Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə34/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   30   31   32   33   34   35   36   37   ...   306

qoyuluşları  axınları  tənzimlənir.  Yeni  nəsil  avtomobillərin  istehsalı  üçün 

texnoloji bazanın  yaradılması, emal sənayesi sahələrinin rəqabət qabiliyyətinin 

yüksəldilməsi  üzrə  təşkilatlararası  işin  uzlaşdırılması,  habelə  yeni 

texnologiyaların inkişafı sahəsində ştatlar və federal hökumət arasında qarşılıqlı 

əlaqələrin möhkəmləndirilməsi məsələləri əlaqələndirilir. 

ABŞ-m  Ticarət  Nümayəndəsi  ABŞ-m  xarici  ticarət  siyasətinin  işlənib 

hazırlanmasına  və  əlaqələndirilməsinə  görə  məsuldur.  O,  Beynəlxalq  Ticarət 

üzrə Komissiyaya (ITC - International Trade Commission) başçılıq edir. 

ABŞ-m  Ticarət  Nümayəndəsi  ticarət  məsələləri  üzrə  Prezidentin  əsas 

müşaviri  və  onun  rəsmi  təmsilçisidir.  O,  mallar  və  xidmətlərlə  ticarət,  habelə 

xarici  birbaşa  investisiyaların  cəlb  olunması  məsələləri  üzrə  danışıqların 

aparılmasına  görə  cavabdehdir.  Eyni  zamanda  Ticarət  Nümayəndəsi  «Ticarət 

haqqında»  Qanunun Amerikanın  ixracına münasibətdə haqsız ticarət  praktikası 

hallarını tənzimləyən, daha çox «301-ci maddə» adı ilə məşhur olan 301-310- cu 

və onun əlavələri olan Super 301 və Spesial 301 maddələrinə riayət olunmasının 

təmin edilməsinə görə şəxsi məsuliyyət daşıyır. 

ABŞ Ticarət Nazirliyi nəzdində ixrac əməliyyatları barədə statistik iqtisadi 

məlumatları  toplayan  Statistika  Bürosu  fəaliyyət  göstərir.  Kənd  Təsərrüfatı 

Nazirliyi  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  müxtəlif  yardım 

proqramlarının  həyata  keçirilməsi  ilə  məşğul  olaraq,  xaricə  mal  göndərişlərini 

subsidiyalaşdırır,  Amerika  məhsullarını  alan  xarici  dövlətlərə  kredit  qaran- 

tiyalan  verir,  Amerikanın  sənaye  qrupları  ilə  əməkdaşlıq  çərçivəsində  xarici 

bazarların  tədqiqi  üzrə  kompleks  proqramların  maliyyələşdirilməsində  iştirak 

edir,  habelə  qeyri-kommersiya  ixracını  nəzərdə  tutan  ərzaq  yardımı 

proqramlarının  həyata  keçirilməsini  dəstəkləyir.  Nazirliyin  Xarici  Kənd 

Təsərrüfatı Xidməti ABŞ məhsullarının xaricdə satılmasına yardım göstərir. 



İdxal-İxrac  Bankı  (Ex-lm  Bank)  Amerika  mallarının  və  xidmətlərinin 

ixracına  yardım  göstərmək  üçün  kreditləşmə,  sığorta,  zəmanət  verilməsi 

proqramlarını həyata keçirir. 

Özəl  Xarici  İnvestisiyalar  Korporasiyası  (OPIK)  investisiyaların  siyasi 

risklərdən  sığortalama vasitəsilə, onların  inkişaf etməkdə olan ölkələrə, habelə 

«yeni» bazarlara istiqamətləndirilməsinə yardım göstərir. 

Ticarət və İnkişaf üzrə Agentlik, (USIA) müstəqil dövlət agentliyi olmaqla, 

Amerika şirkətlərinə inkişaf etmiş və gəlirləri orta səviyyədə olan ölkələrdə iri 

layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaitləri ayırır. 

98 



Layihələrin  işlənib  hazırlanması  və  planlaşdırılması  mərhələsində  yardım 

göstərməklə, agentlik ABŞ-ın özəl şirkətlərini onların həyata keçirilməsinə cəlb 

edir, bu isə, ölkənin ixrac imkanlarını genişləndirir. 

1912-ci  ildə  yaradılmış  ABŞ  Ticarət  Palatasının  mənzil-qərargahı 

Vaşinqtonda  yerləşir. Dünyada özəl  fınualarm  ən iri birliyi olmaqla, özündə 3 

milyon  özəl  şirkəti,  3  min  yerli  ticarət-sənaye  müəssisəsini,  775  işgüzar 

assosiasiyanı və Amerikanın xaricdə  yerləşmiş 85 ticarət palatasını birləşdirib, 

onların  maraqlarını  təmsil  edir.  Fəaliyyətinin  öncül  istiqamətləri  şirkətlərin  və 

özəl  müəssisələrin  maraqlarına  konqresdə,  administrasiyada,  tənzimləmə  və 

nəzarət  agentliklərində,  məhkəmələrdə  və  KİV-də  lobbiçilik;  kiçik  və  orta 

biznesin  maraqlarını  müdafiə;  Amerikanın  ixracını  dəstəkləməkdir.  Ticarət 

Palatası  «Biznesin  səsi»  həftəlik  məcmuəsini  nəşr  edir.  Palata  ilə  assosiasiya 

olunmuş əsas təşkilatlar bunlardır: 

 



Özəl Sahibkarlığın Stimullaşdırılması üzrə Beynəlxalq Mərkəz. 1983- 

cü ildə yaradılmışdır, 40 ölkədə iqtisadi islahatların dəstəklənməsi üzrə 200- dən 

çox müxtəlif layihəni həyata keçirir

 



İşgüzar Münaqişələrin Həlli üzrə Milli Palata. Şirkətin fəaliyyəti özəl 

şirkətlərin  maraqlarının  məhkəmələrdə  və  vergi  orqanlarında  müdafiə 

olunmasına istiqamətlənmişdir. 

 



Keçid  İqtisadiyyatlı  Ölkələr  üçün  Amerika  İşgüzar  Alyansı.  Palata 

üzvlərinin maraqlarını Mərkəzi və Şərqi Avropa, MDB ölkələrində müdafiə edir. 

50  ölkə,  o  cümlədən  Belarus,  Bolqarıstan,  Macarıstan,  Polşa,  Rumıniya, 

Slovakiya, Ukrayna, Çexiya alyansın üzvüdür. 

Beləliklə,  ABŞ-da  xarici  iqtisadi  siyasəti  uğurla  həyata  keçirməyə,  ilk 

növbədə  Amerika  biznesinin  maraqlarını  müdafiə  etməyə  imkan  verən 

institusional struktur yaradılmışdır. 

4.3.

 

İqtisadi diplomatiya və beynəlxalq danışıqların 

texnologiyası 

Anlayış.  Ölkələrin  siyasi  münasibətlərində  iqtisadi  amilin  əhəmiyyəti 

artdıqca,  dünya  siyasətində  iqtisadi  diplomatiyanın  da  rolu  yüksəlir,  mali]/yə- 

iqtisadi  sahəyə  həsr  olunmuş  beynəlxalq  danışıqlar  üçün  xüsusi  prosesin 

zəruriliyinin dərki güclənirdi. İqtisadi diplomatiya XX əsrin birinci yarısına xas 

olan epizodik fəaliyyətdən həm siyasətin, həm də diplomatiyanın daimi amilinə 

çevrildi. 



99 


Beynəlxalq danışıqlar prosesi barədə çoxdan, dövlətin yarandığı dövrdən, 

müharibələr, xüsusilə də Papa, hökmdarlar və azad şəhərlər arasında yaxınlaşma 

prosesi  nəticəsində  qarşılıqlı  siyasi  münasibətlər  məkanının  fonualaşmağa 

başladığı  Orta  əsrlər  tarixindən  yaxşı  məlumdur.  Məhz  bu  dövrdə 

N.Makiavellinin, F.Rablenin, F.de Kominin əsərləri meydana çıxmış və onlarda 

diplomatiya məharətinə nail olmağın zəruriliyi göstərilmişdir. 

«Danışıqlar haqqında elm» anlayışı çox şərti məna daşıyır. Təsadüfi deyil 

ki,  müasir  dövrün  danışıqlar  üzrə  ən  məşhur  və  ciddi  mütəxəssislərindən  biri, 

Harvard  Universitetinin  (ABŞ)  professoru  X.Rayffa  danışıqların  aparılması 

barədə  kitabını  «Danışıqların  aparılması  incəsənəti  və  elmi»  adlandırmışdır. 

Beynəlxalq danışıqlardan söz getdikdə diplomatın, ümumiyyətlə, danışıqlardan 

söz  getdikdə  isə  qərar  qəbul  edən  şəxsin  elmi  bilikləri  və  danışıq  aparmaq 

bacarığı  bu  prosesdə  aydın  üzə  çıxır.  Predmetin  özü  mübahisə  doğurmasa  da, 

«iqtisadi diplomatiya» anlayışı da, bu cür şərti məna daşıyır. 

Buna görə də danışıqların elmi tədqiq olunmasından möcüzəli nəticə əldə 

ediləcəyini gözləmək lazım  deyil. İnsanın davranışı ilə əlaqəli başqa sahələrdə 

olduğu  kimi,  elm  burada  da  yalnız  qanunauyğunluqların  aşkar  edilməsi, 

danışıqların  elmi  tədqiqat  subyekti  kimi  nəzərdən  keçirilə  biləcəyi  çərçivənin 

müəyyənləşdirilməsi, tövsiyələrin hazırlanması və 

tədris prosesinin 

qurulmasına  lazım  olan  bazanın  ən  dayanıqlı  xüsusiyyətlərinin  aşkarlanması 

üçün yardımçı rolunu oynaya bilər. Amma bu nəticələr belə, adətən danışıqların 

yaradıcılıq  tərkib  hissəsini  ləğv  etmədən  onların  orta  səviyyəli  vətəndaş  və 

məmur tərəfindən aparılmasını mümkün edir. 



Danışıqlar prosesi. Danışıqlar prosesinin 

elmi 


baxımdan 

ümumiləşdirilməsi üçün onların məzmun tərəfinin müəyyənləşdirilməsi vacibdir. 

Danışıqlar  barədə  mövcud  olan  ədəbiyyat  (memuarlar,  sənədlər,  diplomatlann 

yaxud işgüzar aləm nümayəndələrinin hesabatları) və danışıqları öyrənən əsərlər 

əsasında danışıqlar prosesinin aşağıdakı kimi təsnifləşdirilməsi qəbul edilmişdir. 

Onun danışıqlar barədə müə}^ən mənada tam təsəvvür yaradan üç tərkib hissəsi 

fərqləndirilir: 

 



özünəməxsus,  xüsusi  şəraitdə  (tərəflərin  suverenliyi,  beynəlxalq 

hüququn  və  prosedurların  təsiri,  beynəlxalq  ictimaiyyətin  başqa  üzvlərinin 

maraqlarının nəzərə alınması və s.) kollektiv qərarların işlənib hazırlanması və 

qəbul olunması; 

 

məhz müəyyən hadisənin özəllikləri ilə (məlumatların müəyyən 



100 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə