Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə52/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   48   49   50   51   52   53   54   55   ...   306

Məsələn,  istehsal  amili  nədir  və  istehsal  proseslərində  neçə  amil  iştirak  edir? 

Çoxamilli  dünyada  amillərin  intensivliyinin  dəyişməsi  istisna  oluna  bilənni? 

Amillərin sayı artdıqca, onların qiymətlərin bərabərləşməsi nəzəriyyəsinə uyğun 

olması üçün hansı şərtlər zəruridir?»' 



Olin-Samuelsoniın tədqiqat proqramının sonu və Leontyev paradoksu. 

M.Blauqun  fikrincə,  Leontyev  paradoksu  Olin-Samuelsonun  tədqiqat 

proqramına  son  qoymamışdır.  Bundan  başqa,  Olin-Samuelson  yanaşması 

əsasında edilən yeni kəşflərin əksəriyyəti faktdan daha çox, beynəlxalq və daxili 

ticarətin  fenomenlərinin  analitik  ümumiləşdirilməsi  idi.  Bu  yanaşma 

müharibədən sonrakı dövrdə bölgü problemləri üzrə mübahisələrin aparıldığı son 

məhsuldarlıq  həddinin  sadələşdirilmiş  nəzəriyyəsinin  geniş  yayılmasına  öz 

töhfəsini  vermişdir;  beynəlxalq  ticarəti  amillərin  nisbəti  ilə  izah  edən  model 

miqyasdan  əldə  olunan  fayda  şəraitində  istehsal  funksiyaları  ilə 

aqreqatlaşdırılmış iki ölkə, iki əmtəə və iki amil alleqoriyasını stimullaşdırırdı. 

Beləliklə,  daxili  və  xarici  ticarətin  təhlili  qadir  olduğundan  da  artıq  vəd  edən, 

xeyli sadələşdirilmiş  ümumi tarazlığın  aqreqatlaşdırılmış  nəzəriyyəsi  vasitəsilə 

vahid  şəklə  salınmışdı.  Bununla  bərabər,  Blauqun  təsdiqlədiyinə  görə,  Olin- 

Samuelson  yanaşmasını  Hiks-Samuelsonun  daha  geniş  olan  ümumi  tarazlıq 

modelindən  (proqramından)  ayırmaq  yaxud  ona  qarşı  qoymaq  olmaz.  Blauqun 

fikrincə,  qəribə  təsadüf  nəticəsində  bu  işin  böyük  hissəsi  iqtisadi  nəzəriyyədə 

operasionalizmin  başlıca  müdafiəçisi  olan  Samuelsonun  qüvvəsi  ilə,  hər  halda 

onun tədqiqatlarının ilkin mərhələlərində stimullaşdırılmış və təbliğ edilmişdir. 

Şərhçilərdən  birinin  dediyi  kimi:  «Bütün  mübahisələr  (amillərin  qiymətlərinin 

bərabərləşməsi  barədə)  yaxşılığı  yaxud  pisliyindən  asılı  olmayaraq,  özlüyündə 

qeyri-operasionalist  nəzəriyyəçiliyin  nümunəsidir».^  Samuelson  amillərin 

qiymətləri  arasında  real  dünyada  müşahidə  olunan  fərqlərlə  statistik  rəqabət 

şəraitində  amillərin  qiymətlərinin  bərabərləşməsinin  ideallaşdırılmış  şəkli 

arasında  güclü  ayrılıq  yaranacağını  səmimiyyətlə  etiraf  edirdi.  Buna 

baxmayaraq, Samuelson amillərin qiymətlərinin bərabərləşməsi nəzəriyyəsi üzrə 

öz tədqiqatlarını səylə davam etdirərək, əmin idi ki, o, «ümumdünya ticarətinin 

simasını  formalaşdıran  qüvvələrin  dərindən  başa  düşülməsinə  həqiqətən  də 

kömək edir»."' Mark Blauq buradan belə bir nəticə çıxarır: 

Блауг M. Указ. соч. C. 291. 

Блауг M. Указ. соч. C. 292. 

^ Bax: Caves R.E. 1960. P. 92. 

Marchi de N. 1976. P. 1/8. 

140 



«Amillərin qiymətlərinin bərabərləşməsi barədə mübahisə əqli əyləncə olmuşdur. 

Onun xalis nəzəriyyənin stmkturunu aydınlaşdırmaqla müəyyən faydalı nəticələr 

verməsinə,  ...  ticarətin  bəzi  hallarda  amillərin  qiymətlərinin  bərabərləşməsinə 

doğru hətta meyil belə yaratmaması barədə maraqlı nəticəyə gətirib çıxarmasına 

baxmayaraq,  fakt  budur:  qərar  qəbul  edən  heç  bir  siyasətçi  heç  zaman  azad 

ticarətin  statistik  yaxud  real  dünyanın  problemlərinin  həlli  üçün  hər  hansı 

əhəmiyyətə malik olması barədə düşünməmişdir».' 

Problemin əlava tədqiqatları. Hekşer-Olin nəzəriyyəsinin empirik 

əsaslılığı problemi çoxsaylı tədqiqatlarda diqqətlə öyrənilmiş və onların 

əksəriyyəti hələ Leontyev dövründən adı çəkilən nəzəriyyənin təkzib olunması 

ilə nəticələnmişdir. Robert Stera yazırdı; «Hekşer-Olinin sadə modelinin heç 

bir ciddi empirik əsası yoxdur. Əgər təbii resursları və insan kapitalını 

həqiqətən də nəzərə alsaq, model sanki daha çox başa düşməyə... (bununla 

belə) imkan verir ki, səmərəlilik məsələsində ölkələrarası fərqlər kifayət dərəeə 

inandırıcı sübutdur və bu, amillərlə təmin olunma barədə fərziyyənin universal 

empirik tətbiqini şübhə altına alır». 



R.Stemin  rəyincə,  ticarətin  əmtəənin  həyat  dövrü,  texnoloji  fərqlər  və 

miqyas hesabına qənaət vasitəsilə izah edilməsi özünü daha yaxşı doğrultmuşdur, 

lakin  kvazidinamik  modellərin  nisbətən  mülayim  öncəgönrıələri  ilə  statistik 

modellərin ciddi proqnozları arasında müqayisənin bizə məlum olan problemləri, 

xüsusilə də sonuncular «ad hoc»^ kimi müxtəlif əlavələrlə müşayiət olunduqda, 

bizə hər hansı  tərəfin qəti qələbəsi  barədə mülahizə söyləməyə imkan vennir.'' 

Nəzəriyyəyə  gəldikdə isə problem amillərlə təminolunma modelinin hələ uzun 

müddət  ərzində  texnologiyaların  yaradılması  və  yayılması  mexanizmi  ilə 

sistematik qaydada inteqrasiya olunmasının zəruriliyindədir. 

Həmçinin  belə  hesab  edilir  ki,  Hekşer-Olin  nəzəriyyəsində  başlıca  səhv 

hətta işçi qüvvəsinin ixtisası kimi amil ölkə daxilində və müxtəlif ölkələr üzrə 

fərqləndiyi  halda,  bütün  istehsal  amillərinin  eynicinsliliyinin  ehtimal 

olunmasmdadır.  Amma  bu  qrupların  peşəkar  hazırlığına  sərf  olunmuş  işçi 

qüvvəsinin müxtəlif növləri və kapital nəzərə alındıqda, Hekşer-Olinin istehsal 

amillərinin nisbəti nəzəriyyəsi ölkələrin istehsal amilləri ilə təminatı 

Gorden K.M. 1965. P. 31. 

Stern R.M. 

Ad hoc - latınca bunun üçün, yəni müəyyən təyinatı olan, xüsusi məqsədi olan. ' 



Stern R.M. 

141 


səviyyəsinə  diferensial  yanaşılması  səbəbindən  cəlbedicidir.  Eyni  zamanda  bu 

təhlilçilərin  nəzəriyyəsində  aşkar  zəiflik  Rikardo-Marksm  dəyər  nəzəriyyəsinə 

etinasızlıq,  qiymətin  formalaşmasında  bazar  amillərinin  rolunun  mütləqləş- 

dirilməsidir.  Son  qiymətə  real  əmək  məsrəflərinin  nəzərə  alınmamasının 

mümkünlüyü və müvafiq olaraq müasir dövrdə bazar agentlərinin fəaliyyətində 

xüsusilə  böyük  rol  oynayan,  bazarın  tarazlığını  pozan  «möhtəkirliyin 

leqallaşdırılması» buradan irəli gəlir. 

Xarici  ticarətin  spesifik  amillərinin  modeli.  Bu  model  P.Samuelson  və 

R.Conson  tərəfindən  Olin  modelinin  yoxlanılması  zamanı  «əlavə  nəticə»  kimi 

işlənib  hazırlanmışdır.'  Həmin  yanaşmanın  mahiyyəti  bundan  ibarətdir: 

iqtisadiyyatda şərti olaraq iki əmtəənin istehsal edildiyini və buna müvafiq olaraq 

əməyin iki sahədə istifadə oluna biləcəyini nəzərdə tutan Rikardo modeli əsasında 

yaradılan  bu  model,  əmək  amilindən  əlavə  başqa



 

amillərin  mövcudluğunu 

əsaslandırır. 

Burada əmək bir sahədən digərinə yerdəyişmə qabiliyyəti olan mütəhərrik 



amil,

 

digər  spesifik  amillər  isə  yalnız  müəyyən  sahələrdə  əmtəə  istehsalı  üçün 

istifadə edilə bilindiyinə görə hərəkətsiz

 

kimi nəzərdən keçirilir. P.R.Kruqman və 

M.Obstfeld  bu  müddəanın  əyani  təsviri  üçün  iki  növ  əmtəə:  sənaye  malları  və 

ərzaq

 

istehsal edilən ölkənin iqtisadiyyatına baxmağı təklif edirlər. Burada verilən 

şərt  üç  istehsal  amilinin:  əməyin  (L),  kapitalın  (K)  və  torpağın  (T) 

mövcudluğudur.  Sənaye  malları  hazırlanarkən  əməkdən  və  kapitaldan  (torpaq 

lazım  olmur),  ərzaq  məhsullarının  istehsalında  isə  əməkdən  və  torpaqdan 

(kapitalsız) istifadə olunur.^ Müəj^ən əmək və kapital məsrəfləri halında nə qədər 

məhsul  əldə  olunacağını  göstərən,  tətbiq  olunmuş  əmək  və  kapitalın  miqdarı 

(həcmi)  arasındakı  nisbət  kimi  müəyyən  edilən  istehsal  funksiyası



 

bu  əsasda 

hesablanır. Hər bir sektor üzrə istehsal funksiyalarının özünün düsturları vardır. 

Samuelson P. Ohilin Was Right // Swedish Journal of Economics. 1971. №73. P. 365-384; Johnes R.W. 

A  Three  -  Factor Modal  in  Theory,  Trade  and  History  //  Bhagwati  et  al.  eds.  Trade,  Balance  of  Payments,  and 

Growth, Amsterdam. North Holland, 1971. P. 3-21. 

^  Кругман  П.Р.  Международная экономика.  Теория  и  политика  /  П.Р.Кругман,  М.Обстфелд.  М.: 

ЮНИТИ, 1997, С. 39. 



142 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə