Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə50/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   46   47   48   49   50   51   52   53   ...   306

neft  və  qazın,  dəmir  filizinin,  qızıl  və  almazların  və  s.  mövcudluğu  bu  təbii 

sərvətlərə  malik  olan  ölkələrin  danılmaz  «təbii»  üstünlükləridir.  Limanlara 

(xüsusilə  də  donmayan  dənizlərdə  və  okeanlarda),  rahat  körfəzlərə  yaxınlıq 

ümumdünya ticarətində mütləq üstünlük elementləri yaradan «təbii» üstünlüklər 

kateqoriyasmdandır. Bunlar, sadəcə olaraq,  «üstünlük» deyil, bacarıqla istifadə 

olunduğu təqdirdə inkişafın şərtləri və resurslarıdır. 

Smitə  görə,  ölkə  elm  və  texnikanın  nailiyyətlərindən  yararlanmaqla, 

istehsalları öz ərazisində uğurla yerləşdirirsə, qazanılmış üstünliikbrə müvəffəq 

ola  bilər.  Smitin  bu  ideyasının  düzgünlüyünün  müasir  dövrdə  sübutu  kimi, 

Yaponiyanın  idxal  olunan  xammal  hesabına  işləyib,  dünya  bazarlarına  yüksək 

keyfiyyətli polad məmulatları ixrac edən poladəritmə zavodları nümunə göstərilə 

bilər. Şübhəsiz ki, ölkənin xarici ticarətində onun ərazisinin ölçüləri, təhsilin və 

mədəniyyətin səviyyəsi, istehsal miqyası effekti, nəqliyyat xərcləri kimi amillər 

böyük  əhəmiyyətə  malikdir.  Smit  bütün  bunları  ticarətin  tam  azadlığı,  dövlət 

tərəfindən  müdaxilənin  olmadığı  halda,  xarici  ticarətdə  təmin  edilən  mütləq 

üstünlüklər  hesab  edirdi.  Smitin  nəzəri  mühakimələri  ölkədə  tam  sərbəst 

hərəkətin  təmin  olunduğu  halda  istehsal  amillərinin  onun  mütləq  üstünlük 

qazandığı  (aldığı)  rayonlarına  doğru  istiqamətlənəcəyi  barədə  müddəaya 

əsaslanırdı. Rayonlar «doyduqdan» və bərabərləşdikdən sonra bu cür yerdəyişmə 

gəlir vermir. 



Nisbi (müqayisəli) üstünlüklər nəzəriyyəsi yaxud Rikardonım biramilli 

modeli.  A.Smitin  xarici  ticarət  mexanizmində  mütləq  üstünlüklər  nəzəriyyəsi 

D.Rikardo tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş və tamamlanmışdır. 

Özünün əsas əsəri olan «Siyasi iqtisadın və vergiqoymanm əsasları»nda (1817) 

Rikardo xarici ticarətdə nisbi üstünlüklər nəzəriyyəsini işləyib hazırlamışdır. O, 

ölkədə istehsal olunan iki əmtəə vahidinin onların istehsalına sərf edilmiş iş vaxtı 

ilə  ifadə  olunan  daxili  bazar  qiymətlərinin  sadəcə  müqayisəsindən  ibarət  olan 

alternativ qiymətlər yaxud əvəzedilmə xərcləri anlayışından istifadə etmişdir. Bu 

nəzəriyyənin mahiyyəti Rikardonun əmək məhsuldarlığı amilinə



 

Smitin «mütləq 

üstünlüklərindən» asılı olmayaraq, ölkənin istehsal edə biləcəyi bütün əmtəələrlə 

ticarəti faydalı edən yeganə şərt kimi yanaşmasından ibarətdir. 

Xarici  ticarətin  nisbi  yaxud  müqayisəli  üstünlüklər  nəzəriyyəsi  Rikardo 

tərəfindən inkişaf etdirilmiş əmək dəyəri nəzəriyyəsinə əsaslanır. Ölkə müəyyən 

əmtəənin istehsalı üzrə ixtisaslaşamaqla yüksək səmərəyə və 

136 



məhsuldarlığa (başqa ölkələrlə müqayisədə məhsul vahidinin istehsalına az xərc 

çəkirsə)  nail  olursa,  həmin  əmtəələrlə  dünya  bazarlarında  ticarətdən 

faydalanacaqdır.  Beləliklə,  Rikardonun  modelində  həlledici  məqam  ölkənin 

dünya bazarına çıxması üçün məhsuldarlığın (istehsal olunan əmtəə vahidinə sərf 

edilən  əmək)  əsas  amil  olmasıdır.  Öz  nəzəriyyəsinin  müddəalarım  inkişaf 

etdirərkən,  Rikardo  nümunə  qismində  İngiltərə  və  Portuqaliyanı,  onun  təsviri 

üçün əmtəə kimi isə çaxırı və mahudu göstərsə də, onun düsturu istənilən əmtəəyə 

tətbiq edilmək üçün yararlıdır. 

Sonradan bu nəzəriyyə xarici ticarət mexanizmində Rikardonun biramilli 

modeli  kimi  məşhurlaşmışdır.  Əslində,  Rikardo  beynəlxalq  əmək  bölgüsünün 

Smit tərəfindən dolayısı ilə formalaşdırılmış əsas prinsipini inkişaf etdirmişdir. 

Nisbi üstünlüklər nəzəriyyəsi xarici iqtisadi əlaqələri elmi əsasda qurmaq, xarici 

ticarət  praktikasında  məhdudlaşdırmalarm  (proteksionizmin)  zərərini  sübut 

etmək imkanı yaradır. Rikardo 1815-ci ildə Napoleonun məğlubiyyətindən sonra 

Böyük  Britaniyada  qəbul  olunmuş,  torpaq  aristokratiyası  üçün  xeyirli,  sənaye 

aristokratiyasına isə zərər yetirən çörək qanunlarının əleyhinə çıxış edirdi. Amma 

Rikardo öz mülahizələrini iqtisadi nəzəriyyə mövqelərindən ifadə edərək, ticarət 

azadlığının Böyük Britaniyanın maraqları üçün faydalı olduğunu sübut edirdi. İlk 

dəfə olaraq, iqtisadi nəzəriyyədən siyasət aləti kimi istifadə edilirdi. 

istehsal  amillərinin  nisbəti  nəzəriyyəsi:  Hekşer-Olin  modeli.  Smit  və 

Rikardonun  mütləq  və  nisbi  üstünlüklər  nəzəriyyələrində  azad  bazarın  istehsal 

amillərini  öz  ölkəsinin  sahibkarlarının  daha  səmərəli  üsulla  buraxa  biləcəyi 

əmtəələrə  yönəldəcəyi  və  onlan  rentabelsiz  istehsallardan  imtinaya  məcbur 

edəcəyi barədə tezis qəbul olunur. Ölkələrin mütləq və nisbi üstünlüklərə malik 

olan istehsallar üzrə ixtisaslaşma yolu ilə məhsul buraxılışı həcmini artırmasının 

mümkünlüyünü sübut etsələr də, bu alimlər həmin üstünlüklərm hansı əmtəələr 

hesabına təmin olunacağını

 

izah etməmişlər. D.Rikardodan 125 il sonra iki İsveç 

iqtisadçısı,  Eli  Hekşer  və  Bertil  Olin  istehsal  amillərinin  nisbəti  nəzəriyyəsini

 

işləyib hazırlamışlar. Bu nəzəriyyənin əsasında ayrı-ayrı ölkələrdə əməyin payı 

ilə  torpağın  yaxud  kapitalın  payı  arasındakı  fərqlərin  istehsal  amillərinin 

dəyərindəki  fərqlərlə  izah  olunması  ideyası  durur.  Beləliklə,  nisbi  qiymətlərdə 

fərqlərin  mövcudluğu  ölkələrin  istehsal  amilləri  ilə  müxtəlif  dərəcədə  təmin 

olunması ilə şərtləndirilir. Alimlər belə bir mülahizəyə istinad edirdilər ki, əmək 

resursları torpaq və kapitalla müqayisədə artıq olarsa. 

137 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə