Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə49/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   45   46   47   48   49   50   51   52   ...   306

XVIII  əsrdə  və  XIX  əsrin  birinci  yarısında  Afrika  ərazisinin  80,8%-i, 

Amerikanın  27,5%-i,  Asiyanın  51,5%-i,  Okeaniyanın  56,7%-i,  Avstraliyanın 

100%-i 

Avropa  dövlətlərinə  və  ABŞ-a  mənsub  idi.  İngiltərənin 



müstəmləkələrinin ərazisi 22,5 milyon kv. km (metropoliyanın öz ərazisindən 75 

dəfə çox), əhalisi isə 252 milyon nəfər (metropoliyadan 6 dəfə çox) təşkil edirdi. 

İngiltərənin  ixracının  30%-i  müstəmləkələrin  payına  düşürdü.  1850-ci  ildə 

ümumdünya  ticarətinin  14,5  milyard  markalıq  ümumi  dövriyyəsinin  5,24 

milyard markası  İngiltərənin  (müstəmləkələrlə birgə), ümumilikdə 4,9 milyard 

markası  isə  Fransa,  Almaniya  və  ABŞ-ın  payına  düşürdü.  1870-ci  ildə  37,5 

milyard marka ümumi dövriyyədə İngiltərənin payı 14 milyard marka təşkil edir, 

göstərilən üç ölkənin birgə payı isə çətinliklə 12 milyard markaya çatırdı. Sözsüz 

ki, həmin dövrdə İngiltərə ən iri müstəmləkəçi dövlət idi və onun imperiyasının 

üzərində «Günəş heç vaxt batmırdı». 

İngiltərənin  dünyada  ticarət-sənaye  hegemonluğunun  mühüm  elementi 

kreditin  sürətlə  inkişaf  etməsi  olmuşdur.  İngiltərənin  dünya  sənayesində  və 

ticarətində dominant mövqeyi böyük məbləğdə yığımla təmin olunmuşdu və bu, 

kreditin  inkişafı  üçün  şərait  yaradırdı.  XIX  əsrdə  London  xarici  dövlətlərin 

istiqrazlarının  yerləşdirildiyi  əsas  maliyyə  mərkəzinə  çevrilmişdi.  İngilis 

kapitalizmi  dünya  fabrikantı,  taciri,  malların  daşıyıcısı  və  bankiri  rolunu 

oynayırdı.  XIX  əsrin  ortalarında  ölkə  dünya  sənaye  məhsulunun  təxminən 

yarısını istehsal edirdi və burada bir-birinin ardınca sənaye inqilabları baş verirdi, 

hərçənd  başqa  ölkələr  bu  məsələdə  xeyli  geridə  qalırdı.  İngiltərənin 

ticarət-sənaye  hegemonluğuna  Britaniya  monarxiyasının  iqtisadi  siyasəti  şərait 

yaradırdı.  1840-cı  illərədək  İngiltərədə  xarici  mallara  yüksək  gömrük  rüsumu 

tətbiq edilirdi. İngilis sənayesi xarici rəqabət qarşısında qorxudan xilas olduqda 

isə  burjuaziya  ticarətə  fritrederçilik  {ingiliscə:

 

free  trade  -  azad  ticarət) 

adlandırılan  hədsiz  sərbəstlik  verildiyini  bəyan  etdi.  Fritrederçiliyin  ən  əsas 

aktlarından biri 1846-cı ildə çörək qanunlarının ləğvi oldu. 



Fritrederçilik  və  Adam  Smitin  nəzəriyyəsi.  Smitin  azad  ticarət 

konsepsiyasının yaxud fritrederçiliyin məzmun tərəfi Bö}4ik Britaniyanın xarici 

ticarətində  idxal  olunan,  demək  olar  ki,  bütün  malların  gömrük  rüsumlarından 

azad  edilməsinə  və  bunun  müqabilində  başqa  ölkələrin  də  ingilis  mallarının 

idxalında  gömrük  rüsumlarının  ləğvi  yaxud  əhəmiyyətli  dərəcədə  aşağı 

salınmasına  hesablanmışdı.  Fritrederçilik  əsasında  İngiltərə  1860-cı  illərdə 

Fransa, Belçika, İtaliya, Avstriya, İsveç və başqa ölkələrlə bir 

134 



sıra  ikitərəfli  müqavilələr  bağlamışdı.  Fritrederçilik  dünya  sənayesində, 

ticarətində,  kreditdə,  dəniz  daşımalarında  İngiltərənin  dominant  mövqelərini 

möhkəmləndirirdi. 

Sonrakı  nəşrlərdə  «Xalqların  sərvəti»  adlandırılan  «Xalqların  sərvətinin 

təbiətinin və səbəblərinin tədqiqi» kitabında (1176-cı il) A.Smit merkantilistlərin 

əsas  ehkamlarını,  o  cümlədən  ölkənin  sərvətinin  cəvahiratdan  asılı  olduğunu 

tənqid  etmişdir.  Smitə  görə,  bu  cür  yanaşma,  ölkələr  üçün  inkişafda  geridə 

qalmaq təhlükəsi yaradır, çünki sərvət cəvahiratda deyil, istehsalın torpaq, əmək 

və  kapital  kimi  inkişaf  etmiş  amillərindədir.  Smit  bir  ölkənin  əmtəəni  daha 

səmərəli üsulla istehsal edərək, bu əsasda digər ölkələrlə azad ticarət vasitəsilə 

reallaşdırüan  mütləq  üstünlük  qazanması

 

müddəasına  əsaslanan  mütləq 



üstünlüklər nəzəriyyəsini

 

işləyib hazırlamışdır. 

Fritrederçilik  üçün  ənənəvi  olan  bu  ideyaya  istinad  edərək,  Smit  bütün 

başqa keyfiyyətləri bərabər olduğu halda, xarici  mallar ölkədə buraxılanlardan 

ucuz qiymətə satıldıqda, istənilən ölkənin vətəndaşları üçün həmin xarici malları 

almağın daha sərfəli olması fikrini əsaslandırmışdır. Smitə görə, iqtisadi artımın 

əsasını  malların,  pulun  və  adamların  sərbəst  yerdəyişməsini  tələb  edən  əmək 

bölgüsü təşkil edir. Buradan ticarət azadlığının zəruriliyi (sərbəst yaxud liberal 

ticarətə nail olmaq üçün onun liberallaşdırılması)

 

barədə nəticə çıxarılır. Smitə 

əsasən, ticarət sərbəstləşdirildikdə, ölkələrin ixtisaslaşması güclənəcək və buna 

müvafiq  olaraq  əmək  məhsuldarlığı  artacaq,  çünki:  a)  müəyyən  növ  əmtəəlik 

məhsulun buraxılmasında ixtisaslaşan işçi qüvvəsi yüksək peşəkarlıq və təcrübə 

qazanır;  b)  səmərəlilik  eynicinsli  məhsulun  uzun  müddət  ərzində  buraxılması 

sayəsində  yüksələcək,  bu  isə,  yeni,  daha  məhsuldar  iş  metodlarının  meydana 

çıxmasını  stimullaşdıracaq,  müəssisələrin  bir  əmtəəlik  məhsul  növündən 

digərinin  istehsalına  keçməsi  zamanı  vaxt  itkilərini  aradan  qaldıracaq  və  s. 

Ölkənin  «ixtisaslaşması»  məsələsinə  gəldikdə  isə  Smit  bu  məsələnin  müstəqil 

olaraq optimal həllini tapa biləcək dünya bazarının qüdrətinə arxalanırdı. 

Smit iddia edirdi ki, ölkə məhsulun buraxılışında müəyyən, məsələn, iqlim, 



təbiət,  torpaq  qatı  sayəsində  «təbii  üstünlüklərə»

 

malik  ola  bilər,  bu  isə, 

özlüyündə əməyin «təbii» bölgüsü üçün şəraitin mövcudluğu deməkdir. Əvvəlki 

əsrlərdə  yüksək  qiymətləndirilən  Şərq  ədviyyatı  və  tropik  bitkilər  çox  spesifik 

əmtəələr olmaqla, onları istehsal, ixrac edən konkret dövlətlərlə sıx əlaqəlidir və 

bu, həmin ölkələrə «təbii» üstünlüklər təmin edir. Yerin təkində 



135 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə