Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə297/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   293   294   295   296   297   298   299   300   ...   306

yaşamağın qeyri-mümkün olduğu vəziyyətə qoiuır. Əhalinin yaşayış vasitələrini 

çətinliklə  tapan  ən  yoxsul  təbəqələrini  yalnız  salamat  qalmaq  məsələsi 

düşündürür. Onlar əksər hallarda ətraf mühitin tənəzzülünün həm qurbanı, həm 

də günahkarıdır. Ətraf mühitin durumunun yaxşılaşdırılmasına yönəlmiş siyasət, 

məsələn, su ehtiyatlarının çirkləndirilməsinin azaldılması cəmiyyətin ən yoxsul 

təbəqələrinin  vəziyyətinə  daha  güclü  müsbət  təsir  göstərir.  Yoxsulluğun 

miqyasının azaldılması üzrə səmərəli siyasət əhali artımının qarşısını ala və ətraf 

mühit üzərinə düşən ağırlığı azalda bilər. 

Texniki əməkdaşlığa və resurslardan səmərəli istifadə olunmasına yardım 

edən siyasət də ekoloji problemlərin həlli yollarının tapılmasında rol oynaya bilər. 

Xərclər və əldə olunan fayda, iqtisadi fəaliyyətin ətraf mühitə təsiri arasındakı 

nisbət  daim  dəyişir.  Dayanıqlığın  artırılmasının  açarı  istehsalın  azaldılmasında 

deyil,  onun  başqa  üsullarla  həyata  keçirilməsindədir.  Artan  gəlirlərin  ətraf 

mühitin  yaxşılaşdırılmasına,  təbii  ehtiyatların  tükənməsinin  və  tənəzzülünün 

qarşısının  alınmasına  yönəldilməsi  dəymiş  zərərin  nəticələrinin  aradan 

qaldırılması ilə müqayisədə daha az xərc tələb edir. 

Meşələrin  qırılmasının  və  ətraf  mühitin  tənəzzülünün  nəticələri  kəskin 

münaqişələrə səbəb olan gərginliyin artmasına gətirib çıxarır. Getdikcə daha çox 

regionda «yoxsulluq - resursların tükənməsi - münaqişə» üçbucağı həddən artıq 

tanış hadisəyə çevrilir. Bütün dünyada ətraf mühitin tənəzzülündən və resursların 

tükənməsindən  can  qurtamıağa  çalışan  qaçqın  qrupları  onsuz  da  böyük 

problemləri olan şəhərlər üçün əlavə yük yaradır. 



25.5.

 

Qlobal ekoloji problemlər qlobal yanaşma tələb edir 

Resurslar  uğrunda  mübarizə  nəticəsində  meydana  çıxan  münaqişələr 

bütün  ölkələrin  ətraf  mühit  və  inkişafla  əlaqədar  olan  problemlərin  həllində 

ümumi marağının olmasına dəlalət edir. Ətraf mühit və inkişaf sahəsində mövcud 

olan genişmiqyaslı ümumi məsələlərin uğurlu həlli üçün beynəlxalq əməkdaşlıq 

tələb edilir. Ekoloji tənəzzülün fəsadları milli sərhədlərdən kənara çıxdıqda, artıq 

bir ölkənin hüdudlarında olduğu kimi, ümumi qanunvericilik bazasına, eynitipli 

tənzimləyici  mexanizmlərinə,  vahid  iqtisadi  stimullara  yaxud  milli  hökumətin 

məcburiyyətə əl atmasına ümid etmək olmaz. 

Beynəlxalq  ekoloji  problemlərin  həlli  müstəqil  dövlətlər  arasında 

inandırma  qüvvəsi  və  danışıqlarla  möhkəmləndirilmiş  əməkdaşlığın  ümumi 

prinsiplərinə və qaydalarına əsaslanmalıdır. Qonşu ölkələr ümumi resurslardan

776 



məsələn, beynəlxalq çaylardan yaxud dənizlərdən birgə istifadə etdikdə, regional 

ekoloji  problemlərin  potensial  siyasi  nəticələri  meydana  çıxa  bilər.  Çoxtərəfli 

əməkdaşlıq obyekti olan atmosfer havası və okeanlar kimi qlobal ekoloji resurslar 

da mövcuddur. Bir ölkəyə məxsus olan, amma dünyanın bütün əhalisi üçün dəyər 

kəsb edən  resursların, məsələn, ətraf mühitin, nadir heyvan və bitki  növlərinin 

qorunması sahəsində isə hər bir dövlət beynəlxalq əməkdaşlığa güvənə bilər. 



25.6.

 

Dayanıqlı inkişaf 

«Dayanıqlı inkişaf» tennini ilk dəfə BMT-nin Ətraf Mühit üzrə Beynəlxalq 

Komissiyasının (Bmtland Komissiyası) hazırladığı «Bizim ümumi gələcəyimiz» 

Hesabatında  (1987)  ifadə  olunmuşdur.  Onun  mahiyyəti  gələcəkdə  insanı  əhatə 

edən mühitə mənfi təsir göstənnəyən sosial-iqtisadi şərait yaratmaqdır. Sonradan 

bu  tennin  dayanıqlı  iqtisadi  artım  və  inkişaf  prinsipinə  və  konsepsiyasına 

çevrilmiş  və  BMT-nin  Ətraf  Mühit  və  İnkişaf  üzrə  Rio-de-Janeyroda  keçirilən 

2-ci  Konfransında  (UNCED  -  United  Nations  Conference  on  Environment  and 

Development, UNCED-2, Braziliya, 1992) öz əksini tapmışdır. Konfransın işində 

179  ölkənin  nümayəndəsi,  o  cümlədən  bir  sıra  ölkələrin  dövlət  və  hökumət 

başçıları  iştirak  etmişdir.  Dayanıqlı  inkişaf  konsepsiyası  özündə  aşağıdakıları 

ehtiva edir: 

 

təbiətlə ahəngdarlıqda sağlam və məhsuldar həyat hüququna malik olan 



insanların diqqət mərkəzində olmasının tanınılması; 

 



ətraf mühitin qorunması inkişaf prosesinin  komponentinə çevrilməlidir 

və ondan ayrılıqda nəzərdən keçirilə bilməz

 

inkişaf etmək hüququ həm indiki, həm də gələcək nəsillərin tərəqqiyə və 



ətraf  mühitin  qorunmasına  olan  ehtiyacını  bərabər  təmin  edən  tərzdə 

reallaşdırılmalıdır; 

 

Yer əhalisinin 'A hissəsinin payına dünya üzrə ümumi gəlirlərin cəmi 1/7 



hissəsinin düşdüyü nəzərə alınaraq, xalqların həyat səviyyəsi arasındakı fərqlərin, 

yoxsulluğun və səfalətin aradan qaldırılması. 

Üçlüyün vəhdətini təşkil edən konsepsiya iqtisadi, sosial və ekoloji tərkib 

hissələrindən  ibarətdir.  İnkişafın  dayanıqlığına  iqtisadi  yanaşma  məhdud 

miqdarda  resurslardan  səmərəli  istifadə  olunmasını  və  ekoloji  texnologiyaların 

(təbii  ehtiyatlara,  eneıjiyə,  materiallara  qənaət  edən)  tətbiqini,  o  cümlədən 

xammalın hasilatını və yenidən emalını, ekoloji qənaətbəxş malların yaradıl- 

777 



masını,  tullantıların  minimuma  endirilməsini,  yenidən  emalım  və  məhvini 

nəzərdə  tutur.  Dayanıqlığın  sosial  tərkib  hissəsi  sosial  və  mədəni  sistemlərin 

sabitliyinin  saxlanmasına,  o  cümlədən  insanlar  arasında  münaqişələrin  sayının 

azaldılmasına,  sərvətlərin  ədalətli  bölgüsünə  yönəlmişdir.  Bu  konsepsiya 

çərçivəsində  insan  inkişafın  obyekti  deyil,  subyekti  qismində  çıxış  edir. 

Dayanıqlı  inkişafın  ekoloji  tərkib  hissəsi  bioloji  və  fiziki  təbiət  sistemlərinin 

bütövlüyünün təmin olunmasını nəzərdə tutur. 

UNCED-2  tərəfindən  bəyənilmiş  tədbirlər  Proqramı  (Agenda-21  -  XXI 

əsrin Gündəliyi) konsepsiyanı beynəlxalq öhdəliklər səvi}^əsinə keçirdi və onun 

çərçivəsində hökumətlər, sahibkarlar və ictimai təşkilatlar üçün səmt göstəricisi 

kimi  100  proqram  sahəsi  müə3^ənləşdirilmişdi.  Proqram  «Cənub»  və  «Şimal» 

arasında  razılaşmanı  əks  etdirdi.  İnkişaf  etməkdə  olan  ölkələrin  («Cənub») 

nümayəndələri ətraf mühitin dağıdılmasının əsas amili kimi, diqqəti «Şimal»m 

güclü  təsərrüfat  komplekslərinin  istehlakçı  xarakterinə  və  TMK-nın  mənfəət 

dalınca qaçmasına yönəldirdi. «Şimal»m nümayəndələri isə həmin problemlərin 

səbəbi  kimi  inkişaf  etməkdə  olan  ölkələrin  düzgün  olmayan  ekoloji  və 

demoqrafik siyasətini göstərirdi. Son nəticədə bu 2 mövqe arasında ortaq məxrəc 

müəyyən olunmuşdu. 

İqtisadi  inkişafın  xalis  faydalarının  təbii  resursların  qorunması  şərti  ilə 

maksimuma  çatdırılması  zəruridir.  Bu,  bərpa  olunan  resurslardan  onların 

regenerasiya qabiliyyətindən yüksək olmayan, bərpa olunmayan ehtiyatlardan isə 

optimal  səmərə  ilə  istifadəni  nəzərdə  tutur.  Bunun  üçün  istifadə  edilən  təbii 

resurslar  texniki-texnoloji  tərəqqi  ilə  əvəz  olunmalıdır.  Beləliklə  də,  iqtisadi 

inkişafla ətraf mühit arasında ahəngi təmin edən vahid qayda müəyyənləşdirilir. 

Həmin vaxt iqtisadi artımın heç də bütün hallarda inkişafa səbəb olmadığı, 

bu  2  məfhum  arasında  müəyyən  ziddiyyətin  mövcudluğu  barədə  ideya  irəli 

sürülmüşdü. Məsələn, neft və qazla zəngin olan ölkə onların hasilatını getdikcə 

artıraraq, iqtisadiyyatın başqa sahələrinin inkişafına əhəmiyyət verməyə, bununla 

bərabər ətraf mühiti çirkləndirə, təbiətlə insan arasında tarazlığı poza bilər. Bu 

cür  fəaliyyətin  yekunu  artım  kimi  qiymətləndiriləcək.  Amma  bu  artım  inkişaf 

hesab oluna bilərmi? Əlbəttə ki, yox. Buna görə də dövlət siyasəti, sadəcə iqtisadi 

artımın  deyil,  tarazlıq  və  dayanıqlıq  təmin  edən  inkişafın  əldə  olunmasına 

yönəlməlidir. Konsepsiyaya müvafiq olaraq, bu cür yanaşma iqtisadi proseslərin 

beynəlxalq və dövlətlər 

778 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə