Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə305/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   298   299   300   301   302   303   304   305   306

BMT çərçivəsində ABŞ və SSRİ-nin nüvə silahına malik olması sayəsində 

üçüncü  dünya  müharibəsinin  qarşısının  alınması  barədə  məsələnin  həqiqətə 

uyğunluğunun öyrənilməsi də mühüm olardı. Təhlilçilər arasında geniş yayılmış 

bu  tezis  düzgün  olmayan,  nüvə  silahına  malik  ölkələrin  cəbbəxanasının 

saxlanmasına  və  möhkəmləndirilməsinə  yönəlmiş  fikir  kimi  təsəvvür  edilir. 

Sözsüz  ki,  mürəkkəb  olan  bu  məsələlərin  birdəfəlik  həlli  hamıya  kimin  sülhə 

qarşı  çıxdığını  sübut  edər,  dövlətlərin  yeni  təhlükələr  qarşısında  öz  əvvəlki 

ixtilaflarını  geridə  qoymaq  və  bəşəriyyətin  sülh  şəraitində  inkişafı  üçün  mühit 

yaratmağa qadir olduğunu göstərərdi. 

Raket-nüvə  silahı.  İlk  atom  bombası  yaradıldıqdan  və  İkinci  Dünya 

müharibəsinin  sonunda  (1945-ci  ildə)  Yaponiyanın  Xirosima  və  Naqasaki 

adalarının sakinləri üzərində sınaqdan keçirildikdən sonra (bu vaxt 100 min adam 

həlak olmuşdu) bəşəriyyət bu silahın nə qədər dağıdıeı qüvvəyə malik olduğunu 

dərk etdi. Yarım əsrdən çox müddət ərzində ABŞ və SSRİ raket-nüvə silahının 

dağıdıcı gücü getdikcə artan növlərini yaratmaqda bir-biri ilə mübahisə aparırdı. 

Qiymətləndirmələrə görə, hər iki ölkə bu məqsədə 50 trilyon dollardan çox pul 

xərcləmişdi.  SSRİ  bu  maliyyə  vəsaitlərinin  yarısını  iqtisadiyyatın 

müasirləşdirilməsinə  və  insanların  rifahının  yaxşılaşdırılmasına  yönəltsəydi, 

nəinki  parçalanmaz,  hətta  ÜDM-i  10-12  milyard  dollara  çatdırmaqla  dünyada 

ABŞ-dan sonra ikinci yeri tutar, 320 milyon əhali həyat səviyyəsi göstəricisinə 

görə müasir Fransa ilə bərabərləşərdi. 

2010-cu ildə Amerika senatının (Rusiya Dövlət Dumasından sonra) ABŞ 

və Rusiya arasında strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması üzrə 

tədbirlər  haqqında  Müqaviləni  (SSİMM)  imzalanması  böyük  əhəmiyyətə 

malikdir.  Müqavilə  8  aprel  2010-cu  ildə  Praqada  iki  ölkənin  prezidentləri  - 

Dmitriy Medvedev və Barak Obama tərəfindən imzalanmışdır. Bu Müqavilə 31 

iyul 1991-ci il SSİMM-1 və 24 may 2002-ci il Moskva Sazişini əvəz etdi. 

Sənəddə Müqavilə qüvvəyə mindikdən sonrakı 7 il ərzində tərəflərdən hər 

birinin eəbhə boyu düzülmüş qitələrarası ballistik raketləri, sualtı qayıqların və 

ağır  bombardmançı  təyyarələrin  ballistik  raketlərini  700  vahidədək,  onların 

üzərindəki döyüş başlıqlarını 1550 vahidədək endirməsi nəzərdə tutulur. 

Müqavilə  strateji  hücum  silahlarının  ölkə  ərazisindən  kənarda 

yerləşdirilməsini  qadağan  edir.  Strateji  hücum  və  strateji  müdafiə  silahlarının 

qarşılıqlı əlaqəsi barədə müddəa və onların ixtisarında bu qarşılıqlı əlaqənin artan 

əhəmiyyəti hüquqi vəzifə kimi təsbit olunmuşdur. Müqavilənin qüvvədə 



798 


olma  müddəti  10  ildir.  Tərəflər  müqavilənin  qüvvədəolma  müddətinin  5  ildən 

çox  olmayan  dövr  üçün  uzadılması  barədə  razılaşa  bilər.  Müqavilədə  ondan 

çıxmağın  şərtləri  göstərilmişdir.  Sənəd  ratifikasiya  .  barədə  fənnanlarla 

mübadilədən sonra qüvvəyə minir. 

Bu  Müqavilənin  yerinə  yetirilməsi  planetimizin  intihar  silahından  azad 

olacağına ümidlər  yaradır. Amma bu,  yalnız başlanğıcdır.  Dünyanın əsas nüvə 

dövlətləri olan ABŞ və Rusiya öz istilik-nüvə silahlarını ixtisar etmədən, başqa 

ölkələrdən nüvə bombasından azad olmağı tələb edə bilməz. Bu sahədə dünyanın 

başqa ölkələrinə nümunə göstənnək məsuliyyəti bizim ölkələrin üzərinə düşür. 

Bu Müqavilə bütün bəşəriyyətə işarədir. Prezident Obama son məqsədin Global 

Zero («Qlobal Sıfır») olduğunu bəyan etmişdir. Əlbəttə, bu çoxlu məchulları olan 

çətin yoldur və Amerika nüvə silahından birtərəfli qaydada imtina etməyəcək. Bu 

səbəbdən  nüvə  klubunun  başqa  üzvlərinə:  Böyük  Britaniya,  Fransa,  Çin, 

Hindistan, Pakistan və İsrailə güclü təzyiq göstərilməlidir. Amma bu realdınnı? 

Bu məqsədə çatmaq üçün həm öz ölkəsində, həm də beynəlxalq siyasi aləmdə 

danılmaz nüfuza malik olan güclü liderlərin böyük səy göstərməsi zəruridir. 

Sülh  və  təhlükəsizlik,  qızğın  silahlanmanın  dayandırılması,  dövlətlərin 

qarşılıqlı  münasibətlərindən  hərbi  münaqişələrin  istisna  edilməsi,  mübahisəli 

məsələlərin  yalnız  danışıqlar  yolu  ilə  həlli  bəşəriyyətin  həyati  əhəmiyyət  kəsb 

edən  vəzifələridir.  Onların  həlli  BMT-nin,  xüsusilə  də  Təhlükəsizlik  Şurasının 

yaradıldığı  gündən,  fəaliyyətinin  əsas  amalı  olmuşdur.  Üçüncü  dünya 

müharibəsinin  qarşısı  alınsa  da,  müharibələr  və  silahlı  münaqişələr,  dövlət 

çevrilişləri,  xalqın  iradəsinə  əks  olaraq  hakimiyyətin  ələ  keçirilməsi  bir  sıra, 

xüsusilə  də  təkcə  demokratik  inkişafın  deyil,  həm  də  dövlətin  özünün 

fəaliyyətinin  mədəni  köklərinin  olmadığı  ölkələrin  həyatında  adi  haldır.  Eyni 

zamanda  aydındır  ki,  fasiləsiz  iqtisadi,  sosial-mədəni  və  siyasi  inkişaf  üçün 

vətəndaş  həmrəyliyinə  və  müdrik  idarəçiliyə,  mehriban  qonşuluğa  əsaslanan 

dinc,  münaqişəsiz  şərait  olmalıdır.  Yaxın  qonşularla  yola  getməmək,  onlarla 

münasibətlərdə  gərginlik  yaratmaq  hökumətlərin  qeyri-adekvathğmın  ilkin 

əlamətləridir. 

Dünyanın  müxtəlif hissələrində, qitələrində həm  ölkə daxilində, həm  də 

ölkələr arasında baş verən silahlı münaqişələr qaçqınların meydana çıxmasına, 

şəhər  və  kəndlərin,  min  illər  boyu  qorunub  saxlanmış  maddi  və  mədəni 

sərvətlərin məhvinə səbəb olur, yoxsulların və səfillərin sayını çoxaldır. İnsan 



799 


azadlığını  və  hüquqlarını  boğan  diktator  və  avtoritar  rejimlər  mövcud 

olmaqdadır.  Bəzi  hökmdarlar  beynəlxalq  müqavilələri  kobudcasına  pozmaqla, 

kütləvi  qırğın  silahlarını  yaratmış  yaxud  yaratmağa  səy  göstərirlər;  onlar 

tərəfindən  özgə  torpaqlarının  zəbt  edilməsi  silahlı  münaqişələr  və  terrorist 

hücumları  üçün  potensial  yaradır;  quldurlar  dünya  ictimai^/yətinin  gözü 

qabağında və çox təəccüblü acizliyi vəziyyətində sərnişin və yük gəmilərini ələ 

keçirir. Ən «demokratik» dövlətlər yoxsul ölkələri böyük miqdarda silahla təchiz 

edərək,  onların  inkişafa  yönəldə  biləcək  vəsaitlərini  əlindən  almaqla,  bu  ölüm 

saçan biznesdən gəlir əldə edir. 

Silah ticarətinin dayandırılması. Silahla beynəlxalq ticarətin tamamilə 

dayandırılması,  dünya  silah  bazarının  ləğvi  problemi  çoxdan  yetişmişdir. 

Tərksilah  olunma  nəticəsində  cəmləşdirilə  bilən  böyük  məbləğdə  maliyyə 

vəsaitləri  yoxsul, inkişaf etməkdə olan ölkələrin inkişafına yönəldilməlidir. Bu 

halda  BMT-nin  üç  onillik  əvvəl  təsdiqlədiyi  prinsip:  inkişaf  etmiş  ölkələrin 

ÜDM-nin 1%-nin inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsinə, təhsilə, 

səhiyyəyə,  yoxsulluğun  aradan  qaldırılmasına  yönəldilməsi  reallaşdırıla  bilər. 

Yalnız bu siyasət təkcə daxili münaqişələr deyil, həm də be3məlxalq terrorizm və 

ekstremizm  yaradan  qlobal  sosial  mühitin  «mülayimləşdirilməsinə»  aparıb 

çıxaracaq. 

Xülasə 

 



Sülh  və  təhlükəsizlik,  qızğın  silahlanmanın  dayandırılması,  hərbi 

münaqişələrin  aradan  qaldırılması  BMT,  xüsusilə  də  onun  Təhlükəsizlik 

Şurasının  əsas  məqsədləridir.  Üçüncü  dünya  müharibəsinin  qarşısını  almaq 

mümkün olsa da, müharibələr və silahlı münaqişələr, dövlət çevrilişləri, xalqın 

iradəsinə  əks  olaraq  hakimiyyətin  ələ  keçirilməsi  və  hətta  Parlamentin 

gülləboranı bir sıra, xüsusilə də təkcə demokratik inkişafın deyil, həm də dövlətin 

özünün fəaliyyət göstərməsinin mədəni köklərinin olmadığı ölkələrin həyatında 

adi haldır. 

 

Eyni  zamanda  aydındır  ki,  fasiləsiz  iqtisadi,  sosial-mədəni  və  siyasi 



inkişaf üçün vətəndaş həmrəyliyinə və müdrik idarəçiliyə, mehriban qonşuluğa 

əsaslanan dinc, münaqişəsiz şərait olmalıdır. Yaxın qonşularla yola getməmək, 

onlarla  müna-sibətlərdə  gərginlik  yaratmaq  hökumətlərin  qeyri-adekvatlığmm 

ilkin əlamətləridir. 

 

Dünyanın müxtəlif hissələrində, qitələrində həm ölkə daxilində, həm 



800 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə