Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə37/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   33   34   35   36   37   38   39   40   ...   306

iştirak etdiyi, eqoistik maraqların açıq formada toqquşması nəticəsində «ədalətli 

beynəlxalq  iqtisadi  münasibətlər»  anlayışının  belə,  istehza  ilə  qarşılandığı 

beynəlxalq konfransların işində; 

 



«beynəlmiləl  bürokratiya  həmrəyliyi»  özünü  G7  və  G8  sammitlərinin 

keçirilməsi zamanı ən aşkar formada bümzə verir. Dünya ictimaiyyətinin liderləri 

zahiri atributlara daha  çox fikir verərək, ən mühüm  qlobal problemləri  ümumi 

xülasələrlə ifadə etməklə, nümayəndələrin görüşlərini keçirməklə kifayətlənirlər. 

Bu  gün  isə  beynəlxalq  siyasi  və  iqtisadi  arenada  iştirak  edən  əsas  dövlətlərin, 

onların  müasir  dünyanın  reallıqlarını  dərindən  başa  düşən  istedadlı 

nümayəndələrinin qüvvəsinin bir yerə cəmlənməsi zəruridir. 

Xülasə 

 



iqtisadi  diplomatiya  BİM-in  və  xarici  iqtisadi  siyasətin  ən  mühüm 

hissələrindən  biridir.  Qeyd  olunmalıdır  ki,  bu  xüsusi  elmə  təkcə  öz  dövlətinin 

xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi ilə məşğul olan dövlət qulluqçuları 

deyil,  həmçinin,  şirkətlərin  əcnəbi  tərəfdaşlarla  müxtəlif  əməliyyatlar  aparan 

işçiləri  də  yiyələnməlidir.  Buna  görə  də  biz  nəzəri  məsələlərlə  yanaşı, 

danışıqların  texnikası və texnologiyası  kimi  praktiki  aspektlərə və problemlərə 

diqqət vennişik. 

 



Buna müvafiq olaraq, həm xarici iqtisadi əlaqələrin özünün qavranılma 

aparatının,  fomıalanmn,  növlərinin  və  əlamətlərinin,  həm  də  xarici  iqtisadi 

əməliyyatlar  aparan,  o  cümlədən  əcnəbi  tərəfdaşlarla  müxtəlif  işgüzar 

müqavilələr  bağlayan  mütəxəssisin  xüsusi  lüğətinə  daxil  olan  anlayışların 

mənimsənilməsi vacibdir. 

 



Hər  bir  xarici  forma  (əməlİ3^at)  konkret  münasibətlərin  (əlaqələrin) 

yaranmasını  şərtləndirən  müxtəlif  tənzimləyicilərin  (qaydaların)  təsiri  altında 

formalaşır  və  həyata  keçirilir.  Onların  xassələri  və  meydana  çıxma  mənbələri 

fərqlənsə  də,  ən  başlıcası,  fəal  dövlət  tənzimlənməsi  aləti  olmasındadır.  Buna 

görə  də  dövlətin  xarici  iqtisadi  siyasəti  nəzərə  alınmalı,  onun  əsasları  dövlətin 

nəzərdən keçirilən sahədə fəaliyyət kompleksi kimi öyrənilməlidir. 



106 


Yoxlama sualları 

1.

 



iqtisadi diplomatiya anlayışı və onun məzmunu. 

2.

 



Dövlətin siyasəti və iqtisadi diplomatiyası. 

3.

 



İqtisadi diplomatiya təcrübəsi nəyi təsdiq edir? 

4.

 



Amerikanın iqtisadi diplomatiyasının xüsusiyyətləri hansılardır? 

5.

 



Rusiyanın iqtisadi diplomatiyası nədən ibarətdir və onun alətləri 

hansılardır? 

6.

 

Bu diplomatiyada hansı maliyyə-iqtisadi idarələri iştirak edir? 



7.

 

Rusiya iqtisadi diplomatiyasının hansı uğurları vardır və onlar nədə 



ifadə olunur? 

Referatların mövzuları 

1.

 



Dövlətin xarici iqtisadi siyasəti: nəzəriyyə və praktika 

2.

 



İqtisadi diplomatiya; mahiyyəti və məzmunu 

3.

 



Müasir dövrdə iqtisadi diplomatiyanın əhəmiyyəti niyə artır? 

107 


Fəsil 5 

BEYNƏLXALQ TİCARƏTDƏ TƏDİYYƏ 

BALANSLARI 

5.1.

 

Tədiyyə balansının ümumi təsviri 

Anlayış. Tədiyyə balansı və onun alətləri (mexanizmi) vasitəsilə malların, 

xidmətlərin  və  kapitalın,  pul  resurslarının  (axınlarının)  hərəkətinin  başqa 

fonualarınm milli və beynəlmiləl bazarlarının birləşməsi baş verir. Öz formasına 

görə  tədiyyə  balansı  -  idxal  və  ixrac  olunan  malların  və  xidmətlərin  dəyərini, 

xarici  yardımın,  borclar  və  hədiyyə  formasında  kapitalın  məbləğini,  xarici 

turizmdən daxilolmaları, ölkəyə gətirilən və ölkədən çıxarılan qızılın qiymətini 

əks edən hökumət sənədidir. Bütün bunlar müəyyən dövr ərzində ölkənin xaricə 

ödəmələrinin və xaricdən ölkəyə daxilolmaların məbləği arasındakı nisbəti təhlil 

etməyə imkan verir. Beləliklə, birincisi, tədiyyə balansı müəyyən dövrdə (il, rüb, 

ay  və  s.)  ölkə  rezidentlərinin  başqa  ölkələrlə  apardığı  bütün  iqtisadi 

əməliyyatların sistemləşdirilmiş  təsviri kimi,  dövlətin  xarici  iqtisadi mövqeləri 

barədə  obyektiv  nəticələr  əldə  etmək  imkanı  verir;  ikincisi,  makroiqtisadi 

(büdcə-vergi, pul-kredit və s.) siyasət işlənib hazırlanarkən səmt göstəricisi kimi 

istifadə olunur. 

Başqa  sözlə,  tədiyyə  balansı  bir  ölkənin  rezidentləri  (ev  təsərrüfatları, 

fımıalar,  hökumətlər)  ilə  qalan  ölkələr  arasında  aparılan  bütün  əməliyyatların 

nəticələrinin sistemləşdirilmiş qaydada qeydiyyatıdır. «Tədiyyə balansı» termini 

firmanın kommersiya fəaliyyəti üçün toplanılan pul vəsaitlərinin mənbələrini və 

onlardan  istifadə  olunmasını  müəyyənləşdirən  «uçot  sistemi»  tennini  ilə 

əlaqəlidir.  Bu,  dövlətin  tədiyyə  balansında  pul  vəsaitlərinin  ödənilməsi  və 

alınması əməliyyatları ilə bağlıdır. 

Tədiyyə  balansının  məzniıınıı.  Tarixən  tədij^ə  balansı  hökumətlərin 

müəyyən  dövr  ərzində  həyata  keçirilən  xarici  əməliyyatlar  və  müqavilələrin 

nəticələri barədə dürüst məlumatlar əldə etmək cəhdləri ilə bağlı olan sənəd kimi 

fonnalaşmışdır.  İxrac  və  idxal  olunan  malların  və  xidmətlərin,  borcların, 

kreditlərin və başqa daxilolmaların (eynilə onların ölkədən axınının) real dəyəri 

pul amilləri məcmusu əsasında müəyyən olunduğuna görə bu sənəd milli 



108 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə