Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə299/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   295   296   297   298   299   300   301   302   ...   306

azalması  üçün  hamı  daha  ciddi  səylər  göstənnəlidir.  Kioto  protokolunun  və 

BMT-nin  iqlim  dəyişməsi  haqqında  çərçivə  Konvensiyasının  imzalandığı 

vaxtdan 15 il keçməsi faktı bu səylərin təxirəsalınmaz olduğunu bir daha sübut 

edir.  Ancaq  inkişaf  etmiş  ölkələr  öz  bəyanatlarına  tam  riayət  etsə  belə,  iqlim 

dəyişməsi  ilə  bağlı  olan  problemlərin  həlli  üçün  təkcə  onların  səyi  kifayət 

etməyəcək.  Hazırkı  vəziyyətdə  inkişaf  etmiş,  inkişaf  etməkdə  olan  və  keçid 

iqtisadiyyatlı  ölkələrin  qarşılıqlı  əlaqələndirilmiş  fəaliyyəti  zəruridir.  Buna  isə 

yalnız dayanıqlı iqtisadi artıma və inkişafa keçidin dərk olunması şərti ilə nail 

olmaq mümkündür. 

 



Meşələrin qırılmasının və ətraf mühitin tənəzzülünün nəticələri regional 

gərginliyə  səbəb  olmuş,  kəskin,  o  cümlədən  silahlı  münaqişələrə  gətirib 

çıxarmışdır  (məsələn.  Yaxın  Şərq  münaqişəsi).  Bütün  dünyada  ətraf  mühitin 

tənəzzülündən  və  resursların  tükənməsindən  can  qurtarmağa  çalışan  qaçqın 

qmpları şəhərlər üçün əlavə problem yaradır. Aydındır ki, ətraf mühit sahəsində 

genişmiqyaslı  ümumi  məsələlərin  həlli  və  inkişaf  üçün  bütün  ölkələrin  və 

xalqların qlobal əməkdaşlığı zəruridir. 

 



Ekoloji  problemlər  miqyasına  görə  fərqlənir.  Kiçik  torpaq  sahələri,  su 

hövzələri  və  s.  çirkləndikdə,  onlar  yerli,  ölkə  miqyasında  və  ümumdünya 

xarakterdə olur. Bir neçə ölkəyə aid olan və potensial siyasi nəticələr verə bilən 

regional  ekoloji  problemlər  müxtəlif  ölkələr  ümumi  resurslardan,  məsələn, 

beynəlxalq  çaylardan  və  regional  dənizlərdən  istifadə  etdikdə,  yarana  bilər. 

Atmosfer və okeanlar kimi meqaqlobal ekoloji resurslar da mövcuddur və onlar 

çoxtərəfli fəaliyyətin obyektinə çevrilməlidir. 

 



Bir ölkəyə məxsus olan, amma beynəlxalq ictimaiyyət üçün əhəmiyyət 

kəsb  edən  resurslar,  məsələn,  təbii  yaşayış  mühitinin  və  nadir  növlərin 

qorunmasında  konkret  dövlətlər  ümumi  varidatın  qorunub  saxlanmasında 

beynəlxalq əməkdaşlığa güvənmək hüququna malikdir. 

 

Dayanıqlı iqtisadi inkişaf konsepsiyası BMT-nin sənədlərində, məsələn, 



BMT-nin  Rio-de  Janeyrodakı  Konfransında  (1992-ci  il),  dayanıqlı  inkişaf  üzrə 

Yohannesburqda  keçirilən  Ümumdünya  Sammitində  (2002-ci  il)  rəsmi  olaraq 

təsdiqlənmişdir. Onun mahiyyəti iqtisadi inkişafdan əldə olunan xalis faydaları 

təbii  resursların  saxlanması  şərti  ilə  maksimuma  çatdırmaqdır.  Bu  isə,  bərpa 

olunan  təbii  resurslardan  onların  regenerasiya  qabiliyyətini  aşmamaq,  bərpa 

olunmayan  resurslardan  isə  optimal  səmərəlilik  şərti  ilə  istifadə  edilməsi 

deməkdir. Bunun üçün təbii resurslardan istifadə texniki- 

782 



texnoloji  tərəqqi  ilə  əvəz  olunmalıdır.  Beləliklə,  iqtisadi  artım  ilə  ətraf  mühit 

arasında ahəngdarlığa əməl olunmasını nəzərdə tutan qayda müəyyənləşdirilir. 

 

Bütün dövlətlər dayanıqlı iqtisadi artım konsepsiyası ilə razılaşaraq öz 



milli  siyasətlərinin  bunun  əsasında  işlənib  hazırlanacağını  vəd  etsə  də,  həmin 

sözlərdən  real  hərəkətlərə  keçməmişdir.  Bu  vədlər  dəfələrlə  ən  yüksək 

tribunalardan,  o  cümlədən  Minilliyin  Sammitində  (Nyu-York,  2000-ci  il) 

səsləndirilmişdir.  Bu  forumda  dünyanın  liderləri  yenidən  «XXI  əsrin 

Gündəliyi»ndə  ifadə  olunmuş  dayanıqlı  inkişaf  prinsiplərini  dəstəklədiklərini, 

istehsalın və istehlakm səbatsız modellərini dəyişməyə hazır olduqlarını bəyan 

etmişlər. 

 



 Problem  həmin  konsepsiyanın  pozitiv  xarakterinə  baxmayaraq, 

ölkələrin,  xüsusilə  də  iri  dövlətlərin  iqtisadi  siyasətinin  bir  hissəsinə 

çevrilməsidir. Ətraf mühitin pisləşməsinin əsas səbəbi də budur. Nəticə isə göz 

qabağındadır:  son  30  il  ərzində  neoliberal-monetar  ideologiya  inkişaf  etmiş 

ölkələrin iqtisadi siyasətinin metodoloji bazası kimi dünyaya yayılmış və inkişaf 

etməkdə  olan,  keçid  iqtisadiyyatlı  ölkələrin  üzərinə  köçürülmüşdür.  Bu 

metodologiya iqtisadi proseslərin tənzimləyicisi kimi dövlətin hər hansı fəallığını 

inkar edir. Bundan başqa, bəzi dövlətlər iri korporasiyaların təbiətqoruyucu işlərə 

çəkilən  xərclərini  azaltmaq  hesabına  gəlirlərin  artınnasım,  təbii  resursların 

həddən  artıq  istismarı  və  ətraf  mühitin  çirkləndirilməsi  sayəsində  beynəlxalq 

rəqabət  qabiliyyətini  gücləndirməsini  təmin  etmək  üçün  ekoloji  müdafiə 

normalarını  endirməyə  başlamışdır.  Dövlət  məmurlarının,  o  cümlədən  çox 

nüfuzlularınm  bu  cür  məsuliyyətsizliyi,  iri  (və  orta)  özəl  korporasiyaların 

dağıdıcı  fəaliyyəti  ilə  birlikdə  ətraf  mühitin  vəziyyətinin  getdikcə  sürətlənən 

pisləşməsinin başlıca səbəbidir. Onlar təbiətlə ünsiyyətdə olan fiziki və hüquqi 

şəxslərin  fəaliyyətini  tənzimləyən  beynəlxalq  sənədləri  qəbul  etməyə  tələsmir. 

Bunsuz  isə  ekoloji  fəlakət  təhlükəsinin  qarşısının  alınması  üçün  zəruri  olan 

təbiətqorujmcu  tədbirlərin  mürəkkəb  kompleksini  həyata  keçirmək  mümkün 

deyil. 

Yoxlama sualları 

1.

 



insanla,  təbiət  arasında  ziddiyyətlərin  mahiyyəti  və  məzmunu  nədən 

ibarətdir, onlar necə fomıalaşmışdır? 

2.

 

Göstərilən  ziddiyyətlər  hansı  səbəbdən  qlobal  ekoloji  problem 



adlandırılır? 

783 


3.

 

Ekoloji problemlər necə təsnifləşdirilir: a) tipinə görə; b) miqyasına 



görə? 

4.

 



Böyük həcmdə havaya buraxılan istixana qazları hazırda niyə daha çox 

ehtimal edilən təhlükə sayılır? Onların atmosferdə izafi çoxluğu hansı nəticələr 

verə bilər? 

5.

 



«Dayanıqlı iqtisad inkişaf» məfhumunun mənasını açın. Bu konsepsiya 

necə,  harada  və  hansı  şəraitdə  formalaşmışdır?  Dünyanın  aparıcı  dövlətləri 

tərəfindən onun qəbul olunmamasının səbəbləri nədir? 

6.

 



Torpağın, su3oın, havanın çirklənməsinin qarşısının alınması məqsədilə 

beynəlxalq təşkilatlar tərəfindən hansı tədbirlər görülür? Onlar nə dərəcədə təsirli 

olmuşdur? 

Referatların mövzuları 

1.

 



Müasir dövrün ekoloji problemləri 

2.

 



BMT  və  başqa  beynəlxalq  təşkilatların  ekoloji  fəlakətin  qarşısının 

alınması üzrə fəaliyyəti 

3.

 

Dayanıqlı iqtisadi inkişaf konsepsiyası: uğursuzluğunun səbəbləri 



784 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə