Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə298/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   294   295   296   297   298   299   300   301   ...   306

səviyyəsində  tənzimlənməsini  nəzərdə  tutduğuna  görə,  dünyanın  inkişafının 

ahəngdarlığını və dayanıqlığını təmin edə bilər. Buradan da sahibkarlığın dövlət 

tərəfindən kifayət qədər ciddi tənzimlənməsinin zəruriliyi meydana çıxır. 

2002-


 

ci  ildə  Yohannesburqda  Dayanıqlı  İnkişaf  üzrə  Ümumdünya 

Sammiti keçirilmişdir. Bir sıra mühüm qərarların qəbul edilməsinə baxmayaraq, 

onlar da formal sənəd kimi qalmaqdadır. Çox maraqlıdır ki, hələ sammitə hazırlıq 

gedərkən, BMT-nin Baş Katibi olmuş Kofi Annan «dayanıqlı inkişaf» ifadəsinin 

sadəcə «andiçməyə» çevrildiyini, əslində isə bu konsepsiyanın həyata keçirilməsi 

üçün  heç  bir  iş  görülmədiyini  etiraf  etmişdi.  Buna  baxmayaraq,  texniki 

əməkdaşlığa  və  resurslardan  səmərəli  istifadə  olunmasına  yönəlmiş  dayanıqlı 

inkişaf siyasəti ekoloji problemlərin həllində mühüm rol oynayır. 

Qeyd  etməliyik  ki,  təbii  resurslara,  ətraf  mühitə  və  insanların  həyat 

təminatı  sistemlərinin  üzərinə  düşən  ağırlıq  dünyada  ekoloji  durumun  kəskin 

pisləşməsinə  gətirib  çıxanmşdır  və  bu  proses  gələcəkdə  də  davam  edəcək. 

Deməli,  səbəb-nəticə  sisteminin  mərkəzində  ətraf  mühit  ilə  iqtisadi  fəaliyyət 

arasında bir-birinə qarşılıqlı təsir göstərən əlaqələr durur və bəşəriyyətin gələcəyi 

bundan  asılıdır.  İnsan  həyatının  saxlana  və  inkişaf  edə  biləcəyi  məkan  ətraf 

mühitin  hüdudundadır.  Beləliklə,  ətraf  mühit  və  iqtisadi  inkişaf  bir-biri  ilə 

qeyd-şərtsiz  və  sıx  surətdə  bağlıdır,  bizim  gələcəyimiz  isə  bu  əlaqələri  nə 

dərəcədə düzgün nəzərə almağımızdan asılıdır. 

Ayrı-ayrı ölkələrin və BMT-nin ciddi niyyətləri və hərəkətləri çox zaman 

iri dövlətlərin korporasiyalarının mənfəət əldə etmək məqsədi ilə yol verdikləri 

eqoist davranış ilə neytrallaşdırılır. 

2011-


 

ci  ilin  yanvarında  Kankunda  (Meksika)  BMT-nin  iqlim  üzrə 

növbəti  Sammiti  keçirilmişdir.  Onun  yekun  sənədində  yenə  də  karbon  qazının 

xeyli  azaldılmasının  zəruriliyi  vurğulanır.  Əfsus  ki,  sənəddə  çox  mühüm  olan 

məqsədə  çatmağın  mexanizmi  göstərilmir.  Bunun  «qarşılıqlı  güzəşt»  olacağı 

iddia  edilir.  Amma  bu  halda  qarşılıqlı  güzəşt  yersizdir  və  məsul  şəxslər 

tullantılara dair hamı üçün məcburi olan meyarlar müəyyənləşdinnəli idi. Bunun 

əvəzində isə başqa alətlər: «İqlim dəyişməsi probleminin həllində yoxsul ölkələrə 

yardım göstərilməsi Fondunun (yaşıl iqlim fondu)» yaradılması, ölkələrin iqlimi 

qorumaq  planlarının  dəstəklənməsi  üçün  «Adaptasiya  komitəsinin»  təsis 

olunması nəzərdə tutulmuşdur. Amma ən əsası. 

779 



qəbul  olunan  Sazişdə  təklif  olunan  tədbirlərin,  o  cümlədən  tullantıların 

azaldılmasının hüquqi baxımdan icbariliyi  məsələsinin açıq  qalmasıdır. Bu cür 

məcburi olmayan qərar Rusiya və Yaponiyanın mövqeyinin nəticəsidir. Bu 2 ölkə 

onlara  zəhərli  tullantıların  məcburi  qaydada  ixtisarına  dair  Kioto  protokolunda 

nəzərdə  tutulan  ciddi  qaydalardan  yayınmaq  imkanı  verən  ifadələrə  nail 

olmuşdur. 



Ekoloji  böhran  iqtisadiyyatı.  Ekoloji  təhlükəsizlik  problemi  iqtisadi 

təhlükəsizliyə  nail  olunması,  təbii  resursların  kimyəvi  istismarını,  zəhərli 

istehsalların və təhlükəli tullantıların ixracını istisna edən bərabərhüquqlu iqtisadi 

münasibətlərin təsbit olunması ilə sıx əlaqəlidir. Bu fikir BMT-nin Ətraf mühit və 

inkişaf  üzrə  Rio-de  Janeyroda  keçirilmiş  Konfransında  səsləndirilmişdir. 

Amerika alimi, Vaşinqton Ümumdünya Müşahidə İnstitutunun direktoru Braun 

bununla əlaqədar olaraq qeyd edirdi ki, təbii təminat sistemlərin intensiv surətdə 

dağıdılması və getdikcə pisləşən, hazırda ənənəvi hərbi təhlükə ilə rəqabət aparan 

ekoloji şərait milli və beynəlxalq təhlükəsizliyi təhdid edir. 

Məhz  buna  görə  də  burada  beynəlxalq  əməkdaşlığın  vahid  meyarlara, 

ümumi  qəbul  edilmiş  universal  yanaşmalara  əsaslanan  inkişaf  etmiş 

formalarından  istifadə  olunmalıdır.  Bu  məqsədlə  mövcud  beynəlxalq  ekoloji 

təşkilatların fəaliyyətinə dinamizm verilməli və bir sıra  yeniləri  yaradılmalıdır. 

Aydındır ki, onların müvafiq maliyyə bazası təmin olunmalı, ehtimal ki, həmin 

ölkələrə  ətraf  mühitin  qorunması  proseslərinin  tənzimlənməsində  millətüstü 

hüquqlar verilməlidir. 

Hələlik isə ölkələrin və beynəlxalq təşkilatların «ekoloji büdcəsi» nisbətən 

kiçikdir,  onların  həcmi  sürətlə  artsa  da,  həll  etdikləri  məsələlərin  miqyasına 

adekvat  deyil.  1970-ci  ildə  bəşəriyyət  təbiətin  qorunması  məqsədlərinə  40 

milyard dollar, 1980-ci ildə 75 milyard dollara yaxın, 1990-cı ildə təqribən 150 

milyard,  2000-ci  ildə  isə  250  milyard  dollar  xərcləmişdir.  2010-cu  ildə 

mütəxəssislərin hesablamalarına görə 1,2-1,5 trilyon dollar xərc tələb olunduğu 

halda, bu məqsədə cəmi 260 milyard dollar sərf edilmişdir. 

Ətraf  mühitin  keyfiyyətinin  pisləşməsi  əleyhinə  mübarizənin  əsas 

istiqamətləri  ekoloji  təhlükəsizlik  meyarlannm  işlənib  hazırlanması  və  ekoloji 

təhlükəsiz  texnologiyaların  kütləvi  surətdə  tətbiqidir.  Əlbəttə,  səmtin  bu  cür 

dəyişməsi  ilkin  bahalığma  görə,  müasir  təfəkkür  baxımından  qəbul  edilmir. 

Amma dərk olunmalıdır ki, bəşəriyyət üçün ən böyük təhlükə törədən 



780 


problemin  həllinin  başqa  yolu  yoxdur.  Burada  sıx  beynəlxalq  əməkdaşlıq  çox 

vacibdir. 

Bu əməkdaşlığın özəlliyi beynəlxalq iqtisadi münasibətlərin mövcud olan 

bütün  formalarından:  sənaye-istehsalat  və  elmi-texniki  sahələrdə,  xammalın, 

yanacaq  və  enerji  resurslarının  hasilatı,  bölgüsü  və  istifadəsi,  valyuta-maliyyə 

sahələrində və s. əməkdaşlıqdan istifadənin nəzərdə tutulmasıdır. 

Ekoloji  əməkdaşlıq  obyektiv  olaraq  universal  bazaya  əsaslanmalı, 

problemin reallıqlarını əks etdinnəlidir. Misal kimi. Dünya okeanının problemini 

götürək. Burada siyasi sərhədlər yoxdur, okean dünyagörüşü şərtlərinə tabe deyil. 

Küləklər, çaylar, qrunt suları vəhdəd təşkil edən təbiətin öz qanunlarına tabe olan 

hissələridir. Aydındır ki, bəşəriyyət təbiətin dağılması prosesini zəiflətmək, onun 

insanın Yerdə nonual yaşamasını təmin edən hissəsini bərpa etmək üzrə səylərini 

birləşdirməlidir.  Bunun  üçün  Dünya  okeanı  ilə  məşğul  olan  ölkələrin,  milli  və 

beynəlxalq  təşkilatların  maraq  dairəsini  hərbi-strateji  və  siyasi  mövqelərdən 

bəşəriyyətin qlobal ekoloji vəzifələri müstəvisinə keçirmək lazımdır. 

Amma  bu  sahədə  beynəlxalq  səviyyədə  yerinə  yetirilən  işlərdə  yalnız 

dünyanın bütün ölkələrinin birgə səyinə istinad edildiyi halda uğur qazanıla bilər. 

Su hövzələri, çaylar və s. ilə əlaqədar olan hər bir yeni texniki kəşf, texnologiya, 

məhsul,  fəaliyyət  sərt  tələblər  sisteminə  cavab  vennəli  və  bunların  arasında 

ekoloji təhlükəsizlik birinci yerə qoyulmalıdır. Bu cür yanaşmada ekologiya üzrə 

beynəlxalq əməkdaşlıq səmərəli olacaq, lazımi maliyyə bazasına, yeni beynəlxalq 

iqtisadi  təfəkkürün  tərkib  hissəsi  kimi,  fonualaşmış  ekoloji  düşüncəyə  istinad 

edəcək. 

Xülasə 

 



Qlobal  ekoloji  problemlər  insanın  varlığına  real  təhlükədir.  İnsanın 

birbaşa müdaxiləsi nəticəsində torpaqda, havada və suda tənəzzül prosesləri baş 

verir.  Məsələn,  hər  il  yüzlərlə  heyvan,  minlərlə  bitki  növü  yoxa  çıxır,  meşələr 

qırılır,  su  çirklənir,  atmosferə  böyük  miqdarda  karbon  qazı  buraxılması 

nəticəsində ozon dəlikləri yaranır. Bunun nəticəsində iqlim dəyişməsi baş verir, 

qütblərdəki  buzlaqlar  əriyir.  Dünya  okeanının  səviyyəsi  tədricən,  amma 

dayanmadan qalxır. 

 



İqlim  dəyişməsi  ilə bağlı  olan problemlərin həlli üçün birdəfəlik,  fərdi 

qaydada görülən işlər kifayət deyil. İstixana qazlarının havaya buraxılmasının 

781 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə