Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə47/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   43   44   45   46   47   48   49   50   ...   306

Xarici ticarətin multiplikatoru milli gəlirə multiplikativ təsir göstərən

gəyişkən kəmiyyəti ixrac olan adi multiplikatordur. Multiplikatorun düsturu 

aşağıdakı şəkildədir: 



K

 

1 - M P C  

Burada K - multiplikator; MPC - yerli malların istehlakma meylin son 

həddidir. 

Eyni zamanda bu multiplikatoru məxrəcində maliyyə vəsaitlərinin 

ölkədən axınına yönəlmiş meyillərin son həddini ifadə edən kəmiyyət kimi də 

nəzərdən keçirmək olar: 



K   =  

MPS -MPPT-MPM

 

Burada MPS - əmanətlərə meylin son həddi; MPPT - vergilərin 



ödənilməsinə meylin son həddi, yəni artmış gəlirdən vergilərin ödənilməsinə 

sərf olunan hissə; MPM - idxala meylin son həddidir. 

Xarici  ticarətin  multiplikatoru  tədiyyə  balansının  tarazlaşdırılması 

mexanizmində müəyyən rol oynayır. Bir tərəfdən, tədiyyə balansını yaxşılaşdıran 

ixracın artması bu müsbət balansın qiymətini endinnəyə səy göstərən qüvvələri 

formalaşdırır  (multiplikator  gəlirləri  çoxaltdıqca,  idxalın  həcminin  artmasım 

stimullaşdırır).  Digər  tərəfdən,  idxalı  ixracından  daim  çox  olan  ölkələrdə  yerli 

malların  «sıxışdırılması»  baş  verir  (tədiyyə  balansının  pisləşməsindən  əlavə 

olaraq). Buna görə də həmin məsələdə milli iqtisadi siyasətin əsas vəzifəsi ixracla 

idxal  arasında  lazımi  balansın  əıdə  olunması,  əhalinin  maraqlarının  təmin 

edilməsidir. 

Xülasə 

•  Tədiyyə  balansı  və  onun  göstəriciləri  (pul  vəsaitlərinin  mənbələri, 

malların  və  xidmətlərin  ixracı,  kapitalın  ölkəyə  axını,  malların  və  xidmətlərin 

idxalı,  kapitalın  ölkədən  axını  və  s.)  ölkə  iqtisadiyyatının  vəziyyətinin 

dinamikasını il ərzində və daha qısa müddət (bir ay) kəsiyində qiymətləndimıəyə, 

həcm və dəyər göstəricilərində milli iqtisadiyyatın istənilən sektorunun artımını 

gönuəyə  və  buna  müvafiq  olaraq,  fasiləsiz  aparılan  təhlillərin  nəticələrindən 

dövlətin iqtisadi siyasətində istifadə etməyə imkan verir. 



128 


 

Cari  əməliyyatlar  üzrə  balansın  fonnalaşmasmda  əsas  rol  oynadığına 



görə, xarici ticarət balansı tədiyyə balansına bütövlükdə həlledici təsir göstərir. 

 



Mənfi  saldonun  ildən-ilə  toplanaraq  artması  ölkənin  xarici  borcunu 

formalaşdırır. 

 

Tədiyyə balansı müasir ölkənin maliyyə-iqtisadi sahədə universal uçot 



aləti olmaqla, konkret ildə onun ümumi vəziyyətinin əsas parametrlərini obyektiv 

qiymətləndirməyə,  müxtəlif  sosial-iqtisadi,  istehsal,  texniki  vəzifələrini  necə 

yerinə  yetirdiyini  hesablamağa  imkan  verir,  dövlətin  fəali}ryət  göstənnəsinə 

zəmin yaradır. 

 

Eyni zamanda bu uçot aləti ölkənin dünya iqtisadiyyatı və dünya bazarı 



sistemində  qarşılıqlı  əlaqələrini  kəmiyyət  baxımından  müəyyənləşdirməyə,  bu 

əlaqələrin və münasibətlərin xarakterini (keyfi3^ətini) qiymətləndirməyə imkan 

verir. Bu cəhət ölkənin xarici iqtisadi əlaqələrinin inkişafının, habelə ümumilikdə 

dünya  iqtisadi}^atı  və  onun  ayrı-ayrı  istiqamətlərinin  (ümumdünya  tiearəti  və 

maliyyəsi,  birbaşa  xarici  investisiyaların  çoxalması  və  s.)  iqtisadi  artımının 

proqnozlaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. 

 

Tədiyyə  balansı  milli  iqtisadiyyatın  dünya  iqtisadiyyatı  ilə 



qovuşmasının  mühüm  alətidir.  Bu  qovuşmanın  praktikada  necə  baş  verdiyinin 

dərk olunmasının vacibliyi buradan irəli gəlir. Ölkənin tədiyyə balansı müəyyən 

dövr ərzində onun xarici iqtisadi əməliyyatlarının və müqavilələrinin nəticələri 

haqqında dürüst informasiya verir. O, milli və beynəlxalq valyutalarla sıx surətdə 

bağlıdır  və  dövlətin  maliyyə  siyasətinin  ən  «həssas»  elementlərindən  biridir. 

Müqayisəli təhlildə ayrıca götürülən ölkənin (ölkələr qrupunun) ümumi maliyyə 

vəziyyətini  müəyyənləşdirməyə  imkan  verən  «Cari  əməliyyatların  balansı 

(hesabı)»  xüsusi  rol  oynayır.  Qeyd  edək  ki,  ticarət  balansının  yüksək  və  daim 

artan  kəsiri  istənilən  ölkənin  iqtisadiyyatı  üçün  ciddi  təhlükə  yaradır.  Bu 

səbəbdən dövlətin daxili və xarici iqtisadi siyasətinin ən mühüm vəzifələrindən 

biri  tədiyyə  balansını  müsbət  saldo  ilə  yekunlaşdınnaqdır.  Bu  prinsip  hər  bir 

şirkətin fəaliyyətində də aktualdır. Göstərilən prinsipin pozulması gec-tez faciəvi 

nəticələrə  gətirib  çıxarır  və  bunu  əksər  ölkələrdə  çoxlu  sayda  şirkəti  və  bankı 

məhv etmiş qlobal böhran əyani sübut etmişdir. 



129 


Yoxlama sualları 

1.

 



Tədiyyə balansı nədir? O, milli iqtisadiyyatda hansı vəzifələri yerinə 

yetirməlidir? Onun məzmunu nədən ibarətdir? 

2.

 

Tədiyyə balansının maddələrində hansı müqavilələr nəzərə almır? 



3.

 

Tədiyyə balansında «rezident» və «qeyri-rezident anlayışlarının necə 



başa düşüldüyünü izah edin. 

4.

 



Tədiyyə balansında hansı əsas prinsip tətbiq olunur? 

5.

 



Tədiyyə balansının məlumatlarından hansı məqsədlər üçün istifadə 

edilir? 


6.

 

«Cari tədiyyə balansı» yaxud «cari əməliyyatlar üzrə balans» 



anlayışlarının məzmununu izah edin. 

7.

 



Kapitalların hərəkəti balansı necə formalaşır? 

8.

 



Bazis balansı necə formalaşır? 

9.

 



Rəsmi ehtiyatların açıqlamasını verin. Onların mənası nədir? 

10.


 

Tədiyyə balansının üç tərkib hissəsi hansılardır? 

11.

 

Tədiyyə balansının standart modelinin və onun strukturunun izahını 



verin. 

12.


 

Ölkələrin 5.2-ci cədvəldə verilən cari tədiyyə balanslarının təhlili 

nəticəsində siz hansı qənaətə gəlirsiniz? 

13.


 

Xarici ticarətin multiplikatoru tədiyyə balansında hansı rolu oynayır? 



Referatlarm mövzuları 

1.

 



Tədiyyə balansının mahiyyəti və məzmunu 

2.

 



ABŞ və Rusiya Federasiyasının 2011-ci ildə tədiyyə balanslarının 

müqayisəli təhlili 



130 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə