Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə300/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   296   297   298   299   300   301   302   303   ...   306

Fəsil 26 

SÜLHÜN QORUNMASI, NÜVƏ 

MÜHARİBƏSİNİN VƏ SİLAHLI MÜNAQİŞƏLƏRİN 

QARŞISININ ALINMASI 

26.1.

 

Problemin qoyuluşu 

Göstərilən  qlobal  problemlər  müxtəlif  dərəcədə  birbaşa  olaraq  iqtisadi 

inkişafla bağlıdır. Amma XXI əsrdə elə bir problem də mövcuddur ki, onu həll 

etmədən, mühümlüyünə baxmayaraq bütün qalanları az əhəmiyyətli görünür. Bu, 

insanların həyatının hansısa uzaq perspektivdə deyil, ən yaxın vaxtda saxlanması 

məsələsidir.  Söhbət  Yerdə  sülhün  qorunmasından,  raket-nüvə  müharibəsinin 

qarşısının  alınmasından  gedir.  Bu  təhlükə  getdikcə  mürəkkəbləşən,  avtomatik 

işləyə  bilən  hərbi-texnoloji  sistemlərin  tətbiqindən,  nüvə  silahı  elementlərinin 

«səpələnməsi»  prosesinin  davam  etməsindən  yaranır.  Bu  silahın  beynəlxalq 

ekstremist 

qrupların 

əlinə 


keçməsinin 

mümkünlüyü 

də 

nəzərdən 



qaçırılmamalıdır. 

Blokların qarşıdurmasının sonu. Dünyanın müharibədən sonrakı dövrdə 

inkişafı  planetin  dayanmadan  müharibəyə  doğru  sürükləndiyi  halda,  hər  biri 

özünün  sülhə  istiqamətləndiyini  sübut  etməyə  çalışan  2  dünya  sisteminin  blok 

şəklində  qarşıdurması  ilə  müşayiət  olunurdu.  Bu  qarşıdurma  hər  iki  sistemin 

siyasi  elita  rəhbərlərinin  daxili  işlərə  münasibəti,  müxtəlif  dünyagörüşü 

dəyərlərinə  mənsubiyyəti  və  bunların  dövlətlərarası  əlaqələrə  ən  münaqişəli 

fonnalarda köçürülməsi ilə səciyyələnirdi. 

Güzəştə getməmək həm Şərqdə, həm də Qərbdə əsas prinsipə çevrilmiş, 

daxili  siyasətdə  «cadugər  ovu»,  xarici  siyasətdə  isə  «soyuq  müharibə» 

nəzəriyyəçilərini, əks sistemin «rədd edilməsini» qidalandırırdı. Belə şəraitdə hər 

iki  sistemin  hakim  dairələri  üçün  konstitusiyaya,  demokratiyaya  və  insan 

hüquqlarına zərbə vurmaqla subyektiv elementi, «başçılıq» amilini gücləndirən 

qızğın  silahlanma  siyasəti  daha  əlverişli  idi.  Amma  «başçılar»  bu  cür  inkişaf 

şəraitində  hərbi  istehsalın,  məntiqin,  psixologiyanın,  təfəkkürün,  hərbi 

doktrinaların  və  onların  qüdrətli  daşıyıcılarının  və  s.  nəticəsi  kimi,  qızğın 

silahlanmanı nəzarət altından çıxaran muxtariyyət meyillərinin fonnalaşdığma 



785 


diqqət  yetinnəmişdi.  Bu  tərzdə  inkişafın  nəticələrindən  biri  hərbiləşmə 

proseslərinə  periferiya  ölkələrinin  cəlb  olunması  nəticəsində  qızğın 

silahlanmanın  qloballaşmasıdır.  Bu  proses  böyük  həcmdə  maddi,  maliyyə  və 

insan  resurslarının  cəmiyyət  üçün  zəruri  olan  istehsal  və  xidmət  sahələrindən 

qeyri- məhsuldar, səmərəsiz məqsədlərə cəlb edilməsi ilə nəticələnmişdir. 

1980-ci  illərdə müxtəlif dövlətlərin  ordularında 29 milyon nəfər (inkişaf 

etmiş  ölkələrdə  11  milyon,  inkişaf  etməkdə  olan  ölkələrdə  18  milyon)  xidmət 

edirdi,  hərbi  istehsal  sahəsində  100  milyondan  artıq  adam  işləyirdi.  Dünyanın 

elmi işçilərinin 'A hissəsi hərbi sənaye istehsalı və tədqiqatları sahəsində çalışırdı. 

Ümumilikdə  isə  dünyada  elmi  tədqiqatların  maliyyələşdirilməsinə 

yönəldilən  vəsaitlərin  30%-dən  çoxu  hərbi-sənaye  sahəsinə  xərclənirdi.  Silah 

cəbbəxanasının ağlasığmaz parametrləri də buradan irəli gəlir: 

nüvə 

potensiallarının  ümumi  gücü  milyon  bombadan  çoxdur,  onlardan  hər  biri 



Xirosima  üzərinə  atılmış  bombanın  gücünə  bərabərdir  (hər  Yer  sakininə  3  ton 

trotilə  yaxın).  London  Beynəlxalq  Strateji  Tədqiqatlar  İnstitutunun 

qiymətləndirməsinə  əsasən,  ABŞ-m  xaricdə  daimi  iştirakını  470  min  nəfər, 

SSRİ-nin isə 770 min nəfər təmin edirdi. SSRİ dağıldıqdan sonra Rusiyanın MDB 

iştirakçısı olan ölkələrdə (Ennənistan və Qırğızıstan) heyəti 10 min nəfərdən artıq 

olmayan kiçik hərbi bazaları qalsa da, dünyada təhlükənin azalmaması təəccüb 

doğurur.  Prinsipcə  yeni,  məsələn,  neytron  bombasından  yaxud  qanadlı 

raketlərdən daha böyük dağıdıcı gücə malik olan, onlardan keyfiyyətcə fərqlənən 

silah növlərinə keçid üçün real imkanın yaranması xüsusilə təhlükəlidir. Bununla 

yanaşı, ənənəvi, lakin zərbə endirmək təsirinə görə taktiki nüvə silahına bərabər 

sayıla bilən silahlar da modernləşdirilir. 

Yaxın dövrədək beynəlxalq iqtisadi, siyasi, mədəni, elmi-texniki, hərbi və 

s.  münasibətlərin  özəlliyi,  onların  dünyanın  ən  mühüm  qüvvə  mərkəzləri  və 

sosial-iqtisadi,  fundamental  sivil  dəyərlərin  daşıyıcısı  olan  SSRİ  və  ABŞ 

arasındakı  münasibətlərdə  birbaşa  əks  olunmasından  ibarət  idi.  Bütün  dünya 

ictimaiyyətinin  onlar  arasındakı  münasibətlərin  «hərarətini»,  tarazlığın 

saxlanmasını diqqətlə izləməsi də təsadüfi deyildi. 

«Soyuq müharibə» başa çatdıqdan sonra tamamilə aradan qaldırılmasa da, 

planetin nüvə silahından məhvolma təhlükəsi xeyli azalmışdır. Bununla bərabər, 

dünyanın  inkişafı  qlobal  qeyri-sabitliyin  yeni  mərhələsinə  qədəm  qoymuşdur. 

Hərbi qarşıdumıamn aradan qaldırılması nəticəsində problemlər 

786 



yeni keyfiyyət almış, mövcud və potensial regional və yerli münaqişələr təhlükə 

mənbəyinə çevrilmişdir. SSRİ-nin süqutu isə ən azı yaxın perspektivdə sabitliyi 

pozan  yeni  amildir.  Dünya  siyasətində  tarazlığın  pozulması  bəşəriyyəti  qlobal 

qeyri-sabitliyə sürükləmişdir. 

Belə vəziyyətdə beynəlxalq təhlükəsizliyin yeni modellərinin axtarılması 

ən mühüm məsələyə çevrilmişdir və milli təhlükəsizliyin yaranan şəraitə adekvat 

olan  yeni  konsepsiyalarının  işlənib  hazırlanması  onun  tərkib  hissəsidir.  Bu 

modellər  qlobal  təhlükəsizliyin  ümumi  konsepsiyasının  təməlini  qoya  bilər. 

«Milli  təhlükəsizlik»  anlayışının  özü  beynəlxalq  siyasətdə,  iqtisadiyyatda  baş 

verən  köklü  dəyişikliklərin,  elmi-texniki  tərəqqinin,  ekoloji  tarazlığın 

pozulmasının və başqa amillərin təsiri altında əhəmi^/yətli dərəcədə genişlənmiş 

və mürəkkəbləşmişdir. İndi bu anlayış özündə təkcə dövlətin suverenliyinin və 

ərazi  bütövlüyünün  silahlı  müdafiəsini  deyil,  həmçinin  müharibənin  qarşısının 

alınmasına, iqtisadi və texnoloji təhlükəsizliyin, daxili sabitliyin, ölkənin normal 

həyat  fəaliyyətinin,  vətəndaşların  hüquqlarının  müdafiəsinin  təmin  olunmasına 

yönəlmiş tədbirləri ehtiva edir. Buna görə də milli təhlükəsizliyin hərbi-iqtisadi 

tərkib  hissəsinə,  başqa  sözlə  desək,  milli  iqtisadiyyata  yeni  mövqelərdən 

yanaşmanın zəruriliyi açıq-aşkardır. 

Bir  tərəfdən,  beynəlxalq  gərginliyin  artırılması  və  qızğın  silahlanmaya 

qarşı həmin gərginliyin zəiflədilməsi kursunun həyata keçirilməsinin labüdlüyü 

son dərəcə aydınlaşmışdır. Digər tərəfdən isə, pozulmuş hərbi-siyasi  tarazlığın 

bərpası  üçün  Avrasiya  təhlükəsizliyinin  düşünülmüş  doktrinası  əsasında  MDB 

məkanında ölkələrin güc nöqtəsi yaradılmalıdır. 

Həddən  artıq  hərbi  xərclər  insan,  təbii  və  maliyyə  resurslarını  kənara 

yayındırmaqla, xarici və daxili borcları artınnaqla, milli təsərrüfat subyektlərində 

ümumi  təkrar  istehsal  prosesi  ilə  bağlı  olmayan  muxtar  sənaye  «anklavları» 

yaratmaqla  inflyasiyaya  səbəb  olur.  Ümumilikdə,  dünya  üzrə  istehsalın  6%-i 

silahlanmanın  payına  düşür,  bəzi  əsas  sahələrdə  isə  bu  rəqəm  daha  böyükdür. 

Şübhəsiz  ki,  silahlanmanın  sürətlənməsi  beynəlxalq  münasibətlərə,  onların 

sabitliyinə  mənfl  təsir  göstərir  və  nəticədə  BMT  Nizamnaməsinin  əsas 

müddəaları  pozulur.  Məlumdur  ki,  hərb  iqtisadiyyatının  inkişafı  milli 

təhlükəsizlik  konsepsiyasının  üzvi  hissəsi  olan  dövlətin  hərbi  doktrinasından 

həlledici dərəcədə asılıdır. Bununla belə, ölkənin iqtisadi imkanlarını və müasir 

hərbi-iqtisadi inkişafın xüsusİ3^ətlərini nəzərə  almadan etibarlı, iş  qabiliyyətili 

hərbi doktrinanın hazırlanması qeyri-mümkündür. 

787 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə