Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə36/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   32   33   34   35   36   37   38   39   ...   306

tərəfindən zorla təcrid  edilmiş gənc dövlətə dünya siyasətində böyük nailiyyət 

qazanmağa imkan verən Genuya konfransıdır. 

Beləliklə,  iqtisadi  diplomatiya  sahəsində  danışıqlar  prosesi,  onların  get- 

gedə böyük siyasi və iqtisadi vəzifələrin yerinə yetirilməsi vasitəsinə çevrilməsi 

ilə əlaqədar olaraq, perspektiv və ümidverici istiqamətdir. 

Bu baxımdan danışıqların elmi dərk olunması vəzifəsinin adekvat yerinə 

yetirilməsi  üçün  həmin  prosesin  yaxşı  təşkil  olunmasının  mümkün  sxemləri 

yaxud  matrisi  barədə  məsələ  qarşıya  çıxır.  Tədqiqatların  beynəlxalq 

praktikasında bu məsələ «beşüzvlü» təhlil sxemi vasitəsilə həll olunur. Nətieədə 

danışıqlar  prosesi  barədə  geniş  miqyaslı  təsəvvür  yaranır.  Təhlilin  «beşüzvlü» 

sxeminə aşağıdakılar daxildir: 

 



danışıqların iştirakçıları; 

 



danışıqların strukturu, danışıqlar predmetinin gündəlikdə əks olunması, 

danışıq iştirakçıları arasında fikir ayrılıqlarının strukturu

 

ayrı-ayrı iştirakçıların danışıqları apanna strategiyası, onların məqsədləri 



və  buna  nail  olunması  vasitələri,  danışıqların  aparılmasında  üstünlük  verilən 

metodlar; 

 

danışıqlar prosesi, onun məzmunu, təklif olunan strategiyalar və qarşıya 



qoyulan problemlərin həlli yolları, prosesin dinamikası və mərhələləri

 



danışıqların  başa  çatması,  onların  fonnalarınm  nəticəsi,  həyata 

keçirilməsi. 

Gördüyümüz  kimi,  təhlilin  göstərilən  sxemi  universal  olsa  da,  kifayət 

qədər  konkretdir.  Danışıq  iştirakçılarının  təsviri,  onların  resursların,  mürəkkəb 

məsələlərin  həllinə,  o  cümlədən  həmin  danışıqların  predmetinə  münasibəti, 

qərarların  qəbul  olunmasının  struktum,  qüvvələrin  yerləşdirilməsi,  danışıq 

apanuaq  səlahiyyəti  verilən  şəxslər  -  bütün  bunlar  diplomatik  və  elmi  təhlilin 

əlifbasına  aiddir.  Bu  hərəkətlər  danışıqların  iştirakçıları  yaxud  danışıqları 

müşahidə edənlər tərəfindən həmişə (demək olar ki, həmişə) yerinə yetirilir. 

Həll  olunan  problemin  strukturu,  onun  gündəlikdə  əks  olunması, 

gündəliyin hər bir bəndi üzrə tərəflərin mövqeyi, onların maraqları və imkanları, 

çoxtərəfli danışıqlar  apanidıqda isə başqa iştirakçıların mövqeyi  və qüvvələrin 

yerləşməsi, mümkün koalisiyalar - bütün bunlarda xüsusi məxfilik  yoxdur. Bu 

məsələlərlə həmişə mütəxəssis-praktiklər və nəzəriyyəçilər məşğul olmuşlar və 

buna dair külli miqdarda məlumat tapmaq mümkündür. 

İştirakçıların danışıqları apanuaq strategiyasının, onların maraqlarının. 



103 


ənənələrinin, müxtəlif məktəblər çərçivəsində baxışlarının, habelə mənafelərinə 

toxunulan siyasi dairələrin, dəvət edilmiş mütəxəssislərin və təhlil mərkəzlərinin 

təhlili  sxemin  daha  böyük  maraq  doğuran  və  nisbətən  az  tədqiq  olunmuş 

hissəsidir. Bütün bunlar əvvəllər öyrənilsə də, müasir dövrdə siyasi proseslərin 

aşkarlığının  artması,  siyasi  təhlil  üçün  şəraitin  yaxşılaşması  əlavə  imkanlar 

yaradır və perspektivlər açır. Eyni fikri danışıqların aparılması prosesi haqqında 

da  demək  olar;  onun  öyrənilməsi  danışıqlar  haqqında  əhəmiyyətli  əlavə 

informasiya əldə etmək imkanı verdiyi üçün mütəxəssislərin diqqətini nisbətən 

yaxın dövrdə, 1970-1980-ci illərdə cəlb etməyə başlamışdır. 

Danışıqların  nəticələrinə, onların  yerinə  yetirilməsinə və bütün  əlaqədar 

problemlərin həllinə gəldikdə isə burada müxtəlif danışıqların nəticələrinin bir- 

birindən asılılığı,  yəni bir razılaşmanın yerinə  yetirilməsinin digər danışıqlarda 

həmrəyliyin  əldə  edilməsi  üçün  şərt  olması  kimi  həlqə  aşkarlanmışdır.  Belə 

hallarda  əlavə  olaraq  verifıkasiya  və  monitorinq  problemləri  meydana  çıxır. 

Onların yerinə yetirilməsi danışıqlar üzrə qərarların qəbul olunmasının ayrılmaz 

hissəsinə  çevrildiyinə  görə  çox  zaman  razılıq  əldə  olunması  prosesini 

mürəkkəbləşdirir. 

Sonuncu  qeyd  isə  danışıqların  elmi  cəhətdən  öyrənilməsi  barədədir. 

«İqtisadi danışıqlar» və onların vasitəsilə həll olunan problemlərin sayı sürətlə 

artır. Beynəlxalq maliyyə dayanıqlığına nail olmaq üçün danışıqlar yolu ilə əldə 

edilən qərarların əhəmiyyəti artır. Danışıqların müvəffəqiyyətsizliyi artıq ayrıca 

götürülmüş bir ölkənin iflası ilə deyil, bununla bağlı olaraq müzakirə edilən bir 

çox məsələlərə zərbə vurulması ilə nəticələnir. Buna görə də müasir beynəlxalq 

danışıqların  sistemli  xarakteri,  onların  qarşılıqlı  əlaqədə,  kompleks  şəklində 

olması barədə danışmaq zərurəti yaranır. 

«İqtisadi danışıqlar Məcəlləsinin» yaradılmasının vacibliyi. Danışıqların 

sistemliliyi haqqında məsələnin qaldırılması danışıqlar problematikasmm, onun 

müasir beynəlxalq danışıqlarda yerinin, mübahisəli problemlərin həlli üsullarının 

və metodlarının daha dərindən və sistemli tədqiqinə  yol  açır.  Bu, ilk növbədə, 

mövcud  olan  və  yaradılan  danışıq  rejimlərinin  (məsələn,  ÜTT  tipli),  onların 

danışıqlar  prosesinin  inkişafına  təsirinin  öyrənilməsi;  münaqişələrin  həlli 

cəhdlərindən  onların  resurs,  hüquqi  və  infonnasiya  bazaları  da  daxil  olmaqla, 

hərtərəfli  müzakirəsinədək  mübahisəli  problemlərin  qoyuluşuna  yeni 

yanaşmadır. Nəhayət, bu danışıqların aparılmasının və başa çatdırılmasının daha 

səmərəli və münasib formalarını nəzərdə tutan, universal qaydalar və 



104 


prosedurlar  toplusu  şəklində  olan  vahid  «danışıqlar  Məcəlləsinin» 

yaradılmasıdır'. 

Əgər bütün bu məsələlər müəyyən dərəcədə keçmişdə öyrənilmiş və indi 

də öyrənilirsə, onların mühüm əhəmiyyət kəsb edən bir çox məqamları kölgədə 

qalır, aparıcı ölkələrdə nəşr edilən dərsliklərdə isə bunun üstündən sükutla keçilir 

(bir növ beynəlmiləl bürokratiya həmrəyliyində ifadə olunur). Bu zaman aşağıda 

göstərilən bir sıra ümumi şərtlər dairəsi nəzərdə tutulur: 

 



ölkənin  bütün  idarələri  və  vəzifəli  şəxsləri  tərəfindən  həyata  keçirilən 

ümumi siyasətin, xarici iqtisadi strategiyanın vəhdəti. Danışıqlar zamanı yüksək 

vəzifəli  şəxs  dövlətin  ümumi  xəttindən  kənara  çıxan  nə  isə  söyləyirsə,  nəinki 

ümumi  strategiya,  həmçinin  dövlət,  onun  hakim  dairələri  nüfuzdan  düşür. 

Danışıqların konkret məqsədlərinə nail olunması böyük problemə çevrilir

 



həm  xarici  siyasi  və  xarici  iqtisadi  komplekslərdə,  həm  də  icra  və 

qanunvericilik  hakimiyyətləri  daxil  olmaqla,  daxili  siyasətdə  dövlətin  yüksək 

ixtisaslı  kadrlarla  təmin  olunması.  Siyasət  və  iqtisadiyyat  arasında  get-gedə 

güclənən əlaqələr dövlətin idarə olunmasının ali eşelonlarında işləmək qabiliyyəti 

olan insanların seçilməsini tələb edir

 



həyata  keçirilən  siyasətin,  ölkənin  bütövlükdə  müasir  dünyada, 

regionlarda,  dost  alyanslarda  və  bloklarda  gücünün  və  imkanlarının  aydın 

təsəvvür  olunmasının  zəruriliyi.  Ölkənin  siyasəti,  onun  xarici  iqtisadi  əlaqələri 

haqqında real təsəvvürlər olmadan aparılan danışıqlar, «başqa» tərəfin danışıqlar 

üzrə  tərəfdaşının  nəyə  nail  olmaq  istədiyini  başa  düşməməsi  nəticəsində 

uğursuzluğa düçardır. 

Dərin  biliklərə  və  yüksək  əqli  inkişafa  əsaslanan  peşəkarlıq  rəsmi 

nümayəndə  heyətlərinin  gündəlik  fəaliyyətinə  də,  keçirdiyi  görüşlərdə 

beynəlxalq iqtisadi problemlərlə qarşılaşan siyasətçiyə də, sıravi mütəxəssisə də 

baza qismində lazım olan keyfiyyətdir. 



«Beynəlmiləl  bürokratiya  həmrəyliyi».  Bu  təzahür  sonuncu  onilliklərdə 

nəzərə  çarpmağa  başlamışdır.  O,  beynəlxalq  münasibətlərin  ən  müxtəlif 

səviyyələrində və ən müxtəlif fonnalarda mövcuddur: 

 



müharibə və sülh problemlərinin, insan hüquqlarının və təhlükəsizliyin 

təmin olunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların işində; 

 

dövlətlərin iqtisadi problemlər üzrə səlahiyyətli nümayəndələrinin 



KpeMeHtoK B.

 

V



KƏS

.

 



COM

.

 



C. 64. 

105 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə