Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə35/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   31   32   33   34   35   36   37   38   ...   306

həcmdə seçilməsi, onun başqa tərəfə ötürülməsi fonuaları, faktların verifıkasiyası 

və s.) bağlı olan infonnasiya ilə mübadiləsi prosesi; 

•  dövlətin,  təşkilatın,  beynəlxalq  münasibətlərin  istənilən  digər 

iştirakçısının xarici strategiyasının daha ümumi olan məsələlərinin həlli fonnaları 



Danışıqlar prosesi qərarların qəbul olunması prosesinin variantı kimi. 

Qərarların  işlənib  hazırlanması  və  qəbul  olunması  haqqında  elmdə  həmin 

mərhələləri səciyyəvi, «interaktiv» proses kimi təqdim edən xüsusi bölmə vardır. 

Bu  bölmə  qərarların  qəbul  olunmasının  dominant  paradiqmalarınm  Rusiyada 

«inzibati-amirlik  metodlarından  demokratik  yönümlü  metodlara  keçid»  adını 

alan,  yəni  iştirakçı  tərəflərin  bərabərliyi,  fikir  azadlığı,  qəbul  edilən  qərarın 

qarşılıqlı  faydalılığı  prinsiplərinə  əsaslanan  metodlarla  əvəz  olunması  ilə 

əlaqədar  meydana  çıxmışdır.  Qərarların  qəbul  olunmasının  əsas  prinsipi, 

məsələnin həlli konsepsiyası çərçivəsində tərəflərin səlahiyyətlərinə aid olan və 

onların maraqlarına eavab verən qarşılıqlı güzəştlərdir. 

Danışıqlar prosesinin bu aspekti danışıqlara sistemli yanaşma tərəfdarları 

tərəfindən  çox  mühüm  sayılır.  Belə  ki,  X.Raffanm  yuxarıda  göstərilən 

«Danışıqların  aparılması  ineəsənəti  və  elmi»  kitabında  qarşılıqlı  informasiya 

mübadiləsi və güzəştlər vəziyyətində qərarların qəbul olunmasında yaxud işlənib 

hazırlanmasında  interaktivlik  anlayışı  müəyyənləşdirilir  və  tədqiq  edilir. 

Danışıqların aparılması üzrə məşhur mütəxəssis olan riyaziyyatçılar A.Verjbitski 

(Polşa),  R.Avenhaus  (Almaniya),  V.M.Sergeyev  və  başqaları  da  sistemli 

yanaşmanın tərəfdarlarıdır. 



Danışıqlar  informasiya  prosesi  kimi.  İnformasiya  mübadiləsi 

danışıqlarda  həll  yollarının  tapılması  və  razılıq  əldə  edilməsinin  üsuludur. 

Danışıqlar  zamanı  hər  iki  tərəf  problemə  aid  olan  müəyyən  həemdə 

infonnasiyanı:  danışıqların  predmeti,  tərəflərdən  hər  birinin  maraqları, 

danışıqların  predmeti  və  problemin  həlli  barədə  təsəvvürləri  (bir  çox  hallarda 

çoxsaylı  əlaqədar  hadisələr  nəzərə  alınmaqla)  verir  və  qəbul  edir.  İnformasiya 

mübadiləsinin  məqsədi  qarşı  tərəfdə  danışıqların  mövzusu  və  onun  nə  ilə 

nəticələnə biləcəyi, özünün mövqeyi, təklif edilən həll variantlarının səmərəliliyi 

və hətta qərar qəbul olunmadığı təqdirdə tətbiq ediləcək «sanksiyalar» haqqında 

təsəvvür yaratmaqdır. 

Bu cür informasiya mübadiləsi «təbliğat müharibəsi» (hərçənd, bu 

KpeMBHioK B. VKa3. 

COH

.

 



C. 60. 

101 



danışıqlar  prosesinin  pərdələnməsinin  bir  hissəsi  də  ola  bilər)  deyil,  əksinə, 

danışıq aparan tərəflərin kompromis əldə edə biləcəyini, arzu edilən razılığa nail 

olacağını  yaxud  bunun  onların  istəkləri  və  imkanları  hüdudundan  kənarda 

qalacağını  müəyyənləşdirən  mənalı  və  məhsuldar  prosesdir.  Danışıqlarda 

müxtəlif  informasiya  axınları;  «stolüstü»  (danışıq  aparan  tərəflər  arasında), 

«stolun  özünə  mənsub  hissəsində»  yaxud  nümayəndəliklər  daxilində  və 

«mərkəzlər  arasında»,  yəni  marağı  olan  müxtəlif  təşkilatlar  arasında  baş  verir. 

Danışıqların  «infonrıasiya  nəzəriyyəsi»  ilə  mütəxəssislər  məşğul  olmuş  və 

olurlar. İdeyalarının çoxu müasir diplomatiyada universal məna almış K.Yonson 

onların ən nüfuzlularmdan biri hesab edilir. 



Danışıqlar prosesi informasiyanın tənzimlənməsi əsasında qərar qəbul 

olunmasının metodu kimi. Bu metod hələ antik dövrdən məlumdur və ritorika 

incəsənətinin və elminin əsaslarından birini təşkil edir. Amma iqtisadiyyat üzrə 

danışıqlar  zamanı  tərəfdaşa  hissələrə  bölünmüş  infonrıasiya  vasitəsilə 

məqsədyönlü təsirdən yararlanma həmişə mümkün olduğuna görə həmin sahənin 

məsələləri  müzakirə  olunarkən  bu  metod  xüsusi  aktuallıq  kəsb  edir. 

Mütəxəssislər  hesab  edirlər  ki,  bu  sahə  informatikaya  (onun  məqsədyönlü 

informasiya  axınları  ilə  məşğul  olan  hissəsinə)  daha  çox  meyil  etsə  də, 

danışıqların öyrənilməsi sahəsində əhəmiyyətli rol oynayır. 



Danışıqlar xarici iqtisadi strategiyanın bir hissəsi qismində. Əvvəl qeyd 

etdiyimiz  kimi,  biz  iqtisadİ3^atm  siyasətlə  get-gedə  daha  çox  qovuşması  ilə 

qarşılaşırıq:  bu,  dövlətlərin  daxili  işlərində  baş  versə  də,  onların  xarici  siyasət 

sahəsində daha qabarıq əks olunur. Qlobal dünyada siyasətin və diplomatiyanın 

dövlətlərin  iqtisadi  maraqlarına  doğru  istiqamətlənməsi  müşahidə  edilir.  Bu 

baxımdan  danışıqlar  onu  aparan  tərəflərin  öz  strateji  vəzifələrini  yerinə 

yetirməsinin və məqsədlərinə çatmasının məxsusi olsa da, güclü alətinə çevrilir. 

Bu  zaman  xarici  siyasi  yaxud  iqtisadi  strategiyanın  dominant  məqsədləri  ilə 

danışıq iştirakçılarının davranışı arasında birbaşa asılılıq heç də həmişə müşahidə 

olunmur. Özünəməxsus formada olsa da, ümumi xarici strategiya yalnız ümumi 

vəzifələri  və  məqsədləri  müəyyənləşdirməklə  bərabər,  danışıqların  konkret 

məqsədindən, gündəliyindən, diplomatiya və siyasətin başqa təsir vasitələrindən 

asılı  olaraq  iştirakçı  tərəflərə  davranış  tərzini  seçmək  üçün  geniş  imkanlar 

yaradır. 

İqtisadi  və  siyasi  amillərin  əlaqələndirilməsinin  uğurlu  nümunələrindən 

biri 1922-ei ildə keçirilmiş, minimum resurslara malik olan, böyük dövlətlər 

102 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə