Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə295/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   291   292   293   294   295   296   297   298   ...   306

son dərəcə mənfi təsir göstərir). Tədqiqatçılar hesab edir ki, son 15 ildə orta və 

yuxarı  en  dairələrində  toplanan  ozoniın  orta  illik  həcmi  təqribən  12-13% 

azalmışdır.  Ehtimal  olunur  ki,  «ozon  dəliyinin»  yaranmasında  və 

genişlənməsində əsas rolu freon oynayır; 

8)

 

planet  əhalisinin  çoxluğu,  təbii  ehtiyatlardan  səmərəsiz  və  israfçılıqla 



istifadə olunması, ərazilərin düşünülməmiş urbanizasiyası. 

Beynəlxalq  ekoloji  siyasətin  prioritetlərinin  müəyyən  olunması  xüsusilə 

çətin  problemdir.  Bəzi  hökumətlərin  fəaliyyətsizliyinə  görə  digərləri  əziyyət 

çəkir,  ən  çətin  və  məsuliyyətli  qərarları  qəbul  edənlər  isə  çox  vaxt  uduzmuş 

vəziyyətdə  qalır.  Amma  aydındır  ki,  bu  problemlər  bütün  səviyyələrdə  nəzərə 

alınmalıdır.  Ozon  qatının  nazikləşməsi,  istixana  qazlarının  tullanması  kimi 

problemlər qlobal xarakterlidir. Torpağın, suyun və havanın transsərhəd sənaye 

çirklənməsi regional xarakterdə ola bilər. İçməli suyun çirklənməsi xarakterinə 

görə lokal, regional və qlobal (Dünya Okeanının çirklənməsi) ola bilər. 

İnsan  fəaliyyətinin  təbiətə  antropogen  təsiri  böhran  nöqtəsinə  çatmışdır. 

Planetin  ekologiyası  getdikcə  pisləşir  və  buna  radiasiya,  səs-küylə,  kimyəvi 

maddələrlə çirklənmə, məişət tullantıları güclü təsir göstərir. 



İstixana  qazları.  Hazırki  dövrdə  bəşəriyyət  üçün  ən  böyük  və  birbaşa 

təhlükə mənbəyinin 80%-i müasir energetika olan istixana qazlarıdır. Atmosferə 

tullanan istixana qazlarının ümumi həcmində ölkələrin payı müxtəlifdir. İstixana 

qazlarının 50%-i  atmosferə ABŞ, Çin, Rusiya, Almaniya, Yaponiya tərəfindən 

tullanır.  Bu  problem  uzun  müddət  BMT-də  müzakirə  olunmuş  və  nəhayət, 

Kiotoda  (Yaponiya)  istixana  qazlanmn  müvafiq  tullantılarının  azaldılmasını 

nəzərdə  tutan  Kioto  protokolu  imzalanmışdır.  Güman  ki,  prezident  Buşun 

başçılıq  etdiyi  ABŞ  hökuməti  bu  protokolu  imzalamaqdan  imtina  etməsəydi, 

sənəd  gələcəkdə  təbiətin  mühafizəsi  üzrə  daha  ciddi  tədbirlərin  həyata 

keçirilməsi üçün baza kimi qəbul edilə bilərdi. BMT-nin analoji sənədin qəbul 

olunmasına  yönəlmiş  daha  bir  cəhdi  2009-cu  ildə  Kopenhagendə  (Danimarka) 

boşa  çıxdı:  bu  dəfə  Çin,  onun  ölkənin  inkişafına  mənfi  təsir  göstərəcəyinə 

əsaslanaraq, öz narazılığını bildirdi. 

Mütəxəssislər  təbiətdə  normal  «istixana  effektinin»  zəruri  olmasını 

müəyyən  etmişdir:  əks  halda  planetimizin  səthində  havanın  hərarəti  -18°  C 

səviyyəsində dayanardı. Amma iş burasındadır ki, sənaye inqilabı dövründən bəri 

istixana qazlarının və insan fəaliyyətinin nəticəsində yaranan tullantıların həcmi 

tədricən Dünya Okeanı və ya fotosintez prosesləri vasitəsilə udula 



771 


bilməyən  həcmədək  çoxalmışdır.  ...Qnlarm  yarısından  çoxu  indiyədək 

atmosferdə  qalır.  Nəticədə  1950-ci  illə  müqayisədə  atmosferin  karbon  qazı  ilə 

çirklənməsi 

‘/3 


qədər, metanla 170-175%, oksidləşmiş azotla 170-175% artmışdır. 

Əvvəlki dövrdə paleoiqlim tsikllərində çirklənmə hərarətin artımından sonra baş 

verirdisə, indi bunun əksi olan hal müşahidə edilir. 

XIX  əsrin  ortaları  ilə  müqayisədə  Yerin  atmosferi  artıq  0,76°C 

istiləşmişdir, proqnozlara görə bu rəqəm XXI əsrin ortalarında +2°C, sonunda isə 

hətta  +4-6°C-yə  çata  bilər.  Bu  cür  təkamülün  isə  hava  və  iqlim  üçün 

qarşısıalınmaz  fəlakətlərlə  (quraqlıq,  tufan,  buzlaqların  əriməsi  nəticəsində 

okeanların səviyyəsinin yüksəlməsi, məhsuldarlığın aşağı düşməsi, insanların və 

heyvanların  xəstəlikləri  və  s.)  nəticələnə  biləcəyi  təhlükəsi  var.  Belə  hallar  ilk 

növbədə əhali sıxlığı böyük olan ərazilərdə özünü büruzə verəcək. Bütün qitələrin 

ölkələri  bu  risk  zonası  altındadır;  son  150  il  ərzində  Avropanın  iqlimi  başqa 

ərazilərdən daha çox, 1° C istiləşmişdir. 



25.3.

 

Ekoloji problemlər inkişaf etməkdə 

olan ölkələrin tərəqqisini ləngidir 

Ekoloji  problemlər  inkişaf  etməkdə  olan  ölkələrin  uzunmüddətli 

tərəqqisini  ləngidə  bilər.  Keçid  iqtisadiyyatlı  ölkələrin  əksəriyyətində  bir  neçə 

onillik  ərzində  ətraf  mühitin  qorunması  məsələlərinə  etinasız  yanaşma,  böyük 

ərazilərin  zəhərlənməsi  və  uzunmüddətli  perspektivdə  iqtisadi  fəalİ3^əti  təmin 

etmək qabiliyyətini itirməsinə gətirib çıxarmışdır. Ən varlı ölkələrdə istehlakm 

mövcud  modelləri  bütün  dünyanın  gələcək  inkişafını  təhlükə  altına  qoyaraq, 

planetimizin resurslarının tükənməsinə səbəb olur. 

İnkişaf və ətraf mühit bir-birindən ayrılmaz məfhumlardır, bu sahələrdən 

birinin  problemləri  digərindən  ayrıca  müvəffəqiyyətlə  həll  oluna  bilməz.  Ətraf 

mühit  inkişaf  üçün  lazım  olan  resursların  mənbəyidir.  Onun  vəziyyəti  mühüm 

meyar,  qomnması  isə  inkişaf  prosesində  daimi  diqqətin  mərkəzində  olan 

predmetdir. Uğurlu inkişaf üçün ekoloji qəbildən olan mülahizələri nəzərə alan 

siyasət tələb edilir. Bu qarşılıqlı əlaqə ilk dəfə 1992-ci ildə BMT-nin Ətraf Mühit 

və  İnkişaf  üzrə  Konfransında  (UNCED  -  United  Nations  Conference  on 

Environment  and  Development)  təsdiqlənmişdir.  Bu  konfrans  BMT-nin  başqa 

təşkilatları tərəfindən qəbul olunan sənədlər hazırlanarkən ətraf mühitin 

772 



qorunması  tələblərinin  nəzərə  alınması  üçün  model  kimi  istifadə  edilir.  Ancaq 

problem bu sənədlərin icbari qüvvəyə malik olmamasındadır. 

Atom-elektrik stansiyalarının sayının artması insan həyatı və təbiət üçün 

xüsusi təhlükə yaradır. Onların bəşəriyyətə mümkün təsirinin təxmini ssenarisi 

Çemobil  faciəsi  timsalında  nümayiş  olunmuşdur:  insanların  həlak  olması, 

şəhərlərin viranəyə çevrilməsi, torpağın, meşələrin, suyun zəhərlənməsi, xüsusi 

təhlükəli radioaktiv maddələrin hava yolu ilə minlərlə kilometr ərazidən kənarda 

şəhər  və  kəndlərin  üzərinə  yağıntı  şəklində  tökülməsi.  İndi  də  gözümüzün 

qarşısında Yaponiyanın Fukusima AES-də baş verən qəza ilə əlaqədar, miqyasına 

görə bundan az olmayan faciə yaşanmaqdadır. 

Vyetnam, Kamboca, Laos, Əfqanıstan, Afrika və Mərkəzi Amerikada baş 

verən  müharibələr  də  ekoloji  böhranın  sürətlənməsinə  təsirini  göstənnişdir. 

Əsrlər boyu toxunulmamış cəngəlliklərin böyük əraziləri, sözün əsil mənasında, 

külə  çevrilmişdir.  Amma  təbiəti  təkcə  birbaşa  hərbi  hadisələr  məhv  etmir. 

Yüzlərlə  hərb  gəmisi  Dünya  Okeanının  dərinliklərinə  saysız-hesabsız  mərmi 

atmaqla,  səthinə  milyonlarla  ton  neft  buraxmaqla,  onu  istənilən  təcrübənin 

keçirilməsi mümkün olan mühit kimi nəzərdən keçirir. 

Raketlər  də  atmosferin  mürəkkəb  qatını  dağıdır:  biz  bu  uçuşların 

nəticələrindən  xəbərdarıqmı?  Bundan  da  güclü  proseslər  -  ağılsızcasma 

silahlanma,  metal,  kimya  məhsulları,  enerji,  istehsalının,  suyun  müdafiə 

sənayesinə cəlb olunması və s. gedir. Bunun nəticəsində onların getdikcə daha az 

hissəsi  bilavasitə  insanın  ehtiyaclarının  ödənilməsi  üçün  qalır.  Bəzi  ölkələrin 

hökumətlərinin müasir silah növlərinin istehsalını getdikcə azaltmağın  və  azad 

olan iri həcmdə vəsaitləri sülh şəraitində inkişaf problemlərinin həllinə, ekoloji 

təhlükəsiz  istehsalın  yaradılması  bazasında  yeni  texniki  sivilizasiyanın 

yaradılmasına  yönəltməyin  zəruriliyini  dərk  etmək  iqtidarında  olmaması 

bəşəriyyət üçün ən böyük faciədir. 

25.4.

 

Yerin təbii resurslarının qorunması 

Təbiətə  qayğı  göstərilməsi,  onun  məhvi  prosesinin  dayandırılması 

insanlar, cəmiyyətlər və dövlətlər qarşısında duran ən aktual məsələlərdir. Əksər 

hallarda  ölkənin  təbii  sərvətləri  inkişaf  üçün  ən  münasib  və  gərəkli  olan 

resurslardır.  Cəmiyyət  öz  təbii  resurslarının  uzunmüddətli  potensialının 

qorunması ilə bağlı olan mürəkkəb məsələlərin həlli üzərində çalışmalıdır. Bir- 

773 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə