Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə301/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   298   299   300   301   302   303   304   305   306

Hazırda Rusiyanın və MDB ölkələrinin hərb iqtisadiyyatı son dərəcə ağır 

vəziyyətə  düşmüşdür.  Bir  tərəfdən,  «soyuq  müharibə»  dövründən  iri  hərbi- 

istehsal  aparatı  və  silah  ehtiyatlan  miras  qalmışdır.  Digər  tərəfdən,  hərbi 

sənayenin  dağılması  davam  edir,  silahların  keyfiyyəti  xeyli  aşağı  düşmüşdür. 

Müstəqil  dövlətlərin  yaranması  hərbi  müəssisələr  arasında  kooperasiya 

əlaqələrinin  qırılmasına,  hərbi  əmlakın,  o  cümlədən  silahların,  döyüş 

texnikasının,  müdafiə  obyektlərinin,  hərbi  şəhərciklərin,  hətta  donanmaların 

istifadə  üçün  olmasa  da,  heç  olmazsa,  sərfəli  satmaq  üçün  bölüşdürülməsi 

uğrunda  mübarizəsinə  gətirib  çıxarmışdır.  Artıq  Rusiya,  Ukrayna  və 

Qazaxıstanda «hərbi-sənaye kompleksi» adlandırıla biləcək məfbum yoxdur. Bu 

kompleks başabəla islahatçılar tərəfindən tamamilə dağıdılmışdır. 

Hələ Adam Smit, David Rikardo və Kari Marksm dövründən başlayaraq, 

bəzi  nəzəriyyəçilər  hərbi  xərclərin  iqtisadi  artıma  mənfi  təsirini,  başqaları  isə 

bunun  müsbət  nəticələrini;  məşğulluq  dairəsinin  genişlənməsini,  bu  sahədə 

işləyənlərin əmək haqqının jdiksək olmasını əsaslandırırdı. Buna görə də məsələ 

təkcə  siyasətçilər  və  hərbçilər,  onların  korporativ  maraqlan  ilə  tamamlanmır. 

Hərbi  məmulatlar  istehsalından  mülki  məhsulların  istehsalına  kütləvi  surətdə 

keçid  həm  siyasətçilərin,  həm  də  qızğın  silahlanmada  varlanma  mənbəyi 

görənlərin  düşüncə  tərzində  «konversiya»  baş  vennəsi  şərti  ilə  mümkündür. 

Məsələn, ABŞ-m Kolumbiya universitetinin professoru S.Melmanın fikrincə, bu 

ölkədə 5,6 milyon adamın Pentaqonun sifarişlərinə görə işi vardır və yaşayışını 

təmin edə bilir. Onların ailə üzvləri də əlavə olunarsa, bu sifarişlər sayəsində 20 

milyon nəfər dolanır. Bura gəlirləri iqtisadiyyatın hərbi sahələrində məşğul olan 

şəxslərlə bağlı olan müəssisələr və firmalar da əlavə edilməlidir. Bu isə, yuxarıda 

qeyd  etdiyimiz  kimi,  ABŞ  əhalisinin  böyük  hissəsini  təşkil  edir.  Buna 

baxmayaraq,  ABŞ-ın  HSK-nın  xüsusi  çəkisinin  artırılması  ilə  əlaqədar  olan 

stereotipdən əl çəkmək lazımdır: onun ölkə iqtisadiyyatmdakı payı 15-20% təşkil 

edir  və  bura  500  ən  iri  korporasiyanın  təqribən  1/10  hissəsi  daxildir.  Bundan 

HSK-nın  maraqlarının  ölkənin  biznesinin  maraqlan  ilə  eyniləşdirilməsinin 

düzgün olmadığı barədə nəticə çıxarılır. 

Qərbin  iqtisadi  ədəbiyyatında  çoxdandır  ki,  hərbi  xərclərin  iqtisadi  və 

texnoloji  inkişafı  ləngitməsini  təsdiq  edən  araşdırmalar  aparılır.  Amerika 

iqtisadçılarının  patriarxı  C.Helbreytin  fikrinə  görə,  bu  xərclər  inflyasiya 

xarakterlidir, malların və xidmətlərin bahalaşmasına səbəb olur, xammal və 



788 


texniki  mütəxəssisləri  mülki  sahələrdən  yayındırır.  Əlbəttə,  ölkələrin  hərbi- 

sənaye kompleksində işləyənlərin maaşının artması istehlakçı tələbini artırsa da, 

malların və xidmətlərin təklifinin çoxalmasını ifadə etmir, əmək məhsuldarlığını 

aşağı salır, iri həcmdə resursları mülki sahələrdən uzaqlaşdırır və s. 

Hərbi-sənaye proqramları dövlət büdcəsinin kəsirini artırır. Xroniki büdcə 

kəsiri və insanların  yaşayış səviyyəsinin aşağı olduğu vəziyyətdə (Rusiyada və 

başqa ölkələrdə) hərbi xərclər ən müasir sənaye müəssisərini, xammalı, yüksək 

ixtisaslı  işçiləri,  ən  yaxşı  elmi  kadrları  bu  məqsədlərə  cəlb  etməklə  xüsusilə 

dağıdıcı təsir göstərir. 

Təkcə  Qərbin  aparıcı  ölkələrinin  iqtisadiyyatı  götürüldükdə  isə,  burada 

iqtisadi  tsiklin  müəyyən,  istehsal  güclərindən  istifadənin  azaldığı  dövrlərində 

hərbi xərclərin son istehlakı stimullaşdıiTnası və iş yerləri yaratması şübhəsizdir. 

Amma uzunmüddətli dövrdə bu xərclər iqtisadiyyata mənfi təsir göstərir. Bunu 

həm xaricdə, həm də ölkəmizdə keçirilən, son onillikdə hərbi xərcləri yüksək və 

aşağı olan ölkələrin iqtisadi göstəricilərinin müqayisə olunduğu tədqiqatlar sübut 

edir.  Həmin  tədqiqatlar  nəticəsində  belə  qanunauyğunluq  aşkar  olunmuşdur: 

hərbi  xərclərin  nisbətən  az  olduğu  ölkələrdə  iqtisadi  göstəricilər  daha  yaxşıdır 

(Yaponiya, Almaniya, Skandinaviya dövlətləri). 

Tərk-silah olunma və konversiya prosesləri genişləndikcə, hərbi sənayedə 

yaxud  onunla  əlaqədar  sahələrdə  məşğul  olanlar  üçün  işsizlik  probleminin 

meydana  çıxması  qaçılmazdır.  Lakin  konversiya  təcrübəsi,  məsələn,  İkinci 

Dünya  müharibəsindən  sonra  bir  çox  ölkələrdə  müəssisələrin  müharibədən 

əvvəlki  mülki  məhsulların  buraxılışına  keçməsi  bu  tezisi  təkzib  edir.  Böyük 

Britaniya, ABŞ və AFR iqtisadçılarının çoxsaylı tədqiqatları göstərir ki,  mülki 

istehsalla müqayisədə, hərbi sənayedə bir iş yerinin yaradılmasına xeyli çox (bəzi 

hesablamalara görə 4 dəfə) kapital qoyuluşu tələb edilir. ABŞ konqresinin büdcə 

bürosunun  məlumatlarına  əsasən  hərbi  məqsədlərə  xərclənilən  hər  10  milyard 

dollar dinc proqramlara yönəldiyi halda olduğundan 40 min az iş yeri yaradır. 

İndiyədək  hərbi  tədqiqatlara  istiqamətləndirilən  xərclərin  elmi-texniki 

tərəqqiyə  imkanlar  açması  barədə  rəy  geniş  yayılmışdır.  Bəzi  hallarda  hərbi 

texnikanın  işlənib  hazırlanması  aviasiyada,  hesablama  texnikasında  və  bir  sıra 

başqa  sahələrdə  texnoloji  yeniliklərə  səbəb  olsa  da,  müdafiə  xərcləri  çox  baha 

başa  gəlir  və  elmi-texniki  tərəqqinin  stimullaşdırılmasmm  səmərəsi  aşağı  olan 

üsuludur. BMT-nin məlumatlarına əsasən, 1980-ci illərdə hərbi sahədə aparılan 



789 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə