Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə302/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   298   299   300   301   302   303   304   305   306

tədqiqatların  1/5  hissəsindən  azı  sonradan  dinc  məqsədlər  üçün  istifadə 

edilmişdi. Yalnız 20%-i səmərə ilə nəticələnən bu tədqiqatlar ilə bütün alim və 

mühəndislərin 40%-nin məşğul olduğunu nəzərə alsaq, nəticə göz qabağındadır; 

1980-ci  illərin  sonunda  həyata  keçirilmiş  hərbi  proqramlar  bəşəriyyətin 

elmi-texniki  və  mədəni  inkişafı  qarşısında  mühüm  maneəyə  çevrilmişdir.  Bu 

cəhət keçmiş SSRİ-də, onun süqutundan sonra isə milli təsərrüfatlarının böyük 

hissəsi məhz hərbi sənaye kompleksi ilə bağlı olan Rusiya və Ukraynada özünü 

xüsusilə  güclü  büruzə  vennişdir.  Bu  məqam  1990-cı  illərdə  miqyaslı  iqtisadi 

böhrana və bacarıqsız konversiya nəticəsində onun daha da dərinləşməsinə səbəb 

olmuşdur.  Hərbi  istehsalın  təkamülü,  onun  fəaliyyətinin  xüsusiyyətləri  müasir 

vəziyyətdəki konversiyanın əvvəlki dövrlə müqayisədə daha böyük çətinliklərlə 

və xərclərlə əlaqəli olduğunu şərtləndirir. 



Tərk-silah olunma və milli  təhlükəsizlik siyasəti. Bizim hərbi xərclərin 

həddən artıq olması və azaldılmasının zəruriliyi heç bir şübhə doğurmur. Hədsiz 

hərbi  xərclərin  iqtisadi  təhlükəsizliyi  təhdid  etməsini  ölkəmiz  öz  təcrübəsinin 

arzuolunmaz  nəticələri  ilə  sübut  etmişdir.  Amma  belə  bir  məqam  da  yaddan 

çıxarılmamalıdır ki, müasir dövrdə hərbi xərclərin düşünülmədən azaldılması bir 

fövqəldövlətin qüdrəti-nin gücləndiyi şəraitdə ölkəmizin müdafiə qabilİ3q/ətini 

zəiflədə bilər. Bunu demək kifayətdir ki, 1992-1993-cü illərdə Rusiya hökuməti 

qarşısına  ordu  və  donanmanın  hərbi  hazırlıq  dərəcəsini  əslində  sıfra  endirmək 

vəzifəsini  qoymuşdu  və  yalnız  parla-mentin  səyləri  nəticəsində  müdafiə 

məqsədlərinə ayrılan xərclər 2 dəfə artırılmışdı. 

Milli  təhlükəsizlik  konsepsiyasında  hərbi-iqtisadi  inkişafın  daxili 

qanunauyğunluqlarının bütün məcmusu nəzərə alınmalıdır. Elmi-texniki 

tərəqqi bu sahədə başlıca amildir. Qərb ölkələrinin hərb iqtisadiyyatında əsas 

♦ 

diqqət  yüksək  texnologiyalı  silahların  yeni  tiplərinin  yaradılması  üzərində 



cəmləşdirilir,  təsərrüfatçılıq  şəraitində  dərin  dəyişikliklər  baş  verir.  ABŞ  və 

Qərbi  Avropada  hərbi  məmulatlar  buraxan  iri  fınnalardan  heç  biri  hərbi 

sənayenin yenidən qurulması prosesindən kənarda qalmamışdır. 

Qeyd olunmalıdır ki, son illərdə dünyanın siyasi həyatında bir sıra dərin 

keyfiyyət dəyişiklikləri baş vermişdir və onlann gələcəkdə genişlənməsi mühüm 

pozitiv  nəticələr  verə  bilər.  Beynəlxalq  münasibətlərdə  dünyanın  reallıqlannı 

əlverişli  istiqamətdə  böyük  sürətlə  və  birmənalı  olmayan  tərzdə  dəyişdirən  və 

transformasiya edən qlobal zəncirvari reaksiyasını yarada biləcək «kritik kütlə» 

toplanır; amma əks-transforaıasiyanın baş verəcəyi də istisna edilmir. 

790 



Beynəlxalq hərbi-siyasi münasibətlərin özünün məzmunu da dəyişir. Bir 

yaxud bir neçə dövlət tərəfindən öz tərəfdaşlarına və ya opponentlərinə ənənəvi 

və  adiləşmiş  hədələmə,  təzyiq  göstərmə,  güc  tətbiqi  praktikasından  müəyyən 

dərəcədə  çəkinmə  müşahidə  olunur.  Hələ  lazımi  dərəcədə  olmasa  da,  siyasi 

məharət  beynəlxalq  münasibətlərdə  ön  plana  çıxır.  Bütün  məsələlərdə  yeni, 

müxtəlif qütblü dünya tarazlıq sisteminin qurulması zərurəti yaranır. Bəşəriyyət 

əvvəlki «iki dünya - iki sistem» sərt sistemindən yaxa qurtararaq, dünyanın vahid, 

sistem və altsistemlərin isə dəfələrlə çox olmasını dərk edir - sintez ümumdünya 

meylinə  çevrilir.  Beynəlxalq  münasibətlərə  ideoloji  təsirin  kənarlaşdırılması, 

ictimai  inkişafın  problemlərinin  və  perspektivlərinin  daha  geniş  təsəvvür 

olunması  dünyanın  siyasi  qüvvələrinin  əksər  hissəsinə  müxtəlif  ölkələrin 

qarşılıqlı  münasibətlərindəki  problemlərin  məzmununu  yeni,  adekvat  surətdə 

dərk etməyə və onların həlli yollarını tapmağa imkan yaradır. 

Dünya  ictimaiyyəti  getdikcə  belə  fikirdə  qərarlaşır  ki,  uzunmüddətli 

perspektivdə  qlobal  hərbi,  ekoloji  yaxud  maliyyə-iqtisadi  fəlakətlərin  baş 

verməsinin, kütləvi epidemiyaların, aclığın, beynəlxalq terrorizmin yayılmasının 

qarşısını  almağın  yeganə  yolu  fəal  əməkdaşlıq  və  hərtərəfli  beynəlxalq 

təhlükəsizlik  sisteminin  yaradılmasıdır.  İdeoloji  qarşıdurma,  geosiyasi  rəqabət, 

ərazi  iddiaları,  təbii  sərvətlər  və  xammal  uğrunda  mübarizə  səbəblərindən 

dövlətlər  arasında  baş  verən  münaqişələrin  nəinki  aradan  qaldırılmadığı,  hətta 

bəzən  yeni  qüvvə  ilə  alovlandığı  şəraitdə  belə,  onlar  göstərilən  təhlükələr 

qarşısında solğunlaşır və cılız görünür. Tərk-silah olunma üzrə danışıqlarda, qanlı 

regional münaqişələrin sülh yolu ilə həllində irəliləyişlər baş verir. 

Bu,  qızğın  silahlanmanın  ixtisarı  və  məhdudlaşdırılması  uğrunda 

mübarizədə  ağlabatan  qarşılıqlı  güzəştlərin  axtarılmasını  ön  plana  çıxarır. 

«Soyuq  müharibə»  başa  çatdıqdan  sonra  dünyada  baş  verən  dərin  geosiyasi 

dəyişikliklərin  qlobal  sistemdə  pozitiv  hərbi-siyasi  nəticələr  (yeni  dünya 

müharibəsinin  baş  vennə  təhlükəsinin  kəskin  azalması,  silahların  və  silahlı 

qüvvələrin ixtisarı, dövlətlər arasında münasibətlərin yaxşılaşması və s.) verməsi 

ilə  yanaşı  neqativ  meyillərə  (təhlükəsizliyin  əvvəlki  sabitləşdiricilərinin 

itirilməsi, müharibələrin və silahlı münaqişələrin yeni mənbələrinin  yaranması. 

Avrasiyanın  geniş  məkanında  xaotik  proseslərin  güclənməsi  və  s.)  də  gətirib 

çıxarmasına görə, bu güzəştlərin zəruriliyi xüsusilə aktuallaşır. 

Bununla belə, mütəxəssislərin bir çoxu demokratikləşmənin, demoqrafik 

partlayışın və qloballaşmanın bunlara bənzər proseslərinin müə3q/ən şəraitdə 

791 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə