Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə38/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   34   35   36   37   38   39   40   41   ...   306

valyutanın qiyməti, habelə ticarət əməliyyatları aparılan ölkələrin valyutalarının 

məzənnəsinin tərəddüdü, dünyanın əsas valyutalarının vəziyyəti ilə ən sıx surətdə 

bağlıdır. Tədiyyə balansının təhlilinin zərurəti beynəlxalq valyuta sisteminin və 

maliyyə  resurslarının  dövlətlərarası  hərəkəti  baxımından  meydana  çıxır; 

ölkələrin çoxunda tədiyyə balansı əsas problemlərdən biri olaraq, cəmiyyətdə ən 

çox müzakirə olunan mövzulardandır. 



Tədiyyə  balansının  maddələrində  müqavilələr.  Tədiyyə  balansı  tərtib 

olunarkən,  milli  iqtisadi  agentlərin  əcnəbi  tərəfdaşlarla  bağladığı  müxtəlif 

müqavilələr  təsnifləşdirilərək,  ayrı-ayrı  maddələrdə  cəmləşdirilir.  Nəticədə 

tədiyyə balansı fərdi deyil, aqreqatlaşdırılmış beynəlxalq müqavilələri əks etdirir. 

Beynəlxalq  xarakterli müqavilələr (rezidentin  xarici  hüquqi  yaxud fiziki 

şəxslə  bağladığı,  malların,  xidmətlərin,  maliyyə  vəsaitlərinin  ölkələrarası 

hərəkətini  nəzərdə  tutan  bütün  müqavilələr  buna  aiddir)  müəyyən  mübadiləni: 

mallar  və  xidmətlərlə  ticarəti,  barteri,  aktivlərin  dəyişdirilməsini,  beynəlxalq 

turizmi və s. nəzərdə tutur. Birtərəfli köçürmələr, məsələn, humanitar yardım da 

bunlara  aiddir.  Eyniləşdirməyə  məruz  qalan  beynəlxalq  müqavilədə  onun 

mülkiyyət  hüququnun  (aktivlər  üzərində)  keçməsini  təsbit  edən  vaxt 

(müqavilənin bağlanma tarixi, malların göndərilməsi, gömrük prosedurlarından 

keçmə və s.) mühüm əhəmiyyətə malikdir və bu, milli hesablarda öz əksini tapır. 

Tədiyyə  balansı  ölkə  və  əcnəbi  rezidentlər  arasında  bağlanan 

müqavilələrin nəticələrini əks etdirdiyinə görə, «rezident» anlayışını açıqlamaq 

lazımdır. 



Rezident məfhumu aşağıdakıları nəzərdə tutur: 

 



ölkədə daimi əsasda yaşayan fiziki şəxslər və fəali}^ət göstərən hüquqi 

şəxslər; 

 

ölkənin qanunvericiliyi əsasında yaradılan və onun ərazisində yerləşən, 



hüquqi şəxs olmayan fınnalar və təşkilatlar

 



ölkə ərazisindən kənarda yerləşən diplomatik və başqa nümayəndəliklər; 

 



rezidentlərin  ölkə  ərazisindən  kənarda  yerləşən  filialları  və 

nümayəndəlikləri. 



Qeyri-rezident məfhumu aşağıdakıları nəzərdə tutur: 

 



ölkə  ərazisindən  kənarda  daimi  yaşayan,  o  cümlədən  bu  ölkədə 

müvəqqəti qalan fiziki şəxslər



109 


 

xarici ölkənin qanunvericiliyi əsasında yaradılan və ölkənin ərazisindən 



kənarda olan hüquqi şəxslər

 



öz ölkələrinin qanunvericiliyi əsasında yaradılan, hüquqi şəxs olmayan 

firmalar və təşkilatlar; 

 

diplomatik və başqa nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar və 



filiallar; 

 



qeyri-rezidentlərin ölkədə yerləşən xarici filialları. 

Tədiyyə  balansı  təsisatının  təşəkkülü.  Tədiyyə  balansının  tərtib 

olunmasına ilk cəhdlər Orta əsrlərə aiddir, «tədiyyə balansı» tenuini isə elmi və 

praktiki  dövriyyəyə  XVIII  əsrdə  sonrakı  dövr  merkantilizmin  nümayəndəsi, 

ölkənin  varlanma  mənbəyini  onun  aktiv  ticarət  balansında  görən  C.Stüart 

tərəfindən daxil edilmişdir. 

Beynəlxalq  müqayisələr  sahəsində  ilk  tədqiqatlar  Millətlər  Liqasının 

aparatında  aparılmış,  bu  isə,  tədiyyə  balanslarının  tərtibi  metodikasının 

eyniləşdirilməsini  tələb  etmişdir.  Həmin  iş  BMT-nin  idarələri  və  BVF 

çərçivəsində əsaslı və hərtərəfli inkişaf etdirilmişdir. Hazırda 1993-cü il Standart 

sxeminin  beşinci  nəşri  qüvvədədir  və  dünya  ölkələrində  tədiyyə  balansı  tərtib 

olunarkən bundan istifadə edilir. 

Əsas  prinsip.  Tədiyyə  balansında  ikili  qeydiyyat  sistemi  prinsipindən 

istifadə olunur: hər bir əməliyyatın iki tərəfi - debeti və krediti vardır. Bu uçot 

sisteminə əsasən, debetdəki ümumi məbləğ həmişə kreditdəki ümumi məbləğə 

bərabər  olmalıdır.  Tədiyyə  balansının  uçot  məbləği  iqtisadçılar  tərəfindən 

qiymətləndinuələr aparılarkən göstərici qismində istifadə olunur. Buna görə də 

tədiyyə  balansının  iki  tərəfindəki  əməliyyatların  təsviri  üçün  istifadə  edilən 

iqtisadi terminologiyada aydınlıq olması vacibdir. 

Mədaxil  üzrə  əməliyyatlara  malların  və  xidmətlərin  ixracı,  kapitalın 

ölkəyə  axını  daxildir  və  pul  vəsaitlərinin  mənbəyini  təşkil  edir.  Xərclər  üzrə 

əməliyyatlara malların və xidmətlərin idxalı, kapitalın ölkədən axını daxildir və 

pul vəsaitlərindən istifadə olunması üsullarını təşkil edir. 

Tədiyyə  balanslarının  məlumatlarından  istifadə  olunması.  Çoxsaylı 

banklar,  başqa  maliyyə  qurumları,  şirkətlər  və  hökumət  idarələri  tədiyyə 

balansında  olan  məlumatlarla  işləyir  və  onlardan  aşağıdakı  məqsədlər  üçün 

istifadə edir: 

 

ölkənin krediti qaytamıa qabiliyyətinin qiymətləndirilməsi



 

ölkənin iqtisadi inkişaf meyilləri təhlil olunarkən iqtisadi tsiklin 



110 


müddətinin müəyyənləşdirilməsi

 



valyuta məzənnələrinə təsir göstərilməsi proqnozlarının tərtib olunması; 

 



hökumətin siyasətinin proqnozlaşdırılması; 

 



ölkədə riskin təhlili nəticələrinin daha aydın başa düşülməsi

 



dövlətin iqtisadi vəziyyətinin qiymətləndirilməsi. 

Tədiyyə  balansının  maddələri:  cari  əməliyyatlar  balansı  və  kapitalın 

hərəkəti  balansı.  BVF-in  standart  təsnifatına  görə,  tədiyyə  balansında  uçota 

alman  bütün  beynəlxalq  müqavilələr  (və  əməliyyatlar)  aşağıdakı  kimi  təsvir 

olunur: 

1)

 



cari əməliyyatlar (ölkənin milli sərhədlərini keçən mallar və xidmətlər, 

habelə birtərəfli transfertlər); 

2)

 

kapitalla  aparılan  əməliyyatlar  (aktivlərin  ən  müxtəlif  formalarda  və 



ifadədə alınması və satılması). 

Tədiyyə  balansında  -  cari  əməliyyatlar  balansında  və  kapitalın  hərəkəti 

balansında da elə bu qruplar əks olunur. 

Cari tədiyyə balansında yaxud cari əməliyyatlar üzrə balansda malların 

ixracı və idxalı ilə yanaşı, xidmətlərlə ticarət, xarici turizm, birtərəfli köçürmələr, 

çoxsaylı beynəlxalq müqavilələr uçota alınır. Cari əməliyyatlar hesabı üzrə saldo 

nəqliyyat,  rabitə,  turizm  xidmətlərinin  təqdim  olunmasının,  lisenziya  və 

patentlərin  nəticələrini,  investisiyalarda  gəlirləri  əks  etdirir.  Cari  əməliyyatlar 

üzrə  balansda  həmçinin  əməyin  ödənilməsi,  xarici  dövlətlərə  subsidiyalar, 

beynəlxalq  təşkilatlara  ödənilən  üzvlük  haqları  uçota  alınır.  Əcnəbi  alıcı  ona 

lazım olan malları və xidmətləri əldə etmək üçün milli valyuta almağa məcbur 

olduğuna görə, əmtəə ixracı valyutaya tələbatı artırır. Bu, valyuta bazarında milli 

valyutaya ehtiyac yaradır və «müsbət» işarəsi ilə qeydiyyata alınmalıdır. 

Cari tədiyyə balansının düsturu aşağıdakı kimi ifadə oluna bilər: 

Cari tədiyyə balansı = ixracdan gəlirlər - idxal üzrə xərclər - Xaricə xalis transfertlər 

Cari əməliyyatlar üzrə balans müəyyən dərəcədə əmtəə ixracı ilə əlaqədar 

olduğuna görə, onun həcminin dəyişməsinə təsir göstərən amillər tədiyyə balansı 

tərtib  olunarkən  və  yekunlaşdırılarkən  diqqət  mərkəzindədir.  Bu  amillər 

hansılardır? Onlardan əsaslarını sadalayaq: qiymətlərin ölkədəki və xaricdəki 

111 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə