Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə40/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   36   37   38   39   40   41   42   43   ...   306

ixrac  rüsumlarını  da  tətbiq  edir.  Tranzit  rüsumları  İkinci  Dünya  müharibəsi 

başlananadək  bəzi  ölkələrin  gəlirinin  əsas  mənbəyi  olmuşdur.  GATT-ÜTT-in 

yeni ticarət müqavilələri və qaydaları qüvvəyə mindikdən sonra onlar, demək olar 

ki, hər yerdə ləğv olunmuşdur. 

Öz gəlir mənbələrini şaxələndirməyə və ixrac edilən xammalın dəyərinə 

emal  dəyərinin  əlavə  olunması  yolu  ilə  onu  artırmağa  çalışan  inkişaf  etməkdə 

olan  ölkələrdən  idxal  olunan  emal  sənayesi  məhsullarına  münasibətdə  inkişaf 

etmiş ölkələrin tətbiq etdiyi tarif rejimi əsas problemlərdən biridir. İnkişaf etmiş 

ölkələrin bazarlarına xammal çox vaxt rüsumsuz daxil olur, amma emaldan sonra 

həmin materiallara adətən rüsum tətbiq edilir. Bu, inkişaf etmiş ölkələrin öz emal 

sənayesi  məhsulları  üçün  xarici  bazarlar  tapmasına  çətinlik  törədir.  Bununla 

bərabər, onların  özündə buraxıla biləcək bir çox mallar inkişaf etmiş  ölkələrdə 

istehsal olunur. 

Əcnəbi  tərəfdaşların  yüksək  tarifləri  və  aşağı  idxal  kvotaları,  habelə 

ticarətdə ciddi qeyri-tarif məhdudiyyətlərinin mövcudluğu ölkənin ixracını ixtisar 

edir. 


Valyuta  məzənnəsi  (xarici  valyutanın  milli  valyutada  ifadə  olunan 

qiyməti).  Malların  ölkədəki  və  xaricdəki  qiymətlərinin  müəyyən  olunmuş 

nisbətləri  çərçivəsində  milli  valyutanın  mübadilə  məzənnəsinin  yüksəldilməsi 

ölkənin mallarının ixrac qİ3anətlərini artırır və ixracın həcmini azaldır. 



Malların  ixracı  ölkənin  valyutasına  olan  tələbatı  genişləndirir  və 

xidmətlərin  ixracını  (burada  xidmətlərin  yalnız  bəzi  xüsusi  növləri,  məsələn, 

rezidentlərin əvvəlki dövrlərdə investisiya qoyuluşundan gəlirləri nəzərdə tutulur. 

Bu  gəlirlər  kapitalın  investisiyalara  yönəldilən  həcmindən,  ssuda  faizinin 

dərəcəsindən,  dividendlərin  və  mənfəətin  məbləğindən  asılıdır)  müəyyən  edən 

eyni proseslərin və amillərin təsirinə məruz qalır. 

Malların və xidmətlərin idxalı. Onun həcmi ixrac barəsində danışıldıqda 

nəzərdən  keçirilən  eyni  proseslərin,  ilk  növbədə  isə,  idxalın  artmasının  yaxud 

azalmasının  əsas  amilləri  olan  miqdar  və  qiymət  amillərinin  təsiri  altında 

formalaşır.  Başqa  şərtlər  eyni  olduqda,  malların  ölkədaxili  qiymətləri  analoji 

xarici malların qiymətinə nisbətən bahadırsa, ölkənin idxalının həcmi artır. 

Tariflərin aşağı olması, yüksək idxal kvotaları, ölkənin valyutasının xarici 

valyuta  bazarlarında  yüksək  qiymətləndirilməsi  idxal  həcminin  artmasına  təsir 

göstərir. Cari balans üzrə saldonun (cari əməliyyatlar üzrə hesabın) müsbət və ya 

mənfi kəmiyyətini tam təsəvvür etmək üçün ixracın 

114 



məbləği ÜDM ilə müqayisə olunur. Nəticə ölkənin xarici ticarət əməliyyatlarının 

xarakteri və vəzi}^əti barədə real təsəvvür yaradır. 

Mənfi  saldonun  neqativ  nəticələri  cari  əməliyyatlar  üzrə  tədiyyə 

balansında kəsir yaranmış ölkənin onu maliyyələşdirmək üçün başqa ölkələrdən 

və  beynəlxalq  təşkilatlardan  borc  almağa  yaxud  öz  aktivlərini  azad  bazarlarda 

satmağa vadar olmasında təzahür edir. 

Amma  bu  cür  kəsirli  maliyyələşdirmənin  hüdudları  xaricdən  borclanma 

mənbələrinin  tükənməsi,  ölkənin  bazarda  tələbat  olan  aktivlərinin  dəyərdən 

düşməsi ilə məhdudlaşır. Belə vəziyyətlərdə ölkə tədiyyə balansında (daha geniş 

planda isə daxili və xarici xərcləri ixtisar etməklə dövlət büdcəsində) düzəlişlər 

etməyə məcburdur. 

Kapitalın  hərəkəti  balansının  formalaşması.  Kapitalın  hərəkəti  balansı 

(kapital və maliyyə əməliyyatları hesabı) kapitalın yerdəyişməsi ilə əlaqədar olan 

be}məlxalq maliyyə əməliyyatları hesabları qrupunun sayəsində fonnalaşır. Bura 

aktivlərin alqı-satqısı və başqa maliyyə əməli}^atlan, o cümlədən dövlət və özəl 

kapitalın,  uzunmüddətli  və  qısamüddətli  kreditlərin  və  borcların,  portfel 

investisiyalarının ixracı və idxalı daxildir. Beləliklə, bu halda kapitalın hərəkəti 

balansını əks etdirən müqavilələrin ümumi nəticəsi nəzərdə tutulur. Bu hərəkətin 

düsturu aşağıdakı kimidir; 

Xaricdə 

aktivlərin əldə 

olunması üzrə 

xərclər 


Beynəlxalq 

borclar və 

kreditlər üzrə 

daxilolmalar 

Kapitalın hərəkəti üzrə 

Mərkəzi Bankın 

əməliyyatlarından 

daxilolmalar 

Kapitalın 

satışından 

daxilolmalar 

Malların  və  xidmətlərin  satışı  kimi,  xarici  aktivlərin  satılması  da  xarici 

valyutanın  daxil  olması  ilə  nəticələnir.  Xarici  aktivlərin  alınması  isə,  əksinə, 

xarici  valyutanın  xərclənməsi  deməkdir.  Bir  çox  dövlətlər  üçün  beynəlxalq  və 

ikitərəfli müqavilələr üzrə, o cümlədən BVF, DB, BYİB xətti ilə alınan borclar və 

kreditlər,  habelə  ölkələrin  mərkəzi  banklarının  aktivlərin  satışı  nəticəsində 

forması  dəyişdirilmiş  mədaxilləri  olan  beynəlxalq  əməliyyatları  da  böyük 

əhəmiyyətə  malikdir.  Kapitalın  ölkədən  axını  pul  vəsaitlərinin  başqa  ölkələrə 

köçürülməsini  (aktivlərə  yönədilməsini),  ölkəyə  axını  isə  tədiyyə  balansı 

qiymətləndirilməli  olan  ölkəyə  köçürülməsini  əks  etdirir.  Kapitalla  aparılan 

əməliyyatlar həm özəl, həm də dövlət sektorları vasitəsilə həyata keçirilə bilər. 

Şübhəsiz ki, dövlət kreditləri xarici siyasətə müəyyən dərəcədə təsir göstərir və 

bu, müxtəlif formalarda təzahür edə bilər. 

115 



Tədiyyə  balansı  baxımından  kapitalın  ölkədən  axını  aşağıdakı 

əməliyyatları əhatə edir

 

fınnaların xaricə birbaşa investisiya qoyuluşları; 



 

ölkə investorlarının xarici səhmləri və istiqrazları alması; 



 

milli kreditorların başqa ölkələrin borcalanlarma kredit verməsi



 

milli rezidentlərin xarici banklarda bank depozitlərini əldə etməsi. 



Kapitalın ölkəyə axınına aşağıdakı əməliyyatlar daxildir: 

 



xarici finnalar tərəfindən ölkəyə birbaşa investisiya qoyuluşları; 

 



ölkənin  səhmlərinin  və  istiqrazlarının  əcnəbi  investorlar  tərəfindən 

alınması; 

 

xarici kreditorların ölkədə olan borcalanlara kredit verməsi



 

ölkə  banklarının  depozitlərinin  qeyri-rezidentlər  tərəfindən  əldə 



olunması. 

Ölkəyə  kapital  axınının  ölkədən  kapital  axınını  üstələməsi  cari  (ticarət) 

hesablar  balansını  mənfi  saldosunun  neqativ  nəticələrini  minimuma  endirir  və 

dayanıqlı iqtisadi artım üçün əlverişli mühit yaradır. 



Bazis  balansı.  Bazis  balansı  cari  hesablar  balansı  ilə  kapitalın  hərəkəti 

balansının  toplanması  nəticəsində  fonnalaşır.  Onun  əhəmiyyəti  milli 

iqtisadiyyatın  əmək  məhsuldarlığı,  beynəlxalq  rəqabət  qabiliyyəti,  investisiya 

mühiti,  alıcıların  verdiyi  üstünlüklər  və  s.  kimi  mühüm  xüsusiyyətlərini  əks 

etdirməsindədir. 

Rəsmi ehtiyatlar. Tədiyyə balansının nəzərdən keçirdiyimiz maddələrinin 

balansı yaxud bazis balansı təşkil edən iki balans - cari əməliyyatlar və kapitalın 

hərəkəti üzrə balanslar tədiyyə balansı adlandırılmaq üçün tam və kifayət deyil. 

Onun üçüncü tərkib hissəsi «Rəsmi ehtiyatlar» maddəsidir. 

Müxtəlif ölkələrin mərkəzi banklarında rəsmi ehtiyatlar adlandırılan külli 

məbləğdə  xarici  valyuta  vardır.  Ehtiyatlardan,  bir  qayda  olaraq,  tədiyyə 

balansının cari əməliyyatlar və kapitalın hərəkəti (dollar, funt sterlinq, avro və s. 

dönərli valyutalar, habelə qızıl) balanslarının tənzimlənməsi üçün istifadə edilir. 

Kapitalın hərəkəti hesabının balansının aktivi, maliyyə ilində cari əməliyyatlar 

hesabı üzrə balansın passivindən xeyli azdırsa, ölkənin birləşdirilmiş (konsolidə 

olunmuş)  hesabatları  üzrə  xalis  kəsir  yaranacaqdır.  Başqa  sözlə,  beynəlxalq 

ticarətdə və maliyyə əməlij^atlarmda ölkə xarici valyutanı qazandığından daha 

çox,  xərcləmişdir.  Mərkəzi  bankların  rəsmi  ehtiyatlarından  valyuta  bazarına 

onların bir hissəsini çıxarmaq yolu ilə milli 



116 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə