  hesab 

olunur? 


767 


getdikcə artan intensivliyi nüvə müharibəsindən daha təhlükəlidir, nəticələrinin 

aradan  qaldırılması  isə  dəfələrlə  çətin  olan  risk  yaradır.  Nüvə  müharibəsinin 

qarşısını  almaq  imkanı  «düymə  basılanadək»  qalacağı  halda,  ətraf  mühitin 

dağılması  xərçəng  xəstəliyi  kimi,  asta-asta  planetimizə  yayılır;  bu  prosesi 

ümidsiz vəziyyət yarananadək təcili tədbirlər görmək hesabına ləngitmək olar. 

Mahiyyətcə,  ekoloji  problemin  kəskinləşməsi  dünya  əhalisinin  insan 

fəaliyyətinin  amansız  təsiri  nəticəsində  kasadlaşmış  ətraf  mühitdən  keyfiyyət 

cəhətdən yeni asılılığa keçdiyini göstərir. 



25.2.

 

Problemlərin təsnifatı 

Qlobal ekoloji problemlər sırasına bunlar daxildir: 

1)

 

atmosferin  istilik  balansında,  okean  sularının  cərəyanında,  suyun 



dövranında baş verən fəsadlarla əlaqədar olaraq Yerdə baş verən hadisələrin bir 

hissəsi  kimi,  qlobal  iqlim  dəyişməsi.  Atmosferdəki  karbon  qazının  miqdarı  ilə 

Yerin orta hərarəti arasındakı qarşılıqlı əlaqəni nəzərə alsaq, bu cəhətdən istixana 

effektinə xüsusi diqqət yetirilməlidir; 

2)

 

qlobal  istiləşmənin  ehtimal  olunan  əsas  səbəblərindən  biri  istixana 



qazlarının tullanmasıdır. Belə ki, tullantılar Yerdən istilik şüalanmasını saxlayır 

və istixana effekti yaradır; 

3)

 

bərpa olunan təbii ehtiyatlardan (meşələr, içməli su, bioloji resurslar və 



s.) təbiəti özünübərpa qabiliyyətindən artıq miqyasda istifadə edilməsi

4)

 



təbii  ehtiyatların  tükənməsi,  ətraf  mühitin  zərərli  maddələrlə 

(ksenobiotiklərlə)  çirklənməsi,  adi  zəhərli  maddələrin  yol  verilən  qatdıq 

səviyyəsindən  dəfələrlə  artıq  miqdarda  toplanması  təbii  sistemlərin  (torpaq 

qatının, təbii suların, landşaftın) pozulmasına gətirib çıxarır; 

5)

 

bioloji  müxtəlifliyin  sürətlə  azalması,  yəni  bir  çox  heyvanların  və 



bitkilərin əvəzolunmaz surətdə məhvi; 

6)

 



«planetin  ciyəri»  olan  meşələrin  qırılması  nəticəsində  atmosfer 

balansının sürətlə pozulması; 

7)

 

ozon qatının  nazikləşməsi' (son illərdə bu qatda  qəflətən  əmələ  gələn 



dəliklərdən Yerə böyük miqdarda ultrabənövşəyi şüaların keçməsi insanlara 

^  Ozon  qatı  (ozonosfer)  -  stratosfer  hüdudlarında  (10-50  km  hündürlükdə)  yerləşir.  Tərkibində  Yer 

səthinə  kosmik  şüalanmanın  (o  cümlədən  ultrabənövşəyi  radiasiyanın)  böyük  hissəsinin  keçməsinin  qarşısını 

alan ozonun zəngin olması ilə fərqlənir. 



770 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə