Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə48/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   44   45   46   47   48   49   50   51   ...   306

Fəsil 6 

MÜASİR BEYNƏLXALQ TİCARƏT: 

NƏZƏRİYYƏ VƏ İNKİŞAF 

6.1.

 

Beynəlxalq ticarətin nəzəriyyəsi 

Beynəlxalq  ticarət  anlayışı.  Beynəlxalq  ticarət  -  sözün  geniş  mənasında 

ölkələrin milli iqtisadiyyatları tərəfindən istehsal edilmiş malların və xidmətlərin 

dünya bazarlarında müxtəlif müqavilələrin predmeti olan hissəsidir. Beynəlxalq 

ticarət həmçinin, kapitalın, işçi qüvvəsinin, əqli mülkiyyətin hərəkətinin müxtəlif 

seqmentlərini əhatə edir. 



Ölkənin  xarici  ticarəti  -  ölkədə  istehsal  edilən  əmtəənin  satılmaq  üçün 

onun  ərazisindən  kənara  çıxarılan  hissəsi,  habelə  ölkənin  xaricdən  gətirdiyi 

maddi və qeyri-maddi elementlərdir. 

İqtisadi nəzəriyyə həmişə xarici ticarəti mənfəət normasının «sönməsinin» 

onun aşağı düşməsinə yönəlmiş təbii meylə əks-təsir göstərən amil kimi nəzərdən 

keçirmişdir. Bu meyil hələ XVIII-XIX əsrlərdə klassiklər tərəfindən aşkar olunsa 

da, öz əhəmiyyətini saxlamaqdadır. Korporasiyalar xaricdəki nisbətən ucuz işçi 

qüvvəsindən,  xammaldan,  bazarlardan  yararlanaraq,  istehsal  xərclərini  azaldır, 

əməliyyatların  mənfəətliyini  yüksəldir.  Firmalar  əmtəə  istehsalını  artıq  təkcə 

milli  və  yerli  bazarlara  deyil,  həmçinin,  dünya  bazarlarına  istiqamətləndirir, 

xərclərini  və  əsas  kapital  üzrə  məsrəflərini  azaldaraq,  kütləvi  və  iri  seriyalı 

istehsala  keçirlər.  Xarici  ticarət  daimi  kapitalın  bir  sıra  elementlərini,  habelə 

dəyişkən kapitalın çevrildiyi  zəruri  həyat  vasitələrini ucuzlaş- dıraraq, mənfəət 

nonnasmın yüksəlməsinə (əlavə dəyər nonnasım artırdığına görə) şərait yaradır 

və  daimi  kapitalın  maya  dəyərini  azaldır.  Bununla  da,  xarici  ticarət  istehsalın 

miqyasını artırmağa imkan verir. Bunun nəticəsində inkişaf etmiş ölkələrdən olan 

istehsalçı-ixracatçılar  öz  mallarını  nisbətən  zəif  inkişaf  etmiş  ölkələrin 

bazarlarında satmaq sayəsində əlavə mənfəət əldə edirlər. 



Merkantilizm nəzəriyyəsi. Ölkələr hir-biri ilə niyə ticarət edir? Bu sual 

nəzəriyyəçi  iqtisadçılar  tərəfindən  XVll  əsrin  sonlarında  -  XVIII  əsrin 

əvvəllərində  iqtisadi  təfəkkürün  xarici  ticarət  məsələlərinə  böyük  diqqət 

yetirməyə başlayan ilk məktəblərinin yaranması ilə eyni zamanda 



131 


qoyulmuşdur.  Bu  məktəblər  hələ  Böyük  Coğrafi  Kəşflər  dövrünün  ilkin 

mərhələsində və Avropanın birinci sənaye inqilabı yoluna qədəm qoyduğu vaxt, 

bütün  dünyanın  dəniz  yolları  vasitəsilə  birləşməsi  nəticəsində  iqtisadi 

məsələlərin,  o  cümlədən  yeni  yaranan  ümumdünya  ticarətinin  nəzəri 

ümumiləşdirilməsi və təhlili zəruriliyi meydana çıxdıqda yaranmışdır. 

Əvvəl  qeyd  etdiyimiz  kimi,  həmin  dövrdə  qızılın  əhəmiyyəti  həddən 

ziyadə  böyük  idi.  Bu  qiymətli  metal  müstəmləkəçi  dövlətlərin  daxili  və  xarici 

siyasətinin  həyata  keçirilməsində  pul  bazası  rolunu  oynayaraq,  bilavasitə  pul 

qismində  istifadə  olunurdu.  Həmin  dövrdə  qızıl  üzərində  inhisar 

mərkəzləşdirilmiş Avropa dövlətlərinin möhkəmlənməsinə xidmət etdiyinə görə, 

hökmdarlar  feodal  pərakəndəliyinə  qarşı  mübarizədə  özlərinin  dayağı  kimi 

tacirləri  və  yeni  yaranan  şəhər  burjuaziyasını  dəstəkləyir,  onlara  dənizaşırı 

müstəmləkələri ram etməkdə yardım göstərir və bu siyasəti metropoliyalardakı 

mövqelərinin gücləndirilməsi amili kimi nəzərdən keçirirdilər. Belə şərait xarici 

ticarətin və ekspansiyanın, müstəmləkələrin zəbtinin səmərəliliyini əsaslandıran 

iqtisadi nəzəriyyələrin formalaşmasına münbit zəmin yaradırdı. Eyni zamanda bu 

yeni nəzəriyyələr xarici ticarətin istinad etdiyi, təşəkkül tapmağa başlayan sənaye 

istehsalının  əmtəə  xarakterinə



 

əsaslanırdı.  Bu  məsələləri  merkantilizmin 

nəzəriyyəçiləri olan və bir çox hallarda mühüm dövlət vəzifələrini tutan Avropa 

mütəfəkkirləri,  o  cümlədən  Tomas  Men,  Jan  Batist  Kolber,  Vilyam  Petti  və 

başqaları  qarşıya  qoymuş  və  həll  etmək  cəhdi  göstərmişlər.  Merkantilizm 

mövqeyindən  iqtisadi  sistem  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  üç  hissədən: 



istehsal  sektorundan,  kənd  təsərrüfatı  sektorundan,  xarici  müstəmləkələrdən

 

ibarətdir. Tacirlər iqtisadi  sistemin  ən vacib  sosial  qrupu, əmək istehsalın əsas 

amili kimi nəzərdən keçirilirdi. Merkantilistlərdə zənginliyin amili kimi qızıl və 

gümüş  çıxış  edirdi.  Bu  nəzəriyyəyə  görə,  məhz  onlar  var-dövlətin  meyarı  və 

hesablaşmalar üçün pul nişanı idi. 

Merkantilistlərin xarici ticarət prinsipləri. Xarici ticarətin əsas prinsipləri 

merkantilizm ehkamına əsaslanırdı və buna müvafiq olaraq dövlət: 

 

Xarici ticarət üzərində inhisan təmin etməlidir



 

Müəyyən  şirkətlərə  (məsələn,  Qudzon  körfəzi  şirkətinə,  Ost-Hindistan 



şirkətinə)  dünyanın  müxtəlif  regionlarında  xarici  ticarət  apannaq  hüququ 

verməlidir (yaxud bundan imtina etməlidir); 

 

İxrac  subsidiyalarının  verilməsi,  idxala  görə  gömrük  rüsumları  kimi 



alətlərdən istifadə etməlidir

132 


 

Müsbət  ticarət  saldosunu  təmin  etməlidir,  çünki  yalnız  bu  halda 



hökumətin ölkəyə qızıl və gümüşün sabit axınını saxlamaq imkanı yaranır; 

 



Tariflərin, kvotaların və inzibati təsirin başqa alətlərinin tətbiq olunması 

(ticarətdə müsbət saldo təmin etmək üçün) yolu ilə sərt dövlət tənzimlənməsini 

həyata keçinnəlidir; 

 



Xammalın  idxalını  qadağan  (müvafiq  xammal  ölkədə  olduqda)  və 

əksinə,  onun  rüsumsuz  idxalını  (həmin  xammal  ölkədə  olmadıqda)  təmin 

etməlidir.  Bu  eür  yanaşma,  qızıl  ehtiyatlarının  toplanılması  ilə  yanaşı,  hazır 

məhsulun ixrae qiymətlərini aşağı səviyyədə saxlamalıdır; 

 

Öz  müstəmləkələrinin  başqa  ölkələrlə  hər  hansı  tiearətini  qadağan 



etməlidir. 

Beləliklə, sərt proteksionizm dominantlıq təşkil edirdi. Qeyd olunmalıdır 

ki,  merkantilistlər  iqtisadi  nəzəriyyənin  əsaslarının  inkişafına  böyük  töhfə 

verməklə  yanaşı,  ümumdünya  ticarəti  məsələlərini,  proteksionizm  siyasətinin 

mexanizmlərini  işləyib  hazırlamış,  onu  tədiyyə  balansı,  ticarətdə  müsbət  və 

mənfi  saldo  kimi  anlayışlarla  zənginləşdirmişdir.  Təqribən  iki  əsr  ərzində 

merkantilistlərin  nəzəriyyələri  dünyanın  dənizə  çıxışı  olan  böyük  dövlətlərinin 

təsərrüfat praktikasında hökmran mövqe tutmuşdur. Eyni zamanda onların nəzəri 

ideyaları  bütün  dünyanın  ticarətdə  məhdudiyyət  normalarının  o  dərəcədə 

mürəkkəb toru ilə bürümüdü ki, dünya həmin buxovdan yalnız XX əsrin ikinci 

yarısında azad ola bilmişdir. 

Kapitalizm inkişaf etdikcə, merkantilizmin bir sıra müddəalan təsərrüfata, 

özəl  sənaye  müəssisələrinin  fəaliyyətinə  dövlət  müdaxiləsinin  izafi 

«merkantilizmi» (həddən artıq yüksək səviyyədə) səbəbindən milli iqtisadiyyatın 

tərəqqisinə və xariei iqtisadi əlaqələrin qurulmasına, sadəcə, mane olurdu. Yeni 

sahibkarlar  nəslinin  bir  çox  nümayəndələri  dövlətin  iqtisadiyyata  və  xarici 

ticarətə  müdaxiləsini  inkar  edərək,  ticarət  azadlığı  (free  trade),  daha  geniş 

götürüldükdə isə laissez faire prinsipləri uğrunda mübarizə aparırdı. 

XVIII

 

əsrin ikinci yarısında - XIX əsrdə dünya təsərrüfatı və ticarət. 

Tiearət-sənaye  burjuaziyasının  möhkəmlənməsi,  bütün  qitələri  əhatə  edən  və 

dünya  bazarını  yaradan  xarici  ticarət  əlaqələrinin  coşqun  inkişafı  nəzəri- 

metodoloji  əsaslandırma  tələb  edirdi.  Bu  rolu  həmin  dövrün  görkəmli 

iqtisadçıları müvəffəqiyyətlə yerinə yetirdilər və ingilis iqtisadçı-alimi A.Smitin 

adı öncüllər sırasında çəkilir. Həmin dövrün İngiltərəsi nə cür idi? 



133 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə